Bu gün ki, günlərdə aktual mövzusu barəsində qeyd edəcəyəm. Müxaliflər (şiələr) tərəfindən dəbdə olan geyim və saqqal haqqında məzxərə (lağlağıya) qoymaqlarıdır. Müxaliflər iddia edirlər ki, Vəhhabilər o şəxslərdir ki, saqqaları uzun, balaqları isə qısadır. Lakin bu onu göstərir ki, müxaliflər cahildirlər, çünki onlar öz kitablarından xəbərləri yoxdur. Belə ki, müxaliflərin əhli-beyt adlandırdığı kitabların birində müddəssir surəsinin 4-cü ayəsində "Paltarını təmizlə" təfsirində belə qeyd olunur: "Ayənin mənası paltarı qısa geyinmək deməkdir. "(Ət-Təbərisi: Müstədrək, cild-3, fəsil- 3, səh- 238, rəv- 3475) (cild- 3, fəsil- 17, səh- 260, rəv- 3530). Həmçinin müxaliflərin məşhur Biharul Ənvar adlı kitabda da qeyd olunur ki: "Paltarını təmizlə" Məhəmməd Ibn Əlidən (a.s.) müddəssir surəsinin 4-cü, ayəsi haqda soruşduqda O, belə cavab vermişdir: "Yəni paltarını qısalt. Sonra isə dedi: Paltarın topuqlarından aşağı düşməsin. Çünki paltarı topuqdan aşağı geyinmək Bənu Umeyyənin əməlindəndir" (Məclisi: Biharul Ənvar: cild- 83, səh- 260, rəv- 10, fəsil- 6). Deyirəm: Məhəmməd Ibn Əlinin (ə) : "Paltarını qısalt" deməsi yəni paltarını topuqdan yuxarı şəriətə müvafiq (uyğun) geyin deməkdir.
müxaliflərin məşhur və mötəbər Ət-Təbərsinin Müstədrək kitabında deyilir: "Saqqalı qırxmaq Allahın yaratdığını dəyişməkdir. Kim Allahın yaratdığını dəyişərsə Allah ona lənət etsin!" (bax: Müstədrək, cild-1, fəsil-40, səh- 406, rəv- 1003). Həzrət Peyğəmbərdən (s) nəql edir: "Məcusilər (atəşpərəstlər) saqqalarını kəsib bığlarını uzadırlar; Amma biz (müsəlmanlar) bığımızı qısaldıb, saqqalımızı uzadırıq" ("əl-Fəqih", cild 1, səh 76). Rəvayət edilir ki, İran padşahının göndərdiyi iki şəxs Həzrət Peyğəmbərin (s) yanına gəldikdə saqqaları kəsilmişdi və uzun, buruq bığları var idi. Allahın elçisi (s) onlara buyurdu: "Vay olsun sizə! Kim sizə belə etmənizi əmr etmişdir?!". Cavab verdilər ki, "Bunu bizə Rəbbimiz olan Kisra əmr etmişdir". Peyğəmbər (s) cavabında buyurdu: "Amma mənim Rəbbim mənə bığımı qısaltmağı və saqqalımı uzatmağı əmr edib!" ("Müstədrəkül-vəsail", cild 1, səh. 59). İmam Əli (ə) Həzrət Peyğəmbərdən (s) rəvayət edir: "Saqqalı kəsmək özünü doğramaq kimidir. Özünü doğruyan (əziyyət verən) kəs Allahın rəhmətin uzaq olsun!" ("əş-Əsiyəyt", səh 158). İmam Əli (ə) buyurur: "Cündi Bəni Mərvan keçmiş ümmətlərdən saqqalını qırxan və bığlarını uzadıb buran cəmiyyətlərdi. Onların bu hərəkətləri heyvan şəklinə çevrilmələrinə səbəb oldu" ("Üsuli Kafi", cild 1, səh 366). İmam Sadiq (ə) buyurur: "Bığı qısaldıb saqqal buraxmaq Həzrət İbrahimin (ə) sünnətlərindəndir. Allah-Təala Qurani-Məciddə onun sünnərinə əməl etməyi əmr etmişdir" ("Məcməül-bəyan", cild 1, səh 200). Müvəffəqiyyət tək Allahdandır.
|