Hər ilahlıq
və RƏBB`lik iddiasında olandan daha böyük və çox böyük olan ALLAH`a həmd olsun. O, hər şeyin RƏBB`i, Məliki, və Mövlasıdır. O, ucaların
ucasıdır. Şəhadət edirəm ki, Ondan başqa ibadətə və itaətə layiq haqq məbud
yoxdur. O, Təkdir və şəriki yoxdur. Gizli və açıq hər şeyi biləndir. Hər
müsibəti və hər çətinliyi aradan qaldıra biləndir. Ona həmd edirəm. O, hər cür
qüsurdan uzaqdır. Kainatda Ondan başqa yardım edəcək, ibadətə və itaətə layiq
haqq məbud, dərdlərin deyiləcəyi hakim, RƏBB yoxdur. Şəhadət edirəm ki,
peyğəmbərimiz Muhəmməd ibn Abdullah Onun qulu və seçilmiş elçisidir. O, RƏBB`inin
risalətini təbliğ etmişdir. Azmamış və doğru yoldan çəkilməmişdir. ALLAH Ona, ailəsinə, səhabələrinə və Qiyamət gününə qədər Onun seçkin yolu
ilə gedənlərə xeyir-dua etsin.
Ey ALLAH`ın qulları! Nəsihətlərin ən xeyirlisi insanların RƏBB`i ALLAH`ın nəsihətidir.
... "…(Ey müsəlmanlar!) Biz sizdən
əvvəl kitab verilənlərə də, sizə də ALLAH`dan qorxmanızı tövsiyə etdik.…” ()
ALLAH`dan layiqincə qorxun! Ondan layiqincə
qorxmaqda fitnələrdən qorunma və müsibətlərdən xilas vardır. Qays ibn Habib
belə deyir: "Təqva ilə fitnələrdən çəkinin.”
Ey
müsəlmanlar!.. ALLAH insanı
yaratdığından bəri qüvvələr arasında müharibə vardır. İnsanlığın dərinliklərini
hədəf alan və insanlığın təbiətnə təsir edən bir müharibə... Müharibə və
böhranların, fəlakət və çətinliklərin öldürücü silahları ilə insanı hədəf
alması ilə yanaşı hadisələr və fəlakətlər arasında inkişaf edən,
dəyişikliklərdə artan gizli müharibə vardır. Bu müharibə daha zərərli və daha
öldürücüdür. Çünki, insanın daxili aləmini, dəyərlərini və inkişafını
hədəf alır. Bu çirkin müharibənin nə olduğunu bilirsinizmi? Bu şayiə
müharibəsidir.
Şayiə, mənəvi
müharibələrin ən təhlükəlisi, hətta ən dağıdıcısıdır. Cəmiyyətlər üçün
təhlükəli olan bu müharibə, beynəlxalq və ictimai təhlükə sayılsa, səhv olmaz.
Bu məsələ mütləq araşdırılmalı və həll edilməli, ona qarşı çıxılmalı, kökündən
dəyişdirilməsi üçün tədbir görülməli, insanlar ondan çəkindirilməli, ona səbəb
olan amilləri aradan qaldırmaq üçün həmrəy davranılmalıdır. Elə edilməlidır ki,
bu müharibə fərdlərin xilasının, cəmiyyətlərin etibarlılığı və sabitliyinin,
xalqların və sivilizasiyaların əsasını təskil edən ümmətin manəviyyatını yox
etməsin.
Ey
müsəlmanlar! İnsanlıq tarixini araşdıranlar, şayiələrin insanın varlığı ilə
birlikdə olduğunu görür. Hətta şayiələr, tarix boyu sivilizasiyalar arasında
olmuş və artmışdır. Şayiə, hər cəmiyyət və mühit üçün onun əsası və inkişafına
təhlükə mənbəyidir. İslam gəldiyində, şayiələrə və onları yayanlara qarşı,
cəmiyyətin fərdləri arasında ictimai həmrəyliyə zərər verən şayiələr yaydıqları
üçün qəti tədbir görmüşdür. Hətta İslam bunu gözəl əxlaqa və dəyərli
xüsusiyyətlərə zidd olan davranış saymışdır. Bu davranış böyük şəriətimizin
gətirdiyi və təşviq etdiyi birliyə, sevgi və qardaşlığa, ziddir. Şayiə bütün
bunları aradan qaldırır.
İslam,
qeybətdən və namuslara toxunmaqdan, yalan və iftiradan, insanlar arasında söz
gəzdirməkdən də çəkindirmişdir. Şayiələr də bunlardan biridir. İslam dilə
nəzarət edilməsini əmr etmiş və sözün
təhlükəsinə diqqət çəkmişdir. İftiranı haram qılmış, şayiə yayanları acıverici
əzabla təhdit etmişdir.
"Möminlər
arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis
söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının
əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını)…” (
İslam,
xəbərlərin nəql edilməsində doğruluğun araşdırılmasına və bundan əmin olmağa
təşviq etmişdir. ALLAH belə buyurur:
"Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir
xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir
qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!” ()
İnsanın ALLAH
qarşısında məsul olduğunu və hər şeydən hesaba çəkiləcəyini bildirmişdir.
"Dediyi hər sözü (yazmaq
üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” ()
(Ey insan!) Bilmədiyin bir
şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də
demə). Çünki, qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl,
dediyi söz arəsində) sorğu-sual
olunacaqdır.” (
) Şayiələr,
müsəlmanlar haqqında pis zənn bəsləməyə əsaslanır. ALLAH belə buyurur:
"Ey iman gətirənlər! Çox
zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç
bir əsası olmayan zənn) günahdır....” ()
Rəsulullah - belə buyurur:
"Zənndən
çəkinin, çünki, zənn, sözün ən yalanıdır.” (əl-Buxari. Muslim)
İslam öz
mənsublarına məsuliyyətsiz danışmağı, hər şayiə zamanı düşüncəsiz hərəkət etməyi, insanların ardınca
düşməyi və hər sözü doğru hesab etməyi qadağan etmişdir. Yenə Rəsulullah - belə
buyurur:
"İnsanın hər
eşitdiyini deməsi yalan sayılması üçün kifayətdir”
Başqa
rəvayətdə isə:
"İnsana günah
kimi kifayətdir” (Muslim) buyurur.
İftiraçılara
və şayiələri yayanlara mane olmaq, şayiə çıxaranların və yalan xəbər
sahiblərinin qarşısını almaq üçün Peyğəmbər -, əl-Buxarinin "əl-Ədəbu`l-Mufrad” adlı
əsərində Əsma binti Yeziddən O rəvayət
etdiyi bir hədisdə belə buyurur:
"Aranızda ən
pis olanı deyimmi?”
"De, ey
Rəsulullah!” deyirlər. Belə buyurur:
"Söz
gəzdirib, dostlar arasını vuranlar, günahsız insanların fitnəyə düşməsini
istəyənlərdir.”
İman
qardaşları! Bitkilərin ətrafındakı lazımsız otlar onların inkişafına mane
olduğu kimi, şayiələr də cəmiyyətin əsasını sarsıtdığı üçün bu bitkilərdən daha
təhlükəli və daha zərərlidır.
Nə qədər
günahsız insanı qətlə yetirdilər və dostlar arasında fitnə yaratdılar. Nə qədər
alim və böyük insana toxundular. Şayiələr nə qədər ailəni yıxdı, cəmiyyəti və
sivilizasiyanı məhv etdi. Hətta bir şayiə nəticəsində fitnələr və bəlalar,
müharibələr və çətinliklər ortaya çıxar, dünya müharibəsi yaranar və
dövlətlərarası ziddiyyətlər artar. Müharibənin başlanğıcı bir sözdür. Bir pis
söz fitnə yarada bilər. Çünki, kinli birisi onu böyüdərək qızışdırır.
Ey ALLAH`ın
qulları! Şayiələr yayan insan pis xüsusiyyətli, xəstə və azğın fikirlidir. Onun
insanlığı yoxdur və dini duyğuları zəifdir. Saxtakarlıq daxilinə işləmişdir. O,
qəzəblənib, əziyyət verməkdən narahat olmaz. Fitnəkar və qatildir, yer üzündə
pozğunluq törədir. Ölkələr və insanlar üçün fitnə çıxarır. O zəhərli bir orqana
bənzəyir və odun samanı yandırdığı kimi yandırır. Buqələmun kimi rəng
dəyişdirir. Zəhərli ilan kimi zəhərini qusur. İşi yalnız pozğunluq və iftira,
pislik və qara yaxmaqdır. Bütün bunlar onun adətidir. O hər zaman ara
qızışdırmaqda davam edir. Yalandan əl çəkmir. Başqası haqqında söz uydurmağı
bir kənara qoymur. Pis dildən və ya qələmdən pis niyyətlə çıxan şayiə səbəbilə
nə qədər insan zərər gördü. Bu İslam ümmətinin yarasının sirridir.
İman
qardaşları! Tarix boyu şayiələr, pəncələrini bütün dünyaya xüsusən də İslam
əhlinə keçirmişdir. Bu şayiələri yayanlar zəif şəxsiyyətə malik olanlardır.
İslam düşmənləri, tarix boyu xüsusən Peyğəmbərləri öldürən və anlaşmaları pozan
yəhudilər, İslam dəvətini yox etmək, dəvətçilərə söz atmaq və onlar haqqında
şübhə oyandırmaq üçün ən böyük şayiələri çıxarmışlar. Onların bu şayiələrindən
hətta Peyğəmbərlər də xilas ola bilməmişdir. Peyğəmbərlər haqqında gizli və
aşkar müxtəlif iftiralar və şayiələr yaymışlar.
"…onların bir qismini təkzib etdiniz, bir
qismini isə öldürdünüz (Zəkəriyya və ya Yəhya kimi)” ()
İsa Onun və
anasının haqqında deyilən şayiələr şübhə yaymışdır.
"Ey Harunun bacısı! Atan pis
insan, anan da zinakar deyildi!” (.)
Təmizlik
və saflığın ən böyük nümunələrindən biri olan Yusufun namusu və şərəfi ilə
bağlı pis şayiələr yayılmışdır.
"…Biz pisliyi və biabırçılığı (zinanı)
ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq
bəndələrimizdəndir!” ()
Hidayət Peyğəmbərinin - təmiz həyatı da,
şayiələr və onlara qarşı olan davranışları gözəl örnəkdir. Onun mübarək dəvəti hələ
başlanğıcda bir çox şayiələrə məruz qalmışdır. Sehrbazlıq və dəlilik,
yalançılıq və kahinliklə günahlandırılmışdır. Kafirlər və nifaq salmağa vərdiş
etmiş münafiqlər Rəsulullahın -
dəvəti əleyhinə iftira və batil töhmət uydurmaqda hər cür üsuldan istifadə
etdilər. Bunların ən məşhuru isə ifq hadisəsidir. Bu hadisə, şayiələrin pis
cəhətlərini ortaya çıxarmışdır. Şayiələr, Peyğəmbərin - təmiz evini və ALLAH
dərgahında insanların ən dəyərlisi Muhəmmədin -, Əbu Bəkr, Aişə və
Safvan ibn Muattılın M namusunu hədəf almışdı. Bu şayiələr, Mədinədə
müsəlmanları tam bir ay narahat etdi. İslam cəmiyyəti bu iftiranın oduna yandı.
Vicdanları sızlayır, şayiələr onları üzürdü. Əgər ALLAH`ın yardımı
olmasaydı, bu
şayiələr hər şeyi məhv edəcəkdi. Nəhayət bu çirkin faciəyə son qoymaq və
müsəlmanlara şayiələr qarşısında necə hərəkət edəcəklərini bildirən vəhy nazil
oldu:
"Məgər o yalan sözü eşitdiyiniz zaman mömin
insanlar və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı
fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə
olub: "Bu, açıq-aydın bir böhtandır!” - deməli deyildilərmi?” () Bu ayələrin
davamında belə buyurulur:
"Məgər
siz onu eşitdiyiniz zaman: "Bizə bunu (bu yalanı)
danışmaq yaraşmaz. Aman (ALLAH)! Bu, çox böyük bir böhtandır!” - deməli
deyildinizmi? ALLAH sizə öyüd-nəsihət verir ki, əgər möminsinizsə, bir daha
belə şeylər etməyəsiniz.” ()
Aişə O bir ay
ağladı və gözünə yuxu getmədi. Sonda ALLAH, yeddi qat səmanın üzərindən Onu
təmizə çıxardı. ALLAH Ondan razı
olsun və Onu da razı etsin. Ey ALLAH`ın qulları! Bu şayiələrdən biri də
Rəsulullahın - ölümünü
fürsət bilən kafirlərin və münafiqlərin yaydığı şayiələrdir. Onlar "Artıq
İslamın sonu çatdı və bir daha mövcud olmaz” şəklində şayiələr çıxararaq,
müsəlmanlara qarşı psixoloji mübarizəyə başladılar. Bu, bəzi səhabələrə təsir
etmişdi. İnsanlar çaşıb qalmışdılar. Nəhayət ALLAH
Əbu
Bəkr əs-Siddiqi ortaya çıxardı və ümmətə doğrunu xatırladaraq şayiələrə son
qoydu.
"Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl
də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi
dönəcəksiniz? (Dininizdən dönəcək və ya
döyüşdən qaçacaqsınız?) Halbuki geri dönən şəxs ALLAH`a heç bir zərər
yetirməz. Lakin ALLAH şükür edənlərə mükafat verər.” ()
Ey İslam
ümməti! Əsrlər keçdikcə şayiələr də dəyişmişdir. Dövrümüz şayiə yayanların
qızıl dövrüdür. Bu, texnikanın inkişaf etməsi və dünyanı qloballaşdıran əlaqə
vasitələrinin nəticəsidir. Şayiələri yaymaqda ən böyük vəzifəni kütləvi informasiya
vasitələri və peyk kanalları öz üzərinə
götürmüşdür. Onlar bunu psixoloji terrorun ən çirkin formasında edirlər. Bu
terrorun İslam ümmətinin əqidəsi, qaydaları və dəyərləri qarşısında çirkin
məqsədləri və qarışıq hədəfləri vardır. Şayiələr, psixoloji bombalar və
güllələr kimidir. Düşmənin gizli orqanları və hərbi qüvvələri ilə edə
bilmədiyini edir. Xüsusilə, böhran
anlarında qorxu və xəstəlik yaymağa, narahatlıq və qarşıdurma yaratmağa,
fitnə salmağa çalışırlar.
Şayiə,
insanlar arasında hava kimi yayılır və onların arasında dəniz dalğaları kimi
həyəcan yaradır. Onun təhlükəsi, əsgərləri aldanmış axmaq insanların
olmasındadır. Şayiələr onları sehrə salmış və özləri də bilmədən düşmənlərin
şayiələrini yayırlar. Şayiələrin millətdə və dünyada qərar sahibi olanlara çox
mənfi təsiri olmuşdur. Ümməti mühüm problemlərlə məşğul olmaqdan çəkindirərək,
saxta məsələlərə yönləndirmiş, İslam birliyinin parçalanmasına və daxili
cəbhənin bölünməsinə səbəb olmuşdur.
Ey
Muhəmməd Ümməti! Şayiələr, cəmiyyətin sabitliyinə qarşı işlənmiş günahdır. Şayiə çıxaran dini,
cəmiyyəti və ümməti qarşısında günahkardır. Bu ümmət arasında qarışıqlıq və
təhlükə yaradır. Bu hətta narkotik maddə qaçaqçılığından da təhlükəli ola
bilər. Onların hər ikisinin hədəfi insandır. Lakin, insan mənəviyyatını hədəf
almaq daha təhlükəlidir. Şayiələri həqiqət kimi qəbul edənləri gördükdə insan
təəssüf edir. Onlar xəbər kanalları və şübhəli internet səhifələri qarşısında
saatlarla otururlar. Göz və qulaqlarını, qəlblərin dinləməkdən
diksinəcəyi
və inanan nəfslərin gördükdə narahat olacağı batil şayiələrlə pozurlar. Şayiələri yayan o qorxaq yarasalar da,
beynəlxalq missioner lobbisinin əlində İslam ümmətinin sabitliyinə qarşı
istifadə edilən bir vasitə olduqlarını bilməzlər. Onlara baxmağa alışanlar
dinlərini, dünya və axirətlərini itirməkdən qorxsunlar. Haqqı batilə qarışdırıb
doğru yoldan azmaqdan çəkinsinlər. İslam əhli olaraq bizlərə sabit
dəyərlərimizdən azmaq, qənaətlərimizin sarsılması və uydurma şayiələrə aldanıb
alimlərimizdən və böyüklərimizdən biri haqqında haqsız zənn bəsləmək heç
bizlərə yaraşarmı? Bəs bizim ağlımız və fikrimiz necə oldu? Hər şeyi
dedi-qodular səviyyəsində dəyərləndirdikdə dinimiz və imanımız harada qaldı?
əz-Zəhəbi belə deyir:
"Hər alimin
sözündən yalnız bir xətadan və ya insanların onun haqqında dediklərinə görə
imtina etsəydik, heç bir insan bizimlə qalmazdı. İstəkdən və nizamsızlıqdan
ALLAH`a sığınırıq.”
Ey ALLAH`ın qulları! İslam dininə, onun sabitliyinə və İslam cəmiyyətinə qarşı
yeridilən bu mübarizənin təhlükəsini bu şəkildə anlayırıq. Həmin
mübarizəyə qarşı çıxmaq, cəmiyyətdə olan birliyi və fərdlərarası həmrəyliyi yox
etməməsi üçün şayiə mikrobunun kökünü kəsmək lazımdır. Ümmətin alimlərinə,
dəvətçilərinə, elm adamlarına və gənclərə böyük məsuliyyət düşür. Çünki, onlar
hədəfə alınır. Onlar da çəkişmələrin ölçüsünü dərk etməli, bunların
mövcudluğuna və yayılmasına imkan verməməlidirlər. Araşdırma və xəbərlərin
doğruluğundan əmin olmağa çalışmalı, batil şərhlərə müraciətdən, şübhələrə
düşməkdən uzaq olmalıdırlar. Həmçinin, şayiələrdən uzaq olaraq hadisələrə elm
və bəsirətlə baxmalıdırlar. Quran və sünnəyə bağlı olmalı və fitnələr anında
keçmiş alimlərin davranışını örnək almalıdırlar. Ümmət, onun sabitliyi və
ictimai nizamı üçün bu dağıdıcı təsirləri aradan qaldırmaqda məsuliyyət
daşıyır. Bu eyni zamanda ailənin, məscidin, məktəbin və kütləvi informasiya
vasitələrinin vəzifəsidir. Şüurlandırma ilə işə başlayaraq imanı qorunmağı
gücləndirmək, həqiqətləri araşdırmaq və yaymaq lazımdır. Xüsusilə böhran anlarında
sözləri nəql edərkən və xəbərləri yayarkən diqqətsiz davranılmamalıdır.
İnsanlar qorxudulub narahat edilməməli, izahlarda hədd aşılmamalıdır. Hadisələr
və dəyişən vəziyyətlər zamanı sivil dialoq üçün saxtakarlıq etmədən
səmimiyyətlə və şəffaf şəkildə mənəviyyatı gücləndirib, qorxu və
zəiflikdən uzaq olaraq elmi metod işlənilməlidir. ALLAH belə buyurur:
"O kəslər ki, xalq onlara: "Camaat (Əbu Süfyan və
tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” -
dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: "ALLAH bizə
bəs edər. O nə gözəl vəkildir!” - deyə cavab verdilər. Sonra da ALLAH`ın neməti
və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və
ALLAH`ın razılığını qazanmış oldular. Həqiqətən, ALLAH böyük mərhəmət
sahibidir. Sizi yalnız o şeytan öz dostlarından (guya onların çox qüvvətli
olmasıyla) qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər
möminsinizsə, Məndən qorxun!” ()
ALLAH məni və sizləri böyük Quran və Rəsulların Şərəflisinin sünnəsi ilə
faydalandırsın. Bu sözümü deyərək, böyük ALLAH`dan
özüm
üçün, sizlər və bütün müsəlmanlar üçün hər günahdan bağışlanma diləyirəm.
Sizlər də bağışlanma diləyin və Ona tövbə edin! O, səbir sahibi və
bağışlayandır.
Kainatı
yaradan və insanları yoxdan var edən ALLAH`a həmd
olsun. Şəhadət edirəm ki, ALLAH`dan başqa ibadətə və
itaətə layiq haqq məbud yoxdur. O, təkdir və şəriki yoxdur. O, neməti bol
verəndir. Xeyir və bərəkətlər ehsan edəndir. Doğruluğu əmr etmiş, yalanları və
şayiələri haram qılmışdır. Şəhadət edirəm ki, peyğəmbərimiz Muhəmməd, ALLAH`ın qulu
və
Rəsuludur.
İnsanların ən xeyirlisidır. ALLAH Ona, ailəsinə,
fəzilət sahibi əshabına, tabiinə və Qiyamət gününə qədər onlara tabe olanlara
xeyir-dua etsin, onları mübarək qılsın!..
Ey ALLAH`ın qulları! ALLAH`dan layiqincə qorxun.. Bilin ki, dininiz İslam,
müsəlman cəmiyyətinin əsasını qorumaq məqsədilə, şayiələrin qarşısını alacaq
davranışı müəyyən etmişdir. Dağıdıcılığın və təxribatın qarşısını alacaq
maneələri və qoruyucu amilləri qoymuş, təhrik və pozğunluğun davam etməsini,
şüurlu və saleh insanların qəflətindən istifadə edərək onlara təsir etməsinin
və sağlam binanın uçurulmasının qarşısını alacaq tədbirlər almışdır.
Ey sevimli
qardaşlar! Şayiəyə qarşı ilk addım,
nəfsləri ALLAH`dan qorxu və
işlərdə həqiqəti axtarma şəklində tərbiyə etməkdir. Müsəlman hər kəsə qulaq
asmamalı, əksinə həqiqəti araşdırmalı və öyrənməlidir. Dəlil və şahid tələb
etməlidir. Bu şəkildə o, pərdə arxasında işləyən, hər islahatçı və çalışqan
insana qarşı yalan və iftiranı ağızlarında saqqız edən haqsız iddia
sahiblərinin yolunu bağlayır.
Ədalət və
insafın bir zərurəti də əqidəmizə və şəriətimizə, İslam dövlətimizə və
müsəlmanlara qarşı ortaya atılan batil sözləri və şayiələri, mətbuat vasitəsilə
edilən hücumları inkar etməkdir. İslam ölkələri və İslam alimləri haqqında pis
danışmaqda məqsəd şəxslər deyil, əksinə onların inancı və metodlarıdır.
Harameyn ölkəsinə (ALLAH izzətini davam etdirsin və sabitliyini qorusun) edilən
hücumlar ALLAH`ın izni ilə onun qənaətini və sabit dəyərlərini sarsıda
bilməyəcək, əqidəsindən və mövqeyindən geri addım atmasına səbəb olmayacaq. Bu
sualları mütləq vermək lazımdır. Görəsən Harameyn ölkəsinə hücum edənlər nə
istəyirlər? Onların arxalarında kim dayanır? Kimin sözü ilə bilmədiklərini
tərifləyir və dərk etmədiklərini sayıqlayırlır?
Ey ALLAH`ın
qulları! ALLAH`dan layiqincə qorxaq və ALLAH`ın
dinini
öyrənib, öyrədərək və əməllərimizi düzəldib vəzifəmizi doğru şəkildə yerinə
yetirək! Bu gün dünyanın, İslamın və müsəlmanların həqiqəti bilməyə nə qədər də
ehtiyacları vardır. Beynəlxalq kütləvi informasiya vasitələrinin burada
iştirakı da çox gözəl olardı. Gəlin düşmənlərimizə qarşı bir cərgədə birləşək,
ümmətimizə və cəmiyyətimizə ALLAH`ın
izni
ilə faydalar verən və pislikləri uzaqlaşdıran doğru yolda olaq, fitnələr
qarşısında müsəlmanların əmrlərinə və dəyərli alimlərinə dəstək olaq, pis
fikirli iftiraçıların sözlərini qəbul etməyək. Fitnələrin baş qaldırdığı bu
zamanda ümmətin gəmisini xilas sahillərinə
çıxaracaq, usta rəhbərlərə nə qədər də böyük ehtiyac var... Çünki,
gəmini idarə etmək istəyənlər çoxaldıqda gəmi batar. Hər yerdə müsəlmanların
vəziyyətlərini düzəltməsini ALLAH`dan
diləyirik.
ALLAH`ın əmr
etdiyi kimi Peyğəmbərə - xeyir-dua
edin. ALLAH belə buyurur:
"Həqiqətən, ALLAH və Onun mələkləri Peyğəmbərə
salavat göndərirlər (xeyir-dua verirlər). Ey
iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib)
layiqincə salamlayın!” (.)
|