Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2010 » May » 13 » "namus fitnəsi muta - siələrin qeyri-rəsmi mövqeyi"
    "namus fitnəsi muta - siələrin qeyri-rəsmi mövqeyi"
    00:34
    [url=

    http://members.multimania.co.uk/mutah01/index.html

    ]Muta[/url]


    1.    Bunu bilirsinizmi?
    Bilirsinizmi ki Muta sözü Quranda yoxdur? Muta edənlər hələ bir özlərini təmizə çıxartmaq üçün deyirlər , Quran buna icazə verir. Onda əgər muta sözü Quranda yoxdursa Quranın mutaya icazə verilməsini iddia edən məntiq hardadır?
    Bir çox kitablarda ən birinci dəlil kimi Quranda mutanın əvəzinə İstimtaa sözünü dəlil kimi gətirirlər.Dəlilləri budur ki, İstimtaa sözünün kökü M”TAA –dır ki, bu da muta sözünə oxşayır və bununla da mutaya icazə verilir! Bu isə buna oxşayır :” Səddam Adəm kimi səslənir, Ona görə də o Adəm olmalıdır. ” Bu düşük müqaisə göyə üzr istəyirik, amma bu Mutanın Quranda olmasını sübut etmək istəyən  bir çox kitabların əvvəlində bu cür metoddan istifadə edilir.
    Aşağıda Mutaya haqq qazandırmağa çalışan Saşiko Muratanın təhlilidir. O deyir: "İstimtaa sözü kökü m”taa olmaqla onuncu fel formasıdır. Bunun da hərfi mənası mutadır”                         (İslam qanunlarında müvəqqəti nigah Al-Serat Cild 13, № 1 www. Al-islam.org)
    Həmçinin məşhur alim Ayətullah Tabattabai də Əl-Mizan kitabında yazır ki, İstimtamuta ilə sinonimdir və İstimtaa sözünün mənası "ləzzət” olduğu üçün nəticə etbarı ilə bu söz muta deməkdir. Ayətullah həmçinin yazır ki, kişi ərdə olan qul qadınla muta etmək hüququna malikdir. O öz  İstimtaa təhlili ilə bu nəticiyə gəlib ki, İslam qanunları kişilərə ərdə olan qul qadınlarla onların İddə müddəti bitənə kimi ərinə qaytarmamaq şərtilə cinsi əlaqəyə girməyə icazə verir. Tabattabai bu fikirlərini İstimtaa sözünün mənası ilə əsaslandırır.
    2.    Fərz edək ki
    Gəlin müzakirimizi hər iki alimin haqlı olmasıilə fərziyyəsi ilə  başlayaq. Gəlin kişilərə cinsi əlaqə ləzzətini ödəməklə almağı icazə verən Ayətullah Təbbattabai demişkən ismtaa sözünü muta kimi götürək.Onda Quranda 46:20-ci ayəyə baxın. Bu ayədə açıq deyilir kim ki, istimtaa edir cəhənnəmə düşəcək. Həmçinin 3:197 –də deyilir ki,m”taa edənlər (muta sözünün 10-cu fel forması) cəhənnəmdə yanacaq. Beləliklə Quranda M”TAA VƏ İSTİMTAA sözlərinin hər ikisi işlənib əgər onlar muta mənasındadırlarsa  , birmənalı olaraq Quran mutaya yox deyir.
    Özlərinə bərait qazandırmaq üçün  bu iki alim 4:24-dəki qadınlarınızla istimtaa görə hədiyyə ilə halallaşın ayəsini tamam başqa mənaya yozmağa çalışıblar. Onlar deyirlər ki, bu ayənin mənası qadınlarınızla muta etdikdən sonra bu xidmətə görə onlara ödəyin.Çox maraqlıdır 46:20 və 3:197 ayələrinə öz dedikləri ilə zidd olduqlarına görə şərh verməyiblər. Onlar hətta İstimtaa sözünün özləri qondardıqlarından  başqa mənasını olduğunu belə qəbul etmək istəməyiblər.
    Yuxarıdakı iki ayələrdə onlara qarşı çıxan İstimtaa və Mtaa sözlərini qulaq ardına vuraraq onlar öz iddialarını əsassız etmişlər.
    3.    Həqiqi mənası
    Beləliklə İstimtaa sözünün əsl mənası nədir? Bu söz fel olduğu üçün onun mənası kontekstdən asılıdır.Əgər  evlilik kimi isim olsaydı o birmənada olardı ancaq fel kimi mənası ayənin mənasından oxunmalıdır.Beləliklə 4:24-dəki ayədə deyilir, arvadlarınızla elədiyiniz istimtaaya görə onlara hədiyyə verin əslində deyilir ki, arvadlarınız öz evlilik öhdəliklərini "yerinə yetirdiklərinə”  görə nigah razılaşmasına uyğun olaraq görə onlara hədiyyə verin. Burada yerinə yetirmək sözü istimtaanın dəqiq mənasınıdır çünki, nigah öhdəliyi ər  və arvad arasında yerinə yetirilir. 46:20-ci ayədə həyatın ləzzətlərini istimtaa edənlər cəhənnəmə düşəcək , yəni  deyilir ki, həyatda ancaq əyləncə axtaranlar cəhənnəmə düşəcək. Burada istimtaa əyləncə deməkdir. 3:197 –ci ayədə dyilir ki, M”TAA axtaranlar cəhənnəmə düşəcək yəni həyatın "müvəqqəti ləzzət” axtaranlar cəhənnəmə düşəcək. Aydındır ki, biz isim kimi deyil yalnız fel kimi Istimtaa sözündən istifadə edəndə  tam ardıcıllıqla və daha yüksək səviyyədə Quranı başa düşürük və ayələrin mənasını görürük. Yadda saxlayın  ki, Muta  isim kimi bir mənası var -Müvəqqəti Nigah və Istimtaa  isə mənası ayənin kontekstində olan feldir.
    4.    Müasir  baxış
    Biz burada nigaha çox müasir baxışın olduğunu görürük, bunun üçün gəlin bu mənalara yaxından baxaq. Biz görürük ki, 4:24-də İstimtaa konteksindən 6-cı əsr Ərəb kişisinə arvadının nigah öhdəliklərini yerinə yetirdiyinə görə onu qiymətləndirməyi əmr edilir. Bu çox mütəəssir edicidir, çünki İslam cəmiyyətdəki əxlaq normalarının yüksək səviyyəyə qaldırılması üçün göndərilmişdir, muta və muta arvadların mübadiləsi kimi cahil (Bütpərəst) münasibətlərin və davranışların inkişafı üçün göndərilməyib. Bilirik ki, İslamdan əvvəl qadın sözsüz tabeçiliyi gözlənilən mülkiyyət və ya qul kimi baxılırdı, amma bu ayə bu münasibəti dəyişdi və dedi ki, kişilər nigah öhdəliklərini yerinə yetirdiklərinə görə öz arvadlarını mükafatlandırmalıdırlar. Ayədə açıq şəkildə ər –arvad arasında olan qarşılı başa düşmədən söhbət açıllır və bu münasibətlərin möhkəmləndirilməsi üçün bu üsuldan istifadə etməyi əmr edir. Öz öhdəliklərini yerinə yetirməyə çağırması baxımdan bu ayə çox müasirdir. Bu ayə kişilərin cinsi əlaqə üçün qadına və ya ərdə olan qul qadına haqqın ödənilməsi  kimi İslamdan əvvəlki əxlaqsız hərəkətləri qəbul etmir və onları ləğv edir .
    5.    Ehtirasda olarkən evlənməyin
    Şübhəsiz ki, diqqətlə təhlil edərkən bu ayənin bütünlüklə mutanın tətbiqinə qqarşı olduğunu görürük. Ayənin əvvəlində əlavə olaraq deyilir ki: "Ehtirasda olarkən evlənməyin” . Ayətullah Təbattabai bunu rədd edir üstəlik bunu  ancaq ərdə olan azad qadına aid olduğunu deyir. Bunu öz ardıcıllarına sübut etmək o çox uzağa gedir və bu ayənin ancaq ərdə olan azad qadına aid olduğunu deyir.
    Ancaq bu bənd (Ehtirasda olarkən evlənməyin)  Quranın aydın başqa cürə yozulması mümkün olmayan ümumi hissələrindəndir . Mutanın evli qadınla etməyinə icazə verdiyini bilərək bu bənd mutanı qanuniliyini tamamilə puç edir.
    6.    Namus barədə
    Ayədə həmçinin deyilir : "Qadınlarınızın namusunu zəmanət olun”  , bu isə ərdə olan qul qadınla muta etmək anlayışına tamamilə ziddir! Ayədə deyilir "Onu mükafatlandır”, deyilmir ki, onun mehrini ver. Ayədə hədiyyə(mükafat) deyilir , mehr deyilmir.Bu isə qadına yaxşı arvad olmaqda davam etdiyinə görə verilən hədiyyədir, intimə görə verilən ödəniş deyil.
    7.    Muta əleyhinə bu ayədə olan 7 dəlil
    Əslində Muta əleyhinə bu ayədə dəlilərin sayı 7-dən çoxdur . Xatırla, fiqh qanuna görəmuataya görə hədiyyə yox mehr " ödənilir”. Bundan başqa sən mehri onula iş görməmişdən   "əvvəl ödəməlisən” , "əgər” eləyərsə yox. Ayədə deyilir ki, əgər o yerinə yetirirsə onda ona veriləcək mehrin ödənilməsi deyil hədiyyə ilə razılaşın deyilir. Ən dəhşətlisi isə budur ki, əgər bu muta ayəsidirsə təsəvvür edin siz ərdə olan qul qadınla muta edib sonra onu ərinə qaytarırsınız.
    Əslində Ayətullah Tabattabai deyir ki, bunu etmək olar necə ki, o vaxtlar bu var idi. Amma O bununla mehrsiz qul qızla və namusunu qoruyub saxlamaq istəyən qul qızla evlənməyi qadağan edən ayələrə qarşı çıxır. Üstəlik Quranda ayə var ki, qul qadın və qızlardan fahişə kimi istifadə etmək olmaz.Həmçinin o bu ayəyə qarşı çıxır ki, harada deyilir ki, evlənməyə gücü çatmayanlar və günah etməkdən qorxanlar namuslu qul qızla –qadınla  nigaha girə bilər.
    http://members.multimania.co.uk/mutah01/experiences.html
    QURAN VƏ MUTA ADDIMBA ADDIM
    1.    Aşağıdakı ayəni muta təbliğatçıları mutaya(təsadüfi müvəqqəti nigah) bərait qazandırmaq üçün istifadə edirlər. Bu ayə Nisa SURƏSİ 24 –cü ayədir(4:24)
    Waalmuhsanatu mina alnnisai illa ma malakat aymanukum kitaba Allahi AAalaykum waohilla lakum ma waraa thalikum an tabtaghoo biamwalikum muhsineena ghayra musafiheena fama istamtaAAtum bihi minhunna faatoohunna ojoorahunna fareedatan wala junaha AAalaykum feema taradaytum bihi min baAAdi alfareedati inna Allaha kana AAaleeman hakeeman
    İstamtaa’atum sözünə bax! Bu sözü yadda saxla!
    4:24 (Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Bunlardan başqaları isə namusunu zəmanət verməklə, ehtirasa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. (Evləndiyiniz) qadınlardan istifadə etdiyinizə görə  mükafatlarını lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!


    1-ci Dəlil
     
    Muta təbliğatçıları iddia edirlər istamtaa’atum sözü istamtaa’atum yox muta eməkdir.Onlar deyirlər bu 2 söz oxşar səslənir və ərəbcə kökıəri eynidir. Öz iddialarını sübut etmək üçün bəzi sünni mənbələrini seçib öz iddialarına don geydiriblər. Bununla onların ağlında istamtaatum və muta eyni mənanı verir və qarşılıqlı əvəz oluna bilər.
    Gəlin baxaq ərəb dilində bu sözlərin mənası nədir?
    Istamtaa’atum feldir , yerinə yetirmək , razı qalmaq, həzz almaq deməkdir.
    Muta isə isimdir SEKS MÜQAVİLƏSİ deməkdir.
    Yada salın ki, kafirlər qadılarla sex müqaviləsi bağlayırdılar.Bu müqavilə muta adlanırdı. Bu vaxta qədər muta "uşaqlıq yolunun icarəyə götürülməsi” kimi baxılırdı. İndi isə mutanı müsəlmanlara qəbul elətdirmək üçün hiyləgərcəsinə "müvəqqəti nigah” adını veriblər.
    Muta təbliğatçıları iddia edirlər biz müsəlmanlara da xüsusilə dul və boşanmışlarla bunu etmək olar. Onlar iddia edirlər ki, bu qadınların onlarla sekslə məşğul olmaq istəyən kişilərə eytiyacı olduğu üçün bu iş savabdır.
    Onda belə bir sual yaranır:
    Muta təbliğatçıları qəsdən İstamtaatumu mutaya fırlatmaqla bizi yoldan azdırmaq istəyir
    Yoxsa
    İstamtaatum muta deməkdir?
    Öz yalanlarını bəraət qazandırmaq üçün muta təbliğatçılarının belə bir cavaba ehtiyacı var ki, Əgər istamtaatum muta deməkdirsə nəyə görə Allah ayədə muta demədi? Nəyə görə Allah bu sözlərin hər ikisi ayrı məna verdiyinə görə muta sözünü buraxıb əvəzinə yerinə yetirmək ( istamtaatum –ləzzət almaq) sözünü işlədir?
    Muta təbliğatçıları bu sualla qarşılalaşanda onlar dərhal bu dəlili dəyişdirib deyirlər ki, istamtaatum  icra etmək mənasındadır və bu müvəqqəti nigahın icra edilməsi mənasında ola bilərdi.
    Əslində isə bu söz Ayətullah Tabattabainin dediyi kimi, "QADINI İCARƏYƏ GÖTÜRÜB ONUNLA SEKSLƏ MƏŞĞUL OLMAQ” demək deyil. Mutanın yerinə yetirilməsi mənasının heç bir yeri yoxdur, çünki əvvəlki iki ayə nigah barəsindədir. Ona görə də yerinə yetirmək sözü də ancaq nigah barəsində ola bilər.
    Amma muta təbliğatçıları belə mübahisə edirlər ki, bu sənin hansı müqaviləni bağlamağından asılıdır. Onlar deyirlər ki, əgər bu müvəqqəti müqavilədirsə onda bu "müvəqəti nigahın yerinə yetirlməsidir” və əgər bu daimi müqavilədirsə on da "daimi nigahın yerinə yetirilməsidir”.
    Bu minvalla biz onlardan istamtaatumun muta mənasında olmadığını qəbul elətdirəndən sonra , biz belə bir mülahizəyə gəlirik ki, bu həm kafirlərin "müvəqəti nigahın yerinə yetirilməsidir” üslubudur və həmçinin adi nigahın icra edilməsidir. Onda nəyə görə istamtaatumun muta olması başlayırsız, bir halda ki, bu söz nigahın icra edilməsi mənasındadır? Nəyə görə biz bunun sizə hər cür nigahın icra edilməsi ilə sübut eləyəndən sonra yenə də durub deyirsiniz ki, bu sözlər eyniköklüdürlər?
    Gəlin növbəti məsələyə keçək və baxaq görək ayədə "hansı nigahın icra edilməsindən” gedir?
    Bunun üçün ayənin konteksində hansı növ nigahın icra edilməsinə baxmaq məntiqli olardı
    1.    (Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr)( kafir ərlərinə qaytarmamaq şərtilə) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi).
    2.    Bunlardan başqaları isə (kafir qadınlardan başqa)
    3.     Ehtirasa yol  vermədən, mallarınızı sərf edərək
    4.     qadınlarınızı namusuna zəmanət verərək evlənmək üçün sizə halal edildi
    5.    Əgər onlar aranızda razılaşdırılmış şeyi yerinə yetirlərsə
    6.    Onda onlara söz verdiyinizi verin
    7.    Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz
    Ayənin mənasından aydın olur ki, nigah ehtiras üzərində , namussuz ola bilməz və üstəlik sənin gərək maddi imkanın ola . Hanı burda  "müvəqqəti nigah” ?
    Bu sualları özünüzə verin:
    1.    Müvəqqəti nigah gizli və təsadüfi seks olduğuna görə  ehtirasdan uzaq ola bilərmi?
    2.    Qadın asanlıqla bir kişidən o biri kişiyə getdiyinə görə müvəqqəti nigah onun namusunu qoruya bilərmi?
    3.    Müvəqqəti nigahda olan qadının saxlanılmasının maliyyə öhdəliyini kişinin öz boynuna götürməsinə  dəyərmi?
    Əgər siz bu sualların hər üçünə YOX cavabını verirsinizsə, onda  razılaşırsınız ki,  onların"muta ayəsi”adı verdikləri bu ayə 3 səbəbə görə - Ehtiras, Namus və Maliyyə ödəliyinə görə müvəqqəti nigahı qanunsuz edir.  Bununla bu ayə muta ayəsi yox muta əleyhinə olan ayədir.
    1-ci dəlilə görə topladığımız xülasə
    Yekuna hələ var
    İstamtaatum ərəbcə mutademək deyil, onun mənasıyerinə yetirmək deməkdir.
    Muta isə Müvəqqəti nigahdır. Bunlar ayrı-ayrı şeylərdir. Məhz buna görə Allah ayədə muta yox istamtaatum deyir.
    Muta ehtirasla bağlıdır, istamtaatum yerinə yetirmək deməkdir.Evlilik mənasında bu söz normal nigahın yerinə yetirilməsi deməkdir, ehtiras üzərində qurulan, binamus və maddi öhdəliyi olmayan müqavilələrin yerinə yetirilməsi deyil.
    Bu ayə sizin hər cür ehtiraslı müqavilələrin icrasına qarşı olduğu üçün muta qanunsuzdur. Yəni bu "Muta ayəsi” ehtiraslı muta müqavilələri qadağan edir.
    2-ci dəlil
    Muta təbliğatçıları öz sadəlövh ardıcıllarından istamtaatum sözünün Quranda yeddi dəfə işləndiyini gizlədirlər. Məsələn
    Wayawma yuAAradu allatheena kafaroo AAala alnnari athhabtum tayyibatikum fee hayatikumu alddunya waistamtaAAtum biha faalyawma tujzawna AAathaba alhooni bima kuntum tastakbiroona fee alardi bighayri alhaqqi wabima kuntum tafsuqoona
     
    46:20 Kafirlər Odun qarşısına gətiriləcəkləri gün (onlara deyiləcəkdir:) "Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!”
    Bu ayəni bir də oxuyun!  Bura da istamtaatum işlənib. Əgər bu söz "müvəqqəti nigah ” deməkdirsə, onda bunu edənlər cəzalanacaqlar. Bu ayə fahişəliyi və ya əyləncəli nigahı təbliğ edən muta təbliğatçılarına çox gözəl cavabdır, çünki burda onların bəraitlərindən istifadə olunur.
    Mutanın bəraitə qarşı olduğu üçün Muta təbliğatçıları bu ayəni heç vaxt sitat gətirmirlər. Amma bunu gizlətməklə onlar bu mövzuda öz vicdansızlıqlarını göstərirlər. Onların nə cür vicdansız olduqlarını bilmək üçün muta barəsində yazdıqları kitablarında bu ayəni gizlətdiklərinə baxın. Sanki belə bir ayənin Quranda olmasından xəbərləri yoxdur.
    Onlardan bəziləri bu ayəyə qarşı çıxıb deyirlər ki, muta burda başqa mənadadır. Amma istimtaatumunbaşqa məna yozululması onların özlərinə ziddir, çünki 4:24 cü ayədə onlar hərfi mənaya təkid edirlər. Əslində isə siz onların kitablarına baxsanız görərsiniz ki, hər yerdə yazıblar 4:24-dəki istimtaatum muta deməkdir, amma 46:20-ci ayədə istimtaatum edənlərin cəhənnənəmə düşəcəkləri barədə ber kəlmə belə söz açmayıblar.
    Görün Quran onlara necə cavablarını verir!
    Siz bir muta təbliğatçılarının kitablarına baxın , əvvəlcə istamtaatummun muta olduğu barədə neçə səhifə yazırlar, amma 46-20-ci ayəyə gələndə isə utanmadan sözlərini geri götürürlər.
    Bu cür ziddiyyət onların mövqələrinə xasdır. Əvvəlcə fikirlərini sübuta yetirmək üçün özlərini bu sözlərin hərfi mənasına , oxşar səslənməsinə və eyni köklü olmasına inandıqlarını göstərirlər. Sonra isə sözlərini geri götürüb ayənin mənasından danışırlar. Amma burada da 4:24-cü ayənin mənasının muta əleyhinə olduğunu və 3 səbəbin -Ehtirassız , namusun təminatı və maddi öhdəliyinin muta ideyasını məhv etdiyini qəbul etmək istəmirlər.
    2-ci Xülasə
    İstimtaatum sözü muta demək deyil , yerinə yetirmək deməkdir. Əgər siz ehtirassız nigah öhdəliklərini yerinə yetirirsinizsə sizin vərəsəlik daxil olmaqla maddi cəhətdən təminat edilməlisiniz.
    46:20-ci ayədə İstimtaatum muta ilə heç bir əlaqəsi yoxdur və yerinə yetirmək deməkdir. Amma orda deyilir ki, kim ki, özlərini ehtiraslı əyləncələrə qurşadıblar onlar alçaldılacaqlar. Bununla da muta və digər ehtiraslı münasibətlərə nəcür adlandırılırsa fərqi yoxdur hamısı ləğv edilir.
    3-cü dəlil
    İmam Əli (əs) demişdi ki, Əgər hər hansı ayənin mənası barəsində mübahisə edirsinizsə , ayəni ən yaxşı izah edən mənanı götürün.
    Məsələn əgər terrorçular deyəndə ki, Quran deyir ki, müharibə vaxtı biz kafirləri öldürməliyik, və buna görə də biz bütün kafirləri qırmalıyıq, biz bu vaxt onların dediyini yox ayənin mənasına baxıb bu qətlin necə olmasını bilməliyik. Beləliklə ayədə "onları öldür” ya da  "özünü müdafiə etmək üçün onlarla vuruş” deyilir. Hansının mənası daha yaxşıdır?
    Unutmayın ki, bizim muta lehinə cavablarının olduğunu iddia edənlərlə heç bir əlaqəmiz yoxdu. Unutmayın ki, biz ayənin ən yaxşı mənasını verməliyik . Buna görə aşağıdakılara cavab verin:
    Sual 1 : Muta təbliğatçıları sizə bu ayəni fahişə ilə müqavilə bağlamaqla məhdudlaşdırmaqla düzgün mənanı verirlər yoxsa ən yaxşı məna nigahın yerinə yetirilməsidir?
    Sual 2: Biz Quranla muta kimi cahil (kafir şeyləri) bəraət verə bilərikmi? Bu bizə ayələrin düzgün mənasını verərmi?
    Sual 3: Əgər biz istimtaatum sözünü 4:24-də muta kimi götürüb 46:20-də isə bunu etmiriksə məgər biz Quranla oynamırıq? Məgər Quran ayələrinin düzgün başa düşülməsi üçün Quranla oynayıb Onu təhrif etək bizə rəvadır?
    Bu suallar barəsində düşünün! Həmçinin muta təblğatçılarından bu suallara cavab istəyin!
    MUTA TƏBLİĞATÇILARININ ALÇAQLIĞI
    Muta təbliğatçıları sübut edirlər ki, onların heç bir mənəvi abır –həyası yoxdur. Onlar hətta Quranın təhrif edildiyini deyirlər.Görün 4:24-cü ayə barəsində onlar nə deyirlər:
    İmam Cəfəri-Sadiqə görə bu ayə belə nazil olub:
    "Famah Astumtatum Bahy Minhunnah Ala Aj Musamah …” mənası "Bununla qadınlarla məhdud vaxt ərzində  muta edərkən”...
    Təfsiri- Kafi .Seyid İmad səh 105
    Bu rəvayət bizim bəzi şiə kitablarımızda mutanı sübuta yetirmək cəhdi ilə alçaqcasına həqiqi muta ayəsinin dəyişdirildiyini iddia edən ən təəccüblü şeylərdəndir. Üstəlik çoxlu sayda (əlbətdə ki, uydurma) hədislər var ki, ilk xəlifələr Quranı dəyişdiriblər.
    Bu qanunsuz şeyi qanunləşdirməyə çalışan başqa rəvayət:
    İmam Cəfəri-Sadiqə görə bu ayə belə nazil olub:
    "Famah Astumtatum Bahy Minhunnah Ala Aj Musamah …” mənası "Bu yolla qadınlarla məhdud vaxt ərzində  muta edərkən”...
    Təfsiri- Kafi .Seyid İmad səh 105
    Bu rəvayət əlbətdə ki, saxtadır və aydındır ki, Quran heç vaxt heç kəs tərəfindən dəyişdirilməyib. Sual yaranır ki, niyə belə rəvayətlər yaranır. Səbəb budur ki, muta o qədər boş bir şeydir ki, onun üçün onların bu cür səfeh rəvayətlərə ehtiyacaları olub. Başqa nəsəbəb ola bilər ki, bu cür dəhşətli rəvayətlər bizim imamlarımızın adından uydurulsun. Bu hələ mənəviyyatsızlığın heç də hamısı deyil!
    Bu  cür səfeh rəvayətlərin olması keçmişdəki muta təbliağatçılarının nə cür aşağı səviyyəli dəlillərdən istifadə ediblər. Bu uydurma rəvayətlər kafirlərin etdikləri mutaya bəraət qazandırır və hətta onların yalanını təmizə çıxartmaq üçün Quranı və İmamları ləkələyirlər. Muataya görə bu cür  şərəfsizliyə və pozğunluğa əl atılmışdır.
    Bununla da keçmişdəki muat təbliğatçıları "muta ayəsinin” muta mənasını vermədiyinə görə onu dəyişdirilmiş hesab etmişlər.
    Baxın görün keçmişdəki və indiki muta təbliğatçıları bu kafir nigaha qaytarmaq üçün bizə nələri qəbul elətdirmək istəyirlər:
    1.    Quran dəyişdirilib
    2.    İmamlar belə deyiblər
    3.    Kafir mutaya icazə verilir
    4.    4:24-də yerinə yetirmək mutadır
    5.    46:20-də yerinə yetirmək muta deyil
    6.    Biz istədiyimiz vaxt ayənin mənasına məhəl qoymaya bilərik.
    7.    İstədiyimiz vaxt isə yerinə yetirmək sözünün mənasını dəyişə bilərik.
    Əslində Muta sözünün mənası dəyişdirilmişdir. Mətnə əsasən bu "uşaqlıq yolunun icarəyə götürülməsidir”, amma Ayətullah Təbattabai bunu "cinsi əlaqə ləzzəti” adlandırarkən müasir kitablar bunu müvəqqəti nigah adlandırır. Hər dövrün öz alimi öz müasirliyi.
    Onlar əllərindən gələni etməyə çalışırlar ki, təki biz kafirlərin qadını icarəyə götürülməsi ənənəsinə qayıdaq və sonra onlardan boşanmadan imtina edək və bu ittifaqdan doğulan uşaqlardan imtina edək.Onlar istəyirlər ki, normal islam nigahı ilə yanaşı bu cür kafir şeyləri də adi norma halına gətirsinlər. Onlar üçün kafirlərin qadınlarla istifadə edib sonra imtina etməsi evliliyi ilə İslam nigahının ideal münasibətləri arasında heç bir ziddiyyət yoxdur.
    Çox maraqlıdır ki, keçmişdəki muta təbliğatçıları iddia edirdilər ki,muta ayəsi dəyişdirilib , amma indiki muta təbliğatçıları bunu demirlər. Əgər onlar da bunu desələr onda mutanın islami olmadığı hamıya ifşa olar.Buna görə də müasir dövrdə muta təbliğatçıları yuxarıdakıları açıqcasına demirlər.ancaq deyirlər ki, kafir muta adəti normal nigahla yanaşı ola bilər.




    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: azik30 | Baxılıb: 1620 | Tarix: 21.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 3
    09.08.2012
    3. AZER (AZER-QUBA) [Məqalə]
    belə şeylərlə başnızı qatırsıze. Mömün o keslerdiki boş lağ-lagı söbətlərdən üz çevirər. 1 sinif yoldaşım var ne vaxtdı bilmirem day ne teriqetidi axr saqqal balaqı ile seçilir. ne ise bu yaxınlarda evlendi özüde qız qaçırdı ha. mene maraqlı geldikı qaçırdıqı qız ile bu nece razılaşdı? 1 defe görmekle qaçırmaq aqla batmaz. qız atasnın papaqın yere salıb bele getdı oqlanda hemçinin. hele diger halları yazmıram siz bele şeyleri yazmaqla öznüzü aqılsızlara ten tutmaqdan başqa şey etmirsiz rafizi bele getdi sünni bele geldi sene ne lazımdı? bu sualı heç qarşınıza qoymusuzmu? niye göre xiristyan ve yehudilerle ALLAHIN dinne quyruq olanlarla bele şiddetli deyilsiz? size şienin ne etdiyi lazımdı yoxsa öz emellernızle ALLAH qarşısında dik muti olmanız vacibdi? yoxsa sizin vaxtınız çoxdu?

    14.07.2010
    2. XEDICE (XEDICE73) [Məqalə]
    Rafizilerde qeyretden basqa ne isteyirsen var. surprised

    14.07.2010
    1. XEDICE (XEDICE73) [Məqalə]
    Asselamualeykum! exi Allah senden razi olsun.

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  May 2010  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 3
    Qonaqlar: 3
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru