Həmd
ALLAH`adır. Ona həmd edir, Ondan yardım və bağışlanma diləyirik. Nəfslərimizin
şərindən və pis əməllərimizdən ALLAH`a sığınırıq. ALLAH kimi hidayətə yönəltsə,
onu heç kim azdıra bilməz, kimi azdırsa, ona hidayət edən olmaz. Şəhadət edirəm
ki, ALLAH`danbaşqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O, Təkdir və
şəriki yoxdur. Şəhadət edirəm ki, Muhəmməd Onun qulu və Rəsuludur.
Ey
müsəlmanlar!.. ALLAH`dan layiqincə qorxun.
Çünki, Ondan layiqincə qorxmaqla insan azğınlıqdan qorunur, günahlardan, qorxulardan və məhvedici vəziyyətlərdən xilas
olur. Kim ALLAH`danlayiqincə qorxarsa, O da həmin insanın nurunu artırar.
Bunun nəticəsində hidayəti, bəsirəti və pisliyi bir-birindən ayırar. ALLAH belə
buyurur: "Ey iman gətirənlər!
Əgər ALLAH`dan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu
göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. ALLAH böyük lütf (mərhəmət)
sahibidir!” ()
Ey
ALLAH`ın qulları! ALLAH`dan layiqincə qorxun. Onun sağlam şəriəti ilə hərəkət
edib, doğru yoluna bağlı olun. Çünki, o aydındır və orada azmaq mümkün deyil. "Bu, şübhəsiz ki,
Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (ALLAH`ın) yolundan sapdıracaq yollara uymayın. (ALLAH)
sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!” (`)
ALLAH`ın doğru yolu, Quran və
güvənilən elçisi Muhəmmədin - sünnəsidir. Rəsulullah - bu yolla getmiş, əshabını tərbiyə etmiş,
ümmətini bu yola yönləndirmişdir. Həddi aşmadan və xələl gətirmədən orta yolu
tutaraq inanc və ibadətdə buna uyğun əməl etməkdir. ALLAH belə buyurur:
"(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli
və seçilmiş) bir ümmət etdik…” (.
)
Bu İslam şəriətinə xas olan
mərhəmətli və böyük mübarizə, gedilməsi zəruri olan haqq və ədalət yoludur.
ALLAH belə buyurur:
"(Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, düz (yolda)
ol. Səninlə birlikdə iman gətirənlər (tövbə edib ardınca gedənlər) də
düz (yolda) olsunlar. (ALLAH`ın əmrlərini pozub) həddi aşmayın,
çünki, O sizin nə etdiklərinizi görəndir!” (.
)
İmanın doğruluğunun və müvəffəq
olmanın şərtlərindən biri də insanın bütün həyatı boyu yaxşı və pis hallarda
doğru yolda olmasıdır. Yaxşı hallarında şükr edir, pis hallarında səbr edir
və
qarşılığını ALLAH`dan gözləyir, Peyğəmbərin -
tutduğu və ümmətini yönləndirdiyi yolla gedir. Çünki, elə bir xeyir yoxdur ki,
peyğəmbər -
onu ümmətinə göstərməsin. Eyni zamanda
elə bir şər də yoxdur ki, ümmətini ondan çəkindirməsin. Ümmətini çox aydın bir
yolda qoydu, belə ki, ondan yalnız məhv olanlar azar. Rəsulullah -
özündən sonra Qiyamətə qədər ümmətinin başına gələcək böyük fitnələr və
müsibətlər yaradacaq ayrılıq və ixtilafları, çəkişmə və bölünmələri xəbər
verdi. Pusquda duran düşmənlər, haqq və ədalət yolundan azan kinli kafirlər və
cahillər bu fitnələrin odunu yandırar. Ümmət arasında fitnə odu alovlanar və
hərarəti artar, zərəri və təhlükəsi daha da böyüyər. O anda həqiqətlərin bir
çoxu bilinməz və anlayışların bir çoxu bir-birinə qarışar, ölçülər pozular. Bu
səbəbdən bir çox insan məhv olar.
Fitnələr
belədir. Ağıl və bəsirət sahiblərini heyrətləndirir. Ümmət içərisində fitnələr
böyüdükcə belə olur. Əli ibn Əbi Talıb fitnələri belə tərif edir: "Başlanğıcda
gizli şəkildə başlayır, nəticədə çirkin zülmə çevrilir. Qəlblər doğru yolda
ikən azır. İnsanlar xilas olduqdan sonra dəlalətə düşür. Fitnələr qarşısında
istəklər də çoxalır. Ortaya çıxdığı zaman görüşlər qarışır, ona yönələnin
belini sındırır, ona qarışanı parçalayır. Fitnələrdə hikmət yox olur, zalımlar
danışır, yaxın əlaqə pozulur, ağıllı
insanlar fitnələrdən qaçır, rəzillər fitnələr çıxarır. Fitnədə qohumluq bağları
kəsilir və İslamdan uzaqlaşırlar.” Daha sonra fitnələrdən uzaq olmağı tövsiyə
edərək, belə deyir: "Fitnələri dəstəkləyən və bidətlərin mənsubu olmayın.
Camaata və itaət qaydalarına sıx bağlı olun. ALLAH`ın hüzuruna zalımlar kimi
deyil, məzlumlar kimi gedin! Şeytanın və düşmənlərin hiylələrindən
çəkinin!” Bu çox böyük və açıq izahdır! Fitnə həqiqətini təfsilatı ilə
açıqlayır. İman və qətilik, bəsirət və elmlə dolu qəlbdən çıxmış nə böyük bir
nəsihət!.. Fitnə ilə imtahana çəkildi və onun haqqında məlumat verdi. Fitnə
oduna atıldı və səbr etdi. Fitnəyə qarşı böyük bir imtahandan keçirildi. Ümmətə
Qiyamətə qədər davam edəcək gözəl yollar açdı.
Ey
ALLAH`ın qulları!.. Əsrlər boyu fitnələr ortaya çıxmaqda davam etmişdir. İslam
ümməti indi də beynəlxalq məsələlərdən ortaya çıxan hadisələr və onların
yaratdığı nəticələrlə imtihana çəkilir. Bu hadisələr, dalğaları bir-birilə
toqquşan fitnələr və qasırğalar yaratmışdır. İslam ölkələri və müsəlmanlar
böyük zərərlər və təhlükələrlə üzləşmişlər. Belə ki, bunun qarşısında kəskin
görüş və zəka sahibləri, hətta hadisələrin gedişini bilənlər də çaşıb qalmış,
gələcəkdə vəziyyətin necə olacağı ilə bağlı heç nə bilmirlər. Əksər insanlar
eşitdiklərini və oxuduqlarını izah etməklə və hadisələri təqib etməklə
məşğuldur. Əsli olmayan xəbərlər ortaya atanlar da bu hadisələri fürsət
bilirlər. Sabit həqiqətlərə və etibarlı məlumatlara əsaslanmayan yalanları,
uydurma xəbərləri və iftiraları yayırlar. Bütün işləri cəmiyyətdə narahatlıq
yaradan və milləti faydasız şeylərlə məşgul edən ehtimallar və
görüşlərdir.
Fitnələr
zamanı və müsibətlər qarşısında ümmətin vəziyyəti belə olmamalıdır. Belə
vəziyyətlərdə İslam ümməti dinə müraciət etməli və yolunu düzəltməli, bütün
işlərdə, hər səviyyədə qullara ALLAH`ın
şəriətini öyrətməli, RƏBB`inə yönələrək
və Ona ibadət etməlidirlər. ALLAH`ın dininə yardım edərək, ALLAH`ın kəlamını
ucaldaraq, İslamı və İslam əhlini pusquda dayanan düşmənlərin şərindən və
hiylələrindən qoruyaraq, tövbə və istiğfar çox etməli və ALLAH`ın önündə boyun
əyməlidirlər. Bütün bunlar ilahi rəhmətin və rəbbani lütfün enməsinə,
qaranlıqların və ümmətdən bəlanın çəkilməsinə səbəb olar. ALLAH belə buyurur:
"…Nə üçün ALLAH`dan
bağışlanmağınızı diləmirsiniz ki, bəlkə, rəhm olunasınız?” ()
Əbu
Hureyrədən rəvayət edilən bir hədisdə Rəsulullah -
belə buyurur:
"Fitnələr olacaq. O fitnələrdən yalnız boğulanın
yalvarışı kimi bir dua xilas edə bilər.” (əl-Hakim. İbn Əbi Şeybə)
Qərar verən və ümmətin mühüm şəxslərindən
olan insanların əsas vəzifələrindən biri də müsəlmanların birliyi və
cərgələrinin bütöv olmasına çalışmaq, düşmən güclərə və təxribatçılara qarşı
çıxmaq, fitnə odunun sönməsinə, fitnəyə səbəb olan amillərin aradan
qaldırılmasına və ümmət əleyhinə olan pislikləri və təhlükələri ondan
uzaqlaşdıracaq qərarlarla mümkün qədər təsirini azaltmağa çalışmaqdır.
İnsanlara gəldikdə isə, onlar fitnələrə dalmaqdan uzaq olmalı, hər birini maraqlandıran dünyəvi işlərə və ibadətlərə
yönəlməli, dillərini və digər əzalarını fitnəyə qarışmaqdan
qorumalıdırlar. Rəsulullah - ümmətini buna yönləndirmiş, bunun insanın
xoşbəxtliyi və müvəffəqiyyəti üçün olduğunu, onun xilasına səbəb olduğunu bildirmişdir. əl-Miqdad ibn əl-Əsvəd belə
rəvayət etmişdir: "ALLAH`aand olsun ki, Rəsulullahın - belə buyurduğunu eşitdim: "Xoşbəxt insan
fitnələrdən uzaq olandır. Xoşbəxt insan fitnələrdən uzaq olandır. Xoşbəxt insan
fitnələrdən uzaq olan və bəla ilə imtihana çəkilib, səbr edəndir." (Əbu Davud)
Əbu Hureyrədən rəvayət edilən bir hədisdə isə Rəsulullah - belə buyurur:
"Kar və kor fitnələr olacaq. Onlara yönələnləri
özünə çəkəcək. Fitnələrə dillə qarışmaq, qılıncla vurmaq kimidir.” (Əbu Davud. İbn Macəh)
Həmçinin
Abdullah ibn Amr ibn As belə deyir: "Bizlər Rəsulullahın -
ətrafında ikən fitnədən bəhs edərək belə
buyurdu:
"İnsanların
təbiətlərinin pozulduğunu və etibarlılıqlarının azaldığını və belə olduqlarını
görəcəksən...”
(Belə
deyərkən) barmaqlarını bir-birinə keçirdi. Ona doğru getdim və belə dedim:
"ALLAH məni sənə fəda etsin, o zaman mən nə edim?” Belə buyurdu:
"Evinə qapan, dilinə sahib ol. Bildiyini de və
bilmədiyində sus. Öz işinlə maraqlan və insanların işinə qarışma!” (Əbu Davud. İbn Macəh.)
"Önünüzdə
qaranlıq gecənin zülmətləri kimi fitnələr vardır. İnsan onda gündüzünü
mömin kimi, axşamını kafir kimi və
axşamını mömin kimi, gündüzünü isə kafir kimi keçirər. O zaman oturan ayaq üstə
olandan, ayaq üstə olan yeriyəndən, yeriyən qaçandan daha xeyirlidir.”
Dedilər
ki: "Bizə nə əmr edirsən?” Belə buyurdu:
"Evlərinizdə oturun!” (Əbu Davud. əl-Hakim)
Bu nəbəvi yönləndirmələrə səhabələrin və tabiinin öndərləri, İslamın
bəsirətli imamları tabe olmuş və ümməti də buna yönləndirmişlər. Səhabələr
arasında fitnələr mövzusunu ən yaxşı bilən Huzeyfə ibn əl-Yəman belə deyir:
"Fitnələrdən
çəkinin. İnsan ona görünməsin. ALLAH`a and olsun ki, bir insan ona
görünsə, həmin selin qurbanı olacaq. Onu gördüyünüz zaman evlərinizdə toplanın,
qılınclarınızı sındırın, yaylarınızı parçalayın. Üzlərinizi örtün.”
Səhabələrin
öndərlərindən bəzisi belə etdi. Sa`d ibn
Əbi Vaqqas, Abdullah ibn Ömər və bir çox dəyərli səhabələr fitnələrdən uzaq
oldu. Ümmət onların bu davranışını mədh etdi və İbn Teymiyənin bildirdiyi kimi,
bunu onların ən böyük xüsusiyyətlərindən saydı.
Ey
İslam Ümməti! ALLAH`danlayiqincə
qorxun, gizli və açıq fitnələrdən çəkinin. ALLAH`a dönün və saleh əməllərlə Ona yaxınlaşın. Bu
iman qardaşlığı üçün bir zərurət, yaxşılıq və ehsan nümunələrindəndir. "…Özünüz üçün əvvəl (dünyada) nə yaxşı iş görsəniz, ALLAH dərgahında onun daha xeyirli və
daha böyük mükafatı olduğunu görəcəksiniz.” ()
Ey möminlər! Uca RƏBB`inizə
İslam ümmətindən bəla və fitnələri uzaqlaşdırması, müsibət və çətinlikləri
aradan qaldırması üçün dua edin. Çünki, O, hər şeyi eşidən və cavab verəndir. O, nə gözəl dost və
nə gözəl yardımçıdır. RAHMAN və RAHİM olan ALLAH`ın adı ilə. Qovulmuş şeytanın
şərindən ALLAH`a sığınıram. "İnsanlar (möminlər) yalnız: "İman gətirdik!” - demələrilə onlardan əl çəkilib
imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət
kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları,
övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı
mömin olduğunu ayırd edib bilək!)” ()
ALLAH
məni və sizləri Quran və Peyğəmbərlərin sünnəsi ilə faydalandırsın. Bu sözümü
deyərək, ALLAH`dan özüm üçün,
sizlər və bütün müsəlmanlar üçün hər cür günahdan bağışlanma diləyirəm. Siz də
Ondan bağışlanma diləyin! Şübhəsiz ki,
O, bağışlayan və mərhəmət edəndir.
Təmiz
və mübarək həmd ALLAH`adır. Ona həmd edir və böyük nemətlərinə görə Ona şükr
edirəm. Şəhadət edirəm ki, ALLAH`danbaşqa
ibadətə və itaətə layiq haqq məbud
yoxdur. O, təkdir və şəriki yoxdur. Şəhadət edirəm ki, Muhəmməd Onun qulu və
Rəsuludur. ALLAH Ona, ailəsinə və əshabına xeyir-dua etsin...
Ey
ALLAH`ın qulları! ALLAH`danlayiqincə
qorxun, ALLAH`a ibadətdə ALLAH rizası ilə
hərəkət edin. ALLAH`ın sevdiyi və razı olduğu saleh əməllər və sözlərlə,
Peyğəmbərin -
sünnəsilə ALLAH`a yaxınlaşın. Çünki,
Rəsulullah -
ümmətinə daim nəsihət etmiş, onu daim xeyirli olanlara yönləndirmiş, bədbəxtlık
və azğınlığa səbəb olan təsirlərdən çəkindirmişdir.
Şübhəsiz
ki, Onun ümmətinə ən böyük nəsihətlərindən biri də insanı böyük fitnələrin baş
verməsindən və insanın peşman olmasından əvvəl ömrünü və həyatını hər an ibadət
və itaətlə keçirməyə təşviq etməsidir. Həmçinin bununla bağlı Rəsulullahın -
ən böyük nəsihətlərini Əbu Hureyrədən rəvayət
etmişlər. Rəsulullah - belə
buyurur:
"Yeddi şeydən əvvəl saleh əməllərə nəzər yetirin. Unutduran yoxsulluğu, azğınlaşdıran zənginliyi, ağlı
qarışdıran yaşlılığı, ölümü və ya Dəccalımı gözləyirsiniz? (O Dəccal) nə pis
gözlənəndir. Yoxsa Qiyaməti gözləyirsiniz? Qiyamət, daha qorxulu və daha
acıdır.” (ət-Tirmizi)
Bəzi
alimlər bu hədis üçün belə deyirlər: Bunda məqsəd, Dəccalın ortaya çıxmasından
əvvəl ibadətə tələsməyə, fəlakətlər gəlməzdən əvvəl anları dəyərləndirməyə
təşviq etməkdir.
Ey
ALLAH`ın qulları! Ondanlayiqincə
qorxun.. İbadətlərdə yarışın. Fitnələrdən əvvəl saleh əməllər işləyin.
Bidətlərdən və sonradan ortaya çıxan əməllərdən çəkinin. Bəzi insanların bu
ayda etdiyi bidətlərdən biri də Şaban ayının on beşinci gecəsini qeyd etmək,
Rəsulullahdan -
və səhabədən nəql edilən səhih bir rəvayətin olmamasına baxmayaraq, o gecəyə
xas ibadətlər etməkdir. Ümmətin keçmiş alimlərinin bu gecəni qeyd etdiyi
rəvayət edilməmişdir. Bu, İmam Nəvəvinin, İmam İraqinin, İbn Teymiyyənin və
digər İslam alimlərinin bildirdiyi kimi sonradan uydurulmuşdur.
Ey
ALLAH`ınqulları!.. Rəsulullahın yoluna bağlı
olun və bu bidətdən çəkinin!. Çünki, yolların ən xeyirlisi Rəsulullahın
yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulan hər
əməl bidət və hər bidət azğınlıqdır. Eşidin, itaət edin və camaatdan
ayrılmayın! Şübhəsiz ki, ALLAH`ın
nəzarəti camaatın üzərindədir.
İzzət
sahibi və bağışlayan ALLAH`ın əmr etdiyi
kimi seçilmiş Peyğəmbərə xeyir-dua edin. ALLAH belə buyurur: "Həqiqətən, ALLAH və
Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona
salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! " ()
|