Əlhəmdulilləh həmdən kəsiran, tayyibən mubərakən fih, vassalətu vassələmu alə Rasulihil-Kərim, lə nəbiyyə badəhu, vassələmu alə əlihi va əshəbihi əcməin. Muslim “əs-Sahih”də rəvayət edirlər ki, bədəvi bir ərəb peyğəmbərin – salləllahu aleyhi va səlləm – yanına gəlin ondan İslam haqqında soruşdu. Allahin Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Gündüz və gecə beş vaxt namaz qılmaqdır.” Soruşdu: “Üzərimə bundan artığı düşür?” Dedi: “Xeyr, yalnız könüllü namaz qılmağın fərqlidir. Bir də Ramazan ayının orucu!” Soruşdu: “Bundan başqa üzərimdə bir şey var?” Dedi: “Xeyr, könüllü etməyin fərqlidir.” Allahın Elçisi – salləllahu aleyhi va səlləm - ona zəkatı da xatırlatdı. Soruşdu: “Bundan başqa üzərimdə bir şey var?” Dedi: “Xeyr, könüllü etməyin istisnadır.” Dedi: Həmin adam “Allaha and olsun ki, nə bundan artıq, nə də az etməyəcəm” deyərək dönüb getdi. Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Atasına and olsun ki, doğru söyləsə qurtulacaq!” Muslim, 1/150 Yenə bir başqa hədisdə “bir adam peyğəmbərə - salləllahu aleyhi va səlləm - gələrək “Hansı sədəqənin savabı daha böyükdür?” deyə soruşdu. Peyğəmbər – salləllahu aleyhi va səlləm – buyurdu: “Atana and olsun ki, bundan xəbərdar olacaqsan: Savabı ən böyük olan sədəqə, sağlam və ehtiraslı olduğun, kasıblıqdan qorxduğun və yaşamağı ümid etdiyin bir halda verdiyin sədəqədir” Muslim, 2/8 Bu hədislərə alimlər müxtəlif yönlərdən cavab veriblər. Ətraflı məlumat üçün bu səhifəyə keçin: "İslami faydalar məkanı"
|