Bu günlərdə İslam dinindən yalnız ateizmin anlatdığı qədər məlumatı olan qaynatam soruşdu: -
Nə üçün "Allah, Muhəmməd, Ya Əli" deyirlər, "ya" sözünü "Əli"nin
qarşısında işlədir, o biri isimlərdən öncə işlətmirlər? Əslində, bu
mövzu barədə düşüncələrimi oxucularla paylaşmaq çoxdan ürəyimdən
keçirdi, ancaq ehtiyat edirdim: birdən fikrimi kifayət qədər açıqlaya
bilmədim? Bəlkə, izahımdan oxucuda cavab əvəzinə daha çox sual meydana
gəldi? Məsələ doğrudan da ciddidir, çünki bəziləri bundan sui-istifadə
də edə bilərlər, bəziləri üçün məsələ təəccüblü görünər. Lakin bir
halda ki, bu sual ateist izahlı İslamı düşüncəyə malik insanları
düşündürür, o zaman məsələnin geniş şərhinin vaxtı çatmışdır.
Ən
çox ictimai nəqliyyat vasitələrində rast gəlinən bu xitab növünü kimisi
güzgünün üzərinə, kimisi şüşəyə, kimisi xalça parçasına, kimisi daha
başqa yerə yazdırır. Sürücü mühərrikini işə salanda, satıcı siftə
edəndə "Allah, Muhəmməd, ya Əli!" deyir. Görünür, kimisi üçün bu dua,
kimisi üçün tilsim, kimisi üçün də sehrli sözdür. Hamımızdan çox həyatı
təhlükə ilə qarşı-qarşıya olan sürücülərdir! Səhər iş üçün evdən çıxan
bu peşə sahiblərinin ailə üzvləri qədər narahatlıq keçirən daha hansı
peşə sahibləri, onların ailə üzvləri var? Halbuki, heç birimiz bir an
sonra sağ qalıb-qalmayacağımızı bilmirik. Kaş insanların hamısı
həyatlarının bir tükdən asılı olduqlarını sürücülər qədər hiss edəydi.
O zaman yəqin ki, Allah adı çox adamın iş masasının istündə, ən
görkəmli yerdə olardı. Nə isə... "Allah, Muhəmməd, Ya Əli!" Yox ... İnsan bu dünyadan hər an gedə biləcəyini düşünür və Allahı, Peyğəmbəri, xəlifələri xatırlayır. Gözəldir amma... Amma nə üçün "ya" sözü təkcə "Əli" sözünün qarşısında işlədilir? Maraqlıdır deyilmi? Öncə
bu məsələ üzərində dayanmaq istərdik ki, İslam əxlaqı kiməsə və ya
kimisə sadəcə adı ilə dilə gətirməyib. Söhbət Allahdan,
Peyğəmbərlərdən, xəlifələrdən, səhabələrdən, qısacası İslamın hər hansı
bir sahəsində tanınmış adamlardan gedirsə getsin, ya bu adların
əvvəlində, ya sonunda hörmət ifadə edən müəyyən sözlər işlədilir.
Məsələn, "Allah" deyərkən, ondan sonra "cəllə cələluhu" sözü işlədilir,
yaxud "Allah" əvəzinə sinonim sözlər və ifadələr - "Haqq Təala
Həzrətləri", "Cənabı Haqq", "Allah Təala" və s. işlədilir. Kainatın
fəxri Peyğəmbərimizin adı çəkilərkən "Allahın salatı və salamı onun
üzərinə olsun" mənasında gələn "Aleyhissalatu vəssalam", "Sallallahu
Aleyhi və səlləm" sözləri, digər peyğəmbərlərin adları çəkiləndə
"əleyhissəlam" sözü işlədilir. Bəzi ölkələrdə Peyğəmbərimizə
(səllallahu əleyhi vəssəlləm) hörmət əlaməti olaraq yeni doğulan
körpələrinə onun adı tək verilmir, onun ətrafında olan digər insanların
adı da əlavə eilir. Məsələn, Muhəmməd Əmin, Muhəmməd Əli, Muhəmməd
Sadiq. Hətta Muhəmməd yerinə Mehmet belə deyilir. Peyğəmbərimizə
(səllallahu əleyhi vəssəlləm) sayqı və hörmətdə qüsur etməkdən qorxan
bu insanlar "Birdən Onun adından sonra ləyaqətsiz bir söz işlədərəm,
Onun xətrinə dəymiş olaram," - deyə ehtiyat edirlər. Bu, sadəcə
hörmət ələməti deyildir, inananlar üçün bu, Allahın (cəllə cəlaluhu)
əmridir. Əmr isə icra edilməlidir: "Allah və mələkləri Peyğəmbərə çox
salat edərlər (onun şərəfini qorumağa, şanını ucaltmağa xüsusi
əhəmiyyət verərlər). Ey möminlər! Siz də ona səlat edin və tam bir
təslimiyyətlə salam verin" (Əhzab, 56). Digər dini
dünyagörüşlərindən fərqli olaraq İslam bütün peyğəmbərləri qəbul
etdiyindən, onların atamız olduğunu xatırlatdığından bu sayqı və
hörmət, əlbəttə ki, bütün peyğəmbərlərə də aid edilməlidir.
Qurani-Kərim (diqqət edin, "Quran" sözü də tək işlədilmir, onun da
kimin Kitabı olduğu, dəyəri nəzərə çatdırılır), bu barədə deyir: "Biz
Allaha və Onun qatından bizə endirilənə; İbrahim, İsmayıl, İshaq, Yaqub
və əsbata endirilənə, Musa ilə İsaya verilənlərə, Rəbləri tərəfindən
digər peyğəmbərlərə gələnlərə, onlar arasında heç bir fərq qoymadan
inanır və biz sadəcə Allaha təslim olduq" deyin." («Bəqərə» surəsi,
136). Buna görədir ki, təkcə səhifələr haqqında deyil, kitablar
haqqında deyil, onların nazil olduqları insanlar - peyğəmbərlər
haqqında danışarkən öncə "Həzrəti" sözünü, sonra "əleyhissəlam" sözləri
işlədilir. Bütün bunlara baxmayaraq adi vətəndaşların deyil, hətta
məclislərdə bəzi din xadimlərinin də digər peyğəmbərlərin adını
çəkərkən sadəcə "Adəm", "İbrahim", "Musa", "İsa" və s. deməkləri adama
qəribə gəlir. "Allah, Muhəmməd, Ya Əli!" Xitabın bu şəkli ilə hər
gün rastlaşır, çoxumuz elə belə də deyirik. Bunda nə var? Nə üçün bu
mövzuya bu qədər geniş girişdən sonra başlayırıq? Allah (cəllə
cəlaluhu) kainatın, onun tərkibində nə varsa, hər şeyin, o cümlədən
yerin, yerdə nə varsa, hər şeyin, insanların da xaliqidir. Həm də
kitabı göndərən də Odur, insanlar içərisindən birini seçib peyğəmbərlik
vəzifəsi ilə şərəfləndirən də Odur, Qiyamət gününün sahibi də odur.
İndi ki, hər şey Onun hökmünə tabedir, deməli, müraciət də yalnız Ona
olmalıdır. Qurani-Kərimdə keçən müraciət forması - xitab "Ya" dır. Ya
Allah! Müraciət ediriksə, "Ya Allah" deməliyik. Həzrəti İbrahimlə
(əleyhissəlam) bağlı qissədən məlum olduğu kimi, dağ kimi qalanmış
tonqala atılarkən o, yalnız Allahı (cəllə cəlaluhu) xatırlamış, yalnız
ondan imdad istəmişdi. Axirət günü bizə şəfaətçi olacaqların başında
Kainatın Fəxri, Hz. Muhəmməd (səllallahu əleyhi vəssəlləm) gəlir.
"Ümmətim! Ümmətim!" deyə bizi ətrafına toplayacaq, günahlarımızın
bağışlanması üçün bizə yardım edəcək, "Bunlar mənim ümmətimdir, Ya
Rəbb! Onları bağışla, onları kafirlərlə, münafiqlərlə birlikdə cəhənnəm
əzabı çəkməkdən azad elə!", - deyib bizə şəfaətçi olacaqdır. Biz,
əlbəttə ki, Ona müraciət edəcək, "Ya Rəsulullah, mən də sənin
ümmətindənəm, bütün günah və qüsurlarımla mənə şəfaətçi ol, Cənabı Haqq
qarşısında günahlarımın bağışlanması üçün məni də ümmətin kimi qəbul
eylə!" deyəcəyik. Hələ sağlığında cənnətlə müjdələnmiş on nəfərdən
biri, Peyğəmbərimiz (səllallahu əleyhi vəssəlləm) üçün dəfələrlə hər
şeyindən keçən Həzrəti Əlinin (radiyallahu anh) xatirinə kim bilir neçə
nəfərin günahları bağışlanacaq, cəhənnəm əzabından qurtulacaqdır.
Onlardan biri olmaqdan kim imtina edər? "Ya Əli, məni də xatırla, məni
də özünlə Peyğəmbərimizin (səllallahu əleyhi vəs səlləm) yanına götür"
deyən neçə-neçə insan olacaqdır. Elə isə nə üçün biz təkcə Hz. Əliyə (radiyallahu anh) xitab edirik? İlk
baxışda çox İslami görünən, haqqında bəhs edilən xitab haqqında da eyni
sözlər söylənə bilər. Yüz illər boyu ilan kimi sakit, səssiz içimizə,
şüurumuza yerləşdirilən zındıq əfkarlar içərisində onlarca, bəlkə,
yüzlərcə, minlərcə nümunələr vardır. Məlum olduğu kimi, xristianlıqda
bir növ üçtanrılıq mövcuddur - Ata Allah, Oğul Allah, Müqəddəs Ruh.
Hətta Hz.İsanın (əleyhissəlam) və Hz.Məryəmə belə sitayiş edilir,
onların rəsmləri, heykəlləri qarşısında səcdə edilir və s. Beləliklə,
Allahın (cəllə cəlaluhu) saf dininə xələl gətirilərək yenidən
bütpərəstliyə qayıdılır. Halbuki, Allah təkdir, şəriki yoxdur, Ondan
başqa hər şey və hər kəs Onun tərəfindən yaradılmışdır və Onun hüzuruna
qayıdacaqdır. Xristianlığı pozanlar eyni məqsədlə İslama da təsir
göstərməyə çalışır, saf, təmizqəlbli müsəlmanların da bir qismi bu tora
düşərək xristianlığın düşdüyü yanlış yola düşür, pərdə arxasında
nələrin işləndiyinin fərqinə varmırlar. "Allah üçdür" deməyin, sizin
üçün xeyirli olacağına görə bundan vaz keçin. Allah ancaq bir təkdir.
O, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, hamısı Onundur.
Vəkil olaraq Allah yetər" («Nisa» surəsi, 171). Avtomaşınların
şüşəsindən, güzgüsündən əsli olmayaraq rəsmlər asılır. Bəzi kənd
məscidlərində, kilsə divarlarını xatırladan rəsmlərin asıldığına belə
rast gəlmişəm. Hətta səcdə üçün istifadə edilən möhürlərin üzərində
belə insan rəsmləri çəkilir. Qəribədir ki, bu rəsmlər bir xristian
ölkəsindən deyil, İslam ölkələrindən ixrac edilir. Allah, Muhəmməd, Ya Əli! Burada
ehtiyat edilən nə var? Var. Birinci; bu xitab növü xristianlıqdakı
üçtanrılığa çox yaxındır. Halbuki, yuxarıda da izah edildiyi kimi,
yalnız və yalnız Allah (cəllə cəlaluhu) hər şeyin yaradanı, maliki, o
cümlədən din gününün sahibidir. İmdad istəniləcəksə, yalnız O vardır. Hz.Muhəmməd
(səllallahu əleyhi vəssəlləm) kəlmeyi şəhadətdə dediyimiz kimi "Allahın
qulu və rəsuludur". Diqqət edin, əvvəlcə qulu, sonra Rəsuludur. Allah
Rəsulunun (səllallahu əleyhi vəssəlləm) ən yaxını, silahdaşı, din
qardaşı, əmisioğlu, kürəkəni Hz.Əli (radiyallahu anh) də öncə Allahın
qulu, sonra xəlifədir. Bu halda həm Peyğəmbərimiz (səllallahuəleyhi
vəssəlləm), həm də Hz. Əli (radiyallahu anh) öncə qul, sonra birincisi
rəsul, ikincisi isə xəlifə rütbələri ilə şərəfləndikləri halda, nə üçün
biz Allaha (cəllə cəlaluhu) deyil, Hz. Əliyə (radiyallahu anh) müraciət
edirik? Nə üçün, heç olmazsa, "Ya Allah, Ya Muhəmməd, Ya Əli" demir,
birinci və ikincinin sadəcə adlarını hörmətsizliklə sadalayıb "Ya Əli"
deyirik? Məgər Hz. Əli (radiyallahu anh) buna razı olardımı? Allah
Rəsulunu (səllallahu əleyhi vəssəlləm), Hz.Əlini sevən, onlara sayqı
göstərən, onlar kimi bir həyat yaşamağa çalışan hər bir müsəlman nə
Allaha (cəllə cəlaluhu), nə Onun Rəsuluna (səllallahu əleyhi
vəssəlləm), nə də Hz. Əliyə (radiyallahu anh) belə hörmətsizlik etməz
və bunu ağlına da gətirməz. "Bismillah" (Bismillahir Rəhmanir Rahim)
hər xeyirin başıdır. Biz də onunla başlayırıq. Bil, ey nəfsim! Bu
mübarək kəlmə İslam nişanı olduğu kimi, bütün mövcudatın hal dili ilə
Onu anmasıdır". Allah təkdir və şəriki yoxdur. Allaha şərik qoşmayın!
Ay rafizler meni 14 yaşım var 5 yaşınnan men Namaz qılmışam mən həm Sələfi olmuşam hə Maliki olmuşam həm Şafii olmuşam amma mən ədaləti gördüm Cəfəri(Şiə) oldum. ən haq yoldadır şiə Allah oz hidayətini bizdən göturməsin Amin!!!
Orxan (AbdulHaq)-BarakALLAHU fikum qardash amma ele sert olma bir az yumshaq ol onlar xestediler biz ise hekim kimi olmaliyiq ve onlari islah mualice etmeliyik ALLAH SUBHANAHU ua TAALANIN izni ile ve ONUN rizasi uchun tebiiki, Assalamu aleykum ua rahmatuLLAHi ua barakatuhu.
Allah bilir ozunuz bilin amma geydirme oyunlarinizla ancaq ozunuze ziyan edirsiz. Allah hidayet etsin sizleri. HER HALDA SAYTIN ADMINI SIZSINIZ VE ISTEDIYINIZI BURDA EDE BILIRSINIZ. Hec kim kor deyil her halda. men bir defe sizin burda qoydugunuz bir movzu ile elaqedar serh yazmisdim onu tez cixardiniz. Niye? serf etmedi ona gore...... Onda movzu qoyanda zehmet olmasa asagidan sherh yazmaq ucun yer qoymayin.
Nurana camahatin haqqina girmeyin BACI harda deyib ki meqaleni o yazib? , niye yalan danishirsan ,oz adina yazan meqalenin altinda oz adini yazardi sadece baci bu meqaleni elave edib ve altindada muellifin adini yazib,,eger oz adina yazsaydi onda danishmaqa ehtiyyac olardi bu barede,, DIQQETLI olun insanlarin haqina girmeyin !!! o ki qaldi nese silmeye , muzakire ucun forum var movzu acin orda ne qeder istesez yazin,, meqale ise oxuya bilmirsinizse bu qaradasha mesxsusdur Fərrux ƏKBƏROV