Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19733 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16894 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13887 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9704 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9147 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2009 » Yanvar » 15 » UŞAQLARIN XOŞBƏXTLİYİ.
    UŞAQLARIN XOŞBƏXTLİYİ.
    17:22
    Allah təala dünyaya gələn hər bir körpəyə pak müvəhhidlik və xalis təkallahlıq nemətini təmənnasız bəxş edir. Xaliq olan Allah onun valideynlərinin dininə, dilinə, imkanlarına və sairə xüsusiyyətlərinə baxmadan uşaqlara öz mərhəmətini göstərir. Hətta valideynləri Allaha şərik qoşan müşrik və ya Onu inkar edən ateist və digər günah sahibləri olsalar belə Rəhman olan rəbbimiz onların körpələrini pak yaradır. Bu barədə Allah təala buyurur:
    “(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur...” (Rum, 30)
    Əbu Hüreyrə (Allah ondan razı olsun!) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) bu ayəni aşağıdakı kimi açıqladığını demişdir: “Doğulan hər bir insan fitrətlə (təkallahlı kimi) dünyaya göz açar. Sonradan valideynləri onu yəhudiliyə, xristianlığa və yaxud məcusiliyə (atəşpərəstliyə) sürükləyərlər.”

    Əbu Hüreyrə (Allah ondan razı olsun!) belə buyurur: “Allahın insanları yaradarkən onlara bəxş etdiyi fitrəti Onun məxluqatı üçün dəyişilməzdir. Doğru din budur. Din və fitrət isə İslamdır.”

    İmam Müslim İyad ibn Himərdən Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) belə dediyini rəvayət edir: Allah deyir: “Həqiqətən, Mən Qullarımı hənif (xalis təkallahlı) olaraq yaratdım. Şeytan isə onlara öz dinlərində pusqu quraraq, halal etdiklərimi haram göstərdi.”

    Əbu Cəfər Məhəmməd ibn Cərir ət–Təbəri (Allah ona rəhmət etsin!) Bəni Səd qəbiləsindən olan əl–Əsvad ibn Sərinin belə dediyini rəvayət edir: “Allah Elçisi ilə (ona Allahın salavatı və salamı olsun!) birgə dörd döyüşdə oldum. Camaat müharibədə qələbə çaldıqdan sonra uşaqları əsir götürdü. Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) gəlib bu hadisəyə çox qəzəbləndi və belə dedi: “Camaat nəyə görə uşaqları əsir götürür?” Bir nəfər: Ya Rəsulallah! Məgər onlar müşriklərin övladları deyilmi? – dedi. Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) isə ona belə cavab verdi: “Sizin burada ən xeyirliniz müşriklərin övladlarıdırlar. (Yəni, sizin də valideynləriniz müşrik olublar). Həqiqətən, doğulan hər bir insan fitrətlə doğulur. O dil açdıqdan sonra valideynləri onu yəhudiliyə və yaxud xristianlığa sürükləyərlər.”

    Həsən əl-Bəsri deyir ki, Allaha and olsun ki, Rəbbimiz Öz kitabında belə buyurur:
    Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: "Mən sizin Rəbbiniz deyiləmmi?" - soruşmuş, onlar da: "Bəli, Rəbbimizsən!” – demişlər. (Əraf, 172)
    Ayənin mənası budur ki, doğulan hər bir insan öz Xaliqini tanıyaraq Onun rəbb olduğunu qəbul edir.
    Deməli Allah təala bizdən oncə hələ uşaqlarımızın ana bətnində olmazdan əvvəl onların xoşbəxtliyini istəmişdir. Məhəmməd peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) müsəlmanlara öyrətdiyi zikrlərdən birinə diqqət yetirək. O, zövcəsi ilə yaxınlıq edən müsəlmanın aşağıdakı sözləri söyləməsini tövsiyə edir:
    “Bismilləh, Allahım şeytanı bizdən və bizə verdiyin ruzidən uzaq et.” (Buxari).
    Hədisdə ruzi övlada işarədir. Müsəlman hələ heç ana bətninə düşməmiş bir övladının Allah tərəfindən qorunmasını dua edir. O, Allahın ona övlad verəcəyini də bilmir. Lakin o Allahın tükənməz ruzi sahibi olduğunu bilərək ümidini üzməyir və gələcək övladının xoşbəxtliyini istəyir.
    Uşaqların dini tərbiyə altında böyütməsinə qayğı göstərən Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) buyurur:
    “Övladlarınızı yeddi yaşına çatanda namaza çağırın. On yaşında isə onları (namaza gəlmədikləri təqdirdə) vurun və (bu yaşda onların) yataqlarını ayırın.”
    Peyğəmbərin bu göstərişi hər bir valideynə öz övladlarına və öhdəliyində olan uşaqlara diqqətlə yanaşmağı tövsiyə edir. Bununla da sevimli Peyğəmbərimiz onların dünya və axirətdə xoşbəxt olmalarını istəmişdir.
    Buxari və Müslimin rəvayət etdiyi hədisdə Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) deyir:
    “Hər biriniz bir himayəçisiniz və öz rəiyyətinizə görə məsulsunuz.”
    Bu mənada kişi öz ailəsinin himayəçisi və öz rəiyyətinə görə məsuldur. Həmçinin qadın da öz ərinin evində himayəçi və ailəsinə görə məsuldur.
    Bizim hər birimiz öz övladlarımıza diqqət yetirir, himayə edir və qayğı göstəririk. Lakin bir çoxlarımızın göstərdiyi himayə və qayğı yalnız onların fiziki sağlamlığı və maddi rifahı üzərində qurulmuşdur. İnsanın öz övladının yüksək səviyyədə qayğısına qalması tərifəlayiq bir işdir. Lakin övladını maddi cəhətdən təminatlı mənəvi cəhətdən isə kasıb görmək heç bir valideynin arzusu deyil. Xüsusən də Peyğəmbərimiz buyurur ki,
    "Zəngin şəxs var-dövləti çox olan deyil, əksinə nəfsi tox olandır." (Buxari)
    Buna görə də hər iki istiqamətə diqqət göstərmək lazımdır.
    Müslimin “Səhih” əsərində Abdulla ibn Məsuddan belə bir hədis rəvayət olunur:
    “Nütfənin ana bətninə düşdüyü yüz iyirminci günündə mələyə ruh üfürülməsi və dörd kəlimə yazmazı əmr olunur: Ruzisi, əcəli, əməli, bədbəxt və ya xoşbəxt olması...”
    Alın yazısı mübahisə olunmaz bir məsələdir. Bu heç də o demək deyil ki, insan dünya ruzisi qazanmaqda, axirətdə xoşbəxtlik və yaxud bədbəxtliyə nail olmaqda əmək sərf etməyərək bütün ümidini qədərinə bağlamalıdır. Əvvəla mələyin onun üçün nə gətirdiyi qeybdir. Heç kəs bilə bilməz ki, onun qədərində nə yazılıb. Buna görə də müsəlman dünya və axirət xoşbəxtliyini qazanmaq üçün var gücü ilə çalışmalıdır. Çünki hər bir xeyir əməldə güclü olan mömin zəif mömindən daha xeyirli və Allah qatında daha sevimlidir. Allah buyurur:
    “Dünyadakı nəsibini də unutma.” (əl-Qasas, 77)
    Qədərin yəni, Allah tərəfindən hər bir insanın alın yazısının yazıldığını və hər şeyin də ona uyğun cərəyan edəcəyini öz əshabələrinə çatdırdıqdan sonra Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) onlara belə demişdir:
    “Əməl edin. Kim nə üçün yaradılmışsa ona da yetişəcək.”
    Qeyd edildiyi kimi, müsəlman valideyn öz övladlarının və öhdəliyində olan uşaqların tərbiyəsinə xüsusi diqqət yetirməlidir. Yaddan çıxartmaq lazım deyil ki, ibadət təkcə namaz qılmaqla bitmir.
    Böyük fəziləti olan bu vacib əməl yəni, namaz qılmaq Allahın buyurduğu vaciblərdən biridir. Onunla yanaşı digər vacib əməllər vardır ki, həmin işlərə də Cənnət vəd verilib. Böyük İslam alimlərindən birinə sual verilir ki:
    “Bəs Allah Quranda deyir ki, namaz insanı pis əməllərdən çəkindirir. Lakin mən namaz qılmaqla yenə də pis əməllərə yol verirəm. Alim isə ona belə cavab verir: Sən Allahın Öz Kitabında tələb etdiyi namazı qılmırsan.”
    Deməli savab əməllər bir-birinə bağlıdır. Onların sanki biri o birini ardıca dartır. Valideynin öz övladının qayğısını çəkməsi savab əməllərdəndir. Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) demişdir:
    “Kim iki qız böyüdərsə, onların təhsilinə və tərbiyəsinə diqqət yetirərsə, Cənnətə daxil olar.”

    Allah bizim övladlarımızı əməlisaleh bəndələrdən etsin. Amin!



























    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: MUSELMAN-BACI | Baxılıb: 1035 | Tarix: 13.05.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 1
    15.01.2009
    1. Feride (musulmanka@) [Məqalə]
    Amin

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Yanvar 2009  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru