Gözmuncuğu İslamdan əvvəl də var idi. Cahiliyyə dövründə uşaqların çiyninə, yaxasına çoxlu gözmuncuğu asılırdı və elə düşünürdülər ki, həmin muncuqlar uşağı xata-baladan qoruyur. Halbuki gözmuncuğu adlanan rəngli daşlar, şüşələr adi maddədən başqa bir şey deyil. Həmin maddələr isə nə bir ziyanın qarşısını almaq, nə də bir xeyir gətirmək xassəsinə malikdir. Onlar cansız əşyalardır və onlardan yardım istəmək dinimizə görə şirkdir. Bu niyyətlə uşaqlara gözmuncuğu asmaq bidət sayılır. Bidət dinimizə sonradan əlavə edilmiş işlərə deyilir. Bəzi bidətlər bəyənilsə də, bir çoxu, o cümlədən uşaqların üst-başına gözmuncuğu asmaq xoş olmayan iş kimi qəbul edilməkdədir.
Bir çox İslam alimləri bu mövzuda bir fikir üzərində həmrəydirlər. Onlara görə muncuq əvəzinə, oğlan uşaqlarına gümüşdən, qız uşaqlarına isə qızıldan "Maşallah" yazılmış kiçik lövhə asmaq daha faydalıdır. Çünki "Maşallah" (Allah istəsə, bundan daha gözəlini, daha yaxşısını yaradar) sözü ilə Allahın sonsuz qüdrətini təsdiq etmiş olursunuz. Eyni zamanda həmin uşaqda göz dəyəcək fövqəladə bir şeyin olmadığını da xatırladırsınız. Üstəlik, uşaqlarda İslami təfəkkürün formalaşmasında da bu sözün müsbət rolu var.
Bəzi alimlər gözmuncuğundakı mavi rəngin gözdən və ya beyindən şüalanan dalğaları udduğunu iddia edirlər. Ancaq təəssüf ki, bu iddianın heç bir elmi əsası yoxdur və sadəcə olaraq, bir iddia kimi qalır. Bəzən insanlar gözmuncuqlarını hər hansı bir yardım ummadan uşaqlarının üstünə asırlar. Yəni yardımı, mərhəməti Allahdan umduqları halda, uşaqlarının üstünə muncuq asmaqda davam edirlər. Bu halda uşaqlara gözmuncuğunu asmaq şirk sayılmır, ancaq məkruh, yəni xoşa gəlməyən bir iş kimi qəbul edilir...
salam aleykum. Yadda saxlayin kimse kimise, nese kimise qorumasi uchun o birinci oznu qorumalidi. Mes; Kimse yaninda muhavize'chi gezdirir ki, onu qorusun. Demeli muhavizechi ozunu qoruya bilir ki, bashqasinida qoruyr. Indi gelek movzuya goz muncuqunu yere atdiqda parcha-parcha olacaq. Atanda aciz, atilan sheyde. Aciz olmayan,dualari qebul eden birsozle ozunun ashkar ve gizli nemetlerini bize bol-bol veren Allahdan istesek olmazmi? Quranda deyilirki; onlardan eleleride var ki, Allaha sherik qosharaq inanirlar, Gelin biz elelerinnen olmayaq. Hesheye qadir olan Allah pak ve muqeddesdir.