Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19721 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16787 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13875 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9689 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9136 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2008 » Dekabr » 11 » Zəlalət firqəsi: "Təkfir və hicrət camaatı"
    Zəlalət firqəsi: "Təkfir və hicrət camaatı"
    21:47
    Ötən əsrdə meydana gəlmiş müasir zəlalət firqələrindən biri də, özünü "Müsəlman camaatı" adlandıran "Təkfir və hicrət camaatı"dır. Böyük günah sahiblərini kafir hesab etməklə xəvariclərin minhəcinə (yəni üslubuna, metoduna) əsaslanmış bu hizb, Misirin həbsxanalarından birində yatan məhbuslar tərəfindən təsis edilmişdir. 1965-ci ildə Misirdə keçirilən kütləvi həbslərdən bir müddət sonra hizbin azadlığa buraxılmış bəzi üzvləri öz çirkin fikirlərini müsəlmanlar arasında yaymağa başladı. "Təkfir və hicrət camaatı"nın Misir torpağında artan tərəfdarları arasında universitet tələbələri xüsusilə nəzərə çarpırdı.

    1967-ci ildə Əli İsmayılın rəhbərliyi altında həbsxanadakı gənclərdən ibarət kiçik bir dəstə, Misirin dövlət başçısı Camal Abdunnasiri, onun idarəçiliyini və eləcə də hizblə razılaşmayan bütün ölkə vətəndaşlarını kafir elan etdi.

    Əl-Əzhər universitetinin keçmiş məzunu Əli İsmayıl, Seyyid Qutbla birgə edam edilmiş altı nəfərdən birinin, Abdulfəttah İsmayılın doğma qardaşı idi. O, hizbin təsisi zamanı təkfir və hicrət məsələləri ilə əlaqədar Qurana, Hədislərə və Peyğəmbərin (Sallallahu əleyhi və səlləm) Məkkə və Mədinə dövründəki həyat yoluna əsaslandığını iddia edərək, təsirləndiyi xəvaric fikirlərini gizlətməyə çalışırdı. Lakin bir müddət sonra onun bu saxta əməllərinin üstü açılmış və o öz səhvlərini etiraf edərək doğru yola qayıtdığını bəyan etmişdir.

    "Təkfir və hicrət camaatı"nın fəallarından biri də, 1965-ci ildə "İxvan əl-muslimin" hizbinin üzvü kimi həbs olunmuş iyirmi üç yaşlı Əbu Səəd Şükri Əhməd Mustafa idı. Əli İsmayılın öz yanlış fikirlərindən dönməsindən sonra Şükri Əhməd hizbə rəhbərliyi həbsxana daxilindən öz üzərinə götürdü.

    O, 1971-ci ildən başlayaraq hizbin qarşısına məqsəd qoyduğu planları tətbiqi şəkildə həyata keçirməyə başladı. Birinci mərhələdə ona Əmir əl-möminin (yəni müsəlmanların xəlifəsi) və "Təkfir və hicrət camaatı"nın rəhbəri kimi biət edildi. Bunun ardınca tərəfdarları arasında vəzifə bölgüsü apararaq, onları müxtəlif ərazilərə təyin etdi. 1973-cü ilin sentyabrında isə hizbin üzvlərinə özləri ilə ərzaq və silah götürərək dağlara çəkilmək və mağaralarda sığınacaq tapmaq əmrini verdi.

    1973-cü il oktyabr ayının 26-sında onların bu işindən xəbər tutan Misir dövləti hizbin üzvlərini cinayət məsuliyyətinə cəlb etdi.

    1974-cü il aprelin 21-də, ötən ilin oktyabrında baş vermiş toqquşmalarda iştirak edən Şükri Əhməd Mustafa və onun camaatı hökümət tərəfindən əhf edildi.

    Lakin o, tutduğu bu işdən əl çəkməyərək hizbin fəaliyyətini yenidən bərpa etmək qərarına gəldi. Ötən hadisələrdən sonra öz çirkin işlərində müəyyən qədər təcrübə əldə etmiş Şükri, bu dəfə daha ehtiyatlı addımlar atdı. O, hizbin nizamnaməsində bəzi dəyişiklər apararaq, yeni üzvlərdən ibarət idarə heyəti topladı. Qonşu dövlətlərdə təbliğat aparmaq üçün müəyyən şəxslərin seçilib göndərilməsi isə, "Təkfir və hicrət camaatı"nın yanlış fikirlərinin Misir hüdudları kənarlarında yayılmasına səbəb oldu.

    Artıq bir müddət sonra öz azğın niyyətlərini nəzərə çarpacaq dərəcədə həyata keçirən "Təkfir və hicrət camaatı"nın ölkə daxilində çox saylı iğtişaş və qarşıdurmalar törətməsi nəticəsində onun yüzlərlə üzvü həbs edildi. 1977-ci ildə Şükri Mustafaya və eləcədə hizbin beş fəal üzvünə edam hökmü oxundu. 1978-ci ilin mart ayında isə əmrin icrasına fərman verildi.

    Əqidə və fikirlərində təkfir məsələsinə əsas önəm verən "Təkfir və hicrət camaatı", davamiyyətli olaraq böyük günah edən və tövbə etmədən ölən hər bir kəsi, Allahın endirdiyi ilə hökm verməyən hakimləri və onların tabeçiliyində olan rəiyyəti heç bir təfsilata varmadan bir mənalı şəkildə kafir hesab edirdi. Alimlərə gəlincə onları da yuxarıda qeyd olunan insanları təkfir etmədikləri üçün kafir adlandırırdı. Həmçinin hizbi qəbul etməyən və ya qəbul edərək ona qoşulmayan və başçısına biət etməyən (yəni sədaqət andı içməyən) şəxslər də kafirlikdə ittiham edilirdi.

    "Təkfir və hicrət camaatı"nın fikrincə alimlərin dediklərinə, icmaya (yəni yekdil rəy), hətta əshabələrin icmasına, qiyasa (yəni bir məsələyə müqayisəetmə yolu ilə qərar vermək), məsləhəyə (yəni dini mənafeni nəzərə almaq) və sairəyə əsaslanan hər bir kəs müşrik və kafirdir. Həmçinin hizb, hicrətin dördüncü yüzilliyindən sonrakı bütün əsrləri Allahdan qeyri ibadət olunan təqlid bütünə ehtiram edildiyi üçün küfr və cahiliyyə dövrü hesab edir. Bu səbəbdən də gərək hər bir müsəlman şəriət hökmlərini dəlilləri ilə bilməli və istənilən dini məsələdə təqlidə yol verməməlidir.

    Səhabənin sözü və ya əməli isə, Raşidi xəlifə olsa belə sübut sayıla bilməz.

    Təkfirdən sonra hizbin əsas saydığı ikinci şərt hicrətdir. "Təkfir və hicrət camaatı" hicrət deyərkən cahiliyyə cəmiyyətindən ayrılmağı nəzərdə tutur. Hizbin fikrincə hal-hazırda mövcud olan hər bir cəmiyyət cahiliyyəyə məxsusdur. Həmçinin hicrət iki yerə bölünür: Məkan və şüuri cəhətdən ayrılıq. "Təkfir və hicrət camaatı" Peyğəmbərin Sallallahu əleyhi və səlləm və səhabələrin Məkkədə qərar tutduqları dövrü şüuri hicrət adlandırır və belə bir anda başçıya biət edilərsə həqiqi İslam həyatı yaşanar deyir.

    Hizb, İslamın günümüzdəki zəif mərhələsində cihaddan əl çəkməyi, şüuri mübarizəyə qoşulmağı və bu işdə "Müsəlman camaatı"na (yəni "Təkfir və hicrət camaatı"na) yardım etməyi hər bir müsəlmana vacib bilir.

    "Təkfir və hicrət camaatı"nın fikrincə tarixin Qurani Kərimdə varid olan ən gözəl hekayə olmasından başqa heç bir dəyəri yoxdur.

    Həmçinin elmi dərəcəsi ilə tanınmış ailmlərin sözlərinin, mötəbər təfsir və əqidə kitablarının heç bir faydası yoxdur. Çünki hizbə görə İslam ümmətinin qədim və müasir zəmanədə yaşayan böyük alimlərinin hamısı dindən dönmüş mürtədlərdir.

    "Təkfir və hicrət camaatı"nın sözlərinə əsasən Quran və Peyğəmbərin Sallallahu əleyhi və səlləm hədisləri sübut üçün yetərlidir. Lakin bu hizb də digər Bidət əhli kimi müəyyən bir fikir söylədikdən sonra onu Quran və hədislərdə axtarmağa başlamışdır. Onlar dediklərinə uyğun olan hər bir dəlili məqbul sayıb, zidd olanları müxtəlif üslublarla rədd edirdilər. Məsələn, «Biz savadsız ümmətik...» (Muslim, 1080) hədisini düzgün başa düşməmələri nəticəsində kütləvi savadsızlığa çağırmış, İslami və ya qeyri İslami universitetləri «Tağut tikililəri» adlandırmış və bu təhsil ocaqlarını «Zərər məscidi»nin (Tövbə, 107–110) tərkib hissəsi sayaraq, orada oxumağı qadağan etmişlər.

    "Təkfir və hicrət camaatı" elmi yalnız xüsüsi toplpntılarda bir-birindən öyrənərək, mariflənmə istiqamətində atılan addımları yəhudi dəvəti adlandırmış və məqsədin insanları küfr elmlərə yönəldilməsi və İslam təlimindən uzaq salınması olduğunu bildirmişdir.

    Hizbin fikrincə dörd məsciddən, yəni əl-Haram, ən-Nəbəvi, Quba və əl-Əqsadan qeyri məscidlərdə qılınan cümə və camaat namazları, onların «Zərər məscidi» mahiyyətli olduqlarına görə tərk edilməlidir. Lakin bu dörd məscidin özündə belə imamın hizbin üzvlərindən biri olması şərtilə namaz qılına bilər.

    Bundan əlavə "Təkfir və hicrət camaatı", onlara rəhbərlik edən Şükri Mustafanın ümmətin gözlədiyi Mehdi olmasını güman edir. Hizbə görə Allah onun (yəni Şükrinin) camaatının əli ilə Məhəmməd Peyğəmbərin (Sallallahu əleyhi və səlləm) vasitəsilə həyata keçirmədiyi bir həqiqəti, yəni İslamın digər dinlərdən yüksək olmasını gerçəkləşdirəcək.

    Hizbə rəhbərlik edən şəxslər nəticə etibarı ilə imamət və müctəhidlik dərəcəsinə çatdıqlarını iddia etmiş və bu səbəbdən də özlərinin ümmətə, onun sələfinə və xələfinə zidd mövqelərini düzgün hesab etmişlər.

    "Təkfir və hicrət camaatı"nın əqidəsini və dəvətini ifşa edən əsərlərdən biri də onun keçmiş üzvü Abdurrahmən Əbul-Xeyrin yazdığı «Müsəlman camaatı ilə bağlı xatirələrim» («Zikriyəti məə Camaa əl-muslimin») kitabıdır.

    Hizbin tərəfdarları əsasən Misirdə, əlaxüsus da onun Said məntəqəsində daha çox yayılmışdır. Həmçinin Yəmən, İordaniya, Əlcəzair və sairə ərəb dövlətlərində də onun üzvləri vardır.

    "Təkfir və hicrət camaatı" haqda oxuduğunuz bu mətn Məəni b. Həmməd əl-Cuhəninin "Məvsua əl-muyəssira fil-ədyən vəl-məzəhib vəl-əhzəb əl-muasıra" əsərindən götürülmüşdür.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: qeriban | Baxılıb: 1469 | Tarix: 09.05.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 1
    09.11.2012
    1. Cemil (Ehli_muslim) [Məqalə]
    salamun aleykum. Qardaş, Abu Hanzala barede de meqale yerleşdirseniz cox gözel olar. bu mövzuya göre ALLAH sizden razi olsun ki , qardaşlari mariflendirirsiniz. salamun aleykum va rahmatullahi va barakatuhu

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Dekabr 2008  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru