Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2008 » Sentyabr » 29 » Fitrə bayramdan əvvəl verilməlidir
    Fitrə bayramdan əvvəl verilməlidir
    01:49
    Lüğətdə “icad etmək”, “kəsmək”, “yarmaq” mənalarnı ifadə edən və “fətr” kəlməsindən meydana gələn “fitrə” sözü “orucu qurtarmaq, orucu açmaq” deməkdir. Buna görə, Ramazan bayramına “İdul Fitr” də deyilir. Dilimizdə isə qısaca “fitrə”, “fitrə sədəqəsi” sözləri ilə işlədilir.
    Ramazan orucunun fərz edildiyi hicrətin 2-ci ilinin Şaban ayında (fevral, 624) fitrə sədəqəsinə aid hədis onun ödənilməsini vacib edir. Həddi-büluğa çatmış müsəlman fitrə verməlidir. Evli olmayan qadınlar fitrələrini özləri verə bilərlər. Evlilərin fitrələri isə həyat yoldaşları tərəfindən verilir. Uşaqların fitrəsi də ataları tərəfindən ödənməlidir, atası olmayanlara fitrə məcburiyyəti yoxdur.

    Bütün ibadətlərdə olduğu kimi, fitrənin də fərdi-ictimai, maddi-mənəvi hikmətləri var. Bununla əlaqədar Peyğəmbərimizin əmisi oğlu İbn Abbas belə buyurur: “Allah Rəsulu fitrəni, oruc tutanı mənasız və çirkin davranışlardan təmizlənməsi, kasıblara da yeyə biləcəkləri bir loxma olması üçün əmr edib”. Bununla İslam mahiyyətində sevinc və şadlıq olan bayramı cəmiyyətdəki hər fərdin ortaq şəkildə şənlənə bilməsi üçün möhtac içində olan insanların qismən də olsa ehtiyaclarını təmin edərək sosial yardımlaşmanın ən gözəl nümunəsini göstərib. Bu yardımlaşmanı maksimum səviyyəyə yüksəltmək və daha çox möhtaca kömək ləzzətini verə bilmək üçün fitrə miqdarının ən aşağı səviyəsi nəzərdə tutulub.
    İslam hüquqçuları yoxsulun lehinə olacağını düşünərək fitrənin bayramdan əvvəl verilməsini istəyiblər. Bayramdan sonra vermək yaxşı qarşılanmır.
    Dinimizdə evi, maşını olan, yəni zəruri ehtiyacları xaricində 85 qram qızılı, yaxud bu miqdarda pulu olan insanlar zəngin sayılırlar. Fitrə vermək də zənginlərə fərzdir. Orta imkanlı olanların, bir sözlə, kasıb sayılmayanların bayramdan əvvəl fitrə verməsi isə onların xeyrinədir və çox savabdır.
    Fitrə Peyğəmbərimizin (s) dövründə, əsasən buğda, arpa, quru üzüm və xurmadan verilirdi. Bu, o dövrün ən çox istehlak edilən qida maddələri idi. İndi isə, adətə görə ən çox yeyilən qida maddələrindən bir kasıbı bir günlük doyuracaq miqdarda olmalıdır. Xüsusilə bolluq zamanlarında nəğd pul verməyin daha münasib olduğu bildirilib. Hz.Peyğəmbərimizin “kasıbların istəməyinə imkan verməyin” mənasındakı hədisi yuxarıdakı fikri gücləndirir. Günümüzdə fitrə - 1-2 manat arasında, adambaşına verilməlidir. Artıq vermək baş ucalığı və savabdır. Ailənin fitrəsi bir adama verilə biləcəyi kimi, birdən artıq insana da verilə bilər.

    Fitrə kimə verilməlidir?

    Valideynlərə, nənə və babaya, övlada və nəvələrə fitrə vermək olmaz. Çünki hər bir insanın bunlara baxması, onların ehtiyaclarını təmin etməsi məcburidir. Buna görə də yuxarıda adları sayılanlara sədəqə vermək qəti qadağandır. Müsəlman olmayanlara vermək də olar, verməmək də. İslam alimlərinin ortaq görüşünə görə, fitrənin əvvəlcə yaxınlıqda yaşayan kasıblara, fitrə düşən qohum-əqrabaya verilməsi daha uyğundur. Fitrə, sədəqə və zəkatın 8 qrup insana veriləcəyi Qurani-Kərimdə açıq-aşkar bildirilir: “Sədəqələr kasıblara, miskinlərə, zəkat yığma işində çalışanlara, ürəyi İslama bağlanmaqda olanlara, əsir və kölələrin azad olunmasına, borc içərisində olanlara, Allah yolundakı işlərə (tələbə, əsgər kimi) və yolçulara Allah tərəfindən müəyyən edilmiş fərzdir. Allah hər şeyi biləndir və hikmət sahibidir!” (“Tövbə” surəsi, 66).
    Allah-təala hər kəsin fitrəsini qəbul etsin! Amin!

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: MUSELMAN-BACI | Baxılıb: 1581 | Tarix: 21.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 1
    29.09.2008
    1. azeri-muslima (Aisa) [Məqalə]
    Xüsusilə bolluq zamanlarında nəğd pul verməyin daha münasib olduğu bildirilib. Günümüzdə fitrə - 1-2 manat arasında, adambaşına verilməlidir.

    Bacı, Allah razı olsun. Amma fitrə ərzaq ilə çıxarılmalıdır, pul ilə olmaz. çünki pul verilən kasıb onu borcu qarşılığı və s. verə bilər. fitrə verməkdə məqsəd odur ki, bayram günü hamının süfrəsində az və ya çox dərəcədə yemək olsun.


    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Sentyabr 2008  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 3
    Qonaqlar: 3
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru