Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19631 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16749 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13830 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9577 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9101 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2008 » Sentyabr » 29 » Fitrə zəkatı
    Fitrə zəkatı
    01:25
    Sual: Fitrə zəkatı nədir və onun səbəbi varmı?

    Cavab: Fitrə zəkatı ramazan ayı bitmədən insanın çıxartdığı 2,5 kq yeməkdir.
    Səbəbi isə: Ramazanı bitirmək və iftar etmək münasibəti ilə Allaha olan şükrün təzahürüdür. Buna görə onun adı "Fitrə zəkatı" qoyulmuşdur.
    (Ibn Useymin)


    Sual: Fitrə Zəkatının hökmü nədir?

    Cavab: Fitrə zəkatının hökmü fərzdir. Bunu Peyğəmbər ona Allahın salavatı və salamı olsun fərz etmişdir. Abdullah ibn Ömər (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər ona Allahın salavatı və salamı olsun fitrə zəkatını 2,5 kq xurma və ya buğda fərz etmişdir". Fitrə zəkatını yalnız qida məhsullarından vermək olar. Yeməyin əvəzinə pul, paltar, qab-qacaq və s. çıxartmaq olmaz.
    (Ibn Useymin).

    Sual:Fitrə zəkatı vacibdir yoxsa sünnətdir?

    Cavab: Fitrə zəkatı hər bir müsəlman üzərində vacibdir. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun hər bir müsəlman kimsəyə, qadın və kişiyə, böyük və kiçiyə bu zəkatı fərz etmişdir.
    (Ibn Cibrin)


    Sual: Fitrə zəkatını verməkdən imtina edənin hökmü nədir?

    Cavab: Onu verməkdən imtina etmək haramdır. Çünki bu cür etmək Peyğəmbərin ona Allahın salavatı və salamı olsun fərz etdiyinə təcavüz etməkdir. Məlum olduğu kimi fərz olunan şeyin tərki haramdır. Bu zəkatı verməkdən imtina edən adam Allaha asilik edir və günah qazanır.
    (Ibn Useymin)


    Sual: Fitrə zəkatının hökmü nədir və bunu çıxarmaq üçün insanın malı müəyyən həddə yetişməlidirmi?

    Cavab: Fitrə zəkatının hökmü fərzdir və bunun çıxarılmasında nisab (malın müəyyən həddə yetişməsi) şərt deyil.
    (Şeyx, Əbdül Əziz Ibn Bəzz).


    Sual: Fitrə zəkatı kimə vacib və kimə müstəhəbdir?

    Cavab: Fitrə zəkatı hər bir oruc tutan və ya tutmayan kişi və qadın, böyük və kiçik müsəlmana vacibdir. Həmçinin səfərdə olub oruc tuta bilməyən adama da fitrə zəkatı vacibdir. Əvəzinə verilməsi müstəhəb olan ana bətnində olan uşaqdır. Bu Fiqh alimlərinin rəyidir.
    (Ibn Useymin).


    Sual:Ev sahibi fitrə zəkatını ev əhlinin (bütün ailə üzvlərinin) əvəzinə verməlidirmi?

    Cavab: Müsəlman şəxsə özü və ailəsi, yəni: uşaqları, arvadları, kölələri və s. üçün fitrə zəkatı çıxarmaq vacibdir. Bu vaciblik, həmin ailənin bir günlük yemək və içmək ehtiyatı olduğu halda təyin olunur.
    (Şeyx, Əbdül Əziz Ibn Bəzz).


    Sual: Fitrə zəkatında verilən yeməklər məhduddurmu?

    Cavab: Fitrə zəkatı hər ölkənin yemək adətləri olan şeylərdən çıxarılır. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun bunu təyin etməmişdir.
    (Şeyx, Əbdül Əziz Ibn Bəzz).

    Cavab: Hədisdə deyilir ki, fitrə zəkatı beş şeydən çıxarılır. Buğda, arpa, xurma, kişmiş və un. Amma bəzi təhqiqatçı alimlər demişlər ki, deyilən bu beş növ yemək növləri o vaxtın istifadə olunan yeməkləri idi. Buna görə də hansı ölkədə nəyə çox təlabat varsa fitrə zəkatı da ondan çıxarılır.
    (Şeyx: Ibn Cibrin).
    Həmçinin şeyx Ibn Bəzzdən söruşdular ki, hal hazırda fitrə zəkatını düyü vermək olarmı? Cavabında: Bəli olar və bu daha yaxşıdır, Çünki bugünki insanların təlabatı bu yeməkdir.


    Sual: Fitrə zəkatını yeyinti məhsullarından başqa şeylərlə ödəmək olarmı?

    Cavab: Fitrə zəkatı yalnız hədisdə adı keçən yeyinti məhsullarının cinsindən olmalıdır. Məsələn: Fitrə zəkatında ət, paltar, həmçinin pul da vermək olmaz.
    (Ibn Useymin, Ibn Cibrin, Ibn Bəzz).


    Sual: Fitrə zəkatının miqdarı nə qədərdir?

    Cavab: Şeyx Ibn Bəzz-in rəyinə görə fitrə zəkatının miqdarı təqribən 3 kq-dır. Amma şeyx Ibn Useyminə görə 2,5 kq-dır.


    Sual: Fitrə zəkatı nə vaxt çıxarılır?

    Cavab: Fitrə zəkatı bayram namazına çıxmazdan əvvəl çıxarılır. Amma bunu bayram namazından iki gün əvvəl də etmək olar. Yəni 28-ci gecədən başlayaraq fitrə zəkatını çıxartmaq olar.
    (Ibn Cibrin).


    Sual:Fitrə zəkatını bayram namazından əvvəl çıxartmağı unudubsa nə etməlidir?

    Cavab: Fitrə zəkatını namazdan əvvəl çıxartmaq vacibdir. Kim ki, unudarsa onun borcu yalnız fitrəni çıxartmaqdır. Çünki bu fərzdir və bunu yadına düşən zaman çıxartmalıdır. Buna baxmayaraq fitrəni namazdan sonraya saxlamaq olmaz. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun fitrəni namazdan öncə çıxarmağı müsəlmanlara əmr edib. (Ibn Useymin).


    Sual: Fitrə zəkatını ramazanın ilk günləri çıxartmaq olarmı?

    Cavab: Bu məsələ alimlərin arasında ixtilaflı məslədir. Amma daha doğru olan rəy odur ki, fitrə zəkatı bayramdan bir-iki gün və ya bayram namazina çıxmadan öncə verilməlidir ki, kasıb adam bayram günü evində yeməyə bir şey tapsın və gedib başqasından istəməsin.
    (Ibn Useymin).


    Sual: Fitrə zəkatının veriləcək yerləri hansılardır?

    Cavab: Fitrə zəkatı yalnız kasıblara verilir. Abdullah ibn Abbasdan Allah ondan razı olsun gələn hədisdə deyilir: "Peyğəmbər ona Allahın salavatı və salamı olsun fitrə zəkatını oruc tutanın təmizlənməsi və kasıbların doyması üçün fərz etmişdir". Buna görə də fitrə zəkatı yalnız kasıb və müsəlman olan adama verilir.
    (Ibn Useymin).


    Sual: Fitrə zəkatı harada çıxarılmalıdır?

    Cavab: Firtrə zəkatı sənin bayram günü olduğun yerdə çıxarılmalıdır. Bu daha yaxşıdır. Bu rəy, İbn Bəzz, İbn Useymin, əl-Fovzan, İbn Cibrin və s. alimlərin rəyidir.


    Allah daha yaxşı biləndir...!

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Selef | Baxılıb: 1721 | Tarix: 26.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 1
    29.06.2012
    1. Teymur (TeymurAR) [Məqalə]
    Allah sizden razi olsun

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Sentyabr 2008  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru