Məqsədimiz
övliyalar (Allahın dostları), seyyidlər (Peyğəmbərin sallallahu aleyhi
və səlləm nəslindən gələn insanlar. Seyyid sözünün lüğəti mənası: cənab
deməkdir. Seyyidlərə sədəqə almaq haramdır.) haqqında məlumat vermək,
onlara təvəkkül etmək, onlardan kömək istəmək, onlara ibadət (Allah
təalanın sevdiyi və razı qaldığı zahir (namaz, həcc, qurban.a.. və.s)
və batin (iman, niyyət, təvəkkül, ixlas və.s) söz və əməllər) etmək
(dua, nəzir, şəfaət, and içmək və s. Allahın qadir olduğu şeyləri və
Allaha aid olan işləri-övlad vermək, ruzi, bağışlanma istəmək və s.) və
bu əməli etməyin təhlükəli olmasını sizlərə Quran və Peyğəmbərin
sallallahu aleyhi və səlləm səhih hədislərinə əsaslanaraq sübut və
dəlillərlə bəsirət üzrə açıqlamaqdır. Övliyalar - möminlər, rəsullar,
onlara yaxşı işlərdə tabe olanlar, təqva əhli, iman əhlidirlər. Onlar
Allaha və rəsuluna itaət edirlər, ona asi olmaqdan daima qorxurlar.
Peyğəmbər sallallahu aleyhi və səlləm övliyaların seyyidlərin başda
gələnidir. Həzrət Əli Allah ondan razı olsun, onun övladları İmam
Huseyin və İmam Həsən Allah onların hər ikisindən də razı olsun Cənnət
gənclərinin Seyyidləri (Başçıları) Allah təalanın övliyalarıdır. Ərəb,
qeyri-ərəb, ağ-qara, varlı-kasıb, hakim-məhkum, qadın-kişi olsun, fərq
etməz, Allahdan lazımınca qorxan kəslər övliyadırlar (Allahın
dostlarıdırar). Buna dəlil Allah təalanın bu sözüdür:
“Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar
qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən
çəkinmişlər”. (Yunus, 62-63).
Onlar
elə kəslərdirlər ki, Allaha və rəsuluna itaət edirlər, Onun qəzəbinə
gəlməkdən, Onu qəzəbləndirməkdən qorxurlar, Allahın haqqını (İbadəti
yalnız ona etmək) verirlər, Allah təalanın qadağan etdiyi şeylərdən
çəkinirlər. Məhz onlar Allahın dostlarıdırlar. Allah təala onları bu
ayədə xatırladır:“Allahın dostları (övliyaları) yalnız Allahdan qorxub
pis əməllərdən çəkinənlərdir”. (Ənfəl, 34)
Peyğəmbərin sallallahu aleyhi və səlləm səhabələri nəbilərdən sonra
insanların Allahdan ən çox qorxanları olmasına baxmayaraq, onların
əksəriyyətindən bu gün insanların kəramət adına yalandan uydurduqları
xurafatlar meydana çıxmamışdır, halbuki onlar insanlar içərisində
Allaha iman, təqva, Allahı və dinini tanımaq baxımından ən güclüləri
idi.
Allah subhanahu və təala buyurur: “(Mələklər),
Ondan qabaq söz danışmaz, yalnız Onun əmri ilə iş görərlər. (Allah)
onların öndəkilərini də, (nə etdiklərini və nə edəcəklərini də) bilir.
Onlar yalnız Allahın razı olduğu (izn verdiyi) kəslərdən ötrü şəfaət
edə bilər və Onun heybətindən qorxarlar”. (Ənbiya, 29).
Heç kəsin rəsullara, mələklərə, övliyalara və başqalarına ibadət etməsi
caiz deyildir. Allahdan başqasına qurban kəsmək, xəstəlikdən şəfa
tapmaq üçün onlardan şəfa istəmək, düşmənlərə qarşı yardım istəmək və
s. digər ibadət növlərini Allahdan başqasına aid etmək Allah təalanın
Qurani Kərimdə buyurduğu ayəsinə görə haramdır. Allah təala buyurur:
“(Şübhəsiz ki,) bütün məscidlər Allaha məxsusdur, Allahdan başqa heç
kəsə ibadət (dua) etməyin”. (Cin, 18).
Həmçinin Allah təala buyurur: “Rəbbin yalnız Ona ibadət etməyi buyurmuşdur. (İsra, 23).
Digər ayədə buyurur: “Halbuki onlara əmr edilmişdir ki, Allaha dini
yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək ibadət
etsinlər” (Bəyyinə, 5).
Bu mənada ayələr Qurani Kərimdə çoxdur.
Həmçinin övliyaların qəbirləri ətrafında tavaf etmək (fırlanmaq) də
haramdır. Çünki tavaf yalnız Allahın evinin Şərəfli Kəbənin ətrafında
edilmək üçündür. Digərlərinin ətrafında etmək haramdır. Kim qəbrin
ətrafında qəbir sahibinə yaxınlaşmaq üçün tavaf edərsə, namaz, qurban,
istiğasə (kömək istəmək) ibadətlərində olduğu kimi artıq Allaha şirk
qoşmuş olur. Allah təala buyurur: “De: Mənim namazım da,
qurbanım (ibadətim) da, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah
üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk
müsəlmanam”. (Ənam, 162) Lakin sağ, mövcud (qeybdə olmayan)
insandan qadir olduğu şeydə kömək istəmək şirk deyildir. Əksinə bu
caizdir. Allah təala buyurur: “Musanın adamlarından olan kəs düşməninə
qarşı ondan imdad istədi”. (Qasas, 28-15). Allah təalanın
ümumi sözündə: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir
olun”. (Maidə, 2). Həmçinin Rəsulullah sallallahu aleyhi və səlləm
buyurur: “Qul qardaşına (müsəlman) kömək etdiyi müddətcə Allah da onun
köməyindədir”. (Səhih Buxari, 2699). Bu mənada ayə və hədislər çoxdur.
Bu məsələdə müsəlmanlar arasında icma vardır. Müvəffəqiyyət
Allahdandır. Həmçinin kömək qeyrilərindən deyil (mələklər , rəsullar,
övliyalar, seyyidlər , qəbir sahibləri və s.) yalnız Allahdandır. Buna
dəlil Qurani Kərim, Allahın sözüdür: “Kömək ancaq yenilməz qüvvət,
hikmət sahibi olan Allahdandır”. (Ali İmran, 126). Həmçinin Allah təala
buyurur: “Əgər Allah sizə yardım edərsə,heç kəs sizə qalib gələ bilməz.
Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər?”
(Ali İmran, 160) Qurani Kərimin ayələrindən göründüyü kimi Allah təala
insanları yalnız Ona ibadət etmək üçün yaratmış, rəsulları və kitabları
bunu bəyan etmək üçün göndərmişdir. Allah təala buyurur: (Zariyat, 56)
Bu mənada ayələr və hədislər çoxdur.
Şübhəsiz ki,
dua ibadətin ən mühüm növlərindəndir. Allah təala bunu vacib etmiş və
ixlasla (yalnız ona) dua etməyi əmr etmişdir: “(Şübhəsiz ki,) bütün
məscidlər Allaha məxsusdur, Allahdan başqa heç kəsə ibadət (dua)
etməyin”. (Cin, 18). Bu bütün məxluqata peyğəmbərlərə, övliyalara,
seyyidlərə və digərlərinə də aiddir. Allah təala buyurur: “Allahdan
başqa sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə (ilaha (ibadət
olunan, bütlərə) ibadə etmə”. (Yunus, 106). Məlumdur ki, Allah təala
peyğəmbərimiz Muhəmmədi sallallahu aleyhi və səlləm artıq şirkdən
qorumuşdur və ayədən məqsəd digərlərini bu əməllərdən çəkindirməkdir.
Sonra Allah təala ayənin ardınca peyğəmbərə müraciət edərək buyurur:
“Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan” -deyə
buyurmuşdur.
Əgər Adəm övladının Seyyidi Peyğəmbər
sallallahu aleyhi və səlləm Allahdan başqasına dua etdiyi təqdirdə
Allah təala onu zalım adlandırırsa, o halda başqası necə!!! Zülm isə
şirk sayılır. Allah təala buyurur: “Doğurdan da Allaha şərik qoşmaq
böyük zülmdür! (Ağır günahdır)”. (Loğman, 13). Bu və digər ayələrdən
məlum olur ki, Allahdan başqasına mələklərə, peyğəmbərlərə, seyyidlərə,
övliyalara, ölülərə, ağaclara, bütlərə və digərlərinə dua etmək Allaha
şərik qoşmaqdır. Bu isə Allah təalanın qulları Özünə ibadət etmək üçün
yaratdığı məqsədə qarşıdır. Lə iləhə illəllahın mənası-Allahdan başqa
ibadətə haqqı olan məbud yoxdur deməkdir. Lə iləhə-deyərkən insan
Allahdan başqa bütün ibadətləri inkar edir və illəllah (yalnız Allaha)
deyərkən isə ibadətlərin yalnız Allah üçün olduğunu təsdiq edir. Allah
təala buyurur: “Bu belədir. Çünki Allah haqq, (müşriklərin) Ondan başqa
ibadət etdikləri (bütün ilahlar) isə batildir”. (Həcc, 62). Başqa ayədə
buyurur: “(Ya Rəsulum!) Sənə və səndən əvvəlkilərə belə vəhy
olunmuşdur: Əgər Allaha şərik qoşsan, bütün əməllərin puça çıxacaq və
mütləq ziyan çəkənlərdən olacaqsan! Xeyir, yalnız Allaha ibadət et və
Onun (nemətlərinə) şükr edənlərdən ol.” (Zumər, 65-66)
İslam dini iki böyük əsasa dayanır: Birincisi: İbadəti yalnız Allaha etmək. İkincisi: İbadəti yalnız Peyğəmbərin sallallahu aleyhi və səlləm şəriəti üzrə buyurduğu kimi yerinə yetirmək.
Bu da kəlimeyi şəhadətin mənasıdır. Kim peyğəmbərlərə, mələklərə,
övliyalara, seyyidlərə, bütlərə, ağaclara, dağlara, daşlara və bunun
kimi məxluqatlara ibadət edərsə (yardım istəmək, qurban kəsmək və nəzir
verməklə onlara yaxınlaşmaq, səcdə etmək və.s) artıq Allahdan başqa
özünə İlah etmişdir. Dinə Allah təalanın icazə vermədiyi yenilik
gətirmişdir və kəlimeyi şəhadətə zidd hərəkət edərək şirk qoşmuş, bidət
etmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur: “Hər kim
bizim bu dinimizə ondan olmayan bir şey gətirərsə o rədd olunur (qəbul
olunmur)”. (Səhih Buxari, 2697) Allah təala buyurmuşdur: “Rəbbiniz
buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim (Məni
çağırın harayınıza yetişim. Və yalnız Mənə ibadət edin sizi
mükafatlandıraram). Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar
cəhənnəmə zəlil olaraq girəcəklər”. (Ğafir, 60). Bu ayə duanın ibadət
olduğuna dair dəlildir və kim Allaha dua etməkdə təkəbbürlük edərsə
onun yeri cəhənnəmdir. Əgər Allaha dua etməyə təkəbbürlük edənin halı
budursa, o zaman Allahdan başqasına dua edərək, Allahdan uzaqlaşanın
halı necə olacaq!!! Halbuki Allah subahanahu və təala duaları qəbul
edən və insana şah damardan yaxımdır. Allah təala buyurur: “Bəndələrim
Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib Məni
çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul
edib Mənə iman gətirsinlər. Bununla da ola bilsin ki, doğru yola
yetişsinlər.” (Bəqərə, 168). Lakin Allaha yaxınlaşmaq üçün peyğəmbər,
mələk, övliya, seyyid vasitəsilə təvəssül edərək Allahdan istəmək şirk
deyildir, bidətdir (dində yenilik). Belə əməli nə Allah təala buyurmuş,
nə peyğəmbər sallallahu aleyhi və səlləm, nə də imamlar etməmişlər. Ona
görə də qəbul deyildir. Allah təala buyurur: “Yoxsa (müşriklərin)
Allahın dində izin vermədiyi bir şeyi onlar üçün qanuni (halal) edən
şərikləri vardır.” (Şuara, 21).
Ona görə də, İslam
əhlinə vacib olan Allah təalanın şəriətindən möhkəm tutmaq, insanların
bidət olaraq uydurduqları şeylərdən çəkinməkdir. Təvəssül isə (Allaha
yaxınlşamaq) Allahın ad və sifətləri, tövhid, saleh əməl, Allah və
rəsuluna iman, Allah və rəsulunu sevmək, xeyir və yaxşı əməllə olur.
Miniklərdə, evlərdə seyyidlərin şəklinin asılmasına gəldikdə isə bu
əməl Xristianlara oxşamaqdır. Əvvəla İslam dini içində surət (insan və
heyvan surəti) olan rəsm çəkməyi qadağan etmişdir. Onların lənət
olunması, qiyamət günü insanların əzab baxımından ən şiddətlisi
olduqlarına dair hədislər çoxdur. Onlardan bəzilərini zikr edəcəm.
Səhih Buxari və Müslimdə Əbu Hureyrədən gələn hədisdə peyğəmbər
sallallahu aleyhi və səlləm Allah təalanın belə dediyini buyurur: “O
kəsdən zalım kim olar bilər ki, mənim yaratdığım kimi yaradılış
yaratmağa cəhd edir. Elə isə qoy o bir zərrə yaratsın və yaxud bir
toxum yaratsın və yaxud bir arpa yaratsın.” (Səhih Buxari, 7559).
Həmçinin İbn Məsuddan gələn hədisdə o Rəsulullahın sallallahu aleyhi və
səlləm belə dediyini buyurur: “Qiyamət günü insanların əzab baxımından
ən şiddətlisi rəssamlardır.” (Səhih Buxari, 5950) İbn Ömər radiyallahu
anhumadan gələn hədisdə Rəsulullahın sallallahu aleyhi və səlləm belə
dediyini rəvayət edir: “Bu surəti çəkən insanlara Qiyamət günü əzab
veriləcəkdir və onlara belə deyiləcək: “Çəkdiyinizə can verin.” (Səhih
Buxari, 5951) Həmçinin Buxarinin səhihində Əbu Cəhifədən gələn hədisdə
Rəsulullahın sallallahu aleyhi və səlləm belə dediyini rəvayət
etmişdir: “Rəsulullah sallallahu aleyhi və səlləm qanın pulu, itin
satılmasından alınan pulu, fahişəlikdən əldə olunan qazancı qadağan
etdi və riba yeyənə, yedizdirənə, döydürənə (tatu), bədənində döymə
etdirənə (tatu) və rəsm çəkənə lənət etdi. (Səhih Buxari, 2238)
Qasım ibn Muhəmməd Aişənin radiyallahu anhə belə dediyini rəvaət edir:
“Üzərində təsvir olan döşəkcə aldım. Rəsululullah sallallahu aleyhi və
səlləm onu gördükdə qapının yanında durdu içəri girmədi üzündə
narazılıq olduğunu hiss etdim. Dedi:” Ey Allahın elçisi. Etdiyim günaha
görə Allaha və Rəsuluna tövbə edim? Rəsulullah sallallahu aleyhi və
səlləm dedi: “Nədir o döşəkçə?”. Dedim: “ Onu aldım ki üstündə oturasan
və başının altına qoyasan. Rəsulullah sallallahu aleyhi və səlləm dedi:
“Bu surətin sahibinə qiyamət günü əzab veriləcək. Onlara deyəcəklər:
“Etdiklərinizə can verin”. (İbn Əbdil Birr, Təmhid 16/51) Həmçinin
Rəsulullah sallallahu aleyhi və səlləm demişdir: “Surət olan evə
mələklər daxil olmur”. (Səhih Buxari, 2105) Buxari və Müslim rəvayət
etmişdir.
Əziz müsəlman qardaş və bacılar!
Gördüyünüz kimi bu məsələ ilə əlaqədar varid olan hədislər, üzərində
surət olan əşyaların asılmasının haram olduğuna dəlalət edir. Həmçinin
mələklərin daxil olmasına mane olur. Ona görə də Rəsulullahdan
sallallahu aleyhi və səlləm gələn hədislərin səhih olduğu müəyyən
olunduğu təqdirdə kimliyindən asılı olmayaraq insanlardan kiminsə söz
və əməlinin Rəsulullahın sallallahu aleyhi və səlləm sözündən üstün
tutulması haramdır. Möminlərə vacib olan Rəsullullaha sallallahu aleyhi
və səlləm tabe olmaq və onun dediyindən möhkəm yapışmaqdır. Onun
dediklərinə zidd olanı rədd etməkdir. Allah təala buyurur: “Peyğəmbər
sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin”.
(Həşr, 7) Allah təala buyurur: “De: Allaha itaət edin, Peyğəmbərə itaət
edin. (Çünki Peyğəmbərə itaət etmək elə Allaha itaət etməkdir). Əgər
(Peyğəmbərin əmrindən) üz döndərsəniz, (bilin ki) onun vəzifəsi ancaq
ona tapşırılanı, sizin də vəzifəniz ancaq sizə tapşırılanı yerinə
yetirməkdir. Əgər ona itaət etsəniz, doğru yolu tapmış olarsınız.
Peyğəmbərin öhdəsinə düşən isə yalnız (dini Allahın hökmlərini,
risalətini) açıq-aşkar təbliğ etməkdir”. (Nur, 54) Artıq Allah
subhanahu və təala bu ayədə yalnız Rəsulullaha tabe olanların hidayət
(doğru yola yönəltmək) olunacağına zəmanət vermişdir.
Sonda sizlərə Allah təalanın bu ayəsini xatırladırıq. Allah təala
buyurur: “Onun əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan,
yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (Nur, 63).
Allah təala bizləri və sizləri bununla faydalandırsın və düz yolda bizi
sabit etsin. Uca Rəbbimizdən arzu edirik ki, O, bizim qədəmlərimizi
dinimiz İslamda möhkəm etsin, bizə elm və hidayət versin! Amin!
Onlar elə kəslərdirlər ki, Allaha və rəsuluna itaət edirlər, Onun
qəzəbinə gəlməkdən, Onu qəzəbləndirməkdən qorxurlar, Allahın haqqını
(İbadəti yalnız ona etmək) verirlər, Allah təalanın qadağan etdiyi
şeylərdən çəkinirlər. Məhz onlar Allahın dostlarıdırlar. Allah təala
onları bu ayədə xatırladır:“Allahın dostları (övliyaları) yalnız
Allahdan qorxub pis əməllərdən çəkinənlərdir”. (Ənfəl, 34)