XƏBƏRLƏR
| |
Selef | Tarix: Cümə, 22.08.2008, 00:08 | Yazı # 1 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| BİSMİLLAH
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
Selef | Tarix: Şənbə, 23.08.2008, 00:53 | Yazı # 2 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| Səudiyyə Ərəbistanı işsizlər və qadınlar üçün mühüm layihələr həyata keçirmək niyyətindədir. Belə ki, kral Abdullah qadınların daha sərbəst fəaliyyətinə imkan verən “azadlıq şəhərləri” qurmağa başlayıb. Səudiyyə Ərəbistanında həyata keçirilməsi nəzərdə tutulan Kral Abdullah iqtisadi şəhəri ilə qadınlara daha sərbəst fəaliyyət göstərmək imkanı veriləcək. Həmçinin, layihənin məqsədlərindən birinin ölkədəki yüksək işsizlik səviyyəsi və neftdən asılılığın qarşısının alınması olduğu bildirilir. Qeyd edək ki, layihənin ilk mərhələsinin 2010-cu ildə başa çatması nəzərdə tutulur. Xarici mətbuatda yer alan xəbərlər görə, Kral Abdullah Sitidə ilk mərhələdə 500 insanın yaşayacağı qeyd olunub. Şəhərin bütövlüklə 2020-ci ildə salınıb təhvil verilməsi gözlənilir.
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
Selef | Tarix: Bazar, 24.08.2008, 01:13 | Yazı # 3 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| Bu gün Əbu-Bəkr məscidi əvvəlki günlərindən fərqlənirdi. Çünki 1997-ci ildən istifadəyə verilən məsciddə bu gün ilk dəfə idi ki, cümə namazı qılınmadı. Buna səbəb isə 17 avqust 2008 ci il saat təxminən 20:50 radələrində məsciddə axşam namazı vaxtı naməlum şəxslər tərəfindən törədilən partlayış hadisəsi oldu. Əbu-Bəkr məscidində cümə namazı qıla bilməyən insanlar İçəri-şəhərdəki Ləzgi məscidinə gəlmişdilər.
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
Programmer | Tarix: Bazar, 24.08.2008, 03:36 | Yazı # 4 |
Qrup: İdarəçilər
Yazı: 34
Reputasiya: 3
Status: Saytda deyil
| Allah razı olsun əxi..
|
|
| |
Selef | Tarix: Çərşənbə axşamı, 26.08.2008, 00:33 | Yazı # 5 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| ““Əbu Bəkr” məscidinə atılan partlayıcı maddənin əsl hədəfi hər hansı bir dini qrup deyil, bütövlükdə Azərbaycan Dindarlarıdır” 20 Avqust Azərbaycan Dinşünaslar Birliyinin İdarə Heyəti növbəti iclasını keçirmişdir. ADB sədri Aqil Ələsgərin rəhbərlik etdiyi iclasda Azərbaycandakı dini durum və son günlər yaşanan olaylar müzakirə olunmuşdur. İclasın sonunda Nərimanov rayon “Cümə” məscidində (“Əbu Bəkr” məscidi) baş verən qanlı terror hadisəsi ilə bağlı bəyanat qəbul olunmuşdur. BƏYANAT Nərimanov rayon “Cümə” məscidində (“Əbu Bəkr” məscidi) baş verən qanlı terror hadisəsi hər bir müsəlmanın ürəyini yaralamışdır. Əsrlərdən bəri bərabər, qardaş kimi yaşayan Azərbaycan Dindarına qarşı bu təxribat hadisəsinin bütün dindar çevrələr tərəfindən birmənalı olaraq pislənilməsi xain əllərin öz çirkin niyyətlərinə çatmadıqlarının bariz nümunəsidir. İslam dini açıq təbliğə keçdiyi gündən bəri canını, qanını bu yolda qurban verən qəhrəman şəhidləri ilə tanınıb, uca dinimizə qarşı atılan hər iftira, hər çirkab bumeranq kimi Allahın (c.c) nazil etdiyi son dinə qarşı çıxanların öz üzərində qalmışdır. Bu gün də qanlı terror Allahın (c.c) ipindən yapışıb, İslam dinini təbliğ edənləri hədəf seçib ki, avqustun 17-də baş verən qanlı hadisə bunu bir daha sübut etdi. “Suç”u sadəcə Tövhid əqidəsinə sadiq olmaq, Allahın (c.c) və Rəsulunun (sav) buyurduqlarını təbliğ etmək olan, siyasətə və radikalizmə qarışmayan insanlara qarşı bu çirkin hücum Azərbaycan Dinşünaslar Birliyinin üzvlərini də üzmüş və xain əllərə qarşı hiddətləndirmişdir. Biz hesab edirik ki, “Əbu Bəkr” məscidinə atılan partlayıcı maddənin hədəfi hər hansı bir dini qrup deyil, bütövlükdə Azərbaycan Dindarlarıdır. Bu partlayıcı maddə bir neçə dindar qardaşımızın həyatına son qoysa da, bu çirkin işin sifarişçisinin və ya sufarişçilərinin əsl hədəfi dindarlar arasında çıxacağını proqnozlaşdırdıqları fitnədir. Azərbaycanın taleyüklü bir seçim ərəfəsində olduğu bir dönəmdə ölkədə qarışıqlıq yaratmaq , dindarlarımız arasındakı xoş münasibəti pozmaq istəyən qüvvələr fitnə yaratmaq üçün belə bir çirkin plana əl atıblar. Azərbaycan Dindarı bu ağır sınaqdan səbrlə və mətanətlə çıxmalıdırlar və hər bir müsəlman qardaşlarımızın qatilini və ya qatillərinin tapılıb ədalətə təslim edilməsi üçün əlindən gələni əsirgəməməlidir. Azərbaycan Dindarı bölgədə və dünyada yaşanan olaylardan ibrət götürməli və birmənalı şəkildə fitnənin baş verməsinə imkan verməməlidir. Azərbaycan Dinşünaslar Birliyinin üzvləri dünyadan köçən qardaşlarımızın məkanının cənnət olmasını, yaralı qardaşlarımızın tezliklə sağalmasını arzulayır və mərhumların yaxınlarına dərin hüznlə başsağlığı verir. Azərbaycan Dinşünaslar Birliyi Mənbə: YENİ ÇAĞ
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
Programmer | Tarix: Çərşənbə axşamı, 26.08.2008, 05:09 | Yazı # 6 |
Qrup: İdarəçilər
Yazı: 34
Reputasiya: 3
Status: Saytda deyil
| Abu Bəkr (r.a.) məscidinin imamı Qamət Süleymanovun Müsəlman bacı və qardaşlara olan bildirişi belədir: Bismillərhir Rahmənir Rahim Hörmətli müsəlman qardaş və bacılar Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu! Məscidimizdə baş verən son hadisə bizim üçün böyük bir imtahan olmuşdur. Bu hadisə zamanı iki qardaşımız şəhid olub, digər bir neçə nəfər isə müxtəlif xəsarət almışlar. O cümlədən mən də xəsarət almışam. Hal-hazırda əlhəmdulillah vəziyyətim yaxşıdır. Məscidin fəaliyyətinə gəldikdə isə, istintaq işləri davam etdiyinə görə müvəqqəti olaraq məscidin hadisə baş verən mərtəbəsi bağlanmışdır. Lakin yaxın vaxtlarda fəaliyyəti tam bərpa olunacaqdır. Mən sizin hər birinizi bu bəlaya qarşı səbirli və təmkinli olmağa çağırıram. Artıq olan olub, indi gərək biz təmkinlə davranaq və həmin cinayətkarları axtarıb tapaq. Ona görə sizdən xahiş olunur ki, əgər kimsə onlar barədə məlumat əldə edərsə, yaxud hadisə baş verərkən kimisə görübsə dərhal bizə və ya hüquq mühafizə orqanlarına bu barədə məlumat versin. Çünki onları tapmaq vacibdir və bu bizə mütləq lazımdır. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.
|
|
| |
XEDICE73 | Tarix: Çərşənbə, 27.08.2008, 10:44 | Yazı # 7 |
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
| Heyatimizin en qiymetli anlari.... Tənnuxi adlı bir alim Bağdad şəhərində baş vermiş maraqlı bir hadisəni qələmə almışdır. Bağdad şəhərində bir vəzir ağbirçək bir qadının mal-dövlətini qəsb edir.Ağbirçək qadın ağlaya ağlaya vəzirən yanına gedir və bunun zülm olduğunu ona xatırladır.Vəzir isə bu çirkin əməlindən tövbə etmir. Ağbirçək qadın, vəzirin onun mal –dövlətini qaytarmaq istmədiyini gördüyündə , ona bəddua edəcəyini deyir. Harınlamış vəzir isə ağbirçək qadınla istehza edərək, istəyirsən gecənin üçdə bir hissəsində dua et deyərək gülür. Ağbirçək qadın hər gün gecənin üç də bir hissədində qalxır namaz qılır və bəddua edir. Çox keçmədən həmin vəziri insanlara zülm etdiyi üçün işdən uzaqlaşdıdırlar və mal-dövlətinidə müsadirə edirlər.Üstəlik bazarda insanların qarşısında ona şallağ da vururlar.Bu zaman ağbirçək qadın oradan keçərkən vəzirə, çox sağol ki mənə bu vaxtda ibadət və dua etməyi xatırlatdın,Uca Allaha dua və ibadət üçün bu vaxt həyatımızn ən yaxşı anlarıdır deyir. Dəyərli Bacı və Qardaşlarım. Həqiqətən bu anlar həyatımızın ən qiymətli anlarıdır. Çünkü Uca Allah bu vaxt üçün buyurmuşdur ki, dua edin duanızı qəbul edim, bağışlanma diləıyin günahlarınızı bağışlayım
Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
|
|
| |
Selef | Tarix: Çərşənbə, 27.08.2008, 23:22 | Yazı # 8 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| Məscidə qumbara atanların fotorobotu hazırlanıb Hüquq-mühafizə orqanları «Əbu Bəkr» məscidinə qumbara atmaqda şübhəli bilinən iki şəxsin fotorobotunu tərtib edib və yayıb. Fotorobotlar şahidlərin ifadələri əsasında tərtib edilib. Bu, gənc kişi və qadındır. Kişinin boyu 170-175 sm-dir, arıqdır, gözləri və saçları tünd-qonur rəngdədir. Onun əynində qara şalvar və köynək olub. Qadına gəldikdə isə, o, təxminən 25-30 yaşlarındadır. Avqustun 17-də «Əbu Bəkr» məscidinə qumbara atılıb. Hadisə nəticəsində 2 nəfər həlak olub, 21 nəfərsə yaralanıb. Hadisədə şübhəli bilinən bir nəfər həbs edilib. / Turan /
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
Selef | Tarix: Çərşənbə, 27.08.2008, 23:50 | Yazı # 9 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| 27.08.2008 Polis bölməsində dəlləkxana Durna Səfərli Polis bölməsində dəlləkxana…Kimin ağlına gəlməsə də, Bakıda 10 sm uzunluğunda saqqalı olanlar bunun şahidi olduğunu deyirlər. «Əbu Bəkr» məscidinə ibadətə gedənlər deyirlər ki, onların saqqalını müxtəlif polis bölmələrinin əməkdaşları qırxıblar. Özü də bunu etmək üçün dindarları şəxsən yaşadıqları ünvanların sahə müvəkkilləri bölməyə dəvət ediblər. Bölməyə daxil olanda isə... - Xüsusi dəllək gətiriblər, aparatla, «stanok»la. Qırxırlar, buraxırlar… - Biz şöbəyə daxil olduq, sənədlərimizi aldılar. İçəridə gördük ki, qardaşların saqqallarını qırxırlar. Bizim də əvvəlcə saqqalı, daha sonra isə qırxılmış şəkildə şəkillərimizi çəkdilər. Dedilər ki, sizin saqqalınız mütləq qırxılmalıdır. Soruşduq ki, səbəb nədir, müsəlmanlara niyə bu dərəcədə təzyiq göstərirsiniz? Cavab verdilər ki, bəs əmr almışıq. Əmrin kim tərəfindən verildiyi deyilmədi. Dindarlar bildirirlər ki, saqqalının qırxılmasına etiraz edənləri təhqir ediblər: – Kim ki, etiraz edirdi, qollarını burub güclə otuzdururdular, 10-15 nəfər də ora yığışır, təhqiramiz sözlər deyir, söyüş söyürdülər. - Deyəndə ki, mən vəkil istəyirəm, hüququmu təmin edin, deyirdilər ki, bunun bizə dəxli yoxdur. Bakıda bizneslə məşğul olan Əfqanıstan vətəndaşının da saqqalı başına bəla olub. Deyir ki, küçədə getdiyi yerdə polis onu bölməyə aparıb və uzun müddətdi qulluq etdiyi saqqalını təraş edib. Dindarların dediyinə görə, avqustun 26-da təxminən 20-yə yaxın dindar saqqalıyla vidalaşmalı olub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sözçüsü Gündüz İsmayılov isə bu məsələdən məlumatsız olduğunu deyir: «Tam səmimi deyirəm, birinci dəfədir sizdən eşidirəm. Əgər belə bir fakt varsa, bizə də müraciət edə bilərlər. Tamamilə yolverilməz haldır». Oxşar cavab Daxili İşlər Nazirliyindən və Respublika Prokurorluğundan da bildirildi. Azərbaycan hökuməti dəfələrlə ölkədə dini tolerantlığın yüksək olduğunu bəyan edib. Dindarlarsa müxtəlif səbəblərdən saqqal uzadanlara saqqallarından muğayat olmağı məsləhət görürlər. Azadlıq Radiosu © 2008 RFE-RL, Inc. | Bütün hüquqlar qorunur
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
Selef | Tarix: Cümə axşamı, 28.08.2008, 01:13 | Yazı # 10 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| Saqqalı qırxılan dindarların şəkilləri "QayNar"da! (FOTOLAR) Qamət Süleymanov: "Onların bir çoxu Qarabağ müharibəsinin veteranlarıdır" QayNar: Xəbər verdiyimiz kimi, "Əbu Bəkr" məscidində ibadət edənlər bir neçə gündür ki, polis bölmələrinə çağrılaraq zorla saqqallarının qırxıldığından, təhqir olunduqlarından şikayətlənirlər. Faktı məscidin imamı Hacı Qamət Süleymanov da bu gün verdiyi açıqlamasına təsdiqləyib: "Bəli, dini icma üzvlərinin saqqallarının qırxılması halları olub. Dünən iyirmidən çox icma üzvünün saqqalları qırxılıb. Bir nəfərin isə hətta başını da qırxıblar. Bir çox polis bölmələrində dindirmə normal keçir. Ancaq Səbail rayon Polis idarəsinin 8-ci və 9-cu polis bölmələrində dindarlar təhqir olunub, saqqalları qırxılıb. Onların bir çoxu Qarabağ müharibəsinin veteranlarıdır. Bu, yaxşı hal deyil." Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sözçüsü Gündüz İsmayılov isə bu məsələdən məlumatsız olduğunu deyir: «Tam səmimi deyirəm, birinci dəfədir sizdən eşidirəm. Əgər belə bir fakt varsa, bizə də müraciət edə bilərlər. Tamamilə yolverilməz haldır». Elə isə nə baş verdiyindən xəbərsiz olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin menyüsünə aşağıdakı şəkilləri təqdim edirik. // T.İsmayılov, QayNar
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
Abu_Muhammad | Tarix: Cümə axşamı, 28.08.2008, 13:37 | Yazı # 11 |
MÜSƏLMAN-QARDAŞ
Qrup: İdarəçilər
Yazı: 22
Reputasiya: 1
Status: Saytda deyil
| Qardashlar son hadiseler yenede onudeyirki azerbaycana nehayatki islam dini qeldi ve Allah Subhanahu ve tealanin Quranda dediklerini birde desek yerine dusher! Sizi sinaga cekmeden cennete dahil ola bilmezsiz! YAlniz bir shey tessuf edicidi ve burda Abu BAkr r.a. sozi yadima dushur! Siz Adami yalniz Menim REbbim Allahdi dediyine qore doyursuz!?Qardashlar Kufur olan olkede yashamag beledide ! LAkin HOkimet atmosferi duzeltmese ozlerine qarshi boyuk bir agressiya yashayacaglar! Allah kafirlere hidayat versin!!!
Шейх Фаузан сказал: “Саляфия – это фиркъату-ннаджия (спасшаяся группа) и она же ахлю-Сунна уаль-джама’а. И она не относятся к партиям, возникшим в наши дни. Саляфия – это группа, которая следует пути пророка (мир ему и благословение Аллаха), его сподвижников, да будет доволен ими Аллах, и мазхабу предшественников. И саляфия не является одними из существующих в наши дни джама’атов”. См. “Тахзир миналь-бид’а”.
|
|
| |
Selef | Tarix: Cümə axşamı, 28.08.2008, 22:52 | Yazı # 12 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| Saqqal qırxımı davam edir !!!! «Əbu Bəkr» məscidi dindarlarının polisə çağırılması davam edir. Dindarların «Azadlıq» radiosuna verdiyi məlumata görə, avqustun 28-də daha 11 nəfər Əzizbəyov rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinə çağırılaraq zorla saqqalları qırxılıb. Saqqalı qırxılan dindar Azər Həsənov deyir ki, əvvəlcə onlara deyilib ki, bu işi özləri könüllü etsinlər, amma dindarlar buna etiraz edəndən sonra onların saqqalları zorla qırxılıb: «Dedilər, bu, yuxarıdan gələn göstərişdir». Daha bir dindar Nail Məmmədov isə Yasamal rayonunun 29-cu Polis Bölməsində olub. O, bölmədə hər hansı zorakılığa məruz qalmayıb. Anar adlı müstəntiq Naili təxminən 20-25 dəqiqəlik sorğu-sual edib, barmaq izlərini götürüb, şəklini çəkib. Ona deyilib ki, bunlar «Əbu Bəkr» məscidində baş verən hadisənin istintaqıyla bağlıdır. Nail Məmmədov deyir ki, bir gün əvvəl Quba rayonunda olanda da polisə çağırılıb və Yasamal polisindəki prosedurlar eynilə orda da təkrarlanıb. Amma bir neçə gün əvvəl 20 nəfərə yaxın dindar ayrı-ayrı polis bölmələrinə çağırılaraq zorla saqqallarının qırxıldığını iddia edirdilər. Həmin dindarların «Azadlıq» radiosuna dediklərinə görə, onları izahat almaq üçün çağırsalar da, sonradan zorla hamısının saqallını qırxıblar. Ancaq Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu faktı təkzib etmişdi. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, polis bölmələri bərbərxana deyil ki, kiminsə orda saqqalını, saçını qırxsınlar: «Polis bölməsi bərbərxana deyil ki, orda adamların üzü-başı qırxılsın. Ola bilər ki, hansısa polis bölməsinə çağırılan və cinayətdə şübhəli bilinən şəxsin saçından və ya paltarından ekspertiza üçün nümunə götürülsün. Amma kütləvi şəkildə camaatın üzünün-başının polis şöbəsində qırxılması inandırıcı deyil». Səbayel rayon 8-ci Polis Bölməsinə çağırıldığını bildirən dindar Fikrət Aydəmirov isə deyir ki, o, buna etiraz edəndə polislər əl-qolunu bağlayıb saqqalını qırxacaqlarıyla hədələyiblər. Partlayış zamanı yüngül xəsarət alan «Əbu Bəkr» məscidinin imamı Qamət Süleyman isə deyir ki, istintaq araşdırmasıyla bağlı bütün dindarlar dindirilir. Onların hamısının barmaq izləri götürülür. Dindarların polisə çağırılması bir qədər narahatlıq döğursa da, Q.Süleyman bildirir ki, bu, cinayətkarların tapılmasına yardım etmək üçün olduğundan onların bu məsələyə etirazları yoxdur. Qamət Süleymanın sözlərinə görə, bir neçə gün əvvəl polis bölmələrində dindarlara edilən zorakılıqlar indi təkrarlanmır: «Hamımız gedib istintaqa məlumat verə bilərik. Amma bəzi polis bölmələrində problemlər olub, inşallah mənə elə gəlir ki, bu söhbət qurtarar». Qamət Süleyman deyir ki, hansı qruplaşmalar tərəfindən məscidə hücum ola biləcəyi ehtimallarını istintaqa deyib. Amma tərəflər çox olduğundan bu barədə indidən konkret fikir söyləmək çətindir: «Gözləmək lazımdır ki, həmin canilər tutulsun, ondan sonra hər şey aydın olacaq». Məsciddəki partlayışla bağlı istintaqı aparan Bakı şəhər Prokurorluğunun müstəntiqi Ramiz Rzayev isə hələlik hər hansı yeni məlumatın olmadığını deyir. Bir neçə gün əvvəl bəzi polis bölmələrində zorla saqqalları qırxılan dindarlar avqustun 28-də təkrar hüquq mühafizə orqanlarına, kütləvi informasiya vasitələrinə müraciət ediblər. Onlar dindarlara fiziki və mənəvi işgəncələr vermiş polislərin cəzalandırılmasını və pozulmuş hüquqlarının bərpasını istəyirlər.
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
Selef | Tarix: Cümə, 29.08.2008, 21:44 | Yazı # 13 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| Bu gün Şəhidlər və İlahiyyət məscidlərindən də Azərfoto əməkdaşları reportaj hazırladılar. Məlum olduğu kimi Şəhidlər məscidinə gedən dindarları da polis saxlayaraq geri qaytarırdı. Yeganə və problemsiz ötüşən məscid isə İlahiyyət məscidi oldu ki, burada dindarlar həyətdə asfalt üzərində namaz qıldılar. Maraqlısı o idi ki, bütün məscidlərdən bura axışan dindarların çoxluğuna baxamyaraq burada heç bir polis gözə dəymirdi. Bu arada xatırladaq ki, polislər bu tədbirlərin təhlükəsizliK üçün olunduğunu deyirdilər. Deyəsən İlahiyyət məscidi polislər tərəfindən unudulmuşdu.
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
Selef | Tarix: Cümə, 29.08.2008, 22:02 | Yazı # 14 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| Bu gün İçərişəhərdəki Aşurbəy məscidində (Ləzgi məscidi kimi də tanınır) və Şəhidlər Xiyabanındakı məsciddə bəzi dindarlara cümə namazı qılmağa imkan verilməyib. Aşurbəy məscidinin yaxınlığında Cevik Polis Alayının, həmçinin Səbail Rayon Polis İdarəsinin əməkdaşlarından ibarət postlar qurulub. Məscidə gedənlər yolda saxlanılıb, onlardan nə məqsədlə, hara getdikləri soruşulub. «Media forum» saytı xəbər verir ki, həmin vaxt məscidə daxil olan «Azərfoto» Agentliyinin əməkdaşları içəridə şəkil çəkə biliblər. Məscidin 150-200 nəfərlik zalında 35-40 nəfər ibadət edirmiş. Şahidlərin dediyinə görə, adətən, cümə günlərində nəinki bu zal dolurmuş, hətta dindarlar Qız Qalasına yaxın ərazidə, ağacların altında da namaz qılırmış.
Eyni vəziyyət Şəhidlər Xiyabanındakı məsciddə də müşahidə edilib. Hər iki məscid ətrafında polislərin KİV nümayəndələrinin işinə müdaxilə etməsi halları da qeydə alınıb. Aşurbəy məscidində və Şəhidlər Xiyabanındakı məsciddə cümə namazına bugünkü məhdudiyyətin səbəbinə dair hələ ki, rəsmi izah almaq mümkün olmayıb. Qeyri-rəsmi rəylərdə bu məhdudiyyət avqustun 17-də Əbu Bəkr məscidində baş vermiş terrorla əlaqələndirilir. Terror hadisəsindən sonra Əbu Bəkr məscidi bağlanıb. Bu məsciddə namaz qılanların əksəri isə xüsusilə cümə namazı üçün Aşurbəy məscidinə və Şəhidlər Xiyabanına üz tutur. Əbu Bəkr məscidinin imamı Qamət Süleyman da «Media forum»a müsahibəsində demişdi ki, onların məscidinə gələn dindarlar hazırda cümə günləri Şəhidlər Xiyabanındakı məscidə, Ləzgi məscidinə, Göy məscidə, İlahiyyat məscidinə, Qaraçuxur qəsəbəsindəki məscidə gedirlər.
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
Ema777 | Tarix: Şənbə, 30.08.2008, 12:40 | Yazı # 15 |
Qrup: Etibarlı
Yazı: 58
Reputasiya: 3
Status: Saytda deyil
| ALLAH BUTUN DINDARLARA SEBR VERSIN!AMIN!ALLAH BUNA YOL VERENLERE LENET ELESIN!
|
|
| |
XEDICE73 | Tarix: Şənbə, 30.08.2008, 13:33 | Yazı # 16 |
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
| Aləmlərin Rəbbi olan Allaha həmd–sənalar olsun. Salavat və salam peyğəmbərlərin və elçilərin ən şərəflisi peyğəmbərimiz Məhəmmədə, ailəsinə və onun bütün səhabələrinə olsun! Həqiqətən, Allahın heç bir şeyi nəzərdən qaçırmayan Kitabında müsəlmanın dünya və axirət həyatı üçün çoxlu nəsihət və ibrətlər vardır. Bu məqalədə tövsiyə olunan əməllərdən biri də gözəl səbir etməkdir. Belə bir xüsusiyyət yüksək əxlaq nümunəsidir. Uca Allah Öz Elçisinə buyurur: “(Ya Rəsulum! Allah yolunda olan bütün əzab-əziyyətə) səbir et. Sənin səbir etməyin yalnız Allahın köməyilədir. (Dəvətini qəbul etmədiklərinə, iman gətirmədiklərinə görə) onlardan (müşriklərdən) ötrü kədərlənmə və (səni öldürmək məqsədilə) qurduqları hiylələrə görə də ürəyini qısma!” (ən-Nəhl, 127) Yusif əleyhissalama qarşı qəlblərinə həsəd dolan, onun əleyhinə məkrli işlər görən və onu qurd yediyini iddia edən qardaşlarına ataları Yaqub əleyhissalam belə demişdir: “Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbir gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!” (Yusif, 18) Yusif əleyhissalamın başına gələn əhvalatlarda müsəlmanın öz davranışını və əxlaqını daha da gözəlləşdirmək üçün hikmətlər, hökmlər, ibrət və nəsihətlər vardır. Hekayə ilə tanış olan hər bir müsəlman səbir etməyin itaətdə səbir, asiliklərə səbir, xeyir və şər sınaqlara səbir etmək kimi növlərini tam şəkildə mənimsəməlidir. Çünki bəşər övladı var olduğu gündən imtahana çəkilmiş gözəl sonluq isə yalnız Allahdan lazımınca qorxanlara nəsib olmuşdur. Allah buyurur: “(Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik.” (əl-Ənbiya, 35) Kamil əxlaqları və fitri üstünlükləri ilə seçilmiş peyğəmbərlər bu dünyada heç kəsin qarşılaşmadığı imtahan, sınaq və bəlalarla qarşılaşmışdır. Səhih hədisdə Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) belə buyurur: “Həqiqətən, insanların ən ağır bəlalarla üzləşənləri məhz peyğəmbərlərdir. Daha sonra isə onların ardınca gedənlərdir.” Bu hədisdə düşünən insanlar üçün böyük ibrətlər vardır. Bəlalarla üzləşmək sınağa çəkilmək deməkdir. Bu sınaq və imtahanlardan yalnız Allahın qayda–qanunlarına və qədərinə gözəl səbir edən kimsələr alnı açıq çıxar. Allah buyurur: “Allah mələklərdən də elçilər (peyğəmbərlər) seçər, insanlardan da. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, görəndir!” (əl-Həcc, 75) Dünyanın sınaq evi olduğunu və bu sınaqlardan heç bir məxluqatın hətta Allahın dinini təbliğ edən peyğəmbərlərin yaxa qurtara bilmədiyini dərk edən müsəlman özündən əvvəlkilərin imtahanlarını diqqətlə araşdırmalı və ibrət götürməlidir. Çünki oxşar hadisə onun da başına gələ bilər. Allahın Məhəmməd peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi Yusif surəsi yüksək şərəf sahibi olan bir peyğəmbərin hekayəsidir. İmam Buxari “Səhih” əsərində Abdullah ibn Ömərin (Allah onların hər ikisindən razı olsun!) Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) Yusif əleyhissalam barasində belə dediyini rəvayət edir: “Şərəfli insan olan Yusif şərəfli bir insanın, yəni Yaqubun oğludur, o da şəfəfli bir adamın yəni, İshaqın oğludur, İshaq isə şərəfli İbrahimin oğludur.” Yusif əleyhissalam doğru yolda olan şərəfli peyğəmbərlərin soyundan gələn bir peyğəmbər idi. Hökmləri, cürbəcür məsləhətləri özündə əhatə edən bu böyük surə eyni zamanda uca Allaha çağırış üslubunu və bu yolda yaranan sıxıntılara sinə gəlməyi də bəyan etmişdir. Bütün hadisələr Yusif əleyhissalamın ətrafında cərəyan etmişdir. Hekayədə müsəlmana qadağan edilən həsədin nalayiq hərəkət olduğu və səmimi insanlara qarşı hiylə qurmağın pis əməl olduğu bir daha vurğulanır. O cümlədən belə imtahana səbir edənin tərifəlayiq bir aqibəti olması, həmçinin səhvən günah edənləri bağışlayıb əfv etməyin yüksək əxlaq nümunəsi olması və bu cür əməlləri mənən zəngin insanların yerinə yetirə bilməsi xüsusi qeyd olunur. Yusif əleyhissalam öz qardaşları ilə qarşılaşanda belə demişdi: “(Yusif) dedi: "Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki O, rəhm edənlərin ən rəhmlisidir! (Mən Allahdan sizin bağışlanmanızı diləyərəm. O da sizi bağışlayar!)” (Yusif, 92) Allah Elçisi Məhəmməd (ona Allahın salavatı və salamı olsun!) onu ən sevimli şəhərindən, Məkkədən çıxardan tayfası ilə bir daha qarşılaşdıqda onlara belə demişdi: “Çıxın gedin, artıq siz azadsınız.” Yüz birinci ayədə Yusif əleyhissalamın başına gələn hadisələri özündə əks etdirən Quranın Məhəmmədin (ona Allahın salavatı və salamı olsun!) özündən yazmadığı və heç bir bəşər övladının ona öyrətmədiyi, əksinə qeybin və ölüm saatının sahibi Allahın tərəfindən peyğəmbərinə nazil olduğu bəyan edilir. Bununla da Yusifin hekayəsi sona yetir. Allah təala Quranın hekayələrinə şübhə ilə yanaşanlara belə cavab verir: “Biz (müşriklərin): "(Qur’anı) ona (Muhəmmədə) bir insan öyrədir!" - dediklərini də bilirik . Onların nəzərdə tutduqları adamın dili başqa dildir. Bu (Qur’anın dili) isə açıq-aşkar (bəlağətli, fəsahətli) ərəb dilidir!” (ən-Nəhl,103) Göründüyü kimi, Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) bu cür hekayə və xəbərləri özündən deməmiş, əksinə bütün bu xəbərlər Allah dərgahından gəlmişdir. Allah təala elə həmin surədə bütün deyilənlərə işarə edərək buyurur: “(Ya Rəsulum!) Bu, sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Onlar (Yusifin qardaşları) hiylə quraraq əlbir iş gördükləri (Yusifi quyuya atdıqları) zaman sən ki onların yanında deyildin!” (Yusif, 102) Yusif surəsində çoxsaylı hökmlər və faydalar olduğundan biz onları növbəti məqalələrimizdə sizə çatdırmağı qarşımıza məqsəd qoyduq. Uca Allah buyurur: “(Ya Peyğəmbər!) Allah: "Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!" - deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!” (əş-Şura,13) Yusif surəsi Allah təalanın açıq-aydın ərəb dilində nazil etdiyi Qurani Kərimi mədh etməklə başlayır. Allah buyurur: “Əlif, Lam, Ra! Bunlar açıq-aydın Kitabın (Quranın) ayələridir! (Ey Məkkə əhli!) Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, (mənasını) anlayasınız. (Ya Rəsulum!) Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq. Hərçənd ki, sən əvvəlcə (ondan) əsla xəbərdar deyildin.” (Yusif,1-3) İbn Kəsir bu ayənin təfsirində belə deyir: “Bunlar Kitabın ayələridir dedikdə açıq-aydın Quran nəzərdə tutulur. O, anlaşılmazlıqları açıqlayır və onlara aydınlıq gətirir. Daha sonra isə Allah bu Quranı ərəb dilində nazil etdiyini bildirir. Çünki ərəb dili dillərin ən fəsahətlisi, daha aydını və genişidir. Bu dilin məna çalarları çoxdur. Buna görə Allah kitabların daha şərəflisini ən şərəfli dildə, ən şərəfli peyğəmbərə, ən şərəfli mələyin vasitəsilə nazil etdi. Yer səthinin daha da şərəfli olan bir ərazisində və ilin aylarının ən şərəfli bir ayında – Ramazan ayında Quran ayələri nazil olmağa başladı. Allah təala buyurur: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir.” (əl-Bəqərə,185) Beləliklə də bütün istiqamətlərdə Quran öz kamilliyini saxladı. Uca Allah buyurur: “(Ya Rəsulum!) Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq.” (Yusif, 3) Yəni bu Quranı sənə vəhy yolu ilə nazil etməklə... (Ibn Kəsir, 4/294-295, əl-Musnəd, 3/378) Daha sonra İmam İbn Kəsir buyurur: “Quranı mədh edən bu kəramətli ayədə onun özündən başqa bütün kitablara kifayət etməsi tam uyğunluqla qeyd olunur. İmam Əhməd, Səric ibn ən-Numanın, Həşimdən, o da Mücaliddən, o da əş-Şəbinin Cabir ibn Abdulladan belə rəvayət edir: Bir gün Ömər ibn əl-Xattab, kitab əhlindən əldə etdiyi vərəqləri Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yanına gətirərək (həmin vərəqləri) ona oxudu. O, (ona Allahın salavatı və salamı olsun!) buna qəzəblənərək dedi: “Ey ibn Xattab, sən İslamda şübhəyə düşüb dini yəhudilərdənmi öyrənirsən? Canımı əlində tutana and olsun ki, mən sizlərə bundan da aydın bir şey gətirmişəm. Onlardan heç bir şey barəsində soruşmayın. Onların sizlərə doğru dediyini yalan, yalan dediyini isə doğru biləcəksiniz. Canımı əlində tutana and olsun ki, Musa sağ olsaydı, yalnız mənə tabe olardı.” Beləliklə Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) İslamın kamilliyini və özünün pak, nəcib və hənif bir dini çatdırdığını açıqladı. Allah təala belə buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Məkkənin fəthi, İslamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim.” (əl-Maidə,3) Növbəti məqalə Yusif əleyhissalamın hekayəsində toxunulan, eləcə də Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) də qadağan etdiyi həsədlə bağlıdır. Belə ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurur: “Həqiqətən, od ağacı yandırdığı kimi həsəd də yaxşılıqları yandırar”. Allah bizi həsəddən və nəfslərimizin şərindən qorusun. Həqiqətən, O eşidən və cavab verəndir.
Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
|
|
| |
Programmer | Tarix: Şənbə, 30.08.2008, 15:08 | Yazı # 17 |
Qrup: İdarəçilər
Yazı: 34
Reputasiya: 3
Status: Saytda deyil
| Allah razı olsun.
|
|
| |
selefi-saleh | Tarix: Cümə, 05.09.2008, 01:03 | Yazı # 18 |
İDARƏÇİ
Qrup: Etibarlı
Yazı: 11
Reputasiya: 0
Status: Saytda deyil
| «Polis saqqala qarşı mübarizə aparmır» Oruc Zalov: «Namaz qılanlar Şəhidlər Xiyabanında istirahət edənlərə mane olurdu» Dünən jurnalistlərə əhatəsinə düşən daxili işlər nazirinin müavini Oruc Zalov Azərbaycanda, o cümlədən, paytaxt Bakıda baş verən son hadisələrlə bağlı suallara cavab verib. - Oruc müəllim, məscidlərin həyətində polisin namazı qadağan etməsini necə izah edə bilərsiniz? Bu, dini etiqadı məhdudlaşdırmaq deyilmi? - Daxili İşlər Nazirliyi, polis heç vaxt dini etiqada və inanca qarşı mübarizə aparmır. Bunu birdəfəlik bilin. Yəni nəzərdə tutulmamış yerlərdə, küçədə namaz qılmaq olmaz. - Şəhidlər Xiyabanı yaxınlığında mömin vətəndaşların namaz qılması niyə məhdudlaşdırılıb? Bura da qadağan edilmiş yerdir? - Şəhidlər Xiyabanına minlərlə qonaq gəlir, istirahət edirlər. Kimsə çıxıb küçədə namaz qılmaq istəyirsə, bu, bağışlanılmazdır. Siz özünüz gərək bunu təbliğ edəsiniz, insanları maarifləndirəsiniz ki, namaz qılmaq üçün, itaət etmək (ibadət demək isəyir- red.) üçün məscidlər var. Lakin orada maşını saxlayıb yolda tıxac yaradırlar. Şəhidlər Xiyabanı qarışısında - insanların istirahət etdiyi yerdə namaz qılan adam özünün o dini etiqadına şübhə yaradır. Axı ora namaz qılmalı yer deyil. - Namaz qılmağa gələnlərə zor tətbiq olunması halları baş verib. Bu barədə nə deyə bilərsiniz? - Heç kimə nə zor tətbiq edilir, nə də onların qarşısı alınır. Hazırda məscidlərimiz hamısı fəaliyyət göstərir.Hansı məscidlər, hansı icmalar qeydiyyatdan keçibsə, onların fəaliyyətinə heç bir məhdudiyyət yoxdur. Heç bir zorakılıq da ola bilməz. - Amma polisin hərəkətlərindən belə təəssürat yaranırdı ki, ümumiyyətlə, dini sabitliklə bağlı bir problem var… - Heç bir problem yoxdur. Tam sabitlikdir, tolerantlıq hökm sürür. Bizdə bütün dinlər azaddır. İstər yəhudi icması, istər katolik, istərsə də provaslav kilsələri var. Bunlara qarşı heç bir məhdudiyyət, qeyri-sabitlik yoxdur. Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi qərarlar və həyata keçirdiyi tolerantlıq siyasətinə uyğun olaraq buna əməl olunur. - Bəs vəhhabilər? Biz vəhabilləri nəzərdə tuturuq? - Əgər bu, qeydiyyatdan keçmiş icmadırsa, öz etiqadını azad şəkildə həyata keçirir. - Dindarlar bildirirlər ki, polis bölmələrində onların saqqalırını qırxırlar. Niyə qırxırlar? - Siz bilirsiniz ki… Yalan sözdür, belə məsələ yoxdur. Polis saqqala qarşı yox, qanunlara əməl etməyənlərə qarış mübarizə aparır. Kim Azərbaycan qanunlarına riayət edirsə, tam sərbəst olaraq istədiyi dinə, istədiyi əqidəyə xidmət edə bilər. - «Əbu-Bəkr» məscidində partlayışla əlaqədar ölkədə təhlükəsizlik təbdirləri gücləndirilirmi? - Bilirsiniz ki, təhlükəsizlik tədbirləri daim diqqət mərkəzindədir. Bu hadisələrdən sonra da cinayətin açılması üçün müəyyən addımlar atıldı. Məlumatınız varsa, bu hadisələrə olan reaksiya mətbuatda geniş şəkildə verildi. -Bu, terror hadisəsi olsa da, başqa maddələrlə cinayət işi qaldırıldı… - Xeyr. İstintaq aparılır. Mən istintaq orqanlarının işinə müdaxilə edə bilmərəm. Hər halda baş vermiş hadisə hüquq mühafizə orqanlarının nəzarətindədir və tezliklə də açılır. - Amma o hadisədən sonra cəmiyyətdə müəyyən narahatlıq yaranıb. Bu narahatlığa əsas varmı? - Məncə, heç bir narahatlıq yoxdur, çünki buna əsas da yoxdur. Azərbaycanda sabitlik hökm sürür. Bu sabitliyi pozmağa elə bir qüvvə yoxdur. Bu gün qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda stabillik var. - Qonşu ölkələr deyənə konkret hansıları nəzərdə tutursunuz? - Gürcüstanda və Ermənistanda hansı hadisələr baş verir, görürsünüz. Mitinqçilərə qarşı odlu silahlardan istifadə edilir. Biz hamımız əldə etdiyimiz nailiyyətləri siz jurnalistlərlə birlikdə qoruyub saxlamalı vıə gücləndirməliyik. Yoxsa əksinə hər hansı bir hadisəni eşidib əhalini təşvişə salmağa, şaiyələri qəzetlərdə verib insan ları narahat etməyə dəyməz. Gülnarə Əmirqızı
Yazını selefi-saleh - Cümə, 05.09.2008, 01:05 |
|
| |
Selef | Tarix: Cümə axşamı, 11.09.2008, 00:46 | Yazı # 19 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| Xamneyinin ixtilafla bağlı təlaşı və … İlin əvvəlində Qədir-Xum dini bayramı münasibəti ilə Qum şəhərində çıxış edən Ayətullah Xamneyi bildirdi ki, "Amerika İraqda, Əfqanıstanda, Livanda və Fələstində məğlubiyyətə uğradığına görə, dünyanın digər super dövlətləri ilə birgə indi də sünnilərlə şiələr arasında ixtilaf salmağa çalışır". Daha sonra ayətullah ABŞ-ın İrana qarşı bəzi ərəb ölkələri ilə də gizli danışıqlar apardığını söyləydi. Bu məsələnin görünən tərəfidir və Xamneyi bir məsələdə haqlıdır ki, ABŞ sünni-şiə davasının düşməsində maraqlıdır. Bəs görəsən, İran özü bu məsələdə nə qədər maraqlıdır? Bu gün Xamneyinin belə açıqlama verməsinə baxmayaraq, iranyönümlü şiələrin İraqda hər gün daha artıq qardaş qırğınının tökülməsinə rəvac vermələri, diktator olsa da sünnilər arasında ciddi nüfuza malik Səddam Hüseynin asılmasında göstərdikləri canfəşanlıq bəyəm sünni-şiə qarşıdurmasını az körükləndirir? Nəzərə alsaq ki, Səddam Hüseynə son nəfəsində kəlimeyi-şəhadət gətirməyə belə icazə verilməyib, kim sabah fanatik sünnilərin qanlı diktatordan mələk simalı qəhrəman düzəldib, şiə-sünni məsələsini yenidən qızışdırmayacağına qarant dura bilər? Yəni, sabah bu kimi halların baş verməməsi üçün Xamneyi indi deyil, hələ xeyli öncə onun sözünü eşidən iraqlı din xadimlərinə deməli idi. Ancaq göründüyü kimi bu gün artıq məzhəb qarşıdurması qarşısıalınmaz həddə gəlib çatıb. Hətta bu düşmənçilik o həddədir ki, şiə və sünnilər ortaq düşmənləri olan İsrailə qarşı da birləşə bilmirlər. Necə ki, əl-Qaidənin liderlərindən olan əz-Zəvahiri "Liviyalı və fələstinli qardaşlarımızın yanındayıq və onların mücadiləsini dəstəkləyirik" desə də, Hizbullah liderlərindən biri "Bizim terroristlərin dəstəyinə ehtiyacımız yoxdur. Bu terrorçu qrup Hizbullahı ləkələmək üçün bu bəyanatı verib" deyə, hətta əzəli düşmənə qarşı da məzhəb ittifaqından yararlanmağın tərəfdarı olmadıqlarını açıqladı. Elə Səddamın edamından sonra əl-Qaidə rəhbərliyinin sünniləri ayağa qalxmağa səsləmək kimi sərsəm bəyanatlarla çıxış etməsi radikal siyasi islam nümayəndələrinin nə qədər "vəhdətçi" olduqlarını ortaya qoyur. Yəni, yuxarıda qeyd edilən kimi desək, heç kəsi təktərəfli olaraq zina etmək maddəsi ilə suçlaya bilmərik. Zinanı edən iki tərəf olur və günahkarı cəzalandırmaq üçün tərəflərdən birini rəcm etmək ədalətsizlik olardı. Elə Britaniyanın “Daily Telegraph” qəzetinin yazdığı kimi Səddam Hüseynin ölümündən sonra Bağdadda yüzlərlə şiənin oğurlanaraq edam olunması, 200-dən artıq şiənin isə yoxa çıxması və Səddamın tör-töküntüsünün edamından sonra öldürüləcəkləri xəbərinin geniş yayılması da Bağdadda məzhəb savaşının arzuolunmaz mərhələyə gəlib çıxdığından xəbər verir.
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
Selef | Tarix: Cümə, 19.09.2008, 02:08 | Yazı # 20 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| “Əhli Beyt” mağazasından qadağan olunan dini kitablar götürülüb Sumqayıtdakı dini əşyalar satılan mağazada qadağan edilən dini kitablar aşkarlanıb. Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. DİN Baş Cinayət-Axtarış İdarəsi və Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıtdakı “Əhli Beyt” mağazasının satıcısı Səbuhi Aliyevdən idxalına və nəşrinə icazə verilməyən 13 ədəd dini kitab götürülüb. rafizilerin maqazasidir
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
|