[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 2 из 4
  • «
  • 1
  • 2
  • 3
  • 4
  • »
XƏBƏRLƏR
AisaTarix: Çərşənbə axşamı, 23.09.2008, 21:28 | Yazı # 21
MÜSƏLMAN-BACİ
Qrup: İdarəçilər
Yazı: 33
Reputasiya: 2
Status: Saytda deyil
As salamu aleykum

bir bacının dediyinə görə, Qamət qardaş onun həyat yoldaşına deyib ki, məscidimizin vəkili Cavanşir .... (familiyası bacının yadından çıxıb) Allahın iznilə məscidin açılması işini qazanıb. O indi "vəhhabi" sözünün yığışdırılmasına çalışır. Belə ki, sələfiləri "vəhhabi" adlandıran hər hansı telekanal, qəzet və ya jurnal 10000 dollar həcmində cərimə ödəyəcəklər.

inşəAllah xəbər doğru olar. Dua etməyi unutmayaq.....


(Ya Rəsulum!) İnsanları hikmətlə (Qur’anla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) də’vət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!
Nəhl surəsi, 125
 
SelefTarix: Çərşənbə axşamı, 23.09.2008, 23:25 | Yazı # 22
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
INŞALLAH


(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
AisaTarix: Cümə, 26.09.2008, 11:11 | Yazı # 23
MÜSƏLMAN-BACİ
Qrup: İdarəçilər
Yazı: 33
Reputasiya: 2
Status: Saytda deyil
İtaliyanın Yuventus komandasının yarım müdafiəçisi 23 yaşlı Sissoko Liqanın növbəti turunda Kalyari ilə keçirilən oyunda pis təsir bağışladığına görə, komandanın heyətindən kənarlaşdırılıb.

İtaliya mətbuatında dərc olunan xəbərlərə görə, futbolçu oruc tutduğuna görə, istənilən səviyyədə oyun nümayiş etdirə bilməyib.

Verilən xəbərlərə görə, müsəlman olan Sissokonun komandasının Kalyari ilə keçirilən səfər oyununda oruclu halda meydançaya çıxdığı qeyd olunub. Sözügedən qarşılaşmada yaxşı təsir bağışlamadığı üçün oyunu yarımçıq tərk edən futbolçu oyundan sonra azarkeşlərdən üzr istəyib.

Qeyd edək ki, klub rəhbərliyi qəbul etdiyi qərarla Sissokonu müvəqqəti olaraq heyətdən kənarlaşdıraraq müsəlman futbolçunun Ramazan ayı başa çatdıqdan sonra yenidən yaşıl meydanlara qayıdacağını bildirib.

/timeturk/


(Ya Rəsulum!) İnsanları hikmətlə (Qur’anla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) də’vət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!
Nəhl surəsi, 125
 
selefi-salehTarix: Bazar, 05.10.2008, 01:38 | Yazı # 24
İDARƏÇİ
Qrup: Etibarlı
Yazı: 11
Reputasiya: 0
Status: Saytda deyil
Təmiri başa çatmamış Əjdərbəy məscidindən içəri daxil olanda insanı qarşılayan ilk mənzərə belədir...
Amma bir şey sual olaraq qalır. Görəsən bu 40 azn-in çekini almaq olur ya yox...


 
SelefTarix: Çərşənbə, 08.10.2008, 23:15 | Yazı # 25
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
İcra başçısının qardaşı fəhlənin çənəsini sındırıb

Mingəçevir axundunun törətdiyi hadisə icra başçısı ilə ilə polis rəisi arasındakı ixtilafı təzələdi

Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə Qazisi, Mingəçevir şəhərinin Axundu Hacı Xanəli Babayev suvaqçı işləyən Mingəçevir sakini Süleymanov Ramiz Məhəmməd oğlunu döyərək xəsarət yetirib. Bu barədə APA-nın yerli bürosuna Mingəçevir şəhər Polis Şöbəsinin təhqiqatçısı Adil Abışov məlumat verib. Məlumata görə, Mingəçevir şəhəri, Təbriz küçəsi, 5 ünvanda yaşayan R. Süleymanov Aşıq Ələsgər küçəsi, 9 ünvanda yaşayan bibisinin evinin fasad hissəsində suvaq işləri apararkən qonşuluqda yaşayan Hacı Xanəli Babayevin ailə üzvləri tərəfindən təhqirlərə məruz qalıb, Hacı Xanəlinin oğlu və qardaşı oğlu suvaqçıya hücum ediblər.
R. Süleymanov bu zaman evə gələn Hacı Xanəliyə müraciət edərək ailə üzvlərindən ona şikayət etmək istəyib. Məlumata görə, şəhərin Axundu R. Süleymanovu dinləmədən onun üzünə yumruqla zərbələri endirib. Eyni zamanda Xanəli Babayevin sürücüsü və yaxın qohumu olduğu bildirilən Saleh Rafiq oğlu Babayev də R. Süleymanovun başına yumruq zərbələri vurub. Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilən R. Süleymanova çənə sınığı diaqnozu qoyulub. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır.
Dünən məsələ ilə bağlı apardığımız araşdırmadan sonra bəzi məqamları dəqiqləşdirə bildik. Əldə etdiyimiz məlumata görə, baş verən olayın mətbuat vasitəsilə ictimaiyyətə çıxarılmasında Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi Ələsgər Bədəlov maraqlı olub. Belə ki, Mingəçevirin axundu olan Hacı Xanəli bu yaxınlara qədər şəhər icra hakimiyyətinin başçısı vəzifəsini tutan və hazırda Zərdab rayonuna rəhbərlik edən qardaşı Lütfəli Babayevlə polis rəisi arasında böyük konfilik olub. Hətta icra başçısı çalışdığı dövrdə Ələsgər Bədəlovu vəzifəsindən çıxarmağa çalışan Lütfəli Babayev sonradan istəyinə nail ola bilməyib. Onun Mingəçevir rəhbərliyindən getməsindən sonra isə polis rəisi bu şəhərdə böyük biznes strukturlarına malik olan Babayev qardaşlarına «ilişməyə» başlayıb.
Məlumata görə, son hadisədən istifadə edən Ələsgər Bədəlov Hacı Xanəlinin bəhs edilməsinə çalışır.
Onu da xatırladaq ki, Hacı Xanəlinin iki il bundan əvvəl narkotik ittihamı ilə həbs edildilərək sonradan sərbəst buraxılması barədə məlumatlar var.

Elmar




(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
SelefTarix: Cümə, 10.10.2008, 00:22 | Yazı # 26
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Salam Aleykum!
V bufet sredney shkoli trebuetsa prodovshitsa.
Shkola naxoditsa v 4 mikrorayone,
Vozrast do 55 let,
Rabochee vremya s 8:30 do 2:00 (pol dnya)
Zarplata za kajdiy rabochiy den 5 AZN + premii.
Nujen Halalniy chelovek.
Rabota nepilnaya, bufet s remontom,v bufet xodyat deti do 4
klassa.Starshie klassi tuda ne xodyat.

Jelayushie mogut obrashatsa po tel mob(055) 761-00-00;rabochiy tel
4379743 Farxad
Soobshite znakomim , mojet kto nujdaetsa v rabote..
Chezak Allah xayran!!
Salam Aleykum.




(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
SelefTarix: Cümə axşamı, 16.10.2008, 00:39 | Yazı # 27
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Bakıda gizli yeraltı yol tapılıb

Bu gizli yolun hələ çar dövründə tikildiyi və “Səbayel qəsri”nə getdiyi güman olunur

Azərbaycan Dövlət Filarmoniyasının yaxınlığındakı üzü dənizə tərəf uzun yeraltı tunel aşkarlanıb. Uzunluğu hələ tam dəqiqləşməyən və hamar daşlardan tikilmiş tunel burada aparılan təmir-bərpa işləri zamanı üzə çıxıb. Tunelə giriş “Vahid” Poeziya Evinin qarşısındakı fəvvarənin altında qalıbmış.

Xatırladaq ki, “Filarmoniya parkı” kimi tanınan ərazidə bərpa işləri ilə əlaqədar həmin fəvvarə də sökülüb. İndi bu fəvvarənin yerində yenisi tikilir. Ancaq yeni fəvvarə əvvəlkindən xeyli kiçik olacaq.

Fəvvarənin yenidən qurulmasında iştirak edən fəhlələr Lent.az-ın əməkdaşına bildiriblər ki, yeraltı tunel ötən bazar günü yeni fəvvarənin tikintisi ilə bağlı aparılan qazıntı işləri zamanı təxminən 1 metr dərinlikdən üzə çıxıb. Dərhal ərazidə tikinti işləri aparan “A+A Group” şirkətinin rəhbərliyinə məlumat verilib. Bundan sonra işin gedişi bir neçə saatlığa dayandırılıb.

İki pilləkən, iki döngə

Fəhlələrin bildirdiyinə görə, hamar daşlarla hörülmüş naməlum qapının ətrafı təmizlənəndən sonra içəri giriş üçün 3 pilləli pilləkənlər aşkarlanıb. Pilləkənlərin üstü tullantılarla örtülübmüş. Həmin tullantılar təmizlənərkən zibil qarışıq torpağın arasından sovet dövrünün müxtəlif illərində buraxılmış çoxlu sayda dəmir qəpiklər tapılıb. Qazıntı zamanı məlum olub ki, yeraltı tunelin uzunluğu ən azı 200 metrdir. Bu naməlum tikilinin eni təxminən 0,5, hündürlüyü isə 2 metrə yaxındır. Qaranlıq və içərisi su ilə dolu olan tunelə bir neçə yerdən su axır. Fəhlələrin dediyinə görə, onlardan 2 nəfəri çətinliklə də olsa, tunelin təxminən 200 metrliyinə qədər gedib çıxıblar. Buradan o tərəfə isə getmək mümkün olmayıb. Çünki bir tərəfdən qaranlıq və hava çatışmazlığı, digər tərəfdən isə tenelin içərisinin su və lillə dolu olması içəridə hərəkəti çətinləşdirir.

Ancaq maraqlıdır ki, tunelin təxminən 200 metrlik hissəsində cəmi bir neçə yerdə su sızmasını nəzərə almasaq, heç bir maneə yoxdur. Fəhlələrin dediyinə görə, tunelin içərisi ilə təxminən 100 metr getdikdən sonra daha bir pilləkənə rast gəlinir. Üç pilləli pilləkəndən aşağı düşdükdən sonra yol bir qədər sağa, Heydər Əliyev Fonduna tərəf dönür. Təxminən 10 metr getdikdən sonra isə yol əks istiqamətə burulur. Tunelin bundan sonrakı hissəsi artıq daralmağa başlayır. Ancaq fəhələlərin dediyinə görə, bu daralma divarların ensizləşməsi deyil, içərinin qum örtyü ilə dolmasının nəticəsidir.

O ki qaldı yeraltı tunelin hansı məqsədlər üçün istifadə olunmasına, iş icraçıları bu bardə heç bir məlumata malik olmadıqlarının bildirirlər. Fəhlələrin bildirdiyinə görə, tunelin giriş qapısı aşkarlandıqdan sonra Bakı Şəhər İcra Hakimiyyətinin və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri əraziyə baxış keçiriblər. Ancaq fəhlələrə işin dayandırlması ilə bağlı tapşırıq verilməyib. Hazırda ərazidə tikinti işləri davam edir.

Ovuc-ovuc qəpiklər

Ərazidə olarkən onu da öyrəndik ki, giriş qapısının ağzındakı pilləkənlərdən tapılmış dəmir pullar bu yaxınlaradək fəaliyyət göstərən fəvvarənin içərisindən axıb. İş icraçıları bildirirlər ki, köhnə fəvvarədən buraxılan su boru vasitəsilə yeraltı tunelin içərisinə gedirmiş. Güman olunur ki, ümumi tutumu bir neçə ovuc olan dəmir qəpiklər hövuza atılıbmış, oradan isə su borusu vasitəsilə tunelə tökülüb. 1, 3 və 5 qəpikliklər arasında 1946, 1961, 1967 və 1980-ci illərin pulları da var. Qəpiklərin çoxunun üzünü qalın pas örtdyündən onların hansı ilə aid olduğunu müəyyənləşdirmək çətindir. Fəhlələrin dediyinə görə, qəpiklərin demək olar ki, hamısını “A+A Group” şirkətinin iş icraçısı onlardan alaraq, müvafiq qurumlara təhvil verəcəyini bildirib.

Üç versiya

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin elmi-tədiqat şöbəsinin müdiri, arxeoloq Kamil İbrahimov yeraltı tunelin yaxın keçmişə aid olmadığını deyir. Amma bu tunelin hansı məqsədlə və nə vaxt tikildiyi, hansı istiqamətədək gedib çıxdığı bəlli deyil.

Hələlik isə yeraltı tunelin hansı məqsədlərlə istifadə olunmasına dair bir neçə versiya irəli sürülür. Birinci versiyaya görə, bu tikili müharibə dövründə İçəri Şəhər sakinlərinin təhlükəsizliyinin qorunması məqsədilə inşa olunub. Buna əsas verən ən mühüm amil onun giriş hissəsinin İçəri Şəhərdən çıxan taxta qapıya (tunelə girişlə qapı arasındakı məsafə təxminən 45-50 metrdir. Qala divarları arasından açılan bu qapı giriş-çıxışa bağlıdır – E.S.) yaxın olmasıdır.

İkinci versiyaya görə, yeraltı tunel uzun müddətdən bəri arxeoloqları maraqlandıran “Səbayel qəsri”nə gedən gizli yoldur. Ehtimal olunur ki, çar hökuməti dövründə əyanlar məhz bu yol vasitəsilə dənizə çıxırmış.

Versiyalar arasında yeraltı tunelin sadəcə kanalizasiya sularının dənizə axıdılması üçün tikildiyi fikri də var. Bu versiyanı hazırda ərazidə tikinti işləri aparan inşaatçılar söyləyir. Arxeoloq Kamil İbrahimov isə bu versiyaların heç birinin hələ təsdiqini tapmadığını deyir: “Hələ dəqiq heç nə söyləmək olmaz. Çünki arxeoloji araşdırmalara indi başlamışıq. Ola bilsin ki, bu tunelin tarixi lap qədimdir. Amma əvvəlcə onun hansı məqsədlər üçün tikildiyini müəyyənləşdirmək lazımdır. Bundan sonra onun tikilmə vaxtını tapmaq olar”.

Xatırladaq ki, mövcud qanunvericiliyə görə, hər hansı qazıntı zamanı tarixi abidə aşkar edilərsə, tikinti dərhal dayandırılmalı və ərazi arxeoloji ekspedisiyaya təhvil verilməlidir. Ancaq “Filarmoniya parkı”ndakı yeraltı tunelin tapılmasından bir neçə gün keçməsinə baxmayaraq, ərazidə tikinti işləri davam etdirilir. Arxeoloq Kamil İbrahimov bunun səbəbini üzə çıxmış tikilinin inşaat işlərinin aparıldığı yerdən aralıda olması ilə əlaqələndirib. Onun sözlərinə görə, parkda aparılan yenidən qurma işləri yeraltı tunel üçün heç bir təhlükə törətmir.

Ancaq fəhlələrlə söhbətdən məlum olur ki, tunelin giriş qapısının üst hissəsində elə bu gün qazıntı işləri aparılıb. Hətta mini-ekskavatorla aparılan qazıntı zamanı tunelin tavan hissəsini örtən daş plitələrdən bir neçəsi yerindən oynayıb.

Elxan SALAHOV



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
LANDMARKTarix: Çərşənbə, 22.10.2008, 02:47 | Yazı # 28
Qrup: Etibarlı
Yazı: 17
Reputasiya: 0
Status: Saytda deyil
Psixoloq: “Psixoprofilaktik tədbirlər görülməsə, gələcəkdə intiharların sayı daha çox olacaq”

İlahiyyatçı-ekspert isə hesab edir ki, özünə qəsd edənləri axirətdə əbədi cəhənnəm əzabı gözləyir

Azərbaycanda son günlər baş verən intihar hallarının sayı artıb. 2008-ci ilin oktyabr ayı ərzində 10-dan çox intihar hadisəsi baş verib. Dünya ölkələrində də intiharların sayı artır. Dünya Səhiyyə Təşkilatının açıqladığı ekspert hesabatında bildirilir ki, müxtəlif ölkələrdə özünə qəsd edənlərin sayı müharibə meydanlarında həlak olanların sayını üstələyir. Ekspertlərin fikrincə, hər il dünyada təqribən 1 milyon insan ömrünü intiharla başa vurur, 10-20 milyon nəfər isə buna cəhd edir. Bu, hər 40 saniyədə bir suisid, hər 3 saniyədə bir intihar cəhdi deməkdir. İntihar yolunu seçənlər çox vaxt güclü cinsin nümayəndələri olur. Özünəqəsdin ən yuxarı göstəricisi Baltikyanı ölkələrdə qeydə alınıb. Burada hər 100 min nəfərdən 30-u intihara əl atır. Bunun səbəblərini psixoloji amillərlə bağlayırlar. İnsanlar çox vaxt yaxınlarını itirdikdə, peşə uğursuzluqlarında, kasıb olanda, işsiz və təminatsız qalanda həyata əlvida deyirlər.

Psixoloq Dəyanət Rzayev ANS PRESS-ə açıqlamasında son günlər baş verən intiharların əksər hissəsinin yaz və payız fəsillərində hormonal aktivliyin artması ilə əsaslandırıb: “Bu proseslər insanın psixologiyası ilə bağlıdır. İntihar hadisələri əsasən günün səhər saat 5-6 arasında baş verir ki, bu vaxtlarda aktivlik pik həddə çatır ki, intiharların əksəriyyəti də məhz həmin saatlarda baş verir”. İnsan münasibətlərində də soyuqluğun hökm sürdüyünü, heç kimin başqasının dərdini bölüşmədiyini deyən D. Rzayev bu soyuquluğu aradan götürülməsinin vacibliyini vurğulayıb.

daha etrafli http://ans.az/nid92340.html

Bərkidilib: 6913758.jpg (5.8 Kb)


İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər). Enbiya-1
 
Abu_MuhammadTarix: Çərşənbə, 22.10.2008, 20:19 | Yazı # 29
MÜSƏLMAN-QARDAŞ
Qrup: İdarəçilər
Yazı: 22
Reputasiya: 1
Status: Saytda deyil
[size=11]Dubay milionerin mashini!

Bərkidilib: 0067541.jpg (87.7 Kb) · 6454180.jpg (87.1 Kb) · 3972940.jpg (90.2 Kb)


Шейх Фаузан сказал:
“Саляфия – это фиркъату-ннаджия (спасшаяся группа) и она же ахлю-Сунна уаль-джама’а. И она не относятся к партиям, возникшим в наши дни. Саляфия – это группа, которая следует пути пророка (мир ему и благословение Аллаха), его сподвижников, да будет доволен ими Аллах, и мазхабу предшественников. И саляфия не является одними из существующих в наши дни джама’атов”.
См. “Тахзир миналь-бид’а”.
 
SelefTarix: Cümə axşamı, 23.10.2008, 00:45 | Yazı # 30
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
MASHALLAH YERI VAR GOZEL MASHINDI , ALLAH OLMAYANLARA NESIB ETSIN


(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
LANDMARKTarix: Cümə axşamı, 23.10.2008, 01:10 | Yazı # 31
Qrup: Etibarlı
Yazı: 17
Reputasiya: 0
Status: Saytda deyil
Amin....

Şeyxin qalmaqallı qazisi danışdı .

Axund Xanəli Mingəçevir polis idarəsinin rəisini “çavuş” adlandırdı

Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi, Mingəçevir şəhərinin axundu Hacı Xanəli Babayev suvaqçı işləyən Süleymanov Ramiz Məhəmməd oğlunu döyərək xəsarət yetirməsi ilə bağlı işin təhqiqatı başa çatıb. Hazırda faktla bağlı istintaq araşdırması aparılır. Bu barədə APA-nın yerli bürosuna Mingəçevir Şəhər Polis Şöbəsinin baş müstəntiqi Mehman Şükürov məlumat verib. Müstəntiq deyib ki, artıq faktla bağlı zərərçəkəndən və şahidlərdən ifadələr alınıb: “Xanəli Babayev isə istintaqdan yayınır. Ona üç dəfə istintaqa çağırılması ilə bağlı bildiriş göndərilib. Hətta bu bildirişlərdən birini özü qəbul edib və imzalayıb. Lakin istintaqa gəlməyib. Əgər oktyabrın 16-dək Xanəli Babayev gəlməsə,o qanunvericilikdə nəzərdə tutulmuş formada məcburi qaydada istintaqa cəlb olunacaq”.
Müstəntiq onu da deyib ki, axundun istintaqdan yayınması ilə bağlı Mingəçevir Şəhər Prokurorluğu da məlumatlandırılıb. M. Şükürov onu da deyib ki, zərərçəkən R.Süleymanov hazırda Bakıda xəstəxanaların birində müalicə olunur. Mingəçevir Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilən R.Süleymanova çənə sınığı diaqnozu qoyulub. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Dünən Hacı Xanəlinin özü ilə də əlaqə saxlaya bildik. Bizimlə söhbətində Hacı bildirdi ki, doğrudan da bir müddət ölkəni tərk edib: “Amma bu, mənim qaçmağım anlamına gəlmir. Bildiyiniz kimi, bugünlərdə Çeçenistanda Avropanın ən böyük məscidinin açılışı keçirildi. Azərbaycanda bu tədbirə hörmətli şeyximiz Allahşükür Paşazadə nümayəndə heyəti ilə qatılmalıydı. Amma iş elə gətirdi ki, tədbirə mən və Hacı Salman getməli olduq”.
Axund Xanəlinin dediyinə görə, əgər o, hansısa cinayəti törədibsə, sərhəddən keçərkən mütləq onu həbs edərdilər. “Mən heç kimi döyməmişəm, heç kim də məndən şikayətçi deyil”.
Bəs Mingəçevir Şəhər Polis İdarəsində qaldırılan cinayət işi nə ilə bağlıdır?
Şəhərin axundunun bu sualımıza cavabı da maraqlı oldu.
- Kim sizə deyir ki, cinayət işi qaldırılıb? Siz cinayət işini öz gözlərinizlə görmüsünüzmü? Belə bir şey yoxdur.
- Bəs Mingəçevir Şəhər Polis İdarəsinin rəisi Ələsgər Bədəlovun və idarənin rəsmiləri haqqınızda cinayət işi qaldırdığını deyirlər?
- Elə bir şey yoxdur. Hansısa çavuşun sözlərinə inanmayın.
Mingəçevirin axundu əlavə olaraq onu da dedi ki, hazırda Bakıdadır və yaxın vaxtlarda Mingəçevirə qayıdacaq.

menbe:http://www.islam.com.az/modules/news/article.php?storyid=774

Bərkidilib: 7106694.jpg (4.4 Kb)


İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər). Enbiya-1
 
SelefTarix: Cümə axşamı, 23.10.2008, 22:59 | Yazı # 32
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Hacı Qamət Süleymanov: "Əbu Bəkr" məscidi açılmasa, özümüzə başqa yer seçəcəyik

"Əbu Bəkr" məscidi açılmasa, özümüzə başqa yer seçəcəyik. Bu yer qardaşlarımızın evləri də ola bilər. Namaz qılmaq üçün bizə yer lazımdır". Bu sözləri APA-ya açıqlamasında "Əbu Bəkr" məscidinin imamı Hacı Qamət Süleymanov bildirib. Məscidin imamı artıq "Əbu Bəkr"in bağlanmasından iki aydan artıq vaxt keçdiyini, ibadət ocağının açılması üçün bütün qurumlara müraciət etsələr də, heç bir müsbət cavab almadıqlarını deyib. Onun sözlərinə görə, məscidin bağlı qalması dindarlar arasında narazılıq və radikallıq meylləri yaradır.



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
ABDULLAHTarix: Bazar, 26.10.2008, 17:23 | Yazı # 33
ALLAHIN QULU
Qrup: Etibarlı
Yazı: 6
Reputasiya: 0
Status: Saytda deyil
quran yuklemek ucun cemi tam quran 174 mb

http://www.aswatalislam.net/Display...._Ghamdi

http://www.aswatalislam.net/Display....Qahtani


ALLAHU AKBAR

Yazını ABDULLAH - Bazar, 26.10.2008, 17:25
 
LANDMARKTarix: Bazar ertəsi, 27.10.2008, 15:52 | Yazı # 34
Qrup: Etibarlı
Yazı: 17
Reputasiya: 0
Status: Saytda deyil
Öz toyunda qardaşını qətlə yetirən Salyan sakininin məhkəməsi başlayıb.Məmməd Kərimov böyük qardaşını özünü müdafiə etmək məqsədilə vurduğunu deyib

Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə öz toyu günü qardaşını qətlə yetirən Salyan rayon sakini Məmməd Kərimovun məhkəməsi başlayıb. ANS PRESS-in məlumatına görə, prokuror Sahib Rəhimov ittiham aktını elan edib.

İttiham aktına görə, 2008-ci il iyunun 8-də gecə Məmməd Kərimov öz toyunda böyük qardaşı Müşfiq Kərimovu münaqişə zəminində bıçaqla qətlə yetirib. Məhkəmədə ifadə verən M.Kərimov bildirib ki, qardaşı ilə uzun müddət idi ki, dolana bilmirdi. Belə ki, toy günü Müşfiq Kərimov onu və gəlinini təhqir edib. Hadisədən əvvəl Müşfiqin onu qalstukundan tutub boğduğunu bildirən Məmməd, özünümüdafiə məqsədilə qardaşını bıçaqla vurub. Məhkəmə oktyabrın 30-da davam etdiriləcək.

Anar Məmmədov /ANS PRESS/


İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər). Enbiya-1
 
SelefTarix: Çərşənbə, 29.10.2008, 00:15 | Yazı # 35
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Polis qalib gəldi, Mingəçevirin axundu təslim oldu

Hacı Xanəli istintaqa izahat verib

Mingəçevir şəhər sakini Ramiz Süleymanovu döyməkdə, ona bədən xəsarəti yetirməkdə təqsirləndirilən Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazısı, Mingəçevir şəhərinin axundu Hacı Xanəli Babayev Polis Şöbəsinə gedərək izahat verib.
Bu barədə APA-nın yerli bürosuna Mingəçevir şəhər Polis Şöbəsindən bildirilib. Məlumata görə, Hacı Xanəli Babayev oktyabrın 25-də verdiyi izahatda Ramiz Süleymanovu döymədiyini, onunla aralarında mübahisə baş verdiyini qeyd edib.
Polis Şöbəsindən onu da bildiriblər ki, faktla bağlı açılan cinayət işi üzrə araşdırtmalar davam etdirilir.
Yada salaq ki, X.Babayev qəzetimizə açıqlamasında polisə getməyəcəyini, qoluna qandal vurmağa oğul lazım olduğun söyləmişdi.
Qeyd edək ki, Mingəçevirdə suvaqçı işləyən şəhər sakini Süleymanov Ramiz Məhəmməd oğlunu döyərək ona xəsarət yetirməkdə təqsirləndirilən Hacı Xanəli Babayev barəsində Cinayət Məcəlləsinin 127.1 maddəsi (sağlamlığa qəsdən ağır zərər yetirmək) üzrə cinayət işi başlanıb.




(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
sklass404Tarix: Cümə axşamı, 30.10.2008, 01:53 | Yazı # 36
Qrup: Etibarlı
Yazı: 4
Reputasiya: 0
Status: Saytda deyil
“Əbu Bəkr” məscidi ilə bağlı çıxarılmış məhkəmə qərarı dünən icra edilmədi

Avqustun 17-də terrora məruz qalan “Əbu Bəkr” məscidinin bağlanmasından uzun müddət keçir. Məscidin imamı Qamət Süleyman ötən müddətdə bir neçə dövlət orqanına “Əbu Bəkr”in açılması ilə bağlı müraciət etsə də müsbət cavab ala bilməmişdi.

Nəhayət icma məsələni hüquqi çərçivədə həll etmək üçün sentyabrın əvvəlində Nərimanov rayon polis idarəsindən məhkəməyə şikayət etdi. Çünki, məsciddə post xidmətini aparan bu idarənin əməkdaşları idi və onlar hansı rəsmi qərar əsasında dindarların məscidə buraxılmadığını demirdilər. İşi mürəkkəbləşdirən başqa ciddi məqam isə istintaqa birbaşa rəhbərlik edən MTN-nin məscidin fəaliyyət göstərməsinə heç bir narazılıqları olmaması haqda dini icmaya arayış verməsi idi.
Bir azca da döz...
Məlum olduğu ki srağagün Nərimanov rayon məhkəməsi “Əbu Bəkr” dini icmasının xeyrinə qərara çıxardı. Məhkəmə eyni zamanda çıxarılan qərarın dərhal icra olunmasını tələb etdi. Amma görünür ki, özlərini sələfilər adlandıran dindarlar hələ bir az da səbr etməli olacaqlar. Çünki, məhkəmə qərarına baxmayaraq, məscid dünən də açılmadı.
Dünən biz “Əbu Bərk”-ə reportaj hazırlamağa gedəndə saat 14-ü təzəcə ötmüşdü. Artıq həmin vaxta qədər məscid haqda informasiya agentliklərinin biri iki xəbər yaymışdı. Birinci, xəbərdə göstərilirdi ki, məscid artıq açılıb, hətta müxbir onun həyətinə daxil olub; məscidin ətrafı gücləndirilmiş polis nəzarəti altındadır. İkinci xəbər isə məsciddə bu gün ( dünən) namaz qılınmayacağı ilə bağlı idi. Məscidin qapısına çatanda bizi orda polislər qarşıladı; Nərimanov rayon post-patrul xidmətinə aid maşında əyləşən iki polis çavuşu ənənəvi qaydada öz xidmətlərini aparırdılar. Yayılan xəbərinin ziddinə olaraq məscidə giriş qadağan idi. Hətta ilk istintaq hərəkətləri aparılarkən məscidin qabaq hissəsinə çəkilmiş sarı xəbərdarlıq lentləri də götürülməmişdi. Məscidin həyətindən bir dini qiyafəli şəxsin çıxdığını görəndə əvvəl güman etdik ki, bəlkə doğurdan da məscid fəaliyyətə başlayıb. Sonra məlum oldu ki, yox, bu şəxs məsciddə könüllü qarovulçuluq edən dindarlardadır.

Təskinlik
“Əbu bəkr”in ətrafında olduğumuz bir saat müddətində bura üz tutan dindarları sayı 20-ni ötmədi. Deyilənə görə gün başlayandan imam Qamət özü də məscidə gəlməyib. Yaxınlıqda olan bir mağazanın ətrafında toplanan 5-6 dindarlarla qısa söhbətimizdən məlum oldu ki, onlar şüurlu şəkildə məscid ətrafında qələbəlik yaratmaqdan imtina ediblər: «Düzdür məhkəmə qərarı var. Amma buna baxmayaraq, qardaşlar telefonla bir biri ilə əlaqə saxlayıb dəqiqləşdirib ki, bu gün (dünən) hələ məscid açılmır. Ona görə bura toplaşıb narahatçılıq yaratmağa əsas görməmişik”- bu sözləri Zaur adlı bir gənc deyir. O, əlavə edir ki, məscidin açılacağına əmindirlər: «Məscidin bağlanmasına səbəb Allahdandır, açılması da Allahlıqdır. Allahın istəyi olanda heç kim ona qarşı dura bilməyəcək”.
“Uçaskovı”dan şikayət var
Məscid ətrafında olan digər dindarlardan öyrənə bildik ki, onları polis “ məscidin açılması haqda bizə əmr hələ daxil olmayıb” izahatı ilə “Əbu Bəkr”ə buraxmaqdan imtina edib.
Məscidin açılışı ərəfəsində sələfiləri narahat edən başqa bir məqamda yaranıb. Adının çəkilməsini istəməyən bir dindarın bizə verdiyi məlumata görə, Əhməd adlı sahə müvəkkili onların fəaliyyətinə bütün gücü ilə mane olur: “ Bizdə dəqiq xəbər var ki, məscidin açılması məsələsi ciddiləşən kimi Əhməd burda yaşayan adamlar arasında təbliğata başlayıb. O adamları bizim əleyhimizə mitinqə, piketə qaldırmaq istəyir”
Ərazi müvəkkilini haqda eşitdiyimiz daha bir məlumat ondan ibarət oldu ki, o sələfilərə məscid ətrafında yerləşən mağazalarda, dükanlarda namaz qılmağa imkan vermir: “Bizim özümüzə bir şeyə deyə bilmir. Amma tanış mağaza sahibləri vardı ki, biz onun otağında namaz qılırdıq. Onlara tapşırılıb ki, bizə icazə verilməsin”.
Bağlanan təkcə məscid deyil
Mağazalardan söz düşmüşkən...”Əbu Bəkr”in ətrafındakı çoxsaylı mağazaların bir qismi fəaliyyətini bərpa etsə də, bəziləri hələ də bağlıdır. Bir qədər əvvəl forumların birində Qamət Süleymanın xüsusi narahatlıqla haqqında danışdığı “Qüruba” dükanının vəziyyəti ilə də maraqlandıq. Xatırladaq ki, cənab Süleyman bu dükanın bağlanmasına çalışacaqlarını demişdi, onun iddiasına görə “Qüruba” çalışanlar dini icma arasında aqressiv meyllərinin yayılmasında maraqlı olan şəxslərdir. Bunu bizlə söhbət edən dindarlarda təsdiq etdi. Onlar bildirir ki, mağazada çalışanlar özlərini ibadət əhli sansalarda “Əbu Bəkr”dəkiləri kafir adlandırırmışlar. Artıq “Qüruba” yoxdur, onu işlədən adam ticarətini dayandırıb, hətta məscidin ətəyində yerləşən və ibadətə gələnlərə neqativ münasibəti ilə seçilən bir çayxana da bağlanıb.
Günün sonunda dini icmanın hüquqlarını müdafiə edən vəkil Cavanşir Süleymanovdan məsələyə münasibət öyrəndik. O, məhkəmə qətnaməsinin bu gün alacağını söylədi. Vəkil güman edir ki, qətnaməni alandan sonra polislə aralarında olan anlaşılmamazlıq bitəcək.

Natiq Güləhmədoğlu

 
SelefTarix: Cümə axşamı, 30.10.2008, 21:03 | Yazı # 37
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Əmircanda tükürpədici qətl hadisəsi

İki yaşlı oğlunun başını kəsən ata hamilə arvadını da bıçaqlayıb

Dünən Bakının Suraxanı rayonunda ata öz oğlunun başını kəsərək qətlə yetirib. Suraxanı rayon Prokurorluğunun müstəntiqi Dilavər Dilavərlinin lent.az-a verdiyi məlumata görə, hadisə Əmircan qəsəbəsində baş verib.
Qəsəbə sakini 30 yaşlı Xamis Mürsəlov bıçaqla 2006-cı il təvəllüdlü oğlu Nurullanın başını kəsib. Daha sonra həyat yoldaşı, Lamiyə Mürsəlovanı bıçaqlayaraq hadisə yerindən qaçıb. L.Mürsəlova xəstəxanaya yerləşdirilib, Nurulla isə hadisə yerində keçinib.
Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal olunur.
Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb, X.Mürsəlovun axtarışları dava etdirilir.




(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
SelefTarix: Şənbə, 01.11.2008, 20:28 | Yazı # 38
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Bakıda istismara verilən yeni körpü və keçidlərin keyfiyyətsiz tikilməsi haqda zaman-zaman mətbuatda məlumat verilib. Bir müddət öncə Nəqliyyat Nazirliyinin önündə tikilən yolötürücünün çökməsi barədə telekanallar məlumat vermişdi. Bu günlərdə Əzizbəyov dairəsində olarkən ərazidə tikilən körpünün istismara verilməmiş hissəsində dərin çatın yarandığını müşahidə etdik. Körpünün mərkəzində eni 30-40 santimetr olan çatı uzaqdan müşahidə etmək mümkündür.
Adının açıqlanmasını istəməyən mütəxəssis körpüdə yaranmış çatın gələcəkdə böyük fəsadlara səbəb olacağını söylədi: “Bakıda yeni tikilən körpülərin hamısı “monolit” konstruksiyalıdır. Yəni körpülərin dirəkləri və aşırım hissəsi yerindəcə inşa edilir. Dəmir konstruksiyanın ətrafı qəliblə örtülür, sonra beton qarışığı vurulur. Bu üsulla tikilən bina və körpülərdə hər hansı bir çatın olması qeyri-mümkündür. Əzizbəyov dairəsindəki körpünün istismara verilməmiş hissəsində yaranmış çat gələcəkdə ciddi fəsadlara səbəb ola bilər. Bu hal həm də körpünün digər hissəsinin də keyfiyyətsiz tikilməsinin göstəricisidir”.
Müsahibimiz eyni zamanda körpünün müstəqil ekspertlər tərəfindən yoxlanılmasının vacib olduğunu vurğuladı: “Azərbaycanda yeni körpülərin əksəriyyəti nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında olan şirkətlər tərəfindən inşa edilir. Böyük yeyinti mənbəyi olan körpülər tikilərkən keyfiyyətə əhəmiyyət verilmir. Bu səbəbdəndir ki, körpülər və yeraltı keçidlər istismara verildikdən az sonra ciddi qüsurlar aşkarlanır. Lakin Ziya Məmmədov körpüləri təhvil götürərkən dövlətin maraqları yox, şəxsi maraqlarını önə çəkir. Bu səbəbdən yeni təhvil verilən körpülər müstəqil ekspertlər tərəfindən yoxlanılmalıdır. Konkret olaraq Əzizbəyov dairəsində yaranmış çat ciddi şəkildə yoxlanılmalıdır”. Xatırladaq ki, adıçəkilən ərazidəki körpünün bir hissəsi prezident seçkiləri ərəfəsində istismara verilib.

Əfqan MUXTARLI



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
SelefTarix: Cümə axşamı, 20.11.2008, 02:15 | Yazı # 39
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Hz.Əli Obama haqqında?

Obamanın fars dilində “O, bizdən biridir” mənasına gəlməsi və Hz. Əlinin dediyi iddia olunan “Qiyamət qopmadan əvvəl, uzun boylu bir şəxs qərbdə hakimiyyəti ələ keçirəcək və dünyanın ən böyük ordusunun komandanı olacaqdır” sözü İranda geniş müzakirə obyektinə çevrilib. ABŞ-da noyabrın 4-də keçiriləcək prezident seçkilərində prezidentliyə namizəd Barak Obamanın keçmişi geniş müzakirə mövzusudur. Kenyalı bir müsəlmanın oğlu və göbək adı Hüseyn olan B. Obamanın müsəlman olması haqqında yayılan şayiələrə daha biri əlavə olunub. Belə ki, bu səfər də İranda Obamanın “Mehdinin xəbərçisi, yəni “Böyük döyüşçü” olduğu iddia edilir. Nüfuzlu «Forbes» jurnalındakı xəbərə görə,

maraqlı fakt internet saytlarının birində XVII əsrdə qələmə alınmış “Biharul -Ənvar” adlı kitabın yerləşdirilməsindən sonra məlum olub. Sözügedən kitabda Hz. Əlinin belə dediyi qeyd olunur: “Qiyamət qopmadan əvvəl, uzun boylu bir şəxs qərbdə hakimiyyəti ələ keçirəcək və dünyanın ən böyük ordusunun komandanı olacaqdır. O, üçüncü imamın (Hz.Hüseyn) bəzi əlamətlərini daşıyacaq. Şiələr onun bizdən olduğuna şübhə etməsin”.
Məlumat üçün bildirək ki, hazırda bir çox iranlıya görə, Barak Obama Hz. Əlinin bəhs etdiyi həmin “Böyük Xilaskardır”. Qeyd edək ki, Barak Hüseyn “Mübarək Hüseyn” mənasına gəlir. Qaradərili namizədin adı fars əlifbası ilə O-BA-MA kimi hecalara ayrıldığı zaman “O bizdən biridir” mənasına gəlir.

Timeturk



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
SelefTarix: Cümə axşamı, 04.12.2008, 21:43 | Yazı # 40
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
İran polisi 49 «şeytan» həbs edib

İran polisi şeytan libası geyinmək ittihamı ilə bu həftə 49 nəfəri həbs edib. İRNA xəbər agentliyinin məlumatına görə polis ölkə miqyasında Qərb mədəniyyətinin təsirlərinə qarşı əməliyyat keçirib. Polis adamları daha ciddi paltarlar geyinməyə məcbur edir.

İRNA polisin narahat və şeytan paltarları geyinən dələduzlara qarşı mübarizə apardığını deyib. Qərb üslubunda saç düzəltməyə görə beş bərbərxana bağlanıb, daha 20 bərbərxanaya da xəbərdarlıq edilib.



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
  • Страница 2 из 4
  • «
  • 1
  • 2
  • 3
  • 4
  • »
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru