XƏBƏRLƏR
| |
Selef | Tarix: Cümə axşamı, 08.01.2009, 23:35 | Yazı # 41 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| Dilənçilər və nəzir qutularının yanında mürgü döyən mollalar Adamların çoxluğu ilə yanaşı, dilənçilər də kifayət qədər idi. Maşından düşüb məscidə yaxınlaşanları ilk olaraq dilənçilər qarşılayırdı. Bir dəfə nəzir verən adamın üstünə isə daha 10-15 dilənçi düşürdü. Dilənçilərin məscidlərin ətrafında çoxluğu həmin məscidlərin mollalarının kefinə əməlli-başlı soğan doğramışdı. Nəzir qutularının yanında mürgü döyən mollalar çalışırdı ki, həmin dilənçiləri ərazidən kənarlaşdırsınlar. Amma 50-60 yaşlı mollalar 10-15 yaşındakı qaraçı uşaqları ilə bacara bilmirdilər. Buradan qovulsalar da, başqa yerdən çıxırdılar. Əlacsız qalan mollalar yüksək səslə məscidə gələnlərə «nəzirlərinizi qutulara atın» kimi sözlərlə çağırış edirdilər.
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
Selef | Tarix: Çərşənbə axşamı, 20.01.2009, 01:33 | Yazı # 42 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| Səudiyyə Ərəbistanı Qəzza zolağının bərpası üçün 1 milyard dollar ayıracaq Bakı - APA. Səudiyyə Ərəbistanı İsrailin 21 günlük hərbi əməliyyatları nəticəsində xarabalığa çevrilən Fələstin Muxtariyyətinin Qəzza zolağının bərpası üçün 1 milyard dollar ayıracaq. APA-nın məlumatına görə, Ərəb Dövlətləri Liqasının Küveytdə keçirilən zirvə toplantısında çıxış edən Səudiyyə Ərəbistanı kralı Abdulla Qəzza sakinlərinin səudiyyəli qardaşları adından bərpa işləri üçün 1 milyard dollar verəcəklərini açıqlayıb. İsraili qeyri-adekvat güc tətbiq etməkdə günahlandıran kral bildirib ki, fələstinlilərin bir damla qanı dünyadakı bütün pullardan üstündür. Qeyd edək ki, Ərəb Dövlətləri Liqasının sammitinə bu təşkilatın 22 üzvündən 17-si qatılıb.
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
Selef | Tarix: Cümə, 23.01.2009, 02:57 | Yazı # 43 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| “COCA-COLA” HƏŞARATLARDAN HAZIRLANIR Şirkət öz məşhur içkisinin mübhəm siirrini açmali olub “Coca-Cola” şirkəti öz məşhur içkisinin sirrini açmağa məcbur olub. Məlum olub ki, qazlı içkinin rəng ekstraktı həşaratlardan hazırlanırmış. Onun sirrinin açılması üç il çəkib. Ermənistan saytlarının “İzvestiya” qəzetinə istinadən verdiyi məlumatda bildirilir ki, Müqəddəs Nikolay Fondunun Türkiyədəkı nümayəndəliyinin rəhbəri məhkəmə iddiası qaldıraraq, “Coca-Cola” şirkətindən ənənəvi olaraq sirr saxladığı içrinin tərkibini açıqlamasını tələb edib. Qeyd edək kı, “Coca-Cola”nın etiketinin üzərində onun tərkibində olan maddələr haqqında məlumat verilib: şəkər, fosfor turşusu, kofein, qənnadı, karbohidrogenlər və digər ekstraktlar. Elə sonda qeyd olunan “digər ekstraktlar” sözünü əsas gətirən iddiaçı Türkiyə qanunlarına istinad edərək, istehlakçı hüquqlarının pozulması maddəsi ilə şirkətə qarşı məhkəmə iddiası qaldırıb. Beləliklə, şirkət istehsal etdiyi içkinin tərkibini açıqlayıb. Məlum olub ki, içrinin tərkibində yuxarıda qeyd edilənlərdən başqa, bir neçə eqzotik bitki yağı və qurudulmuş həşaratlardan – qirmizi böğəklərdən (ruscada koşenil) alınan ekstrakt da daxildir. Bu həşaratın Azərbaycan, Ermənistan, Polşada yaşadıgı bildirilir. Amma bu böcəyin ən çox sevdiyi bitki Meksika kaktuslarıdır. O da qeyd olunur ki, həşaratdan alınan rəng maddəsı zərərli deyil. Həmin maddədən qədim dövrlərdə parçaların rənglənməsində də istifadə olunub. Artıq 100 ildən çoxdur ki, bu ekstrakt qida məhsullarının ıstehsalında da istifadə olunur. Leyla İLQAR
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
xedice7372 | Tarix: Cümə axşamı, 29.01.2009, 16:28 | Yazı # 44 |
Qrup: Etibarlı
Yazı: 1
Reputasiya: 0
Status: Saytda deyil
| ASSALAMUN ALEYKUM EY MOMUNLER! NECESNIZ? ALLAH ELIMINIZI BIZLER UCUN FAYDALI ETSIN INSALLAH. EMIN.
her nefs olumu dadacaq
|
|
| |
Selef | Tarix: Cümə, 30.01.2009, 01:34 | Yazı # 45 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| Qamət Süleymanov: “Yaşadığımız ölkənin qanunlarına əməl etməliyik” Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Bakıdakı “LUKoil” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda və digər cinayətlərdə təqsirləndirilən radikal dini qrup üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim İslam Nemanovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər. Şahid Elçin Əvəzov bildirib ki, təqsirləndirilən şəxslərdən Hacıbala Hüseynovu tanıyır: “O, dini toylarda xütbələr oxuyurdu. Hüseynovu oradan tanıyıram. O, xütbələrində Azərbaycan Respublikasını kafir dövlət adlandırır, əsgərliyə gedənlərə qarşı çıxır, dövlətin şəriət qanunları ilə idarə edilməsinin tərəfdarı olduğunu söyləyirdi. “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun da kafir olduğunu söyləyirdi”. Digər şahid Zaman Piriyev isə H.Hüseynovun terror, cihad haqda heç bir xütbəsini eşitmədiyini söyləyib: “O sadəcə, bildirirdi ki, “Qurani-Kərim”ə qarşı çıxmaq olmaz. Hacıbala İslamın dəvətlisidir”. Z.Piriyev Azərbaycanda terror və cihada şərait olmadığını da bildirib. O, şərqşünas Vasim Məmmədəliyev haqqında fikirlərini bildirib. Onun sözlərinə görə, V.Məmmədəliyev şərqşünas olsa da, İslam dinini yaxşı bilmir: “Buna görə də o, Muğam müsabiqələrində münsif kimi iştirak edir”. Sonra “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslərdən heç biri ilə münasibəti olmayıb. Saxlanılanlarla özü arasında əqidə cəhətdən fikir ayrılığının olduğunu deyən Q.Süleymanov H.Hüseynovun dini baxışları ilə razılaşmadığını vurğulayıb. O bildirib ki, şəriət cəhətdən hökm Allaha məxsusdur: “Biz hətta dinə müxalif olsa belə, zərurət baxımından qanunlara tabe oluruq”. Q.Süleymanov radikal dinçi dəstənin yanacaqdoldurma məntəqəsinə basqın etməsindən xəbərsiz olduğunu da vurğulayıb. O bildirib ki, təqsirləndirilən Kamran Babayevin cihada çağırış şüarı ilə bağlı fikirlərini eşitməyib. Q.Süleymanov hakimiyyətə, insanlara münasibətdə özü ilə dəstənin fikirləri arasında ayrılığın olduğunu qeyd edib: “Dəstə üzvlərinin hər birinə müsəlman kimi yanaşıram. Onların etdiklərini isə xəta kimi qiymətləndirirəm. Cihad etmək istəyən Qarabağı gözləsin. Vəhhabi təriqəti heç yerdə yoxdur, mən belə şeyi qəbul etmirəm. Hər bir dəstənin öz adı var. Xristian və yəhudilər kafirdirlər. Onlara münasibət fərqli olmalıdır. Əgər dövlət haram qanunlar qəbul edirsə, buna müsəlman kimi yanaşmalıyıq”. Dəstə başçısı Kamran Əsədov Q.Süleymanova “Homoseksuallıq, içki, sələm vermək Azərbaycanda halal kimi qiymətləndirilir. Lakin bu, dində haramdır. Buna necə baxırsınız?” sualı ilə müraciət edib. Q.Süleymanov cavabında “bunların hamısı haramdır və onlardan çəkinməliyik. Lakin harada yaşayırıqsa, oranın qanunlarına əməl etməliyik. Radikalizm İslamda var. Bu, ərəb ölkələrində də böyük problemdir”, deyib. K.Əsədov isə Üsamə Bin Ladeni özünə rəhbər hesab etdiyini vurğulayıb. Onun fikrincə, dünyada yalnız ”Əl Qaidə” təşkilatının üzvləri müsəlmanlar kimi yaşayır. Q.Süleymanovun müavini Əlixan Musayevin xəstəliyi ilə əlaqədar məhkəməyə gəlməməsi haqda göndərdiyi teleqram hakimlər tərəfindən qəbul olunub. Növbəti məhkəmə proseslərində onun istintaqa verdiyi ifadələr elan olunacaq. Bundan sonra məhkəmə prosesi hərbçilərin ifadə verməsi ilə əlaqədar qapalı formada davam etdirilib. Növbəti proses isə fevralın 3-ə təyin olunub LENT.AZ
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
Selef | Tarix: Cümə, 30.01.2009, 01:36 | Yazı # 46 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| Türkiyənin baş naziri İsrailin prezidentinə dünyanın gözünün önündə “Siz öldürməyi yaxşı bacarırsınız” dedi Dünyanın bütün diqqətinin yönəldiyi Davos Forumunun tarixində görünməmiş gərginlik yaşanıb. APA-nın xəbərinə görə, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan BMT-nin baş katibi Pan Ki Munun və İsrail prezidenti Şimon Peresin iştirak etdiyi paneldə İsrailin ünvanına sərt ifadələr söyləyəndən sonra paneli yarımçıq tərk edib. “İsrail soyuqqanlı olmalıdır” “Qəzza: Yaxın Şərqdə sülh” adlı paneldə çıxış edən BMT baş katibi Ban Ki Mun İsrailin bütün sərhədləri açmasının vacibliyini qeyd edib: “Atəşkəsin davamlı olması üçün bu çox lazımlıdır. İnsanlar yaxınlarını, dostlarını, ailə üzvlərini itirdilər. Böyük bir insanlıq faciəsi yaşandı. Mən BMT-nin orada bombalanmış ofisinə getdim. Fələstinlilərin uzun müddətli birləşməsinə ehtiyac var. Əks təqdirdə, beynəlxaql aləmin bu bölgəyə yardım göstərməsi çox çətin olacaq”. Ban Ki Mun ABŞ prezidenti Barak Obamanın Qəzza bölgəsində baş verənlərlə bağlı açıqlamalarını çox müsbət qarşıladığını da vurğulayıb. BMT baş katibi əlavə edib ki, HƏMAS-ın silahlı hücumlarını və təxribatlarını önləməklə yanaşı, İsrailin də soyuqqanlılığını qorumasına ehtiyac var. “Qəzza-açıq havada həbsxanadır” Bundan sonra çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan deyib ki, ötən ilin iyun ayında bölgədə atəşkəs olub, heç bir sıxıntı da hiss olunmayıb. Bu müddətdə İsrailin bölgəyə olan embarqonu qaldırması lazım idi, amma İsrail bunu etməyib: “Qəzza bir açıq hava həbsxanasıdır. Burdakı hər hansı sərhəd qapısından Fələstinə bir qutu pomidor belə daxil edilə bilmir. Mən İsraillə səfərə getdim. Oradan Fələstinə keçmək üçün Türkiyənin baş naziri olaraq yarım saat sərhəd qapısında gözlədildim. Amma biz Türkiyə olaraq İsraildən gələn diplomatlarla belə davranmırıq. Çoxlu sayda fələstinli öldürüldü. Biz hələ bu əməliyyatlar başlamadan öncə bölgəyə humanitar yardım göndərməyə başlamışdıq. Mən anti-semitizmi də, islamafobiyanı da bir insanlıq suçu olaraq görən baş nazirəm. Adamların müsəlman, xristian, yəhidi olması mənim üçün önəmli deyil. Amma göndərdiyimiz humanitar yardımlar 15 gün sərhəddə saxlanıldı. Bunları cənab Peres bilirmi, bilmirmi, onu bilmirəm. Dekabrın 23-də İsrailin baş naziri Olmertlə görüşümüz oldu. Bizim vasitəçi missiyamız vardı. Görüşümüz Ankarda idi. O görüşdə Olmertə dedim ki, indi Həmasın əlində əsir olan İsrail əsgərlərini azad etdirə bilərik. Amma ondan bir xahişim oldu ki, Fələstində İslahatlar və Dəyişiklik Partiyası seçkilərdə qələbə qazanıb. Bu nəticəni sayğıyla qarşılamaq zorundayıq. Ona dedim ki, bu seçkilərdə qələbə qazanmış millət vəkilləri, Məclis başqanı Sizin əlinizdə əsirdir. Dedim ki, gəlin bir paket hazırlayıb, əsirləri dəyişdirək. Cənab Abbasa göstərdiyiniz jesti indi də göstərin. Olmert cavabında bildirdi ki, bunu eləsə, Abbas kriz keçirər. Bundan sonra isə Qəzzaya bombaların yağdığını gördük. Mülki əhalidən 1200 insan öldü. İsrailin əlində olan silahların bir zərəsi belə Fələstinin əlində yox idi. … Susdu və seyr etdi BMT-nin qərarını İsrail tanımadı. Bir insanlıq faciəsi yaşandı. Bəs beynəlxalq aləm nə etdi? Susdu və seyr etdi. Eyni şeylər Gürcüstanda yaşananda isə susmadılar. Amma biz Gürcüstanın da yardımına ilk getdik. Bizim üçün din, irq fərqi yoxdu. Bu hesab çox ağır bir hesabdır. Bu olaylardan danışanda həmişə HƏMAS deyildi, amma Qəzza bir HƏMAS-dan ibarət deyil. İsrailin bütün qapıları açması vacibdir. Deyirlər ki, həmin qapılardan silah daxil olmasın. Əgər bu tunellərin bir ucu Misirdədirsə, qoy Misir silah daxil edilməsinə imkan verməsin”. Ərdoğan qeyd edib ki, dünyada sülh olması üçün Yaxın Şərqdə sülhün olması şərtdir. Bundan sonra isə Ərəb Birliyinin başqanı Əmr Musa danışıb. O deyib ki, ərəblər İsraillə sülh yaratmaq, əməkdaşlıq etmək və vəziyyəti yoluna qoymaq arzusundadırlar. “Siz hansı HƏMAS-dan danışırsınız?” İsrail prezidenti Şimon Peres deyib ki, ondan öncə danışan dövlət və hökumət başçıları bildikləri ölkələrin rəsmini çəkiblər: “Demokratik bir ölkədə terror təşkilatına qarşı mübarizə aparmaq çox çətindir. Kimsə bunu görmür. Nədənsə İsrailə bomba atılanda kimsə danışmır. Seçkiləri cənab Abbas qazanmışdı. HƏMAS seçkilərə qatılmışdı, amma onların demokratiya ilə bağlı fərqli görüşləri var. Seçkilərə gedirlər, sonra isə öldürməyə başlayırlar. Mən bu nöqtədə danışanlara qatılmıram. HƏMAS bizi narahat edir. HƏMAS-ın ortaya qoyduğu anlaşmada yazılıb ki, qiyamət günü müsəlmanlar yəhudiləri öldürənə qədər gerçəkləşməyəcək. Barış çabaları, anlaşmalar işə yaramayacaq. Siz hansı HƏMAS-dan danışırsınız? İsrail bu terror hadisələri nəticəsində yüz minlərlə vətəndaşını itirdi. HƏMAS Qəzzaya gələndən bəri 500 min raket atıldı, 400 hava hücumu oldu. Bu hücumu biz başlamadıq. Bizim baş nazirimiz Türkiyədə Sizinlə birlikdəykən (Ərdoğana xitab edir-red) biz hücuma qərar verməmişdik. Hisslərinizi anlayıram. Amma İsrail oradan tamamilə çəkildi, 15 min nəfər çəkildi və bunu biz istədik, heç kimin təsiri olmadan oradan çəkildik. “İnsanlar mənə “xain” deyib qışqırırdılar” Mən bunu anlamaq istəyirəm, bizə niyə raket hücumlarına başladılar. Bütün qapılar açıqdı, ora sərmayə qoyurduq, 20 milyon dollar göndərirdik. Təkcə bir nəfərin 5 milyon dollar göndərdiyini bilirəm. İsrail Qəzzaya gündəlik su, qaz nəql edirdi. İrandan raket gətirdilər və tünelləri açdılar. Bizə hər gün yüzdən artıq raket atıldı. Milyonlarla insan bomba altında qaldı. İnsanlar bizdən nə vaxt təhlükəsiz yaşayacaqlarını soruşurdular. Biz Misirlə, İordaniya ilə barışdıq. Fələstinlilərlə danışıqlara başladıq. Cənab Ərdoğan nə zaman gözlədiniz? O dönəmdə dinamitlər vardı. İnsanlar mənə “xain” deyib qışqırırdılar. İsrail 60 illik tarixi olan ölkədir, Siz 60 il döyüşən bir ölkə gördünüzmü? Bütün bunlara baxmayaraq, biz gözlədik, Misir üçün, Fələstin Muxtariyyəti üçün gözlədik. Hüsnü Mübarək də, cənab Abbas da vəziyyəti bilirlər. İran Yaxın Şərqdə hegamonluq arzusundadır və HƏMAS-a silah verir. Nə etməyimizi gösləyirdiniz? İstanbula raket hücumu olsa, Siz nə edərdiniz? Biz bunu istəmirdik, sülh istəyirdik”. Ş. Peres daha sonra bildirib ki, onlar üçün fələstinlilərin birləşib-birləşməsi müzakirə mövzusu deyil. O daha sonra Fəth rəsmilərindən birinin HƏMAS-la bağlı sərt fikirlərini səsləndirib: “İsrail kimisə öldürmək istəmir. Bizim üçün bütün uşaqlar çox önəmlidir. Bizim topladığımız bütün pullar uşaq mərkəzlərinə gedir”. “İsrailin bir atəşkəsə ehtiyacı yoxdur, çünki hücumları biz başlamadıq. Bizim qarşımızda Qüds problemi var, üç din üçün də önəmli bir şəhərdir. Biz fələstinlilərə qərbi Şeriyanı verməyə hazır olduğumuzu dedik. Qəzza tragediyasını başlayan İsrail deyil, orada diktatorluq quran HƏMASdır”. “Mənim üçün Davos bitdi” Ş. Peresin çıxışına sərt reaksiya verən Ərdoğan “ Cənab Peres məndən yaşlısan, amma səsin çox yüksək çıxır. Səsini yüksəltmən özü bir günahlılıq psixologiyasıdır” deyib. Ərdoğan daha sonra davam edib: “Öldürməyi Siz daha yaxşı bilirsiniz. Ölkənizdə baş nazir olmuş şəxslərin sözləri var. Tankların üzərində Fələstinə girdiyimizdə özümü xoşbəxt hiss edirəm deyən baş nazirləriniz vardı. Bu zülmləri alqışlayanlara da ayıb olsun”. Ərdoğan daha sonra Tövratdan misal çəkib. Panel aparıcısının sözünü kəsməsindən sonra “Mənim üçün Davos bitdi” deyən baş nazir paneli yarımçıq tərk edib.
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
Selef | Tarix: Cümə, 30.01.2009, 01:58 | Yazı # 47 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| NORVEÇDƏ ƏN POPULYAR AD MUHƏMMƏDDİR Norveçin statistika agentliyi Osloda doğulan uşaqlara verilən ən məşhur kişi və qadın adlarının siyahısını dərc edib. Artıq neçə ildir ki, kişi adlaı siyahısına Muhəmməd adı rəhbərlik edir, - İslam dlya vsex xəbər verir. Keçən il Osloda bu adla 120 körpə adlandırılmışdı. 2007-ci ildə Norveçin paytaxtında da bu ad ən populyar idi. Paytaxtdan kənarda isə 56 oğlan uşağı Muhəmməd adlandırılıb. Oslonun statistika idarəsi bu adın belə populyarlığının səbəbini araşdırmağa başlayıblar. “Mən bir çoxları ilə maraqlandım və onlar bunu müxtəlif cür izah etdilər. Bəziləri deyirlər ki, Muhəmməd adı dinə aid olan bir addır. Bəziləri üçün isə bu sadəcə sevimli addır”, - deyə agentliyin əməkdaşı Yurqen Ouren bildirib.
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
Selef | Tarix: Cümə axşamı, 05.03.2009, 05:35 | Yazı # 48 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| GƏNCƏDƏ HİCAB QADAĞASI Məktəb direktoru şagirdlərə mollaxanada oxumağı məsləhət görüb Gəncə şəhər 5 saylı məktəbin direktoru Firudin Nadirov 2 şagirdi hicablı olduğu üçün dərslərə buraxmır. Məktəbə buraxılmayan Vəfa Əliyevanın valideynlərinin sözlərinə görə, direktor şagirdlərə mollaxanada oxumağı tövsiyə edib. “Məktəb direktoru hicabı açmayacağı təqdirdə qızları dərslərə buraxmayacağını bildirir”. O həm də qızlara deyib ki, gedin mollaxanada oxuyun.
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
XEDICE73 | Tarix: Çərşənbə, 18.03.2009, 16:03 | Yazı # 49 |
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
| Hicaba qadaqa Azerbaycandada baslayib.artiq orta mekteblerde saqirdleri narahat edirler.
Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
|
|
| |
Umar | Tarix: Cümə axşamı, 19.03.2009, 13:00 | Yazı # 50 |
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
| Bizə də xəbərlər gəlib çatıb ki, eynilə Xədicə bacının dediyi kimi həm hicab, həm də saqqala qadağa qoyulacaq. Əsasən də şəxsiyyət vəsiqəsi və xarici pasportda.
"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!" İslami faydalar məkanı
Yazını ğurabə - Cümə axşamı, 19.03.2009, 13:01 |
|
| |
XEDICE73 | Tarix: Cümə, 20.03.2009, 16:03 | Yazı # 51 |
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
| -Allahım, Sənsən ən gözəl vəkil, vəkilimiz ol!!! Müsəlman qardaşlarımızı darda qoyma!!! Məzlumların haqqını yerdə qoyma!!! Müsəlman ümmətini cəm, güclü, izzətli və şərəfli et!!! Amin!
Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
|
|
| |
Umar | Tarix: Cümə, 20.03.2009, 20:20 | Yazı # 52 |
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
| Əmin, ya Rabbil ələmin!!!
"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!" İslami faydalar məkanı
Yazını ğurabə - Cümə, 20.03.2009, 20:22 |
|
| |
XEDICE73 | Tarix: Cümə, 01.05.2009, 11:23 | Yazı # 53 |
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
| Ey muselmanlar birazda ozumuzden danisaq Azerbaycanda fitne coxalir bu qeder belalari Allah niye qonderir sukurun azliqindan insanlar cox az sukur edirler. Allah bize rehm etsin! birce bunu deye bilerem ki, yazilan artiq yazilim qederden qacmaq olmaz. Dünyada yaşanacaq bu gözəl həyat Allahı iman edənlərə olan vədidir və Allah vədindən dönməyəndir. "Allah öz vədinə xilaf çıxmaz. Lakin onların (müşriklərin) əksəriyyəti bunu bilməzlər." (Rum Surəsi, 6)
Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
|
|
| |
momine_85 | Tarix: Çərşənbə, 03.06.2009, 20:26 | Yazı # 54 |
Qrup: İstifadəçi
Yazı: 1
Reputasiya: 0
Status: Saytda deyil
| Salam aleykum.Allah ehli sunne camaatini qoruyub ve insAllah qoruyacaqda.hec bir quvve ehli sunne camaatini zeiflete ve ya qorxuda bilmez hecvaxt ALLAH dan basqa.Dusmenlerimiz hec vaxt sevinmeyin cunki arzunuz hemise ureyinizde qalacaq.salam aleykum rehmetullahu ve berekethu
Allah herkese hidayet versin.Amin
|
|
| |
medine | Tarix: Cümə, 10.07.2009, 16:00 | Yazı # 55 |
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
| MEŞƏ QARDAŞLARI"NIN MƏHKƏMƏSİ DAVAM EDİR Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Meşə qardaşları” adlı qruplaşma yaradaraq bir sıra cinayətlər törətməkdə, o cümlədən Nərimanov rayonunda yerləşən “Əbu-Bəkr” məscidində terror aktı törətməkdə təqsirləndirilən 26 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elnur Bəşirov ifadə verib. E. Bəşirov özünü təqsirli bilməyib və ibtidai istintaqda verdiyi ifadələri təkzib edib. E. Bəşirov deyib ki, saxlanılan şəxslər dini baxışlarına görə ittiham olunurlar. Təqsirləndirilən şəxs 2008-ci il avqustun 17-də “Əbu-Bəkr” məscidinə baş verən partlayışda iştirak etmədiyini də söyləyib: “Məscidin partladılmasından xəbərim olmayıb. Hadisə nə Samir Mehdiyev, nə İsmayıl adlı şəxs tərəfindən törədilib. İsmayıl adı isə mənim ləqəbim olub. İttihamda mənə qarşı irəli sürülən qəsdən adam öldürmə maddəsi də əsassızdır. Mən heç kimi öldürməmişəm”. Onun sözlərinə görə, ittiham olunanların hamısı “Meşə qardaşları” adlı qrupun üzvü olmayıb: “Əbu-Bəkr məscidində mən də namaz qılmışam. Qamət Süleymanovu da oradan tanımışam. Amma şəxsi əlaqəmiz olmayıb. Sadəcə, Qamət çıxışlarının birində Quba və Sumqayıt camaatını “xavaric” – cəhənnəm köpəkləri adlandırıb. Mən də bunu özümə təhqir kimi qəbul etmişəm. Amma Qamətdən qisas almaq fikrim olmayıb”. Prokuror ibtidai istintaqda verdiyi ifadəsini təkzib etdiyinə görə, E. Bəşirovun həmin ifadəsinin elan olunması vəsatəti ilə çıxış edib. Təqsirləndirilənin vəkili isə vəsatətə etiraz edərək, istintaqdakı ifadənin E. Bəşirovdan təzyiq altında alındığını söyləyib. Sonra məhkəmədə E. Bəşirovun ibtidai istintaqda verdiyi ifadə elan olunub. Proses günün ikinci yarısında davam etdiriləcək.
ALLAH bizləri haqq yoldan çıxartmasın!
|
|
| |
Umar | Tarix: Şənbə, 11.07.2009, 02:13 | Yazı # 56 |
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
| Növbəti "Maski Şou"...
"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!" İslami faydalar məkanı
|
|
| |
Umar | Tarix: Şənbə, 11.07.2009, 03:25 | Yazı # 57 |
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
| ""Əbu-Bəkr"-i partlatmaqda ittiham olunan qardaşların məhkəməsi davam edir."Qartalın caynağı" filmindən xatırlayırsınızsa Elnur Bəşirov bunu etdiyini "boynuna almışdı".O istintaqa verdiyi ifadəsində də belə deyib.Ancaq bu günkü məhkəmə zamanı hər şeyi təkzib edib.Aydın olur ki,özünə sərf edən ifadəni almaq üçün təqsirləndirilən şəxsləri ailəsinə təzyiq etməklə və müxtəlif hədələrlə hədələyən MTN ona bunu necə "etiraf elətdirib". Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Meşə qardaşları” adlı qruplaşma yaradaraq bir sıra cinayətlər törətməkdə, o cümlədən Nərimanov rayonunda yerləşən “Əbu-Bəkr” məscidində terror aktı törətməkdə təqsirləndirilən 26 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elnur Bəşirov ifadə verib. E. Bəşirov özünü təqsirli bilməyib və ibtidai istintaqda verdiyi ifadələri təkzib edib. E. Bəşirov deyib ki, saxlanılan şəxslər dini baxışlarına görə ittiham olunurlar. Təqsirləndirilən şəxs 2008-ci il avqustun 17-də “Əbu-Bəkr” məscidinə baş verən partlayışda iştirak etmədiyini də söyləyib: “Məscidin partladılmasından xəbərim olmayıb. Hadisə nə Samir Mehdiyev, nə İsmayıl adlı şəxs tərəfindən törədilib. İsmayıl adı isə mənim ləqəbim olub. İttihamda mənə qarşı irəli sürülən qəsdən adam öldürmə maddəsi də əsassızdır. Mən heç kimi öldürməmişəm”. Onun sözlərinə görə, ittiham olunanların hamısı “Meşə qardaşları” adlı qrupun üzvü olmayıb: “Əbu-Bəkr məscidində mən də namaz qılmışam. Qamət Süleymanovu da oradan tanımışam. Amma şəxsi əlaqəmiz olmayıb. Sadəcə, Qamət çıxışlarının birində Quba və Sumqayıt camaatını “xavaric” – cəhənnəm köpəkləri adlandırıb. Mən də bunu özümə təhqir kimi qəbul etmişəm. Amma Qamətdən qisas almaq fikrim olmayıb”. Prokuror ibtidai istintaqda verdiyi ifadəsini təkzib etdiyinə görə, E. Bəşirovun həmin ifadəsinin elan olunması vəsatəti ilə çıxış edib. Təqsirləndirilənin vəkili isə vəsatətə etiraz edərək, istintaqdakı ifadənin E. Bəşirovdan təzyiq altında alındığını söyləyib. Sonra məhkəmədə E. Bəşirovun ibtidai istintaqda verdiyi ifadə elan olunub. Proses günün ikinci yarısında davam etdiriləcək. Mənbə: http://az.apa.az/xeber_T....36.html
"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!" İslami faydalar məkanı
|
|
| |
XEDICE73 | Tarix: Çərşənbə axşamı, 11.08.2009, 13:34 | Yazı # 58 |
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
| Hz.Əlinin nəvəsi Övninin Əhmədi Necada məktubu Səudiyyə Ərəbistanı Şura Məclisinin üzvü professor Hatim ibn Arif əl-Övni Əhmədi Necadın Məhəmməd peyğəmbərin səhabələrindən olan Hz.Təlhə və Hz. Zübeyr haqqındakı sözlərinə etirazını bildirib. İran prezidenti Əhmədi Necadın iyun ayının 10-da İran televiziyasının 3-cü kanalındakı çıxışında sözügedən səhabələr haqqında işlətdiyi ifadələri seçkilərdə qalib gəlməsinin rəsmi şəkildə elan edilməsindən sonra və “əl-Cəzirə” də daxil olmaqla bir çox telekanal tərəfindən birbaşa yayımlanan çıxışında da təkrarlaması etirazlara səbəb olub. Xatırladaq ki, İran prezidenti Hz. Təlhə və Hz.Zübeyrin əvvəllər İslam üçün yaxşı işlər gördüyünü, ancaq daha sonra ədalətdən ayrıldıqlarını və əldə etdikləri məziyyətləri itirdiklərini ifadə etmişdi. Bu hadisədən sonra Səudiyyə Ərəbistanı Şura Məclisinin üzvü Hz.Həsənin nəslindən gələn Hatim ibn Arif əl-Övni İran prezidentinə açıq məktub ünvanlayıb. Sünni nöqteyi-nəzərə görə, Əhmədi Necadın İslamın tanınmış iki şəxsiyyətini tənqid edərək, yüzminlərlə sünnini incitdiyini bildirən professor əl-Övni İran prezidentindən məzhəbçilik fitnəsini alovlandıra biləcək bu cür fikirlərdən uzaq durmasını və sünnilərdən üzr istəməsini tələb edib. Professor Hatim ibn Arif əl-Övninin Əhmədi Necada ünvanladığı açıq məktub Zati-aliləri, İran İslam Respublikasının prezidenti cənab Mahmud Əhmədi Necada – Allah təala sizi işlərinizdə müvəffəq eləsin! Allahın salamı, lütfü və bərəkəti üzərinizə olsun! İslam tarixinin iki gözəl şəxsiyyətini təhqir etdiyiniz birinci və ikinci çıxışınızı İslam dünyası dinləyib. Bu iki şəxsiyyət mötəbər səhabələr Təlhə ibn Übeydullah və Zübeyr ibn Əvvamdır (Allah onların hər ikisindən razı olsun!). Onlar (ən azından) Əhlü-Sünnənin nəzərində İslam ümmətinin rəhbərlərindən hesab olunmaqla yanaşı, (hələ sağlıqlarında ikən) cənnətlə müjdələnən on səhabədəndirlər (əşəreyi-mübəşşərə). Zati-aliləri, siz ikinci çıxışınızda Peyğəmbərin (s) zamanında onların İslama böyük xidmətləri olduğunu söylədiniz. Ancaq çox təəssüf ki, sonradan səsləndirdiyiniz fikirlərlə - Cəməl müharibəsində baş verənlərdən dolayı onların əhdlərinə xilaf çıxdığını deyərək, bu tərifi heçə endirdiniz. Bu səbəbdən onların etdikləri cihad və Allahın rəsulu (s) ilə birlikdə yürüdükləri yolda qazandıqları üstünlüklərini itirdiklərini söylədiniz. Görüşünüzü dəstəkləyən – Əhli-Sünnəyə görə - uydurulmuş və (həqiqəti qətiyyən əks etdirməyən) tarixi və qopuq rəvayətlər, tarixdə baş verən hadisələrin yanlış şərh edilməsi məsələsi, Əhli-Şiənin din adamlarının tarix və din kitablarının bu mövzuya dair kitablar qələmə aldığı zaman yenə Əhli-Sünnə alimlərinin nəzdində ifrat dərəcəsinə çatan həddini aşmış bir üslub, bütün bunlar və Sünnə əhlinin mövzu ilə bağlı uzun mübahisələri bir yana dursun, sünnilərə görə, İslamın ən böyük “simvol şəxsiyyətləri”ndən olan bu iki şəxsi təhqir edərək, bir milyard sünni müsəlmanı təhqir etmək bir prezident kimi sizdən gözlənilən bir davranış deyildi. Prezident olan bir şəxsə bu cür davranmaq yaraşmaz. Çünki o, bu cür davranışı ilə heç nəyə nail ola biməz., əksinə itirər. (Sizin kimi bir şəxsin bu cür hərəkətləri) regionda yanan məzhəbpərəstlik atəşini daha da alovlandırar və onu əvvəllər görünməmiş yeni həddə çatdırar. Əvvəllər bu məzhəbpərəstliyə bəzi din adamları liderlik edirdilər. Sizin bu sözlərinizdən sonra isə onların sırasına siyasətçilər və hətta sizin kimi bir prezident belə öndərlik etmiş oldu. Özümü burada uca millətinizin mənsublarının böyük bir əksəriyyətinin sizinlə həmfikir olduqları, müsəlmanların böyük əksəriyyətini təşkil edən Əhli-Sünnənin isə sizinlə həmfikir olmadığı mövzu ətrafında sizinlə mübahisə etmək səlahiyyətində hiss etmirəm. Ancaq zati-alilərinizdən gözlənilən yeganə şey bu təhqirə görə, sizin İslam dünyasından üzr istəməyinizdir. Şəxsi qənaətlər yüzminlərlə müsəlmanın duyğularını incitməyi zəruri etməz. Allah təala daha böyük bir fitnə-fəsada yol açmaması üçün bizi müşrikləri sitayiş etdiyi bütlərə söyməkdən belə çəkindirmişdir. Belə olan təqdirdə Allah təalanın bizi Peyğəmbərin (s) səhabələrinə (Allah onların hamısından razı olsun!) eyni səbəbdən dolayı söyməyi qadağan etməsi daha çox ehtimal olunandır. Çünki onların söyülməsi bölgədəki məzhəbçilik atəşini daha alovlandıracaq və bir milyard müsəlmanın heysiyyatına toxunacaqdır. Bu məktub mənim sizə ünvanladığım xüsusi bir məktub olsa da üzr tələbi, əslində zati-alilərinizin bu cürətkarlığı ilə incinən dünyadakı yüzminlərlə sünninin tələbidir. Əhli-Sünnənin bu ümumi tələbindən əlavə mənim sizdən şəxsi bir istəyim də vardır: bu, eyni zamanda mənim kimi, Peyğəmbərin (s) Əhli-beytindən inananların da tələbidir. Çünki mən zati-alilərinizin bu iki simvol şəxsiyyəti təhqir etmənizdən çox əzab çəkdim. İnanıram ki, babam Əmirəlmöminin Əli ibn əbu Talib həyatda olsaydı, bu iki şəxsiyyətə olan sevgisinin böyüklüyünə, onların dinlərinə zərər verməyən və cihadlarını boşa çıxarmayan hadisələrin iç üzünü bildiyinə, eləcə də onların dinin əsaslarının möhkəmləndirilməsi və İslamın zəfər çalması üçün böyük cəhdlərinə şahid olduğuna görə, məndən daha çox əzab çəkərdi. Zati-alilərinizin – ehtimal daxilində də olsa - babam Hz.Həsən və Hz.Hüseynin atası - Əli ibn əbu Talib (Allah onlardan razı olsun!) və onun soyundan gələn onminlərlə sünniyə necə olur əziyyət verdiyinizi təsəvvür edə bilmirəm. Zati-aliləri, cənab prezident! Kaş uca millətinizi tarixdə qalan keçmiş böhranları aşaraq, dövrümüzə daşınan tarixi yanlışlıqları və kini ortadan qaldıracaq, məntiqi bir çıxış yoluna istiqamətləndirsəydiniz. Ancaq son sözləriniz bunun tam əksini göstərir. Görəsən, bir az ayaq saxlayıb bunu nəzərdən keçirə bilməzsinizmi? Allah zati-alilərinizi ölkəsinin və xalqının yararına olan işlərdə müvəffəq etsin! İslam dünyasının digər liderləri ilə birlikdə birlik və həmrəyliyi təmin etmək, eləcə də İslam və müsəlmanlara dəstək vermək xüsusunda sizə kömək olsun! Allahın salamı, lütfü və bərəkəti üzərinizə olsun! Professor əş-Şərif Hatim ibn Arif əl-Övni (Səudiyyə Ərəbistanı Şura Məclisinin üzvü) Tərcümə etdi: Anar Rüstəmov /AzeriMuslims/
Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
|
|
| |
XEDICE73 | Tarix: Çərşənbə axşamı, 11.08.2009, 13:48 | Yazı # 59 |
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
| Ehmedinecad prizident secildi, edamlar artdi. Verilən məlumatlara görə, İranda 12 iyun seçkilərindən sonra edamolunma halları artıb. Belə ki, Beynəlxalq Əfv Təşkilatının Baş katibi İrene Xan seçkilərdən təxminən 50 gün sonra İranda ən az 115 nəfərin edam edildiyini bildirib. Edam edilənlərin sayının artdığını xəbər verən təşkilat yanvar-iyun ayları ərzində 196 nəfərin edam edildiyini və bununla da İranın Çindən sonra edametmə hallarının sayına görə ikinci yeri tutduğunu bildirib. Habelə təşkilat seçkilərdən sonra 115 nəfərin 14-nün iyun ayının 2-də, 13-nün iyun ayının 14-də, 24 nəfərin isə Əhmədinecadın vəzifəsini icra etməyə başladığı 5 avqustda edam edildiyi haqda məlumat verib. Sözügedən təşkilatın digər bir xəbərində isə keçən il İranda 246 nəfərin edam edildiyi və ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar olaraq bu cəzanın sayında artımın müşahidə ediləcəyi haqda yazılıb
Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
|
|
| |
Selef | Tarix: Çərşənbə, 19.05.2010, 00:21 | Yazı # 60 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| assalamu aleykum wa rahmatullahi wa barakatuh. Hormetli gardash ve bacilar! Nezernize chatdiriram ki artiq mescdin fealiyyeti muveggeti olaraq cume axshamina kimi shifahi icaze verilib.Lakin cume namazi Mushfiqabad mescidinde gilinamayacaq.Mescidin imami ve mescid ehli de diger mescidlerde cume namazi qilacaqlar inshallah.Cume gunu subh namazindan bashlayaraq mescid qeyri-mueyyen vaxta qeder fealiyyetini dayandiracaq.Mescidin fealiyyetinin dayarandirilmasini Rayon polis idaresinden; Mescidin dovlet qeydiyyatinda kechmemesi gosterilb.Mescidin dini icmasi Dini Qurumlar ile elaqe saxlayib,lakin Hidayet Orucuovun Turkiyede olmasi meselenin helilini bir neca gune uzadlmasina sebeb olub.Inshallah mescidin imami Mubariz qardash bashda olmaqla 2-3 qune onunla gorushecekler.Allah mescidin tezlikle achilmasina sebeb etsin.Amin. Mubariz qardash artiq derecede xahish etdi ki,bu Cume namazina mescidin baqli oldugu uchun qardash ve bacilar mescide gelmesinler.Xahish edirem Bu xeberi hamiya chatdirin .Mescid ehli ozude diger mescidlerde ibadet edecek.Bir az sebirli olub inshallah dua edek ki mescidmiz tam olarag bir defelik baqlamasinlar.Burada ibret olaraq menim Hudeybiye sulhu yadiam dushdu.Allah bize sebir versin .Allah bizi ve mescidlerimizi zalimlardan qorusun. Assalamu aleykum wa rahmatullahi wa barakatuh.
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
|