[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 3
  • 1
  • 2
  • 3
  • »
Forum » İslam » Zəlalət əhlinə cavab » takfir ehli (takfircilar)
takfir ehli
ixvani_muslimTarix: Cümə axşamı, 15.01.2009, 14:16 | Yazı # 1
QARDAŞ
Qrup: Etibarlı
Yazı: 13
Reputasiya: 0
Status: Saytda deyil
gardawdar bilirsizki takfircilar coxdu bizim zamanda.inwallah yazin onar hagda nadilar movgeylari nadi na istiyilar yazin allah rizasi ucun elmimizi artirax.birda cox xaiw ediram allah rizasi ucun guran ve sunaynan dalil gatirin ama caliwin oz fkirivizida bildirasiz oz fkirinizi ewitiklarinizi yazasaniz kor korane kitabdan goymuyun cox xaiw ediram biraz kitabdan biraz oz fkiriviz onda cox gozal olar.allah sizi bagiwdasin

ALLAH SANA GURBAN OLUM ELA ELA ABU BAKR MASCIDI TEZ ACILSIN

Yazını ixvani_muslim - Cümə axşamı, 15.01.2009, 15:25
 
SelefTarix: Cümə, 16.01.2009, 00:46 | Yazı # 2
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Təkfir fitnəsi (Əl-Məcd telekanalı ilə müsahibə)


(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
SelefTarix: Cümə, 16.01.2009, 01:07 | Yazı # 3
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Müsəlman bacı və qardaşlarım! Bilin ki, imtahan məğzli bu dünyada dediyimiz sözlərə və etdiyimiz əməllərə görə Qiyamət günü sorgu-sual olunacağıq. Elə isə söz və əməllərimizin Qurana, Peyğəmbərin səhih hədislərinə və birinciləri əshabələr olan Sələfin yoluna nə qədər uyğun olub-olmamasına diqqət yetirək.

Peyğəmbər (s.ə.s.) buyurmuşdur: "Heç bir insan digərini fasiqlikdə və kafirlikdə ittiham etməsin. Çünki onun dediyi kimi olmasa, bu söylədiyi özünə qayıdar" (Buxari 6045, Muslim 61). Digər rəvayətdə isə buyurulur: "Hər hansı kişi öz qardaşına: "Ey kafir!" – deyərsə, bu söz onların ikisindən birinə qayıdar". (Buxari 6104, Muslim 60).



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
UmarTarix: Cümə, 16.01.2009, 06:53 | Yazı # 4
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Çox mühüm mövzuya toxunmusunuz. Selefi qardaşın təqdim etdiyi məlumatdan sonra yazacaqlarım cüzi olacaq. İbn Teymiyyə (rahiməhullah) demişdir:

“Mən müəyyən adamın təkfir, təfsiq və ya asi edilməsinin qadağan olması fikrini dəstəkləyənlərdən biriyəm. Bunu yalnız bir halda deməyə razıyam. O vaxt ki, həmin adama açıq-aşkar hüccət qalxsın və burada heç bir şübhə qalmasın. O hüccət ki, onun qalxması bəzən adamı kafir, fasiq və asi edir”.

Başqa bir yerdə isə belə deyir:

"...Lakin burada ümumi ifadə ilə xüsusiləşdirmə arasında fərq qoyulması vacib idi."

Göründüyü kimi Şeyxul-İslam (rahiməhullah) burada Müsəlmana hətta asi deməyi pisləyir. Müsəlmanı təkfir etmək məsuliyyətli işdir. Bu məsələdə gələn sözlərin ümum və xüsusi ifadə arasında fərqə diqqət yetirilməsini zəruri görür. Bu məsələ tək kiməsə kafir, fasiq və ya asi deməklə məhdudlaşmır. Eynilə kiməsə bidətçi və sair hökmlər vermək də daxildir. Məsələn elə son dövr yayqın olan "təkfirçi" hökmü. Bu da böyük xətalardan biridir. Adları sadalanan hökmləri vermək üçün hüccət qalxmalıdır. Bir insanda küfr gördükdə onun küfrünə həmən hökm verilmədiyi kimi, bir insanda bidət gördükdə həmən hökm verilməz. Ancaq biz təəssüflər olsun ki, bunun tam əksinin şahidi oluruq. Biz qazilər deyilik. dəvətçiləri deyən insanlar sağa-sola hökm verməkdən çəkinmirlər. Əgər sən bir insana "kafir", "bidətçi", "təkfirçi" və sair hökm verirsənsə unutma ki, sən onu artıq əzabla müjdələdin. Çünki Rəsulullah (səlləllahu əleyhi və səlləm) buyurub ki, dində olan hər yenilik bidətdir. hər bidət zəlalətdir, hər zəlalət də oddadır.

Ümid edirəm fikrimi sizlərə çatdıra bildim. Müsəlman olan kəs dilini də fitnələrdən qorumalıdır. Kimə gəldi kafir, münafiq, bidətçi, xəvaric, təkfirçi, fasiq və asi demək, özünü təhlükəyə atmaqdır. Bu isə İslamda Müsəlmanlar arasında nifaqın və fitnənin müydana çıxmasına gətirib çıxardır və çıxardıb da. Rəsulullah (səlləllahu əleyhi və səlləm) digər bir hədisdə isə belə söyləyib ki, artıq fitnə yatmışdır, kim onu qaldırarsa Allah ona lənət etsin.

Sözümü Şeyxul-İslam İbn Teymiyyənin (rahiməhullah) sözü ilə tamamlamaq istəyirəm. Şeyx demişdir:

“Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur”

Doğru olanı Allah bilir!


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
ixvani_muslimTarix: Cümə, 16.01.2009, 16:23 | Yazı # 5
QARDAŞ
Qrup: Etibarlı
Yazı: 13
Reputasiya: 0
Status: Saytda deyil
bildiklarimnan da biri buduku takfircilar musulmanan momini ayira bilmilar.bir soz var har momin musulmandir ama har musulman momin doyul bu sozdarda boyuk ibratar var cox boyuk bawa duwan ucun bu insanlar mominan musulmani ayirmagi bacarmilar.musulman sozu allaha taslim olan demakdi har bir allaha taslim olan musulmandi yani allahdan gorxan onun boyukluyun gabul edan onun kitabin gurani karimi gabul edan ve peygambarin ehli beytin gabul edan sevan bax mu insan musulmandir .bunar bela firadilarki ha musulmandi deyrsan ha deyir musulman baci va gardawindi deyrsan ha deyir onda ragasede sanin bacindida oda allahi gabul edir onda oda musulmandi allah bela insanlara hidayet versin na deyasan belasin neca yuxarda dedim har momin musulmandir ama har musulman momin deyil.qamet gardaw yaxwi deyir deyirki bunara tapmiwam harda yawasinar ayda onarin yeri aydi cunki onarin dediklariynan durub otursan garak bu plonetda yawamayasan subhan allah.halam cox misalar gatiracam inwallah.salam aleykum

ALLAH SANA GURBAN OLUM ELA ELA ABU BAKR MASCIDI TEZ ACILSIN
 
UmarTarix: Cümə, 16.01.2009, 19:13 | Yazı # 6
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
aleykumus-Sələm va rahmətullah. ixvani_muslim, yazılarından görsənir ki, sən özün də təslim olmaqla təsdiq etməyin fərqini, müsəlman və möminin fərqini bilmirsən.
Bir insanın Allahı tanması və onun rübubiyyətini qəbul etməsi, Muhammədin (səlləllahu əleyhi və səlləmin) peyğəmbər olmasını təsdiqləməsi onun müsəlman olması anlamına gəlməz. İblisdə məgər təsdiq yox idi? Əlbəttə var idi. O Allaha bir məsələdə asi olduğuna görə, təkəbbürlük edərək kafir oldu. Bir insanda təsdiqin olması onun müsəlman olması anlamına gəlməz. Həm təslimiyyət boyun əymək deməkdir. İslam, Allaha tövhidlə təslim olmaq, Ondan itaətlə asılı olmaq, şirk, bidət, müşrik və bidətçilərdən xilas olmaq deməkdir. Hər müsəlman mömindir, hər mömin də müsəlmandır. Təsdiq barədə Allah təalə deyir:

(Ya Rəsulum!) Həqiqətən, əgər (Məkkə müşriklərindən): “Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram (öz əmrinə, insanların mənafeyinə kim tabe) etmişdir?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. Elə isə onlar (tövhiddən, yalnız Allaha ibadət etməkdən) niyə döndərilirlər?

Bu ayədən zahirən də görünür ki, Məkkə müşrikləri Allahı heç də inkar etmirdilər. Eynilə də Kitab əhli də Muhammədin (səlləllahu əleyhi və səlləm) peyğəmbər olduğunu qəbul bilirdilər. Necəki Allah deyir:

Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir.

Müsəlman, mömin məsələsinə gəlincə isə, sözümü Şeyxul-İslam İbn Teymiyyənin (rahiməhullah) sözü ilə izah etməyə çalışacam. Şeyx deyir:

"İslamın vacib olan imanı da tələb etməsinə hökm edilsə, bunu qayəsi budur: bunun hər ikisi də bir-birindən ayrılmaz, hər müsəlman mömindir və hər mömin müsəlmandır.
Vacib olan imana sahib hər müsəlmanın cənnətə girəcəyi qəsd edildiyi zaman bu səhihdir və bunun üzərində ittifaq olunmuşdur. Hər müsəlmanın ibadətinin əvəzində savab qazanacağı qəsd edilirsə, onun da bərabərində imanının olması lazımdır. Hər nə qədər bu iman peyğəmbərin, salləllahu aleyhi va səlləm, "özü üçün istədiyini mömin qardaşı üçün istəməyən kəsdən, böyük günah işləyən kəsdən, bədəvilərdən və digər kəslərdən nəfy etdiyi iman olmasa da, hər müsəlman imanı ilə bərabər olduğu halda müsəlmandır.
İslam və qüsursuz iman bir-birindən ayrılmaz deyildiyi zaman bu, birinin eynilə digəri olduğu mənasını daşımaz. Bu ikisi ruh və bədən kimidir. Bizdə ruh yalnız bədən ilə birlikdə olur. Diri bir bədən yalnız ruh ilə bərabər ola bilər. Bu, onlardan biri digəridir mənasını verməz. İman da ruh kimidir. Çünki bədən ruhun vasitəsilə ayaq üstə durur və ruh bədənə bitişikdir.
İslam bədən kimidir. Bədən ancaq ruh ilə birlikdə olur. Bu, onların bir-birindən ayrılmayacaqları anlamına gəlir. Yoxsa, onlardan biri nə mənanı verirsə, digəri də eyni mənanı verir qəsd olunmaz. Münafiqin müsəlmanlığı bir ölünün bədəni kimidir, ruhsuz cəsəd kimidir. Ruh olmadan heç bir diri bədən yaşamaz...Qəlb ilə itaət edən hər kəsin orqanları da itaət edər. Lakin, bunun əksi olmaz. Bu səbəblə deyilmişdir ki, münafiq kimi itaətdən çəkinin! Onun vücudu itaət edər, lakin qəlbi itaətkar deyildir. Qəlbi sağlam olsa, bütün vücud sağlam olar. Lakin bu, vücud ibadətdə olduğu zaman , qəlb də onun tələblərini yerinə yetirər anlamına gəlməz."

Bir insanın İslama girməsi üçün birinci şərt şəhadətdir. Bundan sonra şəhadətin təsdiqi gəlir, namaz. Hər kəs İslama girərsə digər müsəlmanların qardaşı və ya bacısı olur. Onlar üzərində ödənilməsi vacib olan haqları vardır.
Hələlik bu qədər.
Doğru olanı Allah bilir!


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

Yazını ğurabə - Cümə, 16.01.2009, 23:54
 
ixvani_muslimTarix: Cümə, 16.01.2009, 23:45 | Yazı # 7
QARDAŞ
Qrup: Etibarlı
Yazı: 13
Reputasiya: 0
Status: Saytda deyil
ha sora tekfircilarin gozuynan hami kafirdi namaz gilanardan bawga buda selefin yolu doyul selef bunu demir sora tekfir ehli deyirki azerbaycan darul islam olkasidi burda guya namaz gilmaga goymular ve saira neca darul islam ola bilarki biz man siz haminiz rahat namazinizi gilirsiz cumalara gedirsiz cuma namazdarin gilirsiz duzdu mecit partanilanan sora bir ara eziyat verdilar inwallah allahdan sinaxti bu etapi hamimiz kecdik indi isa allaha wukur goyular hecna deyan yoxdu namazi hamimiz gilirix mecitarimizdan azan sasi galir daru islam olsa sanin mecitinan sas gala bilar yox namazi gila bilarsan yox darul islam axtarirsan cox uzaga niya gedirsan bir neca il bunan gabax sovet hokumatinda car hokumati namaz gilani iw duwurdu camahat namaz gila bilmirdi galdiki mecit ola camahatda allahsizdix yaranmiwdi indi mugaisa edin o vaxtnan bu vaxti gorun darul islam hacan olub ama bunarin sozuynan yox indida darul islamdi gamet gardaw duzdu deyir vallah bunarinki aydi 10 sotda torpaxti alib binara verasan getsinar galsinar

ALLAH SANA GURBAN OLUM ELA ELA ABU BAKR MASCIDI TEZ ACILSIN
 
UmarTarix: Şənbə, 17.01.2009, 00:01 | Yazı # 8
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
ixvani_muslim, səni anlaya bilmirəm. Sənin sözlərindən belə çıxır ki. Səudiyyə alimlərinin çoxu təkfirçidir. Çünki onlar namaz qılmayanı kafir görürlər. Həm bir yerin darul-islam və ya darul-küfr görmə məsələsi fiqhi məsələdir və bu məsələyə görü əhli-sünnət heç kimi zəlalətdə ittiham etməyiblər. Sözlərinə diqqət yetir. Bilmirəm bunları sənə kim öyrədib. Ancaq çox yanlış xətalar edirsən.

"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

Yazını ğurabə - Şənbə, 17.01.2009, 00:04
 
ixvani_muslimTarix: Şənbə, 17.01.2009, 01:54 | Yazı # 9
QARDAŞ
Qrup: Etibarlı
Yazı: 13
Reputasiya: 0
Status: Saytda deyil
ay kiwi san na daniwirsan saudiya erebistanin hansi alimi namaz gilmayani kafir gorur de gorum man getmamiwam oxumamiwam bilmiram gamet gardawki gedib o alim dediklarinan gamet gardaw ders alib bas gamet gardaw niya demir niya demirda dalil da gatirir guran va sunaynan ki natardi wupan varsa xutbalardan verim biraz gulagas iyi galar sana.man dedimki ehli sunna kimisa darul islama gora zelaletnan mahkum edib

ALLAH SANA GURBAN OLUM ELA ELA ABU BAKR MASCIDI TEZ ACILSIN

Yazını ixvani_muslim - Şənbə, 17.01.2009, 01:55
 
UmarTarix: Şənbə, 17.01.2009, 02:10 | Yazı # 10
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Hə. xoşum gəldi. Aramızdakı fərqi anladın. Sən elə get Mədinə İslam Universitetini qurtaranlardan soruş və dəqiqləşdir gör oranın alimlərinin çoxu namaz qılmayanı kafir görür yoxsa görmür.
Yazırsan:
Quote (ixvani_muslim)
man dedimki ehli sunna kimisa darul islama gora zelaletnan mahkum edib

Sən deyildin yazan ki, bu fu fikir təkfir əhlinindir?


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
ixvani_muslimTarix: Şənbə, 17.01.2009, 03:15 | Yazı # 11
QARDAŞ
Qrup: Etibarlı
Yazı: 13
Reputasiya: 0
Status: Saytda deyil
man oxuyanan soruwmuwam biliram da biri gamet gardaw adil gardaw abdu rauf gardaw omar gardaw yawar gardaw hec birida sanin sozuvu demirda tastiglamirda noldu ela bu gardawdar yayibda azerbaycanda hag islami noldu bunar demir bas kim deyir gardaw sanin daniwdigin nagildi vallahi uje bilmirsan na daniwirsan

ALLAH SANA GURBAN OLUM ELA ELA ABU BAKR MASCIDI TEZ ACILSIN

Yazını ixvani_muslim - Şənbə, 17.01.2009, 03:23
 
ixvani_muslimTarix: Şənbə, 17.01.2009, 03:17 | Yazı # 12
QARDAŞ
Qrup: Etibarlı
Yazı: 13
Reputasiya: 0
Status: Saytda deyil
Sən deyildin yazan ki, bu fu fikir təkfir əhlinindir? harda yazmiwam gostar bidana

ALLAH SANA GURBAN OLUM ELA ELA ABU BAKR MASCIDI TEZ ACILSIN
 
ixvani_muslimTarix: Şənbə, 17.01.2009, 03:25 | Yazı # 13
QARDAŞ
Qrup: Etibarlı
Yazı: 13
Reputasiya: 0
Status: Saytda deyil
sora takfircilar deyilki iman azalib galxmir ela bir daracada olur eger gunah edisa gedir gusul alir tovba eliyir islama tazdan galir ve subhan allah bela kim edib peygambar s.a.v edib yoxsa sahabelermi bela edib allah hidayet versin halam bunardan cox yazacam

ALLAH SANA GURBAN OLUM ELA ELA ABU BAKR MASCIDI TEZ ACILSIN
 
UmarTarix: Şənbə, 17.01.2009, 03:37 | Yazı # 14
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
ixvani_muslim, əgər sən özünü sələfə nisbət edirsənsə götürdüyün niklə uyğun gəlmir. Çünki sələflər zəlalət əhlinin adını daşımaz.
Sən özün təkfirçiləri vəsf edərkən yazmısan. Ehtiyac yoxdur sənin yazılarından pinsetlə çıxarıb sənin özünə göstərmək. Yazdıqlarını otur bir daha oxu.
Adil namaz qılmayanı kafir görür. İstəyirsən get özündən soruş. Bir xahişim var səndən. Alimlərdən hansıları tanıyırsan. adlarını yaz ki, mən sənə dəlil gətirəndə bilim kimdən gətirim.
Hər şeyə görə də Allaha and içmə. Özü də bilmədiyin bir şey üçün. Mən nə danşdığımı çox gözəl bilirəm. Mənim yerimə niyə and içirsən? Özün demişkən qeybi bilirsən? Əqlimdə və qəlbimdə olanları bilirsən?
Yuxarıda sadalarıqlarına cavab yazmışam. Bir təkzibdən filandan etməyəcəksən? Yoxsa dilotu yemiş kimi elə hey ötüb keçəcəksən?


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
ixvani_muslimTarix: Şənbə, 17.01.2009, 15:43 | Yazı # 15
QARDAŞ
Qrup: Etibarlı
Yazı: 13
Reputasiya: 0
Status: Saytda deyil
gardaw sanin ela dediklarin bawdan ayaga awibkadi man sana na deyim man hec inanmiramki adil gardaw kafir deya namaz gilanana camahatin adinan yalan daniwmax lazim doyul eladisa subut ela.adil miwari riwad kimi gardawdarnan oxuyub madinada hamsida gardawdarin bir inistuta oxuyub alimlarda medinanin alimlari o inistutun melimlari hara si bir hava calmir.galdiki nikima ixvani muslim nadiki ixvanin manasi nadi san niya har weyi niya pis gabul edirsanki takfir ehli kimi.san mani yaygin halam kafir gozuynanda gorursan tekfir ehlinin sfatarinandi biliram.alimlarin taniyiramda san de hansi deyib o sozu man sana cavabini verim.gardaw dil otu san yemisanki ela uzuma durursanki tekfir ehli deyilsan soybatardanda aydinawib ama boynuva almirsan almada allah ki bilir mani alada bilarsan allahi yox.

ALLAH SANA GURBAN OLUM ELA ELA ABU BAKR MASCIDI TEZ ACILSIN
 
UmarTarix: Şənbə, 17.01.2009, 18:53 | Yazı # 16
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
ixvani_muslim, sən ya gözün görmür, yada ki, həqiqətən də korsan. Yazmısan:

Quote (ixvani_muslim)
inanmiramki adil gardaw kafir deya namaz gilanana


Mən namaz qılmayana deyirəm. Namaz qılana yox. İkinsici hər qarşına çıxana təkfir əhli kimi pis yanaşırsan deyirsən. Amma özün də onların minhəcindəsən.
Sən və sənin kimi insanlara əslində yazığım gəlir. Paranoyik olmusunuz. Özünüzdən başqa hamını bidətçi görür, təkfirçi iftirası edirsiniz.
Sənin yazılarından səviyyən görsənir. Sən yaxşı olardı ki, eşitdiyini deyil, oxuduqlarından danış. Hələ bilmək olmaz sən o eşitdiklərini düzgün anlamısan yoxsa yox. Sən gəl təkəbbürlüyü və cahilliyini bir tərəfə qoy. Sənin dediyin sözlərə İbn Teymiyyənin (rahiməhullah) sözü ilə rədd etdim. Bunu görməyəcək və anlamayacaq qədər qafilsənmi?


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

Yazını ğurabə - Şənbə, 17.01.2009, 19:25
 
ixvani_muslimTarix: Bazar, 18.01.2009, 02:34 | Yazı # 17
QARDAŞ
Qrup: Etibarlı
Yazı: 13
Reputasiya: 0
Status: Saytda deyil
guraba bisan natardi.san bela oxumuw adamsanda indi guya gamet gardawi priznavat elamirsan goruram yaxwi manada yazigin galir da man avamam tutaxki onda niya manan sporawirsan niya dediyivi deyib hagida boynuva almirsan.basan manim sanan sporawmagim sunadan giraga cixir.na peygambar bela elamiyib nadaki sahabeler.cox oxumaxnan deyile garak emali saleh olasan o yazilari oxuyub spora yox emel edasan.sanda caliw oxuyub spor evezina emel et .salam aleykum sunaya muxalif olduguna gora man sanan sporu dayandiriram allah hidayet versin.

ALLAH SANA GURBAN OLUM ELA ELA ABU BAKR MASCIDI TEZ ACILSIN
 
UmarTarix: Bazar, 18.01.2009, 03:23 | Yazı # 18
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
aleykumus-Sələm va rahmətullah. ixvani_muslim, mən səninlə mübahisə etmirdim. Sən cahilliyindən inad edirdin. Mübahisəni də elə sən özün edirdin. Sözü atıb dalında durmursan, sonra qarşındakına hücum edirsən. Səni heç cür anlaya bilmirəm. Çalış özün sünnəyə müxalif olan fikirlərini düzəlt. Məsələlərə bitərəfli yanaşma. Əhli-sünnətin ixtilaf etdiyi məsələlərdə müxalif tərəfi bidətçilikdə ittiham etmə. Mənim sənə anlatmaq istədiyim budur. Ayrı niyyətim olmayıb. Madamki mübahisə etməkdən vaz keçdin, əhsən deyirəm.

Bir xahişim var. Yazılarımdakı xətaları mənə bildirməni rica edirəm.


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

Yazını ğurabə - Bazar ertəsi, 19.01.2009, 02:05
 
XEDICE73Tarix: Cümə axşamı, 05.02.2009, 16:35 | Yazı # 19
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Ey Müsəlmanlar! Gözəl söz bir qazancdır. Çirkin söz isə günahdır. Allah o ikisi üçün bir misal verərək belə bənzədmişdir: «Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (la ilahə illallah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac (xurma ağacı) kimidir. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! (Ağacın kökü yerdə, budaqları göydə olduğu kimi, mö’minin də imanı qəlbində sabit qalır, əməlləri isə göyə - Allah dərgahına yüksəlib ona daim savab qazandırır). Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir.» (İbrahim, 24-26)

Gözəl söz, Allahdan başqa ilah olmadığına və Məhəmmədin (s.ə.s) Allahın Rəsulu olduğuna şəhadət gətirməkdir. Bu, İslam kəliməsidir və sözlərin ən doğrusudur. Açıq aydın və ən böyük hüccətdir. Tutulması lazım olan sağlam qulpdur və təkva kəliməsidir.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
UmarTarix: Cümə, 13.02.2009, 18:59 | Yazı # 20
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Xədicə bacım, əs-Sələmu aleykum va rahmətullah. Hər kəs sizin kimi düşünsəyni nə dərdimiz. Allah Rəsulu (səlləllahu əleyhi və səlləm) buyurub ki. ifrata varanlar həlak oldular. Bu kəliməni 3 dəfə təkrarlayır. Allah və Rəsulunun (səlləllahu əleyhi və səlləm) adından elmsiz danışmaq, elmi olmadan istənilən dini mövzuda fikir söyləmk özü də ifrata varmaqdır. Lakin bunu çoxları bilmir...



"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
Forum » İslam » Zəlalət əhlinə cavab » takfir ehli (takfircilar)
  • Страница 1 из 3
  • 1
  • 2
  • 3
  • »
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru