[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 2 из 3
  • «
  • 1
  • 2
  • 3
  • »
Forum » İslam » Zəlalət əhlinə cavab » takfir ehli (takfircilar)
takfir ehli
XEDICE73Tarix: Şənbə, 09.05.2009, 13:51 | Yazı # 21
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
ğurabə, qardas xahis edirem senden artiq derecede Allah xatirine Adil qardasa Qamet qardasa iftiralar atmayin bu bir bohtandir onlarin unvanina, Allahdan qorxun. ne Adil qardas nede ki, Qamet qardas demeyib ki, namaz qilmayan kafirdir.eksine onlar qadaqa qoyur bu soze.calisin biri birinizi duzqun basa dusesiniz.

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Şənbə, 09.05.2009, 14:04 | Yazı # 22
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
«(Ya Rəsulum!) Ölməz, həmişə diri olana (Allaha) bel bağla və Onu həmd-səna ilə təsdiq et. Allahın öz bəndələrinin günahlarından xəbərdar olması (onları layiqincə cəzalandırmağa) kifayət edər» (Furгan, 58).

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Şənbə, 09.05.2009, 14:34 | Yazı # 23
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
MÜSELMAN ERKEK VE KADINLARI; ISLEMIS OLDUKLARI BIR GÜNAH KARSILIGI OLMAKSIZIN ÜZENLER ;ACIK BIR IFTIRA VE GÜNAH YÜKLENMIS OLURLAR(AHZAB:58) IYI BILMADIGIN BIR SEYIN PESINE DÜSME (ISRA:36) AGZINDAN BIR SÖZ CIKMAYA GÖRSÜN ;HEMEN YANI BASINDA GÖREVLI BIR GÖZCÜ VARDIR(KAF:18)

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Bazar, 10.05.2009, 10:49 | Yazı # 24
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
"(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır. "

əl-İsra, 36


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
UmarTarix: Bazar ertəsi, 11.05.2009, 05:16 | Yazı # 25
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Quote (XEDICE73)
ğurabə, qardas xahis edirem senden artiq derecede Allah xatirine Adil qardasa Qamet qardasa iftiralar atmayin bu bir bohtandir onlarin unvanina, Allahdan qorxun. ne Adil qardas nede ki, Qamet qardas demeyib ki, namaz qilmayan kafirdir.eksine onlar qadaqa qoyur bu soze.calisin biri birinizi duzqun basa dusesiniz.

Bacım, gözəl bacım. Mən kimə böhtan və iftira atdım? Siz məni etmədiyim bir işdə ittiham edib özünüzü niyə günaha salırsınız?
Namaz qılmayanın kafir olması barədə İslam alimləri ixtilaf ediblər. Bu sözə qadağa qoymağın özü həddi aşmaqdır. Adilin namaz qılmayanı təkfir etməsi elm tələbələri tərəfindən bilinən məsələdir və bunda təəccüblü bir şey yoxdur.



"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
XEDICE73Tarix: Bazar ertəsi, 11.05.2009, 13:45 | Yazı # 26
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Sual: Əl-Həccac ibn Yusif əs-Səqafi haqqında doğru rəy nədir? O kafirdir?

Cavab: Biz şahidlik edirik ki, Əl-Həccac fasiq, zalım idi. Bununla belə, dində zəruri olaraq öyrənilməsi tələb olunan hər hansı bir məsələni inkar etdiyini bilmirik. Ona görə də, sadəcə fasiqlik etdiyi, başqalarına zülm etdiyi və günahsız müsəlmanları qətl etdiyini əsas götürərək onu kafir etmək olmaz.

Əl-Əsilə №10

Muhammad Nasiraddin əl Albani


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Bazar ertəsi, 11.05.2009, 13:58 | Yazı # 27
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Alimlər bu və buna bənzər hədisləri növbəti şəkildə izah etmişlər:

'Kəlmeyi şəhadəti deyib onun haqlarına, yəni fərz əməllərinə riayət edən, haramlardan çəkinərək ibadətləri sırf Allah üçün edəni Allah birbaşa Cənnətə daxil edəcək. Amma şirkdən başqa günahlara batan və bunlardan tövbə etməyərək vəfat edən şəxs Allahın istəyi altında olacaq. Yəni, istəsə günahkar bəndəsini bağışlayıb etdiyi əməllərə uyğun Cənnətə salar və ya etdiyi günahlara müvafiq şəkildə cəzalandlrdıqdan sonra Cənnətə daxil edər. Bu haqda Peyğəmbərimizdən – Ona Allahın salavatı və salamı olsun – mütəvatir olaraq hədislər varid olmuşdur. Quranın ayələri kimi Sünnə də biri-birini izah edir.

Uca Allah buyurmuşdur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar”. [ən-Nisa 4:48]

Bu ayə tövbə etməyənlər haqqındadır. Uca Allahın “De: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar” [əz-Zümər 39:53] ayəsi isə bütün alimlərin yekdil rəyinə əsasən tövbə edənlər haqqındadır. Bu həm də Əhli Sünnə və Camaatın; Peyğəmbərin əshabələri, onların ardıcılları olan iman və elm sahibləri, o cümlədən dörd məzhəb alimlərinin və onların davamçılarının məzhəbidir.

Allah müvəffəq etsin! Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və əshabələrinə Allahın salavatı və salamı olsun!

Rəis: Əbdüləziz ibn Abdulla ibn Bəz.
Rəis müavini: Əbdürrəzzaq əl-Əfifi.
Üzv Abdulla ibn Ğudeyyan.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
UmarTarix: Bazar ertəsi, 11.05.2009, 14:01 | Yazı # 28
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Quote (XEDICE73)
Sual: Əl-Həccac ibn Yusif əs-Səqafi haqqında doğru rəy nədir? O kafirdir?

Cavab: Biz şahidlik edirik ki, Əl-Həccac fasiq, zalım idi. Bununla belə, dində zəruri olaraq öyrənilməsi tələb olunan hər hansı bir məsələni inkar etdiyini bilmirik. Ona görə də, sadəcə fasiqlik etdiyi, başqalarına zülm etdiyi və günahsız müsəlmanları qətl etdiyini əsas götürərək onu kafir etmək olmaz.

Əl-Əsilə №10

Muhammad Nasiraddin əl Albani

Həccac bin Yusufu tabiinin ən böyüklərindən Said bin Cubeyr, , Ata, Şubə, Tavus, Mucahid və digərləri (rahiməhumullah) təkfir ediblər.



"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

Yazını ğurabə - Bazar ertəsi, 11.05.2009, 14:03
 
XEDICE73Tarix: Bazar ertəsi, 11.05.2009, 14:03 | Yazı # 29
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
ğurabə, Bacım, gözəl bacım. Mən kimə böhtan və iftira atdım? Siz məni etmədiyim bir işdə ittiham edib özünüzü niyə günaha salırsınız?
Namaz qılmayanın kafir olması barədə İslam alimləri ixtilaf ediblər. Bu sözə qadağa qoymağın özü həddi aşmaqdır. Adilin namaz qılmayanı təkfir etməsi elm tələbələri tərəfindən bilinən məsələdir və bunda təəccüblü bir şey yoxdur.
____________________________________________________________________________________________________ Qardas bax qor islam alimleri ne cur ixtilaf edibler, amma sen hansi alimlerden danisirsan men bilmirem.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
UmarTarix: Bazar ertəsi, 11.05.2009, 14:04 | Yazı # 30
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Quote (XEDICE73)
Qardas bax qor islam alimleri ne cur ixtilaf edibler, amma sen hansi alimlerden danisirsan men bilmirem.

İslam alimləri deyiləndə əlbəttə ki, Əhli-sünnət vəl-cəmaat alimlərini qəsd edirəm.



"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
XEDICE73Tarix: Bazar ertəsi, 11.05.2009, 14:27 | Yazı # 31
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Həccac bin Yusufu tabiinin ən böyüklərindən Said bin Cubeyr, , Ata, Şubə, Tavus, Mucahid və digərləri (rahiməhumullah) təkfir ediblər.

İslam alimləri deyiləndə əlbəttə ki, Əhli-sünnət vəl-cəmaat alimlərini qəsd edirəm.
---------------------------------------------------------------------------------------------------------------

Basa dusmedim mumkunse aydinliq qetiresiniz.
hemde delil.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Bazar, 17.05.2009, 15:56 | Yazı # 32
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
BU DÜSÜNCÄLI INSANLAR DINDÄ HÄDDINDÄN ARTIG SÄRT OLURLAR. ÖZLÄRININ ELIMSIZ OLDUGLARI HALDA ICTIHAD ETMÄYI , BACARDIGLARINI, VÄ YALNIZ ÖZLÄRININ VÄ HÄMFIKIRLÄRININ HAGG YOLDA OLDUGLARINI IDDIA EDIRLÄR. ÄLIMLÄRÄ ITAÄTI ISÄ TAM GADAGAN EDIRLÄR. BÄZILÄRI , TOVHIDIN ÄSASI SAYILAN, AD VÄ SIFÄTLÄR VÄ, SAIRÄ: TÖVHID NÖVLÄRINI ÄSASIZ SAYIRLAR. DOSTLIG VÄ DÜSMÄNCILIK ÄHKAMLARINA RIAYÄT ETMÄKDÄ, HÄDDINDÄN ARTIF IFRATA VARIRLAR. BU FIKIR DASIYICILARININ ÄKSÄR HISSÄSI ÖZ FIKIRLÄRINI GIZLI SAXLAMAGLA , TÄGGIYÄ ETDIRLÄR. ONA GÖRÄ KI, ONLARIN FIKIRLÄRI, ÄLIMLÄRIN ÜMUMÄN, MÜSÄLMANLARIN FIKIRLARINÄ TAM ZIDD CIXIR. ÖZ FIKIRLÄRINÄ XIDMÄT EDÄN , LAKIN MÄNASINI VÄ ÄHATÄSINI BILMÄDIKLÄRI FIGH GAYDALARINA" ÜSULU FIGHÄ" DAHA COX DIGGÄT YETIRIRLÄR.

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
MuvahhidunTarix: Şənbə, 13.06.2009, 05:22 | Yazı # 33
Qrup: İstifadəçi
Yazı: 3
Reputasiya: 0
Status: Saytda deyil
Təkfir əhli kimdir? Şirk edənə kafir deyən? happy
 
UmarTarix: Bazar ertəsi, 22.06.2009, 01:01 | Yazı # 34
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Quote (XEDICE73)
Həccac bin Yusufu tabiinin ən böyüklərindən Said bin Cubeyr, , Ata, Şubə, Tavus, Mucahid və digərləri (rahiməhumullah) təkfir ediblər.

İslam alimləri deyiləndə əlbəttə ki, Əhli-sünnət vəl-cəmaat alimlərini qəsd edirəm.
---------------------------------------------------------------------------------------------------------------

Basa dusmedim mumkunse aydinliq qetiresiniz.
hemde delil.

Bacım, bu haqda İbn Kəsirin tarix kitabına baxa bilərsiniz: "əl-Bidayə vən-Nihayə"



"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Bazar ertəsi, 22.06.2009, 01:03 | Yazı # 35
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Quote (Muvahhidun)
Təkfir əhli kimdir? Şirk edənə kafir deyən?


Təkfir əhli Qiblə əhlini təkfir edənlərə deyirlər.


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
medineTarix: Çərşənbə axşamı, 23.06.2009, 02:16 | Yazı # 36
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Ötən əsrdə meydana gəlmiş müasir zəlalət firqələrindən biri də, özünü "Müsəlman camaatı" adlandıran "Təkfir və hicrət camaatı"dır. Böyük günah sahiblərini kafir hesab etməklə xəvariclərin minhəcinə (yəni üslubuna, metoduna) əsaslanmış bu hizb, Misirin həbsxanalarından birində yatan məhbuslar tərəfindən təsis edilmişdir. 1965-ci ildə Misirdə keçirilən kütləvi həbslərdən bir müddət sonra hizbin azadlığa buraxılmış bəzi üzvləri öz çirkin fikirlərini müsəlmanlar arasında yaymağa başladı.

"Təkfir və hicrət camaatı"nın Misir torpağında artan tərəfdarları arasında universitet tələbələri xüsusilə nəzərə çarpırdı. 1967-ci ildə Əli İsmayılın rəhbərliyi altında həbsxanadakı gənclərdən ibarət kiçik bir dəstə, Misirin dövlət başçısı Camal Abdunnasiri, onun idarəçiliyini və eləcə də hizblə razılaşmayan bütün ölkə vətəndaşlarını kafir elan etdi.
Əl-Əzhər universitetinin keçmiş məzunu Əli İsmayıl, Seyyid Qutbla birgə edam edilmiş altı nəfərdən birinin, Abdulfəttah İsmayılın doğma qardaşı idi. O, hizbin təsisi zamanı təkfir və hicrət məsələləri ilə əlaqədar Qurana, Hədislərə və Peyğəmbərin (Sallallahu əleyhi və səlləm) Məkkə və Mədinə dövründəki həyat yoluna əsaslandığını iddia edərək, təsirləndiyi xəvaric fikirlərini gizlətməyə çalışırdı. Lakin bir müddət sonra onun bu saxta əməllərinin üstü açılmış və o öz səhvlərini etiraf edərək doğru yola qayıtdığını bəyan etmişdir.

"Təkfir və hicrət camaatı"nın fəallarından biri də, 1965-ci ildə "İxvan əl-muslimin" hizbinin üzvü kimi həbs olunmuş iyirmi üç yaşlı Əbu Səəd Şükri Əhməd Mustafa idı. Əli İsmayılın öz yanlış fikirlərindən dönməsindən sonra Şükri Əhməd hizbə rəhbərliyi həbsxana daxilindən öz üzərinə götürdü.

O, 1971-ci ildən başlayaraq hizbin qarşısına məqsəd qoyduğu planları tətbiqi şəkildə həyata keçirməyə başladı. Birinci mərhələdə ona Əmir əl-möminin (yəni müsəlmanların xəlifəsi) və "Təkfir və hicrət camaatı"nın rəhbəri kimi biət edildi. Bunun ardınca tərəfdarları arasında vəzifə bölgüsü apararaq, onları müxtəlif ərazilərə təyin etdi. 1973-cü ilin sentyabrında isə hizbin üzvlərinə özləri ilə ərzaq və silah götürərək dağlara çəkilmək və mağaralarda sığınacaq tapmaq əmrini verdi.

1973-cü il oktyabr ayının 26-sında onların bu işindən xəbər tutan Misir dövləti hizbin üzvlərini cinayət məsuliyyətinə cəlb etdi.

1974-cü il aprelin 21-də, ötən ilin oktyabrında baş vermiş toqquşmalarda iştirak edən Şükri Əhməd Mustafa və onun camaatı hökümət tərəfindən əhf edildi.

Lakin o, tutduğu bu işdən əl çəkməyərək hizbin fəaliyyətini yenidən bərpa etmək qərarına gəldi. Ötən hadisələrdən sonra öz çirkin işlərində müəyyən qədər təcrübə əldə etmiş Şükri, bu dəfə daha ehtiyatlı addımlar atdı. O, hizbin nizamnaməsində bəzi dəyişiklər apararaq, yeni üzvlərdən ibarət idarə heyəti topladı. Qonşu dövlətlərdə təbliğat aparmaq üçün müəyyən şəxslərin seçilib göndərilməsi isə, "Təkfir və hicrət camaatı"nın yanlış fikirlərinin Misir hüdudları kənarlarında yayılmasına səbəb oldu.

Artıq bir müddət sonra öz azğın niyyətlərini nəzərə çarpacaq dərəcədə həyata keçirən "Təkfir və hicrət camaatı"nın ölkə daxilində çox saylı iğtişaş və qarşıdurmalar törətməsi nəticəsində onun yüzlərlə üzvü həbs edildi. 1977-ci ildə Şükri Mustafaya və eləcədə hizbin beş fəal üzvünə edam hökmü oxundu. 1978-ci ilin mart ayında isə əmrin icrasına fərman verildi.

Əqidə və fikirlərində təkfir məsələsinə əsas önəm verən "Təkfir və hicrət camaatı", davamiyyətli olaraq böyük günah edən və tövbə etmədən ölən hər bir kəsi, Allahın endirdiyi ilə hökm verməyən hakimləri və onların tabeçiliyində olan rəiyyəti heç bir təfsilata varmadan bir mənalı şəkildə kafir hesab edirdi. Alimlərə gəlincə onları da yuxarıda qeyd olunan insanları təkfir etmədikləri üçün kafir adlandırırdı. Həmçinin hizbi qəbul etməyən və ya qəbul edərək ona qoşulmayan və başçısına biət etməyən (yəni sədaqət andı içməyən) şəxslər də kafirlikdə ittiham edilirdi.

"Təkfir və hicrət camaatı"nın fikrincə alimlərin dediklərinə, icmaya (yəni yekdil rəy), hətta əshabələrin icmasına, qiyasa (yəni bir məsələyə müqayisəetmə yolu ilə qərar vermək), məsləhəyə (yəni dini mənafeni nəzərə almaq) və sairəyə əsaslanan hər bir kəs müşrik və kafirdir. Həmçinin hizb, hicrətin dördüncü yüzilliyindən sonrakı bütün əsrləri Allahdan qeyri ibadət olunan təqlid bütünə ehtiram edildiyi üçün küfr və cahiliyyə dövrü hesab edir. Bu səbəbdən də gərək hər bir müsəlman şəriət hökmlərini dəlilləri ilə bilməli və istənilən dini məsələdə təqlidə yol verməməlidir.

Səhabənin sözü və ya əməli isə, Raşidi xəlifə olsa belə sübut sayıla bilməz.

Təkfirdən sonra hizbin əsas saydığı ikinci şərt hicrətdir. "Təkfir və hicrət camaatı" hicrət deyərkən cahiliyyə cəmiyyətindən ayrılmağı nəzərdə tutur. Hizbin fikrincə hal-hazırda mövcud olan hər bir cəmiyyət cahiliyyəyə məxsusdur. Həmçinin hicrət iki yerə bölünür: Məkan və şüuri cəhətdən ayrılıq. "Təkfir və hicrət camaatı" Peyğəmbərin Sallallahu əleyhi və səlləm və səhabələrin Məkkədə qərar tutduqları dövrü şüuri hicrət adlandırır və belə bir anda başçıya biət edilərsə həqiqi İslam həyatı yaşanar deyir.

Hizb, İslamın günümüzdəki zəif mərhələsində cihaddan əl çəkməyi, şüuri mübarizəyə qoşulmağı və bu işdə "Müsəlman camaatı"na (yəni "Təkfir və hicrət camaatı"na) yardım etməyi hər bir müsəlmana vacib bilir.

"Təkfir və hicrət camaatı"nın fikrincə tarixin Qurani Kərimdə varid olan ən gözəl hekayə olmasından başqa heç bir dəyəri yoxdur.

Həmçinin elmi dərəcəsi ilə tanınmış ailmlərin sözlərinin, mötəbər təfsir və əqidə kitablarının heç bir faydası yoxdur. Çünki hizbə görə İslam ümmətinin qədim və müasir zəmanədə yaşayan böyük alimlərinin hamısı dindən dönmüş mürtədlərdir.

"Təkfir və hicrət camaatı"nın sözlərinə əsasən Quran və Peyğəmbərin Sallallahu əleyhi və səlləm hədisləri sübut üçün yetərlidir. Lakin bu hizb də digər Bidət əhli kimi müəyyən bir fikir söylədikdən sonra onu Quran və hədislərdə axtarmağa başlamışdır. Onlar dediklərinə uyğun olan hər bir dəlili məqbul sayıb, zidd olanları müxtəlif üslublarla rədd edirdilər. Məsələn, «Biz savadsız ümmətik...» (Muslim, 1080) hədisini düzgün başa düşməmələri nəticəsində kütləvi savadsızlığa çağırmış, İslami və ya qeyri İslami universitetləri «Tağut tikililəri» adlandırmış və bu təhsil ocaqlarını «Zərər məscidi»nin (Tövbə, 107–110) tərkib hissəsi sayaraq, orada oxumağı qadağan etmişlər.

"Təkfir və hicrət camaatı" elmi yalnız xüsüsi toplpntılarda bir-birindən öyrənərək, mariflənmə istiqamətində atılan addımları yəhudi dəvəti adlandırmış və məqsədin insanları küfr elmlərə yönəldilməsi və İslam təlimindən uzaq salınması olduğunu bildirmişdir.

Hizbin fikrincə dörd məsciddən, yəni əl-Haram, ən-Nəbəvi, Quba və əl-Əqsadan qeyri məscidlərdə qılınan cümə və camaat namazları, onların «Zərər məscidi» mahiyyətli olduqlarına görə tərk edilməlidir. Lakin bu dörd məscidin özündə belə imamın hizbin üzvlərindən biri olması şərtilə namaz qılına bilər.

Bundan əlavə "Təkfir və hicrət camaatı", onlara rəhbərlik edən Şükri Mustafanın ümmətin gözlədiyi Mehdi olmasını güman edir. Hizbə görə Allah onun (yəni Şükrinin) camaatının əli ilə Məhəmməd Peyğəmbərin (Sallallahu əleyhi və səlləm) vasitəsilə həyata keçirmədiyi bir həqiqəti, yəni İslamın digər dinlərdən yüksək olmasını gerçəkləşdirəcək.

Hizbə rəhbərlik edən şəxslər nəticə etibarı ilə imamət və müctəhidlik dərəcəsinə çatdıqlarını iddia etmiş və bu səbəbdən də özlərinin ümmətə, onun sələfinə və xələfinə zidd mövqelərini düzgün hesab etmişlər.

"Təkfir və hicrət camaatı"nın əqidəsini və dəvətini ifşa edən əsərlərdən biri də onun keçmiş üzvü Abdurrahmən Əbul-Xeyrin yazdığı «Müsəlman camaatı ilə bağlı xatirələrim» («Zikriyəti məə Camaa əl-muslimin») kitabıdır.

Hizbin tərəfdarları əsasən Misirdə, əlaxüsus da onun Said məntəqəsində daha çox yayılmışdır. Həmçinin Yəmən, İordaniya, Əlcəzair və sairə ərəb dövlətlərində də onun üzvləri vardır.

"Təkfir və hicrət camaatı" haqda oxuduğunuz bu mətn Məəni b. Həmməd əl-Cuhəninin "Məvsua əl-muyəssira fil-ədyən vəl-məzəhib vəl-əhzəb əl-muasıra" əsərindən götürülmüşdür. Müəllifin hizb barəsində topladığı məlumatın çoxsaylı mənbələrindən bir neçəsini sizə təqdim edirik:

"əl-İmən əl-əvsat", İbn Teymiyyə
"Usul itiqad Əhli sunnə vəl-camaat", əl-Ləlkəi
"Camaa ət-təkfir"lə münaqişə, Şeyx əl-Əlbani (kasset)
"Təhkim əl-qavanin", Məhəmməd b. İbrahim Əli Şeyx
"Hukmu təkfir əl-muəyyən", İshaq b. Abdurrahmən Əli Şeyx

Əbu Abdurrahmən Sələfi



ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
as_selefiTarix: Bazar ertəsi, 31.05.2010, 00:28 | Yazı # 37
Qrup: İstifadəçi
Yazı: 4
Reputasiya: 0
Status: Saytda deyil
AS SALAMU ALEYKUM. TAKFIR MESELESINE GIRISHMEK YAXSHI DEYIL. YAXSHI OLARDI KI,BU MESELEYE AILMLER ELM EHLI BAXSIN.CUNKI BEZI SEYLER VARDIR KI,INSANIN ELMI ZEYIF OLDUGDA CASHA BILER VE YA AZA BILER.CUNKI BILDIYINIZ KIMI INSAN QURANI DA OXUYUB CASHA BILER.EGER ONU OXUYUB DOGRU ANLAMASA BASHA DUSHMESE ELBETDE AZA BILER.ONA GOREDE BU ISH ALIMLERIN ISHIDIR.MESELEN:HEDISDE DEYILIRKI MUSELMANLA KAFIRIN ARASINDAKI FERQ NAMAZDIR.MUSELMAN NAMAZ QILAR,KAFIR ISE QILMAZ.BEELE CIXIRKI KI NAMAZ QILMAYAN KAFIRDIR?!DUZDU BU MESELE UZRE IXTILAF VAR.BEZI ALIMLER DEYIRKI KAFIRDIR.BEZILERI DEYIRKI YOX KAFIR DEYIL LAKIN FASIQDIR,GUNAHKARDIR,VE.S. DUZUNU ALLAH BILIR.ONA GOREDE ELM EHLI BU MESELEYE DIQQETLE YANASHSA LAP ELA OLAR.ALIMLERIN ISHIDIR."HEQIQETEN ALLAHDAN EN COX ALIMLER QORXAR. AS SALAMU ALEYKUM WA RAHMATULLAHI WA BARAKATUHU

abu esma as_selefi
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 23:17 | Yazı # 38
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم

Heç kimə sirr deyil ki hal hazırda müsəlmanlar bir zillət dönəmi yaşayır. Bu zilləti ortaya çıxaran bir çox səbəblər vardır ki, bu ayrıca bir mövzuda işlənməlidir.
Bu yazımda toxunmaq istədiyim məsələ müsəlmanlar arasında ciddi parçalanma və düşmənçiliyə səbəb olan təkfir məsələsidir.
Təəssüflər olsun ki, bu bəla müsəlmanlar arasında geniş yayılıb.
Xəstəliyin müalicəsindəki ana qaydalardan biri xəstəliyin qaynağını tapıb onu qurutmaqdır... Təkfir isə çoxqaynaqlı bir xəstəlikdir..
Xəstəliyin tamamən aradan qaldırılması kompleks bir müalicəyə möhtacdır...
Bu yazıyla qurutmağa çalışacağımız qaynaq isə səthi ama önəmli qaynaqdır.
Azərbaycanda təkfirin "başını çəkənlər" yerli "elm tələbələridir"... Kimin nə olduğuna onlar qərar verər, tənbəlliyi səbəbilə dini araşdırmayan avama da onlara tabe olmaqdan başqa yol qalmaz...

Bəs görəsən sözdə "hakim" qəbul elədiyimiz İslam dini "elm tələbələrinə" bu haqqı tanıyıbmı?
Müctəhid olmayan bir kimsə təkfir məsələsində söz sahibi ola bilərmi?
Təkfir edən şəxsdə hansısa xüsusiyyətlərin olması gərəklidirmi?
Yoxsa dinimiz "yolkəsənlərə" insanların taleyi haqda qərar vermə haqqları verib?
Təkfir haqda qərar çıxarma haqqı kimindir?


Yazını Muslimah_92 - Çərşənbə, 06.06.2012, 07:19
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 23:18 | Yazı # 39
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi alimlərindən Kəməluddin İbn Huməm Əs Sivasi (790-861 h/1388-1457 m) xəvariclərin təkfirindən danışarkən təkfir məsələsində müctəhid olmayan bir fəqihin sözünə etibar edilməyəcəyini açıq şəkildə ifadə edir:

قال ابنُ المنذِرِ : ولا أعْلمُ أحدًا وافقَ أهلَ الحديثِ على تكفيرِهم ، وهذا يَقتضي نقلَ إجماعِ الفقهاءِ .
وذكَر في المُحِيطِ أنَّ بعضَ الفقهاءِ لا يكفِّر أحدًا مِن أهلِ البِدَعِ ، وبعضُهم يكفِّرون بعضَ أهلِ البدَعِ وهو مَن خالفَ ببدعته دليلاً قطْعيًا ونسَبه إلى أكثرِ أهلِ السُّنة ، والنقْلُ الأولُّ أثْبَتُ ، نَعَمْ يقَعُ في كلامِ أهلِ المذاهبِ تكفيرٌ كثيرٌ , ولكن ليس مِن كلامِ الفقهاءِ الذينَ هُم المجتهِدون بل مِن غيرِهم ، ولا عبرةَ بغيرِ الفقهاءِ ، والمنقولُ عن المجتهدينَ ما ذكَرْنا ، وابنُ المنذرِ أعْرفُ بنقْلِ مذاهبِ المجتهِدينَ

"İbn Əl Munzir dedi: "(Xəvariclərin) təkfiri mövzusunda əhli hədislə həmfikir olan bir kimsə bilmirəm".
Bu cür ifadə fəqihlərin icmasını nəql etmək deməkdir.
"Əl Muhit" adlı kitabın müəllifi, fəqihlərdən bəzilərinin bidət əhlindən heç kimi təkfir etmədiklərini, onlardan bəzilərinin isə bidətiylə qəti dəlilə müxalifət edən bidətçiləri təkfir etdiklərini zikr etmişdir. Bu görüşü də əhli sünnətin çoxuna nisbət etmişdir.
Birinci nəql daha doğrudur.
Bəli, məzhəb alimlərinin sözlərində çoxlu təkfir ifadələri vardır. Lakin, bu sözlər müctəhid mərtəbəsində olan fəqihlərin sözləri deyildir, başqalarının sözləridir.
(Müctəhid olmayan) fəqihlərin sözünə isə etibar edilməz!
Müctəhidlərdən nəql edilən (xavariclərin təkfir edilmədiyi haqqqında) zikr etdiyimiz görüşdür.
İbn Əl Munzir müctəhidlərin görüşlərini daha yaxşı bilən biridir."

Qaynaq: Kəməluddin İbn Huməm: Fəthul Qadir lil Acizil Faqir: 6/93
Beyrut: Darul Kutubil İlmiyyə: 1424/2003

 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 23:18 | Yazı # 40
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi alimlərindən İbn Nuceym Əl Misri (v. 970 h/1563 m) təkfir mövzusunda hökm verməyin sadəcə müctəhidin haqqı olduğu barədə deyir:

فهذا وما قبْلَه صريحٌ في أنَّ ألفاظَ التكفيرِ المعروفةَ في الفتاوى مُوجِبةٌ للردّةِ عن الإسلام حقيقةً , وفي البزَّازيةِ : ويُحكى عن بعضِ مَن لا سلَفَ له أنه كان يقول ما ذُكِر في الفتاوى أنه يكفُر بكذا وكذا فذاك للتخويف والتهويل لا لحقيقةِ الكفرِ , وهذا كلام باطلٌ إلى آخره
والحقُّ أنَّ ما صحَّ عن المجتهدِ فهو على حقيقتِه وأما ما ثبَت عن غيرِه فلا يُفتى به في مثلِ التكفير

"Yuxarıda və ondan öncə zikr etdiyim açıq şəkildə ifadə edir ki, fətvalarda qeyd edilən məlum təkfir ləfzləri həqiqi mənada İslamdan çıxmağa səbəbdir.
"Əl Bəzzəziyyə" adlı kitabda deyilir: "Daha öncə analoji görüşdə bənzərləri olmayan kimsələrdən nəql edildiyinə görə, fətvalarda "filan şey səbəbilə küfrə düşər" şəklində zikr edilən görüşlər sadəcə qorxutmaq və çəkindirmək üçündür, həqiqi mənada küfr deyil. Bu tamamilə batil bir görüşdür."
Doğru olan budur ki, müctəhidlərdən səhih olaraq sabit olanlar həqiqi mənasındadır. Müctəhid olmayanlardan sabit olana gəlincə, təkfir kimi məsələlərdə belə şeylərlə fətva verilməz.
(Daha sonra İbn Huməmin yuxarıdakı sözlərini nəql edir)."

Qaynaq: İbn Nuceym: Əl Bəhrur Raiq Şərhu Kənzid Dəqaiq: 5/202
Beyrut: Darul Kutubil İlmiyyə: 1418/1997
 
Forum » İslam » Zəlalət əhlinə cavab » takfir ehli (takfircilar)
  • Страница 2 из 3
  • «
  • 1
  • 2
  • 3
  • »
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru