takfir ehli
|
|
Muslimah_92 | Tarix: Çərşənbə axşamı, 05.06.2012, 23:18 | Yazı # 41 |
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
| Hənəfi alimlərindən, böyük mühəddis Muhəmməd Ənvər Əl Kəşmiri (1292-1352 h) Buxarinin səhihini şərh etdiyi "Feyzul Bari alə Sahihil Buxari" adlı kitabında deyir:
أما محمدُ بنُ عبد الوهّابِ النجْدي فإنه كان رجلاً بَليداً قليلَ العلمِ ، فكان يتسارَع إلى الحكمِ بالكفرِ ، ولا ينبغي أنْ يقتحِمَ في هذا الوادي إلا مَن يكون متيَقِّظاً مُتقِناً عارفاً بوجوهِ الكفر وأسبابه
"Muhəmməd bin Abdil Vəhhab Ən Nəcdiyə gəlincə, şübhəsiz ki o, axmaq və elmi qıt bir adam olmuşdur. Küfr hökmü verməyə tələsərdi. Halbuki, bu vadiyə ancaq diqqətli, mahir, küfrün forma və səbəblərini yaxşı bilən kimsənin girməsi lazımdır."
Qaynaq: Ənvər Şah Əl Kəşmiri: Feyzul Bari: 1/252 Beyrut: Darul Kutibil İlmiyyə: 1426/2005
Günümüzdə təkfir mövzusunda ən tələskən olanların məhz "sələfiyyə" qaynaqlı kimsələr olduğu günəş kimi açıqdır. Əgər Ənvər Şah Kəşmiri kimi küfr məsələrində mütəxəssis bir alim, "mücəddid" Muhəmməd bin Abdil Vəhhəbı təkfir məsələsində söz deməyə haqlı saymayıbsa, onun təqlidçilərinin təkfir əhliyəti haqda düşünməliyik?
|
|
| |
Ehli_muslim | Tarix: Cümə, 14.12.2012, 01:38 | Yazı # 42 |
Qrup: İstifadəçi
Yazı: 16
Reputasiya: 0
Status: Saytda deyil
| es salamu aleykum.Muslimah_92- , Henefi alimlerinden kim Abdul Vahhabi beyenibki Muhəmməd Ənvər Əl Kəşmiri onu beyensin. ALLAHU AKBAR. Şeyxi neyin ki, Henefi alimleri Henbeli,Şafii ve Maliki alimlerinden başqa butun alimler pisleyibler. bu ki aciq-aşkardir
Yazını Ehli_muslim - Cümə, 14.12.2012, 01:38 |
|
| |
Ehli_muslim | Tarix: Cümə, 14.12.2012, 01:41 | Yazı # 43 |
Qrup: İstifadəçi
Yazı: 16
Reputasiya: 0
Status: Saytda deyil
| Şeyx Məhəmməd ibn Əbdülvahhab (Allah ona rəhmət etsin) soruşulur: Hansı əsasa görə insanlara qarşı savaşmaq və müəyyən bir nəfərə kafir demək olar? Cavabında deyir: " İslamın beş şərtinə (əməl edilməsinə) görə (insanlarla) savaş etmək olar. Bunların ən önəmlisi Şəhadət kəlməsi, daha sonra isə İslamın digər dörd əsasıdır. Əgər kimsə digər dörd əsası iqrar (təsdiq) edib səhlənkarlıq üzündən onları tərk edərsə biz onun bu dörd əsası icra etməsi üçün ona qarşı düyüşsək də, onun bu əməlləri tərk etməsindən dolayı onu kafir saymırıq. Alimlər bu dörd ərkanı inkar etməkdən deyil, tənbəllik üzündən tərk edənin hökmündə ixtilaf etmişlər. Biz yalnız alimlərin ittifaq etdikləri məsələlərə görə kiməsə kafir deyirik. Bu da şəhadət kəlməsidir. Həmçinin biz şəhadət barəsində kiməsə haqqı bəyan etdikdən sonra onu inkar edəni kafir sayırıq.
|
|
| |
Ehli_muslim | Tarix: Cümə, 14.12.2012, 01:45 | Yazı # 44 |
Qrup: İstifadəçi
Yazı: 16
Reputasiya: 0
Status: Saytda deyil
| Şeyx Əbdüllətif ibn Əbdürrəhman, Şeyxülislam İbn Teymiyyənin (Allah ona rəhmət etsin) bu sözünə əlavə edərək deyir): Şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) deyir: "...Lakin son zamanlar bir çox insanlarda şəriət haqqında cəhalətin çoxalması, elmin azalması onlara bu əməllərə görə kafir deməyə imkan vermir. Onlara kafir demək üçün Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) şəriətini və ona müxalif olan fikirləri bəyan etmək lazımdır". Şeyxin bu sözlərindən sonra Əbdüllətif ibn Əbdürrəhman deyir: "Şeyximiz ümmətin alimlərini örnək tutub, onların dediklərinə uyğun şəkildə bu əqidəni təsdiq etmiş və açıqlamışdır. O, hüccət çatdırmadan və dəlilləri isbat etmədən heç kəsə kafir deməmişdir. Hətta o, dinini öyrənməsi üçün özünə yol göstərən və ona hüccət çatdıran bir insanın olmadığı halda cahilliyi ucbatından qəbirlərdən kömək diləyənlərin kafir olmasını deməkdə ehtiyat etmişdir. İbn Teymiyyənin (Allah ona rəhmət etsin) dediyi "...Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) şəriətini və ona müxalif olan fikirləri bəyan etmək lazımdır" bu sözlərin məğzi də elə budur. (Məcmuətur Rəsail ən-Nəcdiyyə kitabında (cild 5, səh 638) Məhəmməd Rəşid Riza, Şeyx Məhəmməd ibn Əbdülvahhabın sözündən bu sitatı gətirir. Orada deyilir: "... Hüccətin çatması, həmin insanın hüccəti Allahın hidayət verdiyi və müvəffəq etdiyi müti kimsələrin başa düşdüyü kimi tam şəkildə anlaması mənasına gəlmir". Daha sonra Şeyx Məhəmməd Rəşid Riza kitabın haşiyəsində bu sözə açıqlama verərək deyir: "Şeyxin bu yerdə (tam şəkildə anlaması) sözünü qeyd etməsi onun bir çox məqamlarda ümumi mənada dediyi sözlər ətrafında yaranmış şübhələri açıqlayır. Bəzi Nəcd alimləri onun ümumi sözlərini əsas tutaraq deyirlər ki, təkcə quranın yetişməsi ilə insanlara hüccət çatır. Həmin insanların onu başa düşməsi heç bir əhəmiyyət kəsb etmir. Amma bu nə ağılla nə də Quranın bu ayəsi ilə uzlaşmır. Allah təala buyurur: "Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa ...". Tədqiqatçı alimlər bu ayəyə əsasən deyirlər ki, dəvətin dəlilləri ilə başa düşülməsi hüccətin çatdırılması üçün bir şərtdir.
|
|
| |
Ehli_muslim | Tarix: Cümə, 14.12.2012, 01:47 | Yazı # 45 |
Qrup: İstifadəçi
Yazı: 16
Reputasiya: 0
Status: Saytda deyil
| Hüccətin çatdırılması və onun başa düşülməsi haqqında sənə təqdim etdiyim bu sözlər dəvət imamlarının metodudur. Bu elə uzaq və yaxın keçmişdə yaşamış İbn Teymiyyə, İbn əl-Qeyyim və onlar kimi digər hədis alimlərinin də dəvət metodudur. İndi isə bu məsələ haqqında həmin alimlərin sözlərini sənə təqdim edirəm.) Hədis elmində möminlərin əmiri olan Məhəmməd ibn İsmail əl-Buxari Səhih əsərinin "İstitabətul Murtəddin" adlı bölümündə belə bir fəsil qeyd edir: "Bab qətlul xəvaric vəl mulhidin bədə iqamətil huccəti aleyhim..." "Xəvariclərin və digər inadkarların (mulhidlərin) hüccət çatdırdıqdan sonra öldürülməsi və Quranın bu ayəsi: "Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub çəkinməli olduqları şeyləri özlərinə bildirmədən onları (haqq yolundan) sapdırmaz!..." – haqqında fəsil." Əl-Eyni adlı alim deyir: "Buxari bu ayə ilə demək istəyir ki, xəvariclərin və digər inadkarların (mulhidlərin) öldürülməsi, onlara hüccət çatdırdıqdan və əsas götürdükləri dəlillərin batil olmasını isbat etdikdən sonra vacib ola bilər. Buna dəlil isə deyilən ayədir. Çünki ayənin mənasına görə Allah, Öz bəndələrinə nəyi edib - etməmək haqqında xəbərdarlıq etmədən onları cəzalandırmaz".
|
|
| |
Ehli_muslim | Tarix: Cümə, 14.12.2012, 01:48 | Yazı # 46 |
Qrup: İstifadəçi
Yazı: 16
Reputasiya: 0
Status: Saytda deyil
| İmam Şafii (Allah ona rəhmət etsin) deyir: "Allah təalanın Öz kitabında dediyi və Peyğəmbərinin xəbər verdiyi ad və sifətləri vardır. Hüccət çatdıqdan sonra məxluqat içərisində heç kəsin bunu inkar etməyə haqqı yoxdur. Çünki bu, Quranda nazil olmuş, ədalətli rəvayətçilərin Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) nəql etdikləri səhih hədislərdə öz təsdiqini tapmışdır. Özünə hüccət çatandan sonra buna qarşı çıxan artıq kafir olar. Hüccət çatmadan öncə o cahilliyi ilə üzürlü sayılır. Çünki bu, əqli, nəzəri və ya fikrən dərk olunan bir elm deyildir. Bu haqda cahil olan heç bir kəsə kafir hökmü vermək olmaz. Bu yalnız hüccət çatdırdıqdan sonra mümkündür". İbn Qudamə əl-Məqdisi (Allah ona rəhmət etsin), Allahın haram etdiyi bəzi əməlləri yozumlu düşüncələrə əsasən halal görən lakin bununla kafir olmayan bir neçə sələf haqqında danışdıqdan sonra deyir: "Bu adamların vəziyyətində olanlara da belə münasibət bəslənir. Həmçinin hər hansı bir insana, barəsində cahil ola biləcəyi bir məsələyə görə kafir deyilməz. Yalnız, bunu (yəni, əməlinin küfr olduğunu) biləndən və şübhəsi dəf ediləndən sonra halal görərsə, o zaman kafir olar".
|
|
| |
Ehli_muslim | Tarix: Cümə, 14.12.2012, 01:50 | Yazı # 47 |
Qrup: İstifadəçi
Yazı: 16
Reputasiya: 0
Status: Saytda deyil
| Mövzu ilə əlaqədar, sünnənin səhih dəlillərindən bir neçə sənədlə Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəvayət olunmuş bu hədisi qeyd etmək olar. "Qiyamət günü dörd qism insan: kar, dəli, əldən düşmüş qoca və fətərat zamanında yaşayanlar - Allaha irad tutacaqdır. Kar insan deyəcəkdir: Ey Rəbbim, İslam dini gəldiyi anda mən kar idim. Dəli insan deyəcəkdir: İslam dini gəldiyi vaxt uşaqlar məni peyinlə vururdular. Əldən düşmüş qoca deyəcəkdir: İslam dini gəldiyi zaman mən ağlımı itirmişdim. Fətərat vaxtı ölən isə deyəcəkdir: Ey Rəbbim, mənə, Sənin peyğəmbərin gəlməmişdir. Allah təala bu dörd qism insanlardan Ona itaət edəcəkləri haqda əhd alır və sonra onlara oda girmələrini əmr edəcək bir elçi göndərir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: Canım əlində olan Allaha and olsun, əgər onlar oda daxil olsalar atəş onlar üçün bir nemətə və sərinliyə çevrilər. Oraya daxil olmayanlar isə məcburən oraya sürüklənər. Daha sonra Əbu Hureyrə (Allah ondan razı olsun) dedi: İstəyirsiniz bu ayəni oxuyun. Allah təala buyurur: "...Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!"
|
|
| |
Ehli_muslim | Tarix: Cümə, 14.12.2012, 01:54 | Yazı # 48 |
Qrup: İstifadəçi
Yazı: 16
Reputasiya: 0
Status: Saytda deyil
| Şeyxülislam ibn Teymiyyə (Allah ona rəhmət etsin) digər bir məqamda deyir: "Allaha və rəsuluna mütləq şəkildə iman gətirib lakin haqqı tanıması üçün yetərli elmə sahib olmamış bir insan küfr əməl edərsə, ona hüccət çatana qədər kafir hökmü vermək olmaz. Elə bir hüccət ki, ona qarşı çıxan artıq kafir olar. Çünki əksər insanlar Quranın açıqlamasında səhvə yol verir, Quran və sünnənin bir çox məqsədləri barəsində cahilliyə yol verirlər. Bu ümmət etdikləri xəta və unutqanlığa görə günah daşımırlar. Həqiqət bəyan edildikdən sonra kiməsə kafir hökmü verilə bilər". Yenə də, İbn Teymiyyə (Allah ona rəhmət etsin) deyir: "... İstiğasə (kömək istəmək) iki məna daşıyır: Birinci, Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona layiq təqdirdə kömək istəməkdir. Heç bir müsəlman bu barədə ixtilaf etmir. Kim bu mənanı inkar edərsə, əgər inkar etdiyi məna İslamdan çıxaran bir məsələdirsə bununla o kafir olar, yaxud da səhv edib haqq yoldan azar. İkinci, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) inkar etdiyi istiğasəni isə inkar etmək vacibdir. Kim Allahın vahid haqqı sayılan bir işi başqasına nisbət edərsə o insan da, hüccət çatdırılandan sonra kafir olar. Elə hüccət ki, onu eşidəndən sonra onu tərk edən, kafir olar".
|
|
| |