Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19632 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16749 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13830 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9577 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9102 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Noyabr » 4 » ZƏM-ZƏM QUYUSUNUN SİRLƏRİ
    ZƏM-ZƏM QUYUSUNUN SİRLƏRİ
    08:01
    Zəm-zəm quyusu və onun tarixi barədə qismən də olsa hər kəsin məlumat var. Məhz elə buna görə də bu gün suyun yaranma tarixi haqqında deyil, özünəməxsus qəribəlikləri və xüsusiyyətləri haqqında söhbət açmaq istəyirik. Tarix boyu bir çoxları Zəm-zəm suyunu adi quyu suyu olaraq qəbul etsə də aparılan araşdırmalar, onun qəribə xüsusiyyətlərini üzə çıxardı. 1971-ci ildə bəzi alimlər Zəm-zəm quyusunun dəniz səviyyəsindən aşağı olması və Məkkənin mərkəz hissəsində yerləşməsini nəzərə alaraq içməyə yararsız olduğunu iddia etməyə başladılar.

    Onların rəyinə əsasən qrunt suları çökəklikdə yerləşən Zəm-zəm quyusuna doğru axaraq onu içməyə yararsız hala gətirə bilərdi. Səudiyyə Ərəbistanı kral Feysəlin əmri ilə bu məsələnin araşdırılması məqsədi ilə qısa müddətdə işçi qrupu yaradıldı. Zəm-zəm quyusundan alınan nümunələr analizdən keçirilmək məqsədi ilə məşhur Avropa laboratoriyalarından birinə göndəriləcəkdi. Bu işə rəhbərlik edən o zamankı kənd təsərrüfatı və su ehtiyatları naziri Muinəddin Əhməd Zəm-zəm quyusunun xüsusiyyətlərini və qəribəliklərini tədqiq etməyə başlayır. Nazir qeydlərində göstərir ki. Zəm-zəm quyusu haqda onun məlumatı az deyildi. Amma bu onun Zəm-zəm quyusu ilə ilk yaxından tanışlığı idi. Bu dəfəki tanışlıq quyu barəsində daha çox məlumat əldə etməyə imkan verdi. Quyunun ən qəribə cəhətlərindən biri çox dərin olmaması və bol sulu olmasıdır. Quyuda araşdırmalar apararkən ilk növbədə onun ölçülərini öyrənməyə başladı. Dərinliyi 18, eni 14 addım olan Zəm-zəm quyusu İbrahim (ə) peyğərnbərin zamanından etibarən bu günədək hər il zəvvarlara, Məkkə və Mədinə şəhərlərinə milyon tonlarla su verməkdədir. Xüsusi təmizlikdən keçəndən sonra Zəm-zəm quyusunun dibinə endi. Su onun çiyinlərindən idi. Quyuda araşdırmalar apararkən ilk növbədə suyun gözünü axtarıb tapmaq tələb olunurdu. O çox axtarsa da suyun mənbəyini tapa bilmədi. Suyun mənbəyini tapmaq üçün yeganə yol qalırdı - quyu suyunu güclü su nasoslan ilə tam çıxarılması. Çox qəribədir ki, nasoslarını fasiləsiz işləməsinə baxmayaraq quyudan su tükənmir, eyni səviyyədə qalırdı. Nisbətən güclü nasoslar quraşdırılaraq quyudakı suyun səviyyəsini qismən də olsa azaltmağa cəhd edilir. Lakin su olduğu səviyyədən aşağı düşmür. Son dəfə quyuya enib suyun mənbəyini tapmağa cəhd edilir. Yalnız bu zaman qəribə bir şeyin şahidi olur. Quyunun dibində ayağının altındakı qumun tərpəndiyini hiss edir. Addım atdığı hər yerdə bunu hiss edir. Zəm-zəm quyusunun dibi tam olaraq su fışqırırdı. O, yalnız indi təzyiqlə çıxan bu su axınının qabağında su motorlarının niyə aciz qaldığını başa düşdü. Sonra tədqiq olundu ki, Zəm-zəm quyusuna onun divarlarından heç bir su sızması yoxdur. Quyuya dolan su ancaq quyunun dibindən - yerin təkindən çıxan suyun hesabınadır. Bu isə qrunt sularının quyuya axması ilə bağlı mövcud iddialara və şübhələrə son qoymaq üçün kifayət idi. Daha sonra isə analiz məqsədi ilə quyudan götürülən nümunə Avropa laboratoriyalarından birinə göndərildi. Çox keçmədən analizin nəticələri açıqlandı. Nəticələrdə qeyd olunurdu ki, Zəm-zəm suyunun tərkibində Məkkənin digər su qaynaqlarının sularına nisbətən kalsium və maqnezium daha çoxdur. Bu isə susuzluğun və yorğunluğun aradan qaldırılmasında zəvvarlara daha müsbət təsir göstərir. Ancaq analizin ən maraqlı göstəricilərindən biri də Zəm-zəm suyunun mikrobları məhv edən florla zəngin olması idi.

    Beləliklə analiz suyun içməyə tam yararlı olduğunu təsdiqlədi. Yarandığı gündən bəri bu quyunun suyu bir dəfə də olsun nə quruyub nə də azalıb. Yüz illər boyu çıxan bu su öz təbii keyfiyyətlərini hələ də qoruyub saxlamaqdadır. Bu suya nə həcc mövsümündə, nə də başqa vaxtlarda xlor əlavə edilmir. Quyunun başqa qəribəliklərindən biri isə digər quyulardan fərqli olaraq divarlarında mamır və başqa bitkilərin bilməməsidir. Bu isə Zəm-zəm suyunun öz təbii dadmı qoruyub saxlamaqda mühüm əhəmiyyət kəsb edir.

    "Tərcüman" qəzeti 13-19 fevral 2005-ci il.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 680 | Tarix: 26.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Noyabr 2012  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru