1. Tövhidi gerçəkləşdirən, haqqını verən bir qul hesaba çəkilmədən, əzaba uğramadan Cənnətə girəcəkdir.
2. Tövhidi gerçəkləşdirmək günahların bağışlanması və kəffarəsidir. 3. Dünya və axirətin sıxıntısından, qəm və kədərindən, acısından və əzabından qurtulub hüzura və rahatlığa çıxmağm ən böyük vəsiləsi və səbəbidir. 4. Tövhid qəlbdə xardal dənəsi ağırlığından daha az miqdarda olduğu zaman Cəhənnəmdə əbədi qalmaqdan qurtarır. 5. Sahibinə hidayəti, kamilliyə çatmağı, dünya və axirətdə əmin- amanlığı təmin edər. 6. Tövhid, Allahın rizasına və savabına nail olmağın yeganə səbəbidir. 7. Zahiri və batini bütün əməllərin və sözlərin qəbulu, kamilliyə və savaba çatması tövhidə bağlıdır. 8. Tövhid qulun yaxşılıq edib, pislikdən çəkinməsini asanlaşdırır. Onu müsibətlərə qarşı səbrli edir. 9. Tövhid qəlbdə tam olduğu zaman Allah onun sahibinə imanı sevdirir. Qəlbində onu gözəl göstərir. Küfrü, üsyanı və günahı isə ona çirkin göstərir. 10. Tövhid qulu yaradılmışlara qul olmaqdan, onlara bağlanmaqdan qurtarır. Həqiqi və ən yüksək izzət və şərəf də elə budur. 11. Tövhid qəlbdə tam və kamil olduğu və tam bir ixlasla yerləşdiyi zaman əməlin azı çox olur, əməllərin və sözlərin mükafatı sayılmayacaq miqdarda qat-qat artır. Qulun tərəzisində onun ixlası göylər və yerin qarşılamayacağı qədər ağır gəlir. 12. Allah tövhid əhli olan quluna dünyada və axirətdə izzət və şərəfi, hidayəti, asanlığı, xeyirli söz və əməllərində isabətli olmağı zəmanət verir. 13. Allah iman əhli Muvahhidləri dünya və axirətin pisliklərindən qoruyar və onlara təmiz, gözəl bir həyatı ehsan edər.