Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19629 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16748 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13827 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9576 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9099 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2010 » İyun » 22 » TÖVHİDİN FAYDALARI
    TÖVHİDİN FAYDALARI
    15:09


    Peyğəmbər - sallallahu aleyhi və səlləm - dən tutmuş Səhabələr, Tabiinlər, onların yollarını qarış-qarış, addım-addım izləyənlər Tövhidin həqiqiliyini başa düşərək onu bütün həyatlarında tətbiq etmişlər. Bu tövhidin insanın həyatına, nəfsinə çox böyük təsiri vardır. Həmçinin də bütün bəşəriyyətə böyük təsiri vardır. Tövhid dedikdə Sələf minhəci (1) üzərində qurulan tövhid nəzərdə tutulur. Bu da böyük əsaslar üzərində qurulmuşdur. Rububiyyət, Uluhiyyət və İsim və Sifətlərin tövhididir. Çünki bizlər bu dünyada Allah - subhənəhu və təalə - yə iman gətirmişik. Allah - subhənəhu və təalə qeybdir. Allah ən böyük qeybdir. Çünki bizlər Allahı bu dünyada görməmişik və bu dünyada da görməyəcəyik. Peyğəmbər -sallallahu aleyhi və səlləm - buyurdu: «Biliniz ki, sizdən heç kimsə ölümündən öncə öz Rəbbini görməyəcəkdir»(2) . Allah -subhənəhu və təalə-nı görmək yalnız Qiyamət günü Cənnət əhli üçün olacaqdır. Lakin bizlər Allahı onun İsim və Sifətləri ilə bilib tanıyırıq. Bilirik ki, Allah subhənəhu və təalə - göyə yüksəlib, göydədir, ərşə yüksəlib və s. O, bizim etdiyimiz hər bir əməli görür və O, bizə yaxındır. Allahın bizə məlum olan 99'gözəl İsimləri və Uca Sifətləri vardır. Həmçinin də bu Tövhid Uluhiyyət tövhidi üzərində qurulub. Bütün Peyğəmbərlər Uluhiyyət tövhidi üçün gəlmişlər. Lə İləhə tlləllah - Tövhid kəliməsi. Bu bütün işin əsasıdır. Allah göyləri və yerləri buna görə yaratmışdır. Kafirlərə qarşı döyüşləri də elə buna görə vacib etmişdir. Peyğəmbərlər buna görə göndərilmişdir. Kitablar buna görə nazil olmuş və hər bir Peyğəmbər də öz qövmünə gələrək deyərdi ki: «Sizlər Allaha ibadət edin, sizin ondan başqa İlahınız yoxdur. Ey qövmüm! Lə iləhə illəllah - deyin. Bu o, kəlimədir ki, göylərdən də, yerlərdən də ağır gəlmişdir. Hər bir qul (bəndə) qəlbi ilə, əməlləri ilə və bütün işlərində Allaha yönəlməlidir. Sevilməyə, umulmağa, qorxulmağa layiq yalnız Allah - subhənəhu və təalə - dir. Dua edilməyə, çağrılmağa, təvəkkül edilməyə, qurban kəsilməyə və onun üçün nəzir deyilməyə layiq olan Allahdır. Tək Ondan şiddət zamanı yardım istənilir, istiazə (3) yalnız Ona edilir. Tövhid də elə budur. Tövhid hər bir bəndənin imanını nizama qoyur və ona tək olan QAHHAR olan Allaha bağlayır. Ona inanır, Onu təsdiq edir və qəlbi ilə Ona yönəlir. Bu elə bir tövhiddir ki, qəlbdən gəlir. Onun bütün əməlləri, əzaları ibadət əməl və itaət tərəfdən Allaha yönəlir. İbadət özü zəlillik və tək olan Allaha itaətkarlıqdır. Bu da tək olan Allaha, şəriki olmayan Allaha itaətlə olur. Allah - subhənəhu və təalə -yə itaət Onun şəriətini, qoyduğu qanunları yerinə yetirməklə, yalnız Ona ibadət etmək və həyatın hər bir anında Onun tələb etdiyi şəkildə əməl etməklə olur. Bununla da tövhid əhlinin MUVAHHİDİN həyatı əvvəlindən axıradək ibadətlə keçir. Bütün bunların hamısı da bu tövhiddən irəli gəlir. Lə Iləhə Illəllah kəliməsi üzərində qurulub. Bu tövhid ilk an çıxanda qəlbdən doğur. Möminin qəlbində bu tövhid möhkəm yerləşir. Sonra imana çevrilir. Sonra da qəlbi əməllərə, sonra da zahiri əməllərə çevrilir (yəni insanın zahirində büruzə verir). Bu ibadət özü də üç əsas üzərində qurulur. 

    1. Tək olan Allahı sevmək. 2. Tək olan Allahdan qorxmaq. 3. Tək olan Allahı ummaq.
    Bu da Sevgi, Qorxu və Ümüddür. İslam alimləri bu əsasları bir quşa bənzətmişlər ki, Sevgi quşun baş hissəsi, qorxu sağ qanadı, ümüd isə quşun sol qanadıdır. Quş bunlardan birini itirərsə uça bilmədiyi kimi həmçinin də Allaha seyr edən insan, Allaha yönələn insan da bunlar olmasa Allaha seyrini davam etdirə bilməz. Görürsən ki, insan yalnız Allaha ibadət edir, Ona itaət edir, Ondan qorxur və bütün işlərində Onu umur. Allahdan Allaha sığınır, Allahın qəzəbindən rizasına, Allahın cəzasından isə Allaha sığınır. Tövbəsini elan edərək, bütün itaətləri bəyan edərək Allah qarşısında qul olduğunu bildirərək. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Allahın qəzəbindən rizasına sığınıram. Cəzalarından isə ehsan edəcəyi afiyətinə sığınıram. Səndən Sənə sığınıram»
    (4) . Tövhidin əsası imandır. Buna görə də insanlar bu tövhiddə fərqlənirlər. İmanlarına, təsdiqlərinə və əməllərinə görə. Tövhid əhli də öz aralarmda fərqlidirlər.
    Bu Tövhidin təsiri həm fərdi, həmçinin də cəmaatı, ümməti əhatə edir. Bütün aləmi, insanların daxili və xarici ehtiyaclarını əhatə edir. Sonra da dünya və axirəti də əhatə edir. Allah bu Tövhidin həqiqətini qəlbdə əkilməsini gözəl ağaca bənzədir. «Məgər Allahın necə məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (Lə İləhə İlləllah, Muhəmmədən Rəsulullah) kökü yerdə möhkəm olub budaqları səmaya ucalan gözəl bir ağac (xurma ağacı) kimidir. O, ağac Rəbbinin izni ilə hər vaxt bəhrəsini verir. Allah insanlar üçün belə məsəllər çəkir ki, bəlkə bəlkə düşünüb ibrət alsınlar! (Ağacı kökü yerdə, budaqları göydə olduğu kimi möminin də imanı qəlbində sabit qalır, əməlləri isə göyə - Allahın dərgahma yüksəlib ona daim savab qazandırır). Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir». (İbrahim 24). İman və Tövhid. O, tövhid ki, Lə Iləhə Illəllah kəliməsi üzərində qurulub. Bu kəlimə əsası yerdə möhkəm olan budaqları göyə yüksələn gözəl ağaca bənzəyir. Bu gözəl kəlimə də Lə İləhə İlləllah kəliməsidir. Bunun da ən böyük səmərəsi saleh əməldir. Gözəl ağac səmərə, bəhrə verdiyi kimi Lə İləhə İlləllah ağacının səmərəsi də saleh əməldir. Bu kəlimənin əsası möhkəmdir. Bu kəlimə sadəcə dillə deyilən bir kəlimə deyildir. Bu kəlimənin rukunları, şərtləri və dayaqları vardır. Bu kəlimə əsaslı bir kəlimədir. Ağacın kökləri yerdə möhkəm olduğu kimi iman ağacı da möminin qəlbində möhkəm yer tutmuşdur. Bu ağac göyə yüksəlir, Lə İləhə İlləllah kəliməsinin sahibi bununla izzətlənir, izzət duyur. Həmçinin bu kəlimənin bu ağaca bənzədilməsi bizə iki mühüm şeyi bəyan edir.
    1. Bu əkilmiş ağacdır. Bu ağacı vaxtlı-vaxtında suvarmaq, belləmək və qulluq etmək lazımdır. Həmçinin Lə İləhə İlləllah kəliməsini də vaxtlı-vaxtmda suvarmaq lazımdır. Bu kəlimənin suvarılması isə elm, saleh əməl və Allaha yaxınlaşmaqla olur. Bu kəlimənin daima mömin tərəfindən qorunmağa, xidmət edilməyə ehtiyacı vardır.

    2. Bu ağac əkildikdən, xidmət edildikdən sonra bu ağacın ətrafında ağaca ziyan vuran alaq otlardan təmizləmək lazımdır. Həmçinin də möminin qəlbində olan o, Lə İləhə İlləllah ağacının ətrafında da qəribə bitkilər bitir. Şirk, riya, küfr, bidət və s. Buna görə də mömin qəlbində olan bu ağacla daima maraqlanmalıdır. Hətta qəlbində olan Lə İləhə İlləllah ağacı salamat qalsın. Tövhidi salamat qalsın. Hətta ona etiqad edənlərdən, ona inananlardan və ona heç bir şeyi şərik qoşmayanlardan olsun.

    (1) MINHƏC-metod, yol, Sələfi Salihin yolu.

    (2) Buxari, Müslim.
    (3) İSTIAZƏ - xoşlanılmayan bir şeydə himayə edilməyi istəmək deməkdir. «De ki: Pənah aparıram sübhün Rəbbinə». (əl-Fələq 1). «De ki: Pənah aparıram insanların Rəbbinə». (ən-Nəs 1).
    (4) Müslim 486, İmam Əhməd «Musnəd» 6/201, İbn Məcə 3841, Əbu Davud 879.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: azik30 | Baxılıb: 1502 | Tarix: 24.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2010  »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru