TÖVHİDİN FƏRDLƏRƏ OLAN TƏSİRİ - Ən böyük təsiri qəlb rahatlığı, nəfsin salamatçılığıdır. Ruhun qidasıdır. İbn Qeyyim - rahmatullahi aleyhi - deyir ki, insanın həqiqəti, mahiyyəti onun qəlbi və ruhudur. Bunların da salamat olması, düzgün olması yalnız Rəbbinin tövhidi ilə və Ona olan ibadəti ilə Ondan qorxması və Rəbbini bütün işlərdə umması ilədir. İnsanın ən böyük ləzzəti, ən böyük səadəti və neməti də elə bundadır. Kainatda elə bir şey yoxdur ki, insanın qəlbi Allahdan başqa onunla rahatlıq tapsın. Allaha iman gətirmək, Onu sevmək, Ona ibadət etmək, Allahı ucaltmaq, Onu zikr etmək bu kimi şeylər insanın qidasıdır, onun gücüdür. Bunların da hər birinə Quran, Sünnə və fitrət dəlalət etmiş və şahidlik göstərmişdir.
Amr b. əl-Ass - radıyallahu anhu - rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səllərn - buyurdu: «Sizin qəlbinizdə olan iman köhnəlir necə ki, paltar köhnəldiyi kimi. Buna görə də Allahdan o, qəlbinizdə olan imanın təzələnməsini istəyin» (1) . İmanın zəifləməsi insanda qəlb sıxıntısı yaradır. İnsan yalnız Allaha bağlanmaqla bu qəlb sıxıntısından qurtara bilər. İbn Abbas - radıyallahu anhu - rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Allahı Rəbb olaraq, İslamı da din olaraq və Muhəmmədi Rəsul olaraq qəbul edən kimsə imanın şirinliyini, tamını tapar» .(2) İmanın tamını, şirinliyini, dünyanm ləzzətləri və şəhvəti ilə tapmaq olarmı. Əlbəttə ki, yox! İnsan imanın ləzzətini yalnız bununla tapa bilər. Qeyrisi ilə yox. Ənəs - radıyallahu anhu - rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: «Üç şey var ki, sizlərdən kimdə olarsa o, imanın şirinliyini tapar. Allah və Rəsulunu hər şeydən çox sevmək, Allah rizası üçün bir-birinizi sevmək (sevdiyini yalnız Allah üçün sevən), Allahın küfrdən xilas etdiyi və sonra küfrə qayıtmaqdan oda atılmış kimi qorxan (şəxs)»(3) . Bütün bu işlərin üçü də sevgi və məhəbbətlə bağlıdır. Bu yalnız Tövhid kəliməsini həqiqi surətdə həyata keçirməklə əmələ gəlir. Sələflər görərdilər ki, dünya öz əhli içərisində, şəhvətləri içərisində dalğalanır. Kimisi öz vəzifəsinə, kimisi də öz şəhvətlərinə qapanıb. Kimisi şərəf, şan-şöhrət axtarır. Hamı nə isə axtarır. Lakin ınöminin qəlbi, nəfsi tək olan Allah ilə bağlıdır. Allaha bağlanır və buna görə də qəlb rahatlığı tapır. Fudeyl b. İyad - rahmatullahi alcyhi - deyir ki: «Günəş batdıqda mən bu zülmət, qaranlıqla sevinirəm. Rəbbimlə tək qaldığıma görə. Günəş doğduqda isə mən kədərlənirəm. İnsanların mənim yanıma daxil olduqlarına görə. Çünki onlar bu ləzzəti təklikdə tapırlar. Ləzzəti insanlarla yox, Allah - suhhənəhu və təalə - lə ilə danışmaqda, tək qalmaqda tapırlar». Sələflər deyərdilər: «Gecə əhli, gecəni ibadətdə keçirənlər, gecəni əyləncədə keçirənlərdən onların keçirdikləri daha ləzzətlidir. Əgər gecə olmasaydı biz bu dünyada qalmaq istəməzdik». Aişə - radiyallahu anhə - rəvayət edir ki, Peyğəmbər - sallallahıı aleyhi və səlləm - buyurdu: «Sübh namazımn iki rükət (sünnəti) dünya və onun içindəkilərdən xeyirlidir. Həqiqətən mən onları bu dünyadan da çox sevirəm» (4) . Gecənin ortasında Allah üçün etdiyin bu ibadət sənin qəlbində iman əkir, ləzzəti, səadəti əkir. Bu elə bir ləzzət və səadətdir ki, başqa milyonlarla əldə olunmaz. Nə mülk, nə şərəf bu sevinci əldə edə bilməz. Tövhid insam Allahdan başqasına qulluqdan xilas edir. Həqiqi qulluq da elə budur. Həqiqi qulluq insanın Allaha qul olmasıdır. Görürsən ki, bəzi insanlar Allahdan qeyrisinə bağlanırlar. Allahdan qeyrisinə qəlbən bağlandıqlarına görə o, bağlandıqları şeyin qulu olurlar. Nəyə görə? Çünki o, insanın qəlbi yoxdur. Hər gün onun bir ilahı vardır. Allahı buraxaraq o, ilahlara ibadət edir. Bu gün bir pirə, səhəri isə başqa pirlərə gedirlər. Bəziləri qəbirlərə, övliyalara, seyyidlərə, ağaclara, daşlara bəziləri də fal oxlarına, bürclərə (inanaraq) bağlanırlar. Onların qəlbləri Allahdan qeyrisinə bağlandıqlarına görə onun qulu olurlar. Çünkü bağlandığı şeyi bütün işlərində və ehtiyaclarında umur. Ondan qorxduqlarına görə onun qulu olurlar. «Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən yoldan çıxartdığı, qulağına və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər. Məgər düşünüb ibrət almırsınız». (əl-Casiyə 23). Qəlbləri Allahdan qeyrisinə bağlandığına görə, Tövhidi həqiqi surətdə həyata keçirmədiklərinə görə onlarda qorxu yaranır. Baxırsan insanların halına ki, zəiflədikdə nə günə düşürlər. Allahdan qeyrilərindən qorxurlar. Kahinlərdən, falçılardan, kiminsə cəddindən və s. Gecə və gündüz onu dərd basır. Həqiqi mömin isə heç kəsdən qorxmur. Çünki o, bilir ki, zərər və mənfəət, xəstəlik və şəfa yalnız Allah - subhənəhu və təalə - nin əlindədir. De ki: «Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz onun zərərini aradan qaldıra bilərlərmi?» Yaxud: «Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar onun mərhəmətinə mane ola bilərlərmi?» De ki: «Mənə təkcə Allah kifayət edər». (əz-Zumər 38). «Əgər Allah səııə bir zərər yetirsə, səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs onun nemətinə maneçilik edə bilməz». (Yunus 107). «De ki: «Bir deyin görək əgər Allah sizin qulaqlarnızı və gözlərinizi əllərinizdən alsa, ürəklərinizə də möhür vursa onları sizə Allahdan başqa kim qaytara bilər. Gör biz onlara ayələrimizi necə izah edirik ki, onlar da necə üz döndərirlər». (əl-Ənam 46). Qul hər şeyin Allahdan gəldiyini bildiyinə görə yalnız Allah hüzurunda qorxu və sayğı duymalı və yalnız Ona qarşı təqvalı davran-malıdır,, «O, halda insanlardan qorxmayın Məndən qorxun». (əl-Maidə 44). «...Və yalnız Məndən qorxun», (əl-Bəqərə 40). «Allaha və onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər məhz belələri uğura çatanlardır». (ən-Nur 52). «...Qorxub çəkinməyə də, (günahları) bağışlamağa da layiq olan ancaq Odur». (əl-Muddəssir 56). «Sizi yalnız o, şeytan öz dostlarından olması ilə qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın. Əgər möminsinizsə Məndən qorxun». (Ali-İmran 175). Hər bir məxluqun bir yaradılmışdan, ya da yaradıcıdan qoxmasının qaçınılmaz olduğu məlumdur. Yaradılmışdan qorxmanın zərəri bir çox baxımdan faydalarından daha ağırdır. Allahdan qorxmaq isə dünya və axirət səadətinin səbəbidir. Həqiqətən Allah ondan qorxulmaya daha layiqdir. Əbul-Abbas Abdullah b. Abbas - radiyallahu anhu - rəvayət edir ki, bir gün (minikdə) Peyğəmbər - sallallahu aleyhi və səlləm - in arxasında oturmuşdum. O, buyurdu: «Ey oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəm. Allahı qoru ki, Allah da səni qorusun. Allahı qoru ki, Onu öz qarşında tapasan. Bir şey dilədikdə, Allahdan dilə. Kömək istədikdə yenə də Allahdan kömək istə. Bunu da bil ki, əgər bütün insanlar sənə xeyir vermək üçün bir yerə yığışsalar da belə Allahın yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əğər sənə zərər vermək üçün bir yerə yığışsalar da yenə də Allahın yazdığından artıq sənə zərər verə bilməzlər. (Çünkü) qələmlər qaldırılmış, səhifələriıı (mürəkkəbi) qurumuşdur»(5) . İnsanlar Tövhiddən uzaqlaşdıqlarına görə, tövhidi həqiqi surətdə həyata keçirmədiklərinə görə, Allahdan qeyrilərinə bağlandıqlarına görə insanlardan qorxurlar. Həqiqi müsəlmanlar isə şiddət anında da, çətinləklərdə də Allaha yönələrlər. Bəziləri isə dünya və onun şəhvətlərinə bağlanırlar. Onuıı arxasınca gecə və gündüz gedirlər. Onlar dünyanın şəhvəti üçün sevinir və onun üçün ağlayırlar. Bəzən də buna görə gecələri də yatmırlar. Dünyada bir şey əldə etdikdə sevinir, əldə etmədikdə isə kədərlənirlər. «Kim (axirətdən vaz keçib) dünya və onun bər-bəzəyini istəyirsə, biz onun əməllərinin əvəzini (sağlamlıq, sərvət, övlad, gözəl yaşayışı) elə dünyada ikən verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. Belələrinin axirətdə atəşdən başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar». (Hud 15-16). Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Dinarın qulu bədbəxt olsun, dirhəmin qulu bədbəxt olsun. Pal-paltarın, zinətin qulu bədbəxt olsun. Beləsinə istədiyi veriləndə razı qalar, verilməyəndə isə qəzəblənər. Bədbəxt olsun və başı aşağı çevrilsin. Onun ayağına batan tikan belə çıxmasın»(6) . İnsanın malı dünyanı sevməsi və bu işdə dəridən qabıqdan çıxması insanın bu şərəfli ömrünü zay etməsidir. Onlar elə zənn edirlər ki, xoşbəxtlik yalnız pulun çox olmasındadır. Bölünmüş, yazılmış ruzini tələb etməkdə vaxtı zay etməkdir. Ruzi artıq bölünmüşdür. Həris, tamahkar insan isə məhrumdur. Sələflər deyirlər ki: «Qədər haqdırsa onda tamahkarlıq boş şeydir. Əgər xəyanət insanın təbiətində varsa onda hər kəsə bel bağlamaq acizlikdir. Əgər ölüm hər kəsi gözləyirsə onda dünyaya da arxalanmaq axmaqlıqdır». İnsan bu ömründə uca dərəcələri və əbədi nemətləri qazana bilərdi. Lakin bu dünya malını toplayaraq bu diinyada qoyub gedir. Hesabı özünə qalır, kefı isə başqalarına. Cabir b. Abdullah - radiyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - ilə birlikdə Mədinənin Aliyə tərəfmdən bazara daxil olduq. Ölmüş kiçik qulaqlı bir oğlaq gördü. Onun qulağından tutaraq buyurdu: «Sizdən kim bunu bir dirhəm qarşılığında almaq istər?». Səhabələr: «Allaha and olsun ki, o diri olsaydı da belə onu heç kəs almazdı. Çünkü qüsurlu oğlaqdır. Qulaqları kiçikdir» dedilər. Peyğəmbər: «Allaha and olsun ki, bu sizin üçün nə qədər dəyərsiz olduğu kimi du dünya da Allah üçün o, qədər dəyərsizdir» deyə buyurdu(7) . Peyğəmbər -sallallahu aleyhi və səllərn - buyurdu: «Dünyanın axirətdəki durumu ancaq sizdən hər hansı bir kimsənin barmağını dənizə salıb çıxartdıqdan sonra nə çıxartdığına baxması kimidir» (8) . Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Şübhəsiz ki, dünyanın zəval olması Allah üçün müsəlman bir kimsənin öldürülməsindən daha xəfifdir»(9) . Peyğəmbər -sallallahu aleyhi və səlləm -buyurdu: «Sizi sevindirəcək şeylərin müjdəsini sizə verirəm və bunları (gələcəkdə də) ümüd edə bilərsiniz. Allaha and olsun ki, mən sizin üçün fəqirlikdən qorxmuram. Lakin mən sizin üçün əvvəlkilərə dünyanın imkanları geniş verildiyi kimi sizə də veriləcəyindən və onlar necə bu şeydə bir- birləri ilə yarışdıqları kimi sizin də yarışacağınızı və (dünya) onları necə həlak etdisə sizi də həlak edəcəyindən qorxuram» (10) . Sələflər deyirlər ki: «Sən fikirləşmə ki, kasıblıq varlığın olmamasıdır. Həqiqi kasıblıq dinin olmamasıdır. Ey qardaşım! Sən tamahkar insanın yığdığı mala görə ona qibtə etmə. Sizin ona yazığınız gəlsin. O, bu dünyada elə bir şeylə məşğul olub ki, sabah onu həlak edəcəkdir». Allahdan qeyrisinə (dünyaya, pula) bağlandıqlarına görə, Allahı unutduqlarına görə Allah da onları unudar və onları özlərinə həvalə edər. «Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin! Onlar fasiqlərdir». (əl-Həşr 19). Ömər - radiyallahu anhu - rəvayət edir ki, bir gün Peyğəmbər - sallallahu aleyhi və səlləm - in yanına daxil oldum. O, həsirin üzərində uzanmışdır. Sonra o, qalxıb oturdu, onun əynində izardan başqa bir şey yox idi. Həsirin izi onun çiynində və böyründə qalmışdı. Mən onun eyvanına nəzər salıb gördüm ki, orada təqribən bir saa arpa, bir o, qədər akasiyə ağacının qabığı və bir də aşılanmış dəridən başqa heç bir şey yoxdur. Bu halı gördükdə mənim gözlərim yaşla doldu. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Ey Xəttabın oğlu, səni ağladan nədir?». Mən: «Ey Allahı Rəsulu! Nə üçün ağlamayımda. Mən görürəm ki, həsir sənin bədənini bu hala salıb, eyvanda da gördüklərimdən başqa bir şey yoxdur. Qeysər (Rum imperatoru) və Xosrov (Fars iınperatoru) cah-cəlal içərisində yaşayırlar. Sən isə Allahm Rəsulu və sevimlisi olduğun halda bu da sənin eyvanın!» dedim. Peyğəmbər: «Ey Xəttabın oğlu! Məgər istəmirsən ki, onlar üçün dünya, bizim üçün isə axirət olsun? (Başqa rəvayətdə: Dünya ilə mənim işim nə! Mənim və dünyanın misalı ancaq bir ağacın kölgəsində bir müddət oturan, sonra da oradan durub gedən bir süvariyə bənzər (11))» deyə buyurdu (12). Peyğəmbər - sallallahu aleyhi və səllərn - buyurdu: «Dünya möminin zindanı, kafirin isə Cənnətidir» (13). Həqiqi azad insan kimdir. Dünyanı əlində edən, dünyanı qəlbinə salmayan kimsədir. Nə qədər dünya malı onda olarsa onu əlində saxlayar. Dünya malını Allaha itaətdə xərcləyər. İmam Əhməd - rahmatullahi aleyhi - dən soruşduqda ki, insanda min dinar olduğu halda zahid ola bilərmi? O: «Bəli, ola bilər». O, kimsə: «Ey imam bu necə ola bilər?» deyə soruşdu. O: «Artanda sevinmir, azalanda isə kədərlənmir». Tək olan Allaha ibadət edən insan varlı da ola bilər, şərəflidə ola bilər. Lakin bütün bunları əlində edər. Bunların heç birini qəlbinə salmaz. Çünkü bütün bunlar dünyanın keçici zövqüdür. Mömin kimsə qəlbini yalnız Allaha sevgi, Peyğəmbərinə itaətlə doldurur. Bu qəlb parçasını Allahdan qeyrisinə yönəltmir. «Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövlət, oğul-uşaq çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gəlir. Sonra o, quruyar və sən onun çör-çöpə döndüyünü görərsən. Axirətdə isə şiddətli əzab, Allahdan bağılanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan, yalandan başqa bir şey deyildir». (əl-Hədid 20). «Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Lakin bütün bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır». (Ali-İmran 14). «Dünya həyatı isə aldadıcı həzzdən, əyləncədən başqa bir şey deyildir». (Ali İmran 185). «Dünyanın ləzzəti və faydası azdır, lakin müttəqi üçün axirət daha xeyirlidir». (ən-Nisa 77). «...Dünya malı axirət yanında yalnız cüzi bir şeydir». (ət-Tövbə 38). Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurur: «Ölünü qəbr evinə kimi üç şey təqib edər, lakin ikisi geri dönər. Biri isə onunla bərabər qalar. Ölünü ailəsi, malı və əməli təqib edər. Nəticədə ailəsi və malı geriyə dönər. Əməli isə onunla bərabər qalar» (14). Peyğəmbər - sallaliahu aleyhi və səllənı -buyurur: «Kimin dərdi axirət dərdi olarsa Allah varlığı onun qəlbində edər. İşlərini düzüb qoşar, dünya istəmədiyi halda ona gələr. Əgər kimin dərdi dünya dərdi olarsa Allah kasıblığı onun qarşısında edər. Allah onun işlərini dağıdar. Ona dünyadan yazılandan başqası verilməz» (15). Sələflər axirət üçün yaşayardılar və axirət üçün çalışardılar. Allah da onlara dünyanı istəmədikləri halda verərdi. Bütün bu qulluqlardan qurtaran kimdir. Tək olan, şəriki olmayan Allaha ibadət edənlərdir. Bütün dərdləri toplaşaraq bir dərdi olandan gözəl yaşayışı olan ola bilərmi. Onun dərdi bir dənədir. O, da Uca və Böyük olan Allah - subhəııəhu və təalə - nin razılığını qazanmaqdır. Həqiqi azadlıq da elə budur. Azadlıq başqa şeylə ola bilməz. Əgər Allaha qul deyilsə o, kimsə heç vaxt azad ola bilməz. Ya şeytanın qulu olacaqdır, ya da kiminsə. Həqiqi qulluq, azadlıq isə tək olan, QAHHAR olan Allaha qul olmaqdır. Görürsən ki, bəzi iıısanlar da əcəldən, ruzinin azalmasından, çətinliklərdən, xəstəliklərdən qorxurlar. Qəlbi tək olan Allaha bağlı mömin isə bu kimi şeylərdən qorxmur. İmanı zəif olan isə elə zən edir ki, artıq maaşı kəsilərsə özü və övladları da öləcəkdir. «Kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini biz verəcəyik». (əl-Ənam 152). Elə zənn edir ki, filan ticarətdə uduzdusa gələcək həyatı dağılacaqdır, Bəziləri də İslamı qəbul etməkdən qorxurlar. Deyirlər ki, biz bu haqq olan kəliməni - Lə iləhə illəllahı - desək bizə əzab-əziyyət veriləcəkdir. Bizə cürbəcür adlar veriləcəkdir. Allaha iman gətirən kimsə isə bilir ki, onun həyatı da, ruzisi də, əcəli də Allahm əlindədir. Mömin Rəbbinə inanır. Çünki əqidəsi güclüdür. Çünki bu əqidə möhkəm bir əsas üzərində qurulmuşdur. «Allahın risalətini təbliğ edənlər ondan qorxar, Allahdan başqa heç kəsdən qorxmazlar. Allahın çəkdiyi haqq-hesab kifayyətdir». (əl-Əhzab 39). Sən mömini dini ilə izzət tapdığını görürsən. Sələflər - dualarında deyərdilər ki, Allahım! Məni itaətimlə izzətləndir və günahlarla alçaltma. «Hər kəs izzət, qüdrət, şərəf-şan istəsə bütün bunlar Allaha məxsusdur...». (Fatir 10). «Halbuki şərəf-şan, izzət, qüdrət yalnız Allaha, Peyğəmbərinə və möminlərə məxsusdur». (əl- Munafiqun 8). Bu mömin məğrur kafirə baxır və onlarda olan imkana, vara-dövlətə, səltənətə, elmə yuxarıdan baxır. Baxmayaraq ki, insanların çoxları bununla aldanırlar. Çünkü onlar kafirdilər. Onlar Cəhənnəıııin odunudurlar. Onlar heyvan kimidirlər və bəlkə də ondan da aşağıdırlar. «Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onlann gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də (ondan) daha çox zəlalətdədirlər. Qafıl olanlar da məhz onlardır». (əl-Əraf 179). «(Ya Məhəmməd!) Qoy kafırlər hələ yeyib-içsinlər, (düyadan) ləzzət alsınlar, arzuları-ümüdləri başlarını qatsın. (Düçar olacaqları müsibəti) sonra biləcəklər». (əl-Hicr 3).
Mömin qul haqq üzərində şücaətlə yeriyir. Bu şücaət də yalnız və yalnız Tövhiddən irəli gəlir. Onlardan biri kafirlərin qarşısında öz dini ilə izzətlənərək deyir ki, Allah - subhənəhu və təalə - bizi gətirib ki, öz istəyi ilə insanları - insanların qulluğundan Allahın qulluğuna çıxardaq. Dünyanın sıxıntısından - dünya və axirətin genişliyinə çıxardaq. Bütün dinləri zülmətdən İslamın adilliyinə çıxardaq. (1) əl-Albani «Həsən». (2)Müslirn 34. (3)Buxari, Müslim. (4)Müslim. (5)Tirmizi 2516, əl-Albani «Səhih əl-Cəmi» 7834-cü hədis. (6)Buxari 6/61, İbn Məcə 11/216. (7)Müslim şərhi 5/814 (Muslim «Zuhd» 2). (8)«Səhihul Cəmi» 5423. (9)Tirmizi 5/82 əl-Albani «Səhihul Cəmi» 453. (10)Buxari 4/63, Müslim şərhi 5/816. (11)Tirmizi. (12)Müslim 10/82. (13)Müslim 2956. (14)Müslinı 2960. (15)Tirmizi, əl-Albani səhih
|