Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19737 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16898 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13891 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9708 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9150 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2009 » Sentyabr » 1 » ŞƏHİDLƏR MƏSCİDİ HƏMİŞƏLİK QAPADILDI
    ŞƏHİDLƏR MƏSCİDİ HƏMİŞƏLİK QAPADILDI
    05:03
    Xatırladaq ki, Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri Müzəffər Şahin APA-ya açıqlamasında camenin açılmaq ehtimalının olmadığını söyləyib. Onun sözlərinə görə, hazırda ibadət etməyə imkan olsa da, məscid açılmayıb. Təmir adı ilə bağlanan ibadət ocağında bu günə kimi heç bir işin getməməsi onun sökülmə ehtimalını daha da artırıb. Məsələ ilə bağlı «Səhidlər məscidi»nə baş çəkdik. Şəhidlər Xiyabanının yanında yerləşən məscidin qapıları bağlı idi. Üstəlik, cameyə aid məişət əşyaları çölə çıxarılmışdı. Türkiyənin Azərbaycandakı səfirliyinin Dini İşlər üzrə Müşavirliyinin qapıları da bağlı idi. Məscidin rəhbərliyi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz heç cür alınmadı. Bütün bunlar məscidin bağlanması ilə bağlı fikirlərimizi təsdiqlədi.
    Xüsusilə qeyd edək ki, bizdə olan son məlumatlara görə, məscidin bağlanmasına səbəb yanında tikilən otel-restoran kompleksidir. Belə ki, ingilis şirkəti tərəfindən tikilən bu otelə xaricdən qonaqların gələcəyi nəzərdə tutulub və səsləndirilən azanın onlara mane olacağı, narahatlıq doğuracağı güman edilib. Tikintini aparan məsul şəxslərlə də görüşüb onların məsələyə münasibətlərini öyrənməyə çalışdıq. Tikinti icraçısı İran vətəndaşı olan Əhməd bəy bildirdi ki, camenin fəaliyyətinin dayanmasının onlara heç bir əlaqəsi yoxdur: «Bizim şirkət hazırda burda, Azərbaycanda ən böyük otel-restoran kompleksinin inşası ilə məşğuldur. Məscidin söküləcəyi haqqında bizdə heç bir məlumat yoxdur və onun sökülməsinə biz səbəbkar deyilik. Nə də ki, tərəfimizdən elə bir iddia olmayıb. Bir çox xarici ölkələrdə otellərin, restoranların yanında məscidlər fəaliyyət göstərir. Səsləndirilən azanın isə onların fəaliyyətinə heç bir təsiri olmur».
    Məscidin qapısı bağlı olsa da, bura ibadət etməyə gələnlər xeyli sayda idi. Kimi məscidin həyətində, kimi isə ağacların arxasında namazını qılırdı. Türkiyə vətəndaşı Hüsnü Bektaş bizimlə söhbətində «Şəhidlər» məscidinin bağlanılmasını pislədi. Onun sözlərinə görə, bu mübarək ayda müsəlmanların üzünə qapatmaq əsl Allahsızlıqdır: «Hər gün telekanallarda Azərbaycanın tolerant ölkə olduğunu bar-bar bağırırlar. Bu yaxınlarda Bakını "İslam mədəniyyətinin paytaxtı" adını verdilər. Necə olur ki, islam mədəniyyəti paytaxtında bir dənə məscid fəaliyyət göstərmir?"
    Qəzəbli şəkildə danışan türk vətəndaşı məscidin həyətində belə rahat namaz qıla bilmədiklərini söylədi: «O gün də namaz qılmağa gəlmişdik. Məscid bağlı olduğundan, ibadətimizi həyətdə etməyə məcbur olduq. İki polis əməkdaşı bizə yaxınlaşaraq burdan getməyimizi bildirdilər. Onlara etiraz etdikdə bizə çox sərt şəkildə cavab verdilər».
    Başqa bir həmsöhbətim türk tələbəsi isə məscidin aylardır təmir adı ilə bağlanıldığını və bu günə kimi heç bir təmir-tikinti işinin getmədiyini söylədi: «Əvvəla, bu məscidin təmirə ehtiyacı yox idi. Neçə aydır ki, məscidi bu adla bağlayıblar. Ən böyük sürpriz isə bizə bu gün etdilər. Öyrəndik ki, artıq məscid bağlandı».
    Nəzərinizə çatdıraq ki, məscidin bağlanmasına türk tələbələrlə yanaşı, azərbaycanlı tələbələr də münasibət bildirdilər. Onlar son günlər məscidlərə qarşı böyük bir kompaniya aparıldığını və ard-arda ibadət evlərinin bağladıqlarını söylədilər: «İndi paytaxtda, demək olar, bir-iki məscid fəaliyyət göstərir. Yerdə qalanının bağlayıblar. Məscidlərə qarşı total hücumların arxasında hansı maraqlar gizlənir, bunu bilmirik».
    Xatırladaq ki, Türkiyənin Azərbaycandakı Səfirliyinin Dini işlər üzrə müşavirinin müavini Bayram Altıntaş «Yeni Müsavat»a açıqlamasında bildirmişdi ki, came Ramazan bayramına kimi istifadəyə veriləcək: «Aprelin 28-dən məscidimiz camaatın xidmətinə bağlanıb. Təmir barəsində isə onu deyə bilərəm ki, məscidin kiçik boya işindən başqa təmirə ehtiyacı yox idi. Yəqin bundan sonra məscid bütövlükdə təmir olunacaq».
    Xatırladaq ki, hazırda Azərbaycanda 1750 məscid var. Onların 100-ə yaxını fəaliyyət göstərir. «Türkiyə Diyanət İşləri Vaqfı» tərəfindən tikilən «Şəhidlər məscidi» 1993-cü ildə istifadəyə verilib. Məscid aprelin 26-da günorta namazından sonra təmir adı ilə bağlanılıb. Hətta terrorçu Fərda Qədirovun əvvəlcə bu məsciddə terror törədəcəyi barədə versiyalar irəli sürülmüşdü. Məscidin təmir ilə əlaqədar bağlanıldığı söylənilsə də, üç aya yaxındır ki, məsciddə heç bir təmir-tikinti işləri aparılmayıb.

    Fərahim İLQAROĞLU
    Bölmə: Ölkə Xəbərləri | Əlavə etdi: Selef | Baxılıb: 947 | Tarix: 14.05.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Sentyabr 2009  »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru