Ana Səhifə » 2012 » Sentyabr » 22 » Şeyx Raid Salah: “İsrailin məqsədi Əqsa məscidini iki hissəyə bölməkdir”
Şeyx Raid Salah: “İsrailin məqsədi Əqsa məscidini iki hissəyə bölməkdir”
06:47
Knesset məsələ ilə bağlı qanun layihəsini qəbul etməyə hazırlaşır.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Fələstindəki İslam Hərəkatının lideri Şeyx Raid Salah Türkiyənin Səadət Partiyasının (SP) sədri Mustafa Kamalak ilə görüşüb. Görüşdə İsrail-Fələstin probleminə dair fikir alış-verişi aparılıb.
Mətbuatda dərc olunan xəbərlərə görə, Fələstinin işğal olunmuş ərazilərində son vəziyyət barədə SP sədrinə məlumat verən Şeyx Raid Salah İsrailin Əqsa məscidini iki hissəyə bölməyə hazırlaşdığını deyib. Salah artıq İsrail parlamenti Knessetin məsələ ilə bağlı qanun layihəsini qəbul etməyə hazırlaşdığını qeyd edib.
Hərəkat lideri işğalçı rejimin başlıca məqsədinin isə Əqsa məscidini yerlə-yeksan edərək, yerində Süleyman məbədini inşa etmək olduğunu bildirib. Türkiyə SP sədri isə görüşdə Fələstin məsələsinin yalnız fələstinlilərin deyil bütün islam aləminin ortaq problemi olduğunu deyib. Kamalak islam dünyası birləşmədikcə İsrail zülmünün davam edəcəyini vurğulayıb.