Ana Səhifə » 2012 » Sentyabr » 27 » Səudiyyə Ərəbistanı: “Həccin siyasiləşdirilməsinə icazə verməyəcəyik”
Səudiyyə Ərəbistanı: “Həccin siyasiləşdirilməsinə icazə verməyəcəyik”
21:22
Krallıq həcc mövsümündə siyasi aksiyaların keçirilməsinə imkan verilməyəcəyini bəyan edib.
“Selef.my1.ru” Rusiya mətbuatına istinadən bildirir ki, Səudiyyə Ərəbistanı rəsmiləri builki həcc mövsümündə hər hansı siyasi aksiyaya yol verməmək üçün bütün lazımi tədbirlərin görüləcəyini bildiriblər.
“Ər-Riyad” qəzetində dərc olunan xəbərə görə, iki həftə davam edəcək ibadət vaxtı krallığa dünyanın müxtəlif ölkələrindən 3 milyonadək zəvvar gələcək. Xəbərdə krallığın builki həcc mövsümünə ciddi hazırlaşdığı da öz əksini tapıb.
Həmçinin, qəzet Həcc Nazirliyinin ölkəyə gələn xarici həcc missiyaları ilə danışıqlar aparmaq niyyətində olduğunu, danışıqların mövzusunun ibadət zamanı siyasi şüarların səsləndirilməməsi və lövhələrin açılmaması məqsədilə təlimatlandırma xarakteri daşıyacağını yazıb.
Krallığın Həcc naziri Bəndər ibn Məhəmməd Hacər ölkəyə gələn zəvvarları layiqilə və gülərüzlülüklə qarşılamağa hazır olduqlarını deyib.