Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2010 » İyul » 2 » Rüku Halında Zəkat Vermək Olarmı?
    Rüku Halında Zəkat Vermək Olarmı?
    21:21

     
    Mövzu nədəndir? Məsələ belədir: Rafizilər deyirlər ki, Əli ibn Əbu Talib -radıyallahu ənhu- məsciddə namaz qılarkən, məscidə bir yoxsulun girib kömək istədiyini eşidir, sonra isə namaz qıldığı yerdə rüku halında olaraq öz əlini uzadır və barmağında üzüyü zəkat kimi o yoxsula verir. Rafizilər bundan bəzi nəticələr də çıxardırlar ki, güya bu ayə onun imamətinə də işarə edir. Bizdə Əliyə -radıyallahu ənhu- qarşı heç bir şey yoxdur, çünki o, əməli-saleh mömin, müsəlmanların raşidi-xəlifəsi və möminlərin əmiridir. Apardığımız araşdırmanın məqsədi həqiqəti öyrənməkdir. Həqiqətən bu ayə Əliyə -radıyallahu ənhu- görə nazil olub, yoxsa yox? Və nəticəyə gəldik ki, baxmayaraq Əliyə -radıyallahu ənhu- görə başqa ayələr nazil olub, bu ayənin ona görə enməsini demək xətadır. Aşağıdakı amillərə görə: 
    Bu ayənin Əliyə -radıyallahu ənhu- görə nazil olması heç bir hədis toplusunda qeyd olunmayıb. Fəqət Təbəri bu ayənin şərhində müxtəlif rəvayətlər gətirir və Əli -radıyallahu ənhu- haqqında olduğuna dair iki rəvayət gətirir. Lakin İbn Kəsir bu iki rəvayətin zəif olduğunu deyir.
    Rəvayət nəinki sənəd cəhətindən, həmçinin mətnə görə zəifdir. Çünki namazın fəziləti odur ki, orada artıq hərəkət olmasın.
    Əgər bu doğru olsa idi, onda ən əfzəl zəkat rükuda olardı. Ancaq bunu heç bir alim deməyib.
    Rüku kəlməsi ərəb dilində müxtəlif mənalar verir: Allahdan qorxmaq, təvazökar olmaq, zəlil olmaq, həmçinin namazda duruşun adıdır. Cəhalət dövründə ərəblər bu sözü həniflərə deyirdilər, çünki onlar bütlərə ibadət etmirdilər. Bu da Quranda mövcuddur: bax "əl-Bəqərə” surəsi ayə 43, "Məryəm” surəsi ayə 43, "Sad” surəsi ayə 24. "Əl-Maidə” surəsinin 55-ci ayəsinin axırında "hum rakiun” ifadəsi həmin mənadadır. Yəni: "Allah və elçisinə iman gətirən odur ki, rüku halənda (yəni Allahdan qorxaraq, ixlasla, riyasız) namaz qılıb zəkat verərlər”. Burada namazda olan duruş növü rükudan söhbət getmir. Ayədəki rüku məhz ixlas və təvazökarlıq mənasındadır, çünki ayədə namaz artıq qeyd olunmuşdur və namaz halına ikinci dəfə qayıtmağa ehtiyac yoxdur. Göründüyü kimi, burada ayənin axırında rüku kəlməsi namazın və zəkatın nə cür verilməyini göstərir.
    Ayədə sözlərə fikir versək indiki zamanda işlədildiyini görərik. Bu ayədə keçmiş hadisədən bəhs olunmur, əksinə, daamlı əməldən söhbət gedir. Yəni möminlərə xas olan budur ki, onların namazı, zəkakı bu halda olsun (yəni Allahdan qorxaraq, ixlasla, riyasız). Bu davamlı bir əməldir və zamana görə məhdudlaşmır.
    Bəziləri deyirlər ki, bu əməl Əli -radıyallahu ənhu- ilə qurtarmır, hətta bütün imamlar rükuda zəkat veriblər. Belə olsa idi, onda niyə bu fəzilətli əməli Peyğəmbər –sallallahu aleyhi və salləm- etməyib?
    Həmçinin bu uydurma rəvayətə baxanda, görə bilərik ki, elə bir zəruriyyət yox idi ki, rükuda zəkat verilsin. Məgər əfzəl olmazdımı ki, namaz qılanların namazı bitəndən sonra yoxsul zəkatı istəsin, ya da namaz qılanlar namzı bitirdikdən sonra zəkatı ona versin? Elə bir zəruriyyət nədə idi?
    Bilmək lazımdır ki, ibrət ləfzin xüsusiliyində yox, ümumiliyindədir. Əgər doğrudan da bu ayə Əlinin -radıyallahu ənhu- əməlinə nazil olubsa, onda bu təkcə ona xas deyil. Yəni kim bu cür etsə, onlara aid olur.
    Vəli kəlməsinin mənaları bunlardlr: idarəçi, rəhbər, kömək edən, dost və s. Məhz bu ayə göstərir ki, ayədə keçən vəli sözünün mənası çox aydındır. Bunu bilmək üçün bu ayədən əvvəl və sonra gələn ayələri oxuyana aydın olar ki, söhbət nədən gedir. Məlum olar ki, söhbət kafirlə dostluq, sevgi əlaqəsindən gedir. Və Allah kafirlərə kömək, dostluq etməyi qadağan edir. Daha aydın olsun deyə "Tövbə” surəsinin 71-ci, "ən-Nisa” surəsinin 89 və 139-cu ayələrinə müraciət etməyi məsləhət bilirəm. Onda vəlinin bu ayədə hansı mənada olduğu aydən olar. Çünki ayədə kimlərlə vəli olmağın (dostluq etmək) qadağan olunduğu və kimlərlə vəli olmağın (dostluq etmək) əmr olunduğu bildirilir. Məlum olar ki, qabaq və sonra qadağan edilən vəlilik məhz dində olan sevgi haqqındadır. Qabaq və sonra ayələrin arasında keçən "Maidə” surəsinin 55-ci ayəsində də həmin vəlilikdən söhbət gedir. Ancaq başqa mənada olması üçün güclü dəlilə ehtiyac duyulur. Çünki dostluq və sevgi mənasında gələn ayələrdən sonra "vəlilik” sözünün dərhal bir ayədə rəhbərlik mənaslnda işlədilməsi və sonradan yenə "vəlilik” sözünün dostluq və sevgi mənasına qayıtması təfsir elminə və dilçiliyə görə (xüsusən Quranın dilinə görə) güclü səbəb tələb edir və ya düzgün deyil.
    Başqa cəhətdən isə, burada imamət haqqında heç bir söhbət yox idi, əksinə sevmək və dost mənasında işlədilmişdir.
    Sonra bu cür deməl Əliyə -radıyallahu ənhu- eyb etməıdir. Çünki Allah "əl-Möminun” surəsinin 1-ci və 2-ci ayələrində buyurur: "Həqiqətən möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında [hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha] müti olub [Ona] boyun əyərlər!”. Şəkk yoxdur ki, Əli -radıyallahu ənhu- namazı bu cür qılardı və şəkk yoxdur ki, biz Əlini -radıyallahu ənhu- ayədə vəsf olunan mömin kimi namazı qılanlardan tanıyırıq. Əgər siz deyən olsa, onda belə çıxır ki, Əli -radıyallahu ənhu- qulaq asardı kim məscidı girir, nə istəyir və s., hətta o, bunu rüku halında eşidərdi, hələ üzüyü də çıxarıb verərdi. Sizin dediyinizə görə, o çox gözləyən idi və xilafəti 25 il gözlədi. Bəs onda niyə namazın bitməsini bir neçə dəqiqə gözləmədi?
    Əgər bir adamın boynuna zəkat düşürsə, zəkatın şərtlərinə görə o, gözləməməlidir ki, kimsə istəsin və zəkatı özü çıxartmalıdır.
    Tarix göstərir ki, Əli -radıyallahu ənhu- Peyğəmbərin –sallallahu aleyhi və salləm- vaxtında yoxsul idi. Hətta Fatiməni -radıyallahu ənhə- alanda onun mehri qalxan olub.
    Əgər bu hadisə olubsa, onda niyə nə Peyğəmbər –sallallahu aleyhi və salləm- nə də Əli -radıyallahu ənhu- "Nəçhul bəlağə”də bunu deməyiblər?
    Ayədə Allah namazı artıq qeyd etmişdir və namaz dedikdə qiyam, rüku, səcdə və s nəzərdə tutulur. Siz deyən olsa, onda rüku olan namazdan sonra təzədən rükuya qayıtmağın nə mənası var? Bu onu göstərir ki, burada rüku başqa mənadadır.
    O ki, qaldı ayənin nazil olma səbəbinə, bu səbəb tamamilə başqadır. O vaxt Bəni-Kaynuka qəbiləsi Peyğəbərə –sallallahu aleyhi və salləm- xəyanət etdilər və Übadə ibn Samitə qoşulmaq məqsədilə onun yanına gedirlər. Lakin Übadə ibn Sabit isə onlardan üz çevirib Allah və elçisinə tərəf dönür. Elə bu vaxt ayə nazil olur.
    Bəzilərinin iddia etdikləri kimi hamı iddia edə bilər ki, bu ayə filankəsə və ya filankəsə görə nazil ollub. Hamı istədiyi adamın adını çəkə bilər. Yəni bu ayə Əlinin -radıyallahu ənhu- xəlifə olmasına işarədirsə, onda açıq-aydın ona işarə etməli idi. Əks halda hamı bu ayəni istədiyinə uyğun yoza bilər. Ona görə də xəlifəni təyin etməyə aid olsaydı, vacib məsələ olduğuna görə aydın işarə olunmalı idi.
    Hətta qəbul etsək ki, Əliyə -radıyallahu ənhu- görə nazil olub, yenə də onun xəlifə olmasına dəlalət etmir. Fəqət onu sevməyin vacibliyini göstərərdi, biz isə onu bu ayəsiz də sevirik!
    Ayədə kəlmələrə fikir versək, hamısının cəm şəklində olduğunu görərik. "Əl-ləzinə” o kəslər ki, "yuqımunə” qılarlar, "yu’tunə” verərlər, "hum” onlar. Göründüyü kimi sözlər cəm şəklindədir və şübhəsiz ki, Əli təkdr.
    Bundan əlavə, Əlinin -radıyallahu ənhu- Peyğəmbərin –sallallahu aleyhi və salləm- vaxtənda heç üzüyü yox idi və o üzük taxmazdılar, fəqət Peyğəmbər –sallallahu aleyhi və salləm- sonradan zəruriyyət olduğuna görə özü üçün üzük taxdı. Buna səbəb var idi, amma Əli üçün səbəb yox idi, həm də imkansız idi. Bu da hamıya məlumdur.
    Tərif (mədh) vacib və ya müstəhəb əməl üçün olur, amma namazda zəkat vermək nə vacibdir, nə də müstəhəb, əksinə, artıq bir hərəkətdir.
    O da sabitdir ki, Əli -radıyallahu ənhu- Peyğəmbər –sallallahu aleyhi və salləm- vaxtında zəkat verənlərdən deyildi.
    Həmçinin, taxılan üzüyə zəkat düşmür.
    Onu da bilmək lazımdır ki, bir adamın zəkat verməsi üçün əvvəl zəkatın şərtləri təmin olunmalıdır: 1.Qərək miqdarı 85qr. qızıl və yaxud qr. gümüş çatsın (yada bu miqdarda pul). 2.Bir il tam olmalıdır
    Sonra soruşmaq istəyirik ki, bu rəvayətin sənədi səhihdir, yoxsa yox?
    Onu da bilmək lazımdır ki, bu rəvayətin Səhləvinin təfsirində olması kifayə deyil, çünki onun təfsirində uydurma rəvayətlər də mövcuddur. Həmçinin onun tələbəsi Vahidi və başqa bəzi təfsirçilər səhih və zəif rəvayətləri öz kitablarında cəm edirlər. Buna görə də Bəğəvi Səhləvinin təfsirini müxtəsər edib orada olan uydurma rəvayətləri tərk etmişdir. Bu isə Bəğəvinin hədis elmində mahir olduğundan irəli gəlir. Səhləvinin isə hədis elmində təcrübəsi az idi, bunu da kitabı göstərir.
    Sonra, əgər desək ki, vilayəti qazanan rüku halında zəkat versin, onda belə bir sual ortaya çıxır: bəs qiyamda, səcdədə və yaxud təşəhhüddə verərsə, ona da vilayət düşürmü? Yoxsa ancaq rükuda verməlidir?
    Fəqət, hər hansı bir rəvayətin məsdərdə olmağı onun səhih olmağına dəlil deyil. Xüsusən də bu rəvayət. Çünki bu rəvayətin əsas məsdəri Səhləvinin təfsiri, Vahidinin "Əshabul-Nüzul” və "Kənzul-Ummal” kitablarıdır. Bu kitablarda qeyd edilən rəvayətin olması onun səhihliyini sübut etmir. Qeyd etmək istəyirəm ki, bəzi təfsirçilər bu ayənin başqaları üçün nazil olduğunu deyirlər. Məsələn, məşhur şiə təfsirçisi Əbu Bəkr ən-Nəqqaş Baqirdən rəvayət edir ki: ""Bu ayə mühacir və ənsarlara görə nazil olub.” Bu vaxt biri soruşdu: "Ya imam! Axı biz eşitmişdik ki, Əliyə -radıyallahu ənhu- görə nazil olub?” İmam isə dedi: "Əli -radıyallahu ənhu- də onlardandır!””. Bəzi təfsirçilər isə İkrimədən rəvayət edirlər ki, bu ayə Əbu Bəkrə -radıyallahu ənhu- görə nazil olub, çünki o, bütün malını islam yolunda xərcləmişdir. Bəziləri də Übadə bin Samitə -radıyallahu ənhu- nazil olduğunu söyləyirlər. Görünür ki, Əlidən -radıyallahu ənhu- başqa bu ayə hamıya münasibdir. Çünki mühacir və ənsarlara görə nazil olmağı ayədə olduğu kimi cəm halında olanları göstərir. Həmçinin Əbu Bəkrə -radıyallahu ənhu- də aid etmək olar, çünki ayədən qabaq mürtədlərdən söhbət gedir. Əbu Bəkrin -radıyallahu ənhu- isə mürtədlərə qarşı olan hadisələri məşhurdur. Təbəri isə yəhudilərdən üz döndərib uzaqlaşdığına görə, bu ayənin Ubadə bin Samitə -radıyallahu ənhu- görə nazil olduğunu bildirir.
    Vəli kəlməsinə gəlincə isə, bu Vilayə və Vəlayə sözləri kimi işlədilir, yəni «fəthə» və «kəsrə» ilə. Bu iki sözün fərqi isə çox böyükdür. Vəlayə (fəthə ilə olanda) sözünün mənası düşmənin və düşmənçiliyin ziddi deməkdir, yəni dost və sevmək deməkdir. Ayədə də məhz bu sözdür. Ancaq Vilayə (kəsrə ilə olanda) rəhbər, idarəçi mənasındadır. Ayədə isə söhbət bundan getmir. Bundan başqa, ayə ümumi möminlər barəsindədir, rəhbərlik isə ümumi ola bilməz
    Əgər rəhbər mənasını vermək istəsək, onda ayə gərək belə olsun «.......................» Bu cür düz olmaz, çünki Allah əmir kimi vəsf olunmayıb, yəni demək olmaz ki, Allah möminlərin əmiridir. Həmçinin peyğəmbərə (s.ə.s) də aid belə bir şey gəlməyib. Ən birinci Ömər (r.a.) belə vəsf olunub. Amma Vəlayə isə (fəthə ilə) düşmənçiliyin ziddi, dost və sevgi Allah və elçisinə vəsf ola bilər.
    Əgər birdən bəziləri desələr ki, burda zəkat sədəqə mənasındadır, onda biz onların bu rəyinə cavab olaraq deyərik: - Xeyr! Bu ayədə zəkat sədəqə mənasında ola bilməz, çünki bütün ayələrdə zəkat namaz sözündən sonra gələndə, sədəqə yox məs zəkat mənasını verir.
    Deməli zəkatdırsa, onda onu bir kəs istəməklə vermək olmaz, əgər verilsə, onda verilən şey zəkatdan sayılmaz, fəqət sədəqə olar. Ayədə isə namazdan sonra olan əsl zəkatdan söbət gedir.
    Həmçinin ayədə keçən «valləzinə» sözündə «vav» hərfi hall deyil, yəni rüku halıda aid deyil, çünki o hall olsaydı, onda ayəyə görə yalnız rükuda zəkat verənlərlə dost olub vəli seçmək olardı.
    Ayənin əvvəlində «İnnəmə» ləfzi xüsusiyəlik bildirir. Bu ayədə isə deyilir ki, dostluq, məhəbbət, sevgi xas Allaha, elçisinə və möminlərə aid edilir və bunu belə şərh edən dəlil odur ki, ayə nazil olan vaxt möminlərin bir-birinə kömək, sevgi, dostluq və s. hissiyatlarına uyğun olmuşdur. O zaman imamətdən söhbət ola bilməzdi.
    Eyni zamanda ortaya sual çıxır ki, əgər rükuda zəkat vermək əfzəl əməldirsə, onda bu əməl niyə heç bir fiqh kitablarında qeyd alınmamışdır.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Selef | Baxılıb: 1827 | Tarix: 21.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyul 2010  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 5
    Qonaqlar: 5
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru