Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19737 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16898 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13890 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9708 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9150 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2009 » Sentyabr » 1 » Ramazan ayında qapısı qıfıllanan məscidlər
    Ramazan ayında qapısı qıfıllanan məscidlər
    05:13

    Türkiyə səfirliyinin dini müşavirindən «Azadlıq»a ilginc etiraflar

    Indi müsəlmanlar ən müqəddəs sayılan ayı - Ramazanı yaşayırlar. Azərbaycanda bu il Bakı Islam mədəniyyətinin paytaxtı elan edildiyindən məntiqlə düşünsək, bu günlər bayram bayrama qarışmalıydı. Belədirmi?
    Islam mədəniyyəti paytaxtı elan ediləndən Bakıda 3 məscid sökülüb. 6-sı sökülməyə namizəddir. Daha 3 ibadətxana isə dindarların üzünə bağlanıb…
    Dünən bağlanan məscidləri bir-bir gəzib, son vəziyyətlə tanış olduq.
    1 il əvvəl minlərlə adamın səcdə etdiyi yerdə indi cəmi 5 nəfər namaz qılır
    Ən uzun müddətdir qapısı kilidlənən məscid Nərimanov rayonundakı Cümə məscididir. Xalq arasında “Əbu Bəkr” məscidi kimi tanınan məscid ötən ilin avqustunda burda baş verən terror hadisəsindən sonra qapadılıb. “Əbu Bəkr” icması dəfələrlə məscidin fəaliyyətinin açılması tələbi ilə məhkəmə iddiaları qaldırsalar da, hələ ki, məqsədlərinə nail ola bilmirlər. Dindarlar hesab edir ki, terroru bəhanə edən hüquq-mühafizə orqanları onların dini ibadətlərini yerinə yetirməyə məhdudiyyət qoyurlar. Məscidin ətrafında görüşdüyüm icmaya aid gənclər də məscid ətrafında süni şəkildə gərginlik yaradıldığından şikayətləndilər. Onlardan biri, Müslim (ad şərtidir-N.G) deyir ki, Ramazan ayında məscidi bağlı saxlamaq müsəlmana zülm eləməkdir: “Terror olub, başa düşürük. Buna görə bəyəm məscid bağlayarlar? Eyni məntiqlə sual yaranır: Neft akademiyasında da terror oldu. Nə əcəb buna görə ali məktəbləri bağlamırlar? Açıq demək lazımdır, müsəlmanları bu ölkədə sıxışdırırlar”.
    Məscidin önündə ilk vaxtlar iki polis post-patrul xidməti aparırdı. Dünən onları görmədik. Öyrəndik ki, post xidməti ancaq gecədən-gecəyə aparılır. Gündüzlər isə icmaya daxil olan dörd mülki şəxs növbələşərək məscidi mühafizə edirlər. Məsciddə ancaq bu dörd nəfər və “Əbu Bərk”in imamı Qamət Süleymanov namaz qılır. Bundan başqa, məsciddə istəyənlər üçün kəbin kəsilir.
    “Əbu Bəkr”in açılmasını istəməyən qonşuları
    Dini icma ilə Nərimanov rayon polis idarəsi arasında məhkəmə çəkişməsi gedən ərəfədə mətbuatda ərazidə yaşayan sakinlərin adından bəyanat yayılmışdı. Onlar məscidin bağlanmasına tərəfdar çıxaraq, fikirlərini məsciddə səs-küyün çoxluğunu, ətrafdakı küçədə nəqliyyat sıxlığını, uşaqların qorxu içində yaşadığını iddia edirdilər. Bura gəlmişkən sakinlərin fikrini də öyrənmək pis olmazdı. Məscidin ətək hissəsində xırda ticarət köşkünü işlədən, adını demək istəməyən xanım mətbuatda dərc olunan müraciətə imza atmadığını desə də, prinsipcə orda yazılanlara şərik olduğunu söylədi: “Biz də istəyərdik məsciddən Allahu-əkbər eşidilsin. Amma bizi də başa düşün; yollar tam bağlanırdı, nə maşın keçə bilirdi, nə insan. Həm də burdakı qardaşlar ətrafdakı adamlara hörmətlə yanaşmırdılar. Xoşagəlməz məzhəb söhbətləri edirdilər. Məsələn, mənim 72 yaşında rəhmətə gedən atam ömrünün böyük hissəsini namaz qılıb, oruc tutub. Onlar isə deyirdilər, sənin atanın qıldığı namaz düz deyil, Allah onu qəbul etməyəcək. Və ya, biz ocağa inanırıq, onlar buna görə bizə Allaha şərik qoşan deyirdi”.
    “Məscidin bağlanmasını istəyənlər pulla ələ alınanlardı”
    “Əbu Bəkr”in ən yaxın qonşusu, məscid hələ burda tikilməzdən Ülvi Bünyadzadə küçəsində məskunlaşan Qərbi Azərbaycan qaçqını Gülüstan Kərimova isə başqa fikirdədir. O, məscidin bağlanmasını mərdimazarların işi sanır: “Bura gələn uşaqlar hamısı imanlı, vicdanlı insanlar idi. Dəfələrlə eşidirdim, Qamət səsgücləndiricilə deyirdi ki, filan xəstəxanaya qan lazımdır, Allah rizasına kimin imkanı var qan versin. Nə qədər adam qan növbəsinə dururdu. Yəni demək istəyirəm ki, onlar bu xalq üçün qanlarını belə əsirgəməyən adamlardı. Bunları məhkəmədə də demişəm. Burda bəzi insanlar oldu, öyrədildilər, pulla ələ alındılar ki, məscidin bağlanmasını istəsinlər. Yazmışdılar ki, guya burdakı adamlar gəlib-gedən qadınlara söz atır. Belə sözü deməkmi olar? Bunlar özləri deyirlər ki, açıq-saçıq geyimli qadına baxmaq zina etmək qədər günahdır. Qurama iş idi, Allah özü onlarla bilsin nə edir. Şəxsən mənim, ailəmin azan səsindən, burdakı adamlardan heç bir narazılığım olmayıb”.
    Iqtisadi böhran və təmir Cümə məscidinə son qoydu?!
    “Əbu Bərk”dən sonra elə onun yaxınlığında yerləşən (Ceyhun Hacıbəyli küçəsi 7, keçmiş, Qarabağ mehmanxanası ilə üzbəüz) “Süleymançıların məscidi” kimi tanınan yerə getdik. “Süleymançıların məscidi” apreldə bağlandı. Daha dəqiq desək, o vaxtdan burda cümə namazlarının qılınması qadağan edildi. Həmin ərəfədə onlar qapıya belə bir elan vurmuşdular: “Təmir işləri aparıldığından cümə namazlarının qılınmasına müvəqqəti olaraq ara verilmişdir”. Maraqlandıq, təmir işi yekunlaşırmı? Bəlli oldu ki, nəinki yekunlaşır, heç təmirə bismillah da edilməyib. Səbəb: Bizimlə danışan bir abi, dedi ki, bunun səbəbi iqtisadi krizislə bağlıdır. Hər halda, ramazan olduğundan abinin sözünə şübhə etmək etik olmazdı, buna baxmayaraq oxucuda yaranan sualı ona verməyə məcbur idim.
    - Əfəndim, əgər təmir getmirsə, niyə cümələr bərpa edilmir?
    - Cümə namazları qıldırmaq kimi bir vəzifəmiz yoxdur. Bura sadəcə tələbə yataqxanasıdır…
    - Tamam. Amma daha öncə qılırdınız…
    - Bəli, ancaq sonra bizə dedilər ki, buna izniniz yoxdur. Bizdə razılaşdıq.
    Əlavə şərhə ehtiyac olmadığından burdan ayrılırıq. Deməli, təmir bir bəhanə olub. Zatən belə olmasaydı, “təmir işləri nə vaxt başlanır” sualımızı abi cavabsız buraxmazdı…
    Şəhidlər camesində təmir bitib, amma onun açılacağına ümid yoxdur
    “Təmirin” badına gedən daha bir məscid Səbail rayonundakı Şəhidlər camesidir. Türkiyə və Azərbaycan arasında şiddətli gərginliyə bu məscid tab edə bilməmişdi. Günlərin birində ibadətə gedən insanlar məscidin divarlarında camenin təmirə görə bağlanması elanını eşidəndə şok olmuşdular. Şəhidlər camesi Türkiyə Cümhuriyyəti tərəfindən 1992-ci ildə tikilib. Inzibati baxımdan Türkiyə səfirliyinə tabedir. Elə səfirliyin din müşavirliyi də bu məscidin həyətində yerləşir. Məscidin divarlarında ilk günlərdəki elanı artıq görmədik. Burda da qapılar bağlıdır. Pəncərələrdən gördüyümüz isə o oldu ki, məsciddə təmir işləri aparılmır. Bəs o elan nə idi? Cavab almaq üçün səfirliyin dini işlər üzrə müşaviri Müzəffər Şahinlə qısa söhbətim oldu.
    - Müzəffər bəy, məscid bağlıdır, içəridə isə heç bir təmir işi getmir…
    - Təmir işi bitdi.
    - Nə tez?
    - Bəli, tez oldu.
    - Nə kimi təmir işi aparıldı?
    - Bir az boya işi, vəssalam.
    - Işlər tamamlanıbsa, bəs niyə məscidi xalqın üzünə açmırsınız?
    - Bu bizim yetkimiz deyil. Biz öz üzərimizə düşən işi görüb qurtarmışıq…
    - Maneə nədir axı?
    - Bizə dedilər ki, Dini Işlər üzrə Komitə var, o icazə verməlidir…
    - Vermirmi?
    - Hələ ki, yox.
    - Nə deyirlər bəs?
    - Bunu, yaxşı olar, gedib Hidayət müəllimdən soruşasınız.
    - Ramazan ayıdır, müsəlmanlar bu aya olduqca önəm verir, bu ay ümidiniz varmı məscidin açılışına icazə versinlər?
    - Xeyr, yaxın müddət üçün heç bir ümidim yoxdur.

    Natiq Güləhmədoğlu

    Bölmə: Ölkə Xəbərləri | Əlavə etdi: MUSELMAN-BACI | Baxılıb: 1109 | Tarix: 14.05.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Sentyabr 2009  »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru