Quranın təhrifiŞiə məzhəbinin ən mötəbər hesab edilən alimləri Qur`anın təhrif edilməsinə etiqad etmişlər. Şiələrin əqidəsinə görə, Qur`anı, peyğəmbərin (sas) vəfatından sonra, səhabələr dəyişdirmiş, orda, olan, bəzi şeyləri ordan çıxarmış və orda olmayan bəzi şeyləri də ora əlavə etmişlər. Məlumdur ki, uca Allah Qur`anı qoruyacağına zəmanət vermişdir və bu hökm qət`i və mütləqdir. Bu səbəbdən də, Qur`anın dəyişdirilməsi mümkün deyildir. Həmçinin, bu səbəbdən də, əhli sünnə vəl-camaat Quranın təhrif edilməsini deməyin küfr olmasına və bunu deyənin kafir olacağına inanmışlar.
1 – Muhəmməd bin Nu`man, əl-Mufid ləqəbi ilə məşhurdur:
Əl-Mufid demişdir: "Deyirəm ki: "Şübhəsiz ki, peyğəmbərin (sas) əhli beytindən olan hidayət imamlarından gələn yayğın xəbərlərə görə, Quranda ixtilaf vardır və bəziləri ordan nələri isə, ixtisar və naqis etmişlər". ......... "Mənim nəzdimdə bu sözü deyən, Qur`anın özündə naqisliyin, tə`vilsiz (yozumsuz) olaraq, həqiqət (həqiqi mənada) olduğunu deyənin iddiasina bənzəyir ki, mən də buna meym edirəm. (Uca) Allahdan məni Öz hidayəti ilə doğru yola yönəltməsini istəyirəm". (Əl-Mufid "Əvəilul-məqalat" (Səh. 93).
2 – Muhəmməd Baqir əl-Məclisi:
Muhəmməd Baqir əl-Məclisi demişdir: "Deyilir: "Sarih, səhih olaraq gələn xəbərlərin çoxundan gizli deyildir ki, Qur`anda naqislik və dəyişiklik vardır. Mənim nəzdimdə bu babda (fəsildə) olan xəbərlər mənaca mütəvatir səviyyəsindədir və onların hamısı, başdan (əvvəldən), ona (Qur`ana) etimadın qaldırılmasını vacib edir. Belə ki, mənim zənnimə görə bu babda (fəsildə) olan xəbərlər, heç də imamət barədə gələn xəbərlərdən az deyildir. Bəs, elə isə, xəbərin sabit olması necə təsbit edilir?" (Əl-Məclisi "Mir`atul-uqul" (12\səh. 525).
3 – Nemətulla əl-Cəzairi:
Nemətulla əl-Cəzairi "Ənvərun-nu`maniyyə" kitabında (2\səh. 357) demişdir: "Şübhəsiz ki, İlahi vəhydən onun – yəni, yeddi qiraətin – mütəvatir olmasına təslim olmaq, onların hamısının Ruhul-Əmin (Cəbrayıl) vasitəsi ilə nazil olmasını, yayğın olan xəbərlərə görə, həm də sərahətən (açıq-aydın) mütəvatir olaraq dəlalət etməsinə görə, Quranın təhrif olması həm söz, həm maddə və həm də i`rab (qrammatik) olaraq baş vermişdir. Bununla belə, bizim əshabımız (alimlərimiz) bu xəbərlərin səhihliyinə və təsdiqinə müvafiq olmuşlar". (Nemətulla əl-Cəzairi "Ənvərun-nu`maniyyə" (2\səh. 357).
4 – Adnan əl-Bəhrani:
Adnan əl-Bəhrani "Məşariqul-şumus" (Səh. 126)kitabında demişdir: "Təhrifi ifadə edən rəvayətləri qeyd etdikdən sonra deyir: "Artıq, mütəvatir həddini aşan və çoxunun yığmadığı xəbərlərə görə və iki dəstə arasında – onların müsəlmanlardan olan səhabə və tabiinlərdən olması, - (Qur`anın) təhrif və dəyişdirilməsi barədə, rəyin yayılmasından sonra, onları nəql etməkdə heç də çox fayda yoxdur. Əksinə, haqq üzrə olan dəstənin icmasına görə, bunun (Qur`anın təhrif edilməsi), məzhəbin zərurətindən olması və bununla, onların xəbərlərinə kömək edilməsidir". (Adnan əl-Bəhrani "Məşariqul-şumus" (Səh. 126).
5 – Şeyx Yəhyə Tilmiz əl-Kərki:
Şeyx Yəhyə Tilmiz əl-Kərki demişdir: "Qiblə əhlindən olan əl-xassa (şiələrə) və əl-ammənın (əhli sünnənin) icmasına görə, insanların əlində olan bu Qur`an tam (bütöv) Qur`an deyildir. Belə ki, insanların əlində olan Qur`andan bir şeylər çıxardılmışdır". Ət-Tabərsinin "Fəslul-xitab fi isbatı təhrifi Kitabi Rəbbil-ərbab" kitabından (Səh. 23) nəql edilmişdir. Ət-Tabərsi bunu, Yəhyə Tilmiz əl-Kərkinin "əl-İmamət" kitabından nəql etmişdir.
6 – Haşim əl-Bəhrani:
Haşim əl-Bəhrani "əl-Burhan fi təfsiril-Qur`an" (Səh. 36) kitabında demişdir:
"Bil ki, haqq olan və üzərində heç bir şübhənin olmadığı (haqqa) görə, geyd edilən və başqa mütəvatir xəbərlərə görə, qarşımızda olan bu Qur`ana, peyğəmbərdən (sas) sonra, dəyişiklikdən bir şeylər qarışmış və toplanan kəlimə və ayələrin çoxu oradan düşürülmüşdür (çıxarılmışdır). (Bu doğrudur ki) Qur`an zikr olaraq qorunmuş və uca Allahdan nazil edildiyi kimi, Əlinin (əs) nəzdində cəm edilmiş, qorunmuş və ondan da oğlu Həsənə (əs) çatdırılmışdır. Beləliklə, hər nəsildən ötürülərək, Məhdiyə (əs) qədər gəlib çatmışdır. O (Qur`an), bu gün də, onun (Məhdinin) nəzdindədir". (Haşim əl-Bəhrani "əl-Burhan fi təfsiril-Qur`an" (Səh. 36).
Haşim əl-Bəhrani həmin kitabın başqa bir yerində isə demişdir:
"Bu barədə, gələn xəbərləri və təmiz əsərləri (rəvayətləri) təhqiq etdikdən sonra, mənim nəzdimdə, bu rəy açıq-aydın səhihdir ki, bu (Qur`anın təhrif edilməsi), şiə məzhəbinin zərurətindəndir. Çünki, o, xilafəti qəsb etməyin ən böyük məqsədlərindəndir və (bu səbəbdən də, bu, zaman-zaman) qeyd edilir". (Haşim əl-Bəhrani "əl-Burhan fi təfsiril-Qur`an" (Səh. 49).
7 – Muhəmməd Salih əl-Mazandarani:
Muhəmməd Salih əl-Mazandarani "Şərhu camiul-kafi" kitabında (11\səh. 76) demişdir: "Qur`anın bəzi hissələrinin düşürülməsi (çıxarılması) və təhrif edilməsi (bizim nəzdimizdə) mənaca mütəvatir yollarımız (rəvayətlərimiz, sənədlərimiz) ilə sabitdir. Necə ki, bu, əvvəldən axıra kimi hədis kitablarını araşdıran bir kəsə aşkar olar". (Muhəmməd Salih əl-Mazandarani "Şərhu camiul-kafi" (11\səh. 76).
8 – Ən-Nuri ət-Tabərsi, "Fəslul-xitab" kitabının müəllifi:
Ət-Tabərsi demişdir: "Bu kitab gözəldir və şərafətli bir kitabdır. Hansı ki, mən, onu, Qur`anın təhrif edilməsini və azğınların və düşmənlərin biyabırçılığını isbat etmək üçün yazmışam və adını da "Fəslul-xitab fi isbatı təhrifi Kitabı Rəbbil-Ərbab" - "Rəbblər Rəbbinin Kitabı (Qur`anın) təhrif edilməsinin isbat edilməsi barədə son qərar" qoydum".(Fəslul-xitab fi isbati təhrifi Kitabi rəbbil-ərbab" kitabının müqəddiməsi).
Ən-Nuri ət-Tabərsi "Fəslul-xitab" kitabında (Səh. 124) demişdir: "Şübhəsiz ki, bu xəbərlərin çoxunun sənədi barədə mülahizə yürütməyimiz, bunun (Qur`anın təhrif edilməsinin), mənəvi cəhətdən mütəvatir babında (fəslində) sədd səviyyəsinə çatmağı vacib edir. Əksinə, bu, ondan, istiazə (Allaha sığınmaq) edəcəyimiz istənilən, vəsvəsələrə bənzəyir". Ən-Nuri ət-Tabərsi, "Fəslul-xitab fi isbatı təhrifi Kitabi Rəbbil-ərbab" (Səh. 124).
9 – Əl-Kuleyni "əl-Kafi" kitabında demişdir:
Cabirdən rəvayət edilmişdir ki, demişdir: Əbu Cəfər (Muhəmməd əl-Baqiri) (əs): "İnsanlardan biri, bütün Qur`anın nazil olduğu kimi cəm edildiyini iddia etsə (bil ki, o) ən yalançı birisidir. Çünki, Qur`an Allahdan nazil olduğu kimi, yalnız, Əli bin Əbu Talib və ondan sonrakı imamların (əs) nəzdində cəm və hifz edildiyi (əzbərlədiyi) kimi, heç kəs, cəm etməmiş və hifz etməmişdir (əzbərlələmişdir)". (Usulul-Kafi, "Kitabul-huccə" (1-inci cild, Səh. 284).
Əbu Basırdən, o da, Əbu Abdulladan (Cəfər əs-Sadiqdən) (əs) rəvayət etmişdir ki, demişdir: "Şübhəsiz ki, bizim nəzdimizdə Fatimənin (əs) mushafı (Qur`anı) vardır. Sən, heç dərk edirsənmi ki, Fatimənin (əs) mushafı (Qur`anı) nə deməkdir?". Bunun üzərinə, mən dedim ki: "Bəs, Fatimənin (əs) mushafı (Qur`anı) nə deməkdir?. Bunun üzərinə, (Əbu Abdulla, Cəfər əs-Sadiq) dedi: "Fatimənin mushafının misli, sizin bu Qur`anınızın üç misli qədərdir. Vallahi (Allaha and olsun ki) orda, sizin bu Qur`anınızdan bir hərf belə yoxdur". Dedi ki: Bunun üzərinə, dedim ki: "Bunu, Allah bilir". (Usulul-Kafi, "Kitabul-huccə" (1-inci cild, Səh. 295). Əl-Məclisi "Miratul-uqul"-da (3\səh. 54) bu rəvayətə "səhih" demişdir.
Hişam bin Səlimdən, o da, Əbu Abdulla (Cəfər əs-Sadiqdən) (əs) rəvayət etmişdir ki, demişdir: "Şübhəsiz ki, Cəbrayılın (əs) Muhəmmədə (sas) gətirdiyi Qur`an on yeddi min ayə idi". (Usulul-Kafi 2-ci cild, "Kitab fədailil-Qur`an" (Səh. 597). Əl-Məclisi "Miratul-uqud"-da (12\səh. 525) bu rəvayətə "muvəssəq" deyir. Bəzi nüsxələrdə isə bu rəvayətin səhih olduğu deyilmişdir