Ana Səhifə » 2012 » Sentyabr » 15 » "Youtube.com" İslamın təhqir olunduğu filmin Misir və Liviyada nümayişini məhdudlaşdırıb
"Youtube.com" İslamın təhqir olunduğu filmin Misir və Liviyada nümayişini məhdudlaşdırıb
09:53
"Taliban" hərəkatı isə filmə görə intiqam alınacağını bəyan edib, filmin rejissoru isə gizlənir.
"Selef.my1.ru" Türkiyə mətbuatına istinadən bildirir ki, "Quql" internet-axtarış portalının sahib olduğu "youtube" videoportalında Həzrəti Məhəmmədin və İslam dininin təhqir olunduğu "İslamın məsumiyyəti" filminin Misir və Liviyada nümayişi məhdudlaşdırılıb. Siyasi müşahidəçilər qadağaya ABŞ-ın Liviyadadakı səfiri Kristofer Stivensin öldürülməsinin səbəb olduğunu güman etdiklərini bildiriblər. Bu arada Əfqanıstandakı "Taliban" hərəkatının rəhbərliyi etirazlara səbəb olan filmə görə Birləşmiş Ştatlardan intiqam alınacağını bəyan edib. Xarici KİV-də dərc olunan xəbərlərdə isə kütləvi etirazlardan dolayı filmin rejissoru Sem Besilin gizləndiyi bildirilib.