Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19738 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16900 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13892 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9709 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9151 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » May » 22 » "İmanın necədir, dostum?"
    "İmanın necədir, dostum?"
    14:22
    "Darıxıram, kimsəsizəm, özümü yalqız və tənha hiss edirəm…” Günümüzün əksər insanının dilindən düşməyən, tez‐tez eşitdiyimiz və ya etdiyimiz şikayətlərdəndir bunlar. Başqa sözlə depressiv duyğular.



    Təəccüblü deyil, çünki bu duyğuları yaşayan dünyanın, çox vaxt da insanların əli ilə icra edilən bu qədər maddi və manəvi sıxıntı qarşısında aciz, fəqir və fani insandır.
    Deyirlər, keçmişdə bir‐biriləri görüşən sələflərimiz soruşmazdılar "necəsən?”, soruşardılar "imanın necədir?” Çünki onlar üçün dünyəvi vücudun deyil, ruhun sağlığı önəmli idi. Çünki onlar işin sirrini bilirdilər…
    İmanımız kiçildikcə dünya, dünyalıqlar gözümüzdə böyüyür. O qədər böyüyür ki, artıq bir yükə çevrilib altında əzməyə başlayır bizi. "Nə şirinliyindən yemək olmur, nə də əzizliyindən atmaq.” Hərçənd dünya bizim nə əzizimiz, nə vazkeçilməzimiz deyil, lakin çox zaman ona qarşı olan zəifliyimiz bizim üçün imanımızı kamilləşdirmə yolunda ən böyük maneəyə çevrilir.
    Bütün bər‐bəzəyi ilə, cazibəli, çəkici gücləri ilə önümüzə sipər, gözümüzə pərdə çəkir sanki. Nəfsimizə hakim olmaq ‐ özümüzü idarə edə bilmək müşkülə dönür. Həə, o zaman yeridir kimsə gəlib gayğı ilə üzümüzə baxsın və soruşsun:
    -İmanın necədir, dostum?
    Yaqin utandığımızdan və ya verəcəyimiz cavabın qeyri‐səmimiliyini gizləmək üçün gözlərimizi hara qaçıracağımızı bilmərik.
    Allah Rəsulunun xəbərdarlığı bu yerdə necə yadımıza düşməsin?
    Deyir ki, "dünya sevgisi hər növ xətalı davranışların səbəbidir. Bu sevgi səni kor və kar edər.”
    Kor və kar…
    Və bizə bunu düşmənimiz deyil, özümüz, öz sevgimiz edər. Həddini aşan, istiqamətini azan, bizi arxasınca sürükləyən sevgimiz…
    Bizi nəsə incidirsə, bunu edən əslində o şey və ya o kəs deyil, onlara bizim verdiyimiz dəyərdir. Daha doğrusu dəyərin ölçüsüdür. O dəyər nə qədər böyükdürsə, incidə bilmə qabiliyyəti də bir o qədər güclüdür. Son ucu Allaha dayanmayan və həddini aşan sevginin, qayğının, istəklərin, arzuların, xəyalların ölçüsü kimi.
    O zaman ətrafımıza bir göz gəzdirib bizi əhatə edənlərə verdiyimiz dəyərlərin ölçüsünə və dəyərverməmizin səbəbinə baxaq. İşimizə, evimizə, həyat yoldaşımıza, dostumuza, övladımıza, maşınımıza və s. Bir sözlə dünyalıq olan hər şeyə… Onda dərk edə bilərik bizi stresse, depressiyaya sürükləyən şeylərin kökündə nəyin durduğunu.
    Gec də olsa "Mən kim, dünya kim? Dünya ilə mənim misalım bir ağacın altında kölgələnib, sonra tərk edib gedən yolçunun misalı kimidir”‐ deyən Sevimli Peyğəmbərimizin dünyaya baxışını həyatımıza tətbiq etməyi yoxlayaq bəlkə?

    Təsəvvür edək, bir yolçuluğa çıxmışıq, hədəfimiz ülviyyət, əbədiyyət, məhəbbət və xoşbəxtlikdir.
    Yolçuluğumuz uzun və məşəqqətlidir. Yarıyolda dincimizi almaq üçün rastımıza çıxan nəhəng ağacın altında kölgələnmək qərarına gəlirik. Ağac qollu‐budaqlı, kölgəli və gözəldir.
    Yaqin heç birimiz yolçuluğumuzun əsas qayəsi olan niyyətimizi bu ağacın kölgəliyinə, möhtəşəmliyinə qurban vermərik. Onun budaqları altında dincəlmək nə qədər zövqlu gəlsə də, rahatlıq bəxş etsə də, bu cazibədarlıq bizi yolçusu olduğumuz yoldan edə bilməz, etməməlidir.
    Çünki yolun başında bizi heç bir gözün görmədiyi, "ağacları altında çaylar axan” daha ecazkar bir gözəllik gözləyir.
    Hədəfimiz var!
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 594 | Tarix: 15.05.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  May 2012  »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru