ABŞ prezidentinin sözləri türkiyəli jurnalistlərin nəzərindən yayınmayıb.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Birləşmiş Ştatlar prezidenti Barak Obama BMT-nin 67-ci Baş Assambleyasındakı çıxışında İslamı təhqir xarakterli “Müsəlmanların məsumiyyəti” filminə münasibət bildirib.
İslam dünyasının filmlə bağlı narahatlığını başa düşdüyünü iddia edən Obama Birləşmiş Ştatlarda da bir çox müsəlmanın yaşadığını deyib. Lakin ABŞ prezidenti söz azadlığından dolayı qalmaqala səbəb olan filmin ölkəsində nümayişinin qadağan olunmayacağını deyib.
Bununla da kifayətlənməyən Obamanın özünü Həzrəti Məhəmmədlə bir tutmağa cəsarət etməsi Türkiyə mətbuatının nəzərindən yayınmayıb. Belə ki, Obama çıxışında Həzrəti Məhəmməd kimi onun da təhqirə məruz qaldığını, ancaq söz azadlığı prinsipini müdafiə etdiklərinə görə əllərindən heç nə gəlmədiyini bildirib.