O deyir: "Allaha and olsun ki, mən belə zənn edirəm ki, bu
tayfa öz batil işlərində yekdil olduqlarından və sizin öz haqq işinizdə yekdil
olmadığınızdan, si-zin bu haqq işdə öz imamınıza asi olduğunuzdan, on-ların öz
batillərində öz imamlarına itaət etdik-lərindən, onların öz hökmdarına
sədaqətli, sizin öz hökmdarınıza xain olduğunuzdan, onların öz diyarla-rında
yararlı işlər gördüklərindən, sizin öz diya-rınızda yaramaz işlər gördüyünüzdən
sizə qalib gə-ləcək. Qorxuram ki, sizin birinizə bir çarıq etibar etsəm, bağı
ilə birlikdə gedər. (Sizə etibar etmək olmaz: dəvəni palanı ilə birlikdə udarsınız.).
Ey Allah, mən onlardan cana doymuşam, onlar məndən; mən onlardan bezmişəm,
onlar məndən. Mənə onların əvəzində onlardan yaxşılarını ver, onlara mənim
əvəzimdə məndən pisini. Ey Allah, onların qəlblərini duz suda əriyən kimi
ərit”. ("Nəhc əl-bəlağə”, səh.67, Beyrut çapı)
O onlara lənətlər yağdırıb deyir: "Ey kişiyə oxşa-yıb kişi olmayanlar! Uşaq
xəyallı, qadın ağıllılar. Nə yaxşı olardı, mən sizi heç görməyəydim və
tanıma-yaydım. Allaha and olsun ki, peşmançılıqdan, kədər-dən yaxa qurtara
bilmirəm. Allah sizi öldürsün! Qəl-bimi irinlə doldurmusunuz, köksümü qeyzlə
yükləmi-siniz. Mənə sinə dolusu töhməti qurtum-qurtum uddur-musunuz. Mənim
rəyimi mənə qarşı üsyan etməklə və məni arada qoyub qaçmaqla zay etmisiniz. Iş
o yerə gəlib çıxıb ki, Qüreyş əhli deyib: "Əbu Talibin oğlu şücaətli adamdır,
lakin hərbdən xəbəri yoxdur.
Onları Allah vurmuşdu! Görəsən onların arasında hərbi işdə məndən qətiyyətli,
məndən bacarıqlı bir nəfər varmı? Mən bu işə iyirmi yaşa çatmamış girişmişəm.
Budur, indi altmışdan yuxarı yaşım var! Lakin itaət olunmayan adamın sözü
keçməz”. (Nəhc əl-bəlağə”, səh.70,71, Beyrut çapı)
Həmçinin: "Ey adamlar, ey cismən bir yerdə olub fikrən bir-birinə zidd olanlar,
səsiniz karın qula-ğını açar, işiniz düşmən sevindirir! Məclislərdə deyirsiniz
ki, belə etmək lazımdır, elə etmək la-zımdır, döyüş vaxtı gələndə deyirsiniz: —
Mənə nə, mənə nə!
Kim sizi dəvət etsə, dəvəti cavabsız qalar, si-zinlə yoldaşlıq etməli olanın
qəlbi rahat olmaz. Ey yalandan özlərini xəstəliyə vuranlar, siz məndən xa-hiş
etdiniz ki, vaxtı uzadım. Borcunuzu verəndə canı-nız çıxır. Zəlil adam özünə
qarşı edilən ədalətsiz-liyə mane ola bilməz! Haqq yalnız çalışıb-vuruşmaqla
əldə edilə bilər. Öz evinizi itirəndən sonra hansı evi qoruyacaqsınız? Məndən
sonra hansı sərkərdə ilə birlikdə vuruşacaqsınız? Allaha and olsun ki, sizə
aldanan adam kordur. Kim sizin köməyinizlə qələbə çalıb, Allaha and olsun ki,
bu qələbə təsadüfən olub. Sizinlə birgə vuruşmaq küt qılıncla zərbə endirmək
kimidir. Allaha and olsun ki, daha mən sizin sözünüzə inanmıram, köməyinizi
istəmirəm, düşmənə sizinlə hədə gəlmirəm. Sizə nə olub? Dərdiniz nədir?
Əlacı-nız nədir? Onlar da sizin kimi adamlardır. Ey boş danışanlar! Düşüncəsiz
qafillər! Haqları olmayan şeyi istəyən tamahkarlar!”. ("Nəhc əl-bəlağə”,
səh.72,73)
O (Allah ondan razı olsun!) Müaviyənin tərəfdar-larını tərifləyir və öz
şiələrini pisləyir: "Mə-nim ruhum əlində olan Allah onlara ona görə qələbə
verməyəcək ki, onlar sizdən haqlıdırlar, ona görə verəcək ki, onlar öz
hökmdarlarının batil işini sürətləndirirlər, siz isə mənim haqq işimi
yavaşı-dırsınız. Adətən, millətlər öz başçılarının zül-mündən qorxurlar. Mən
isə öz rəiyyətimin zülmündən qorxuram. Sizi cihada səslədim, səsimə səs
vermədi-niz; sizə söz demək istədim, eşitmədiniz. Sizi gizlin də, aşkar da
dəvət etdim, dəvətimə cavab vermədiniz. Nəsihət etdim, qəbul etmədiniz.
Varlığınızla yoxluğu-nuzun fərqi yoxdur. Qul ola-ola özünüzü ağa kimi
apa-rırsınız! Mən sizə hökm oxuyuram, ondan uzaq qaçır-sınız. Bəlağətli moizə
oxuyuram, hərə bir yana səpə-lənib dinləmir. Sizi zülmkarlara qarşı cihada
səslə-yirəm, sözümü bitirməmiş görürəm ki, hərəniz bir tə-rəfə getmisiniz. Öz
yerlərinizə qayıdanda bir-biri-nizə yalandan moizələr oxuyursunuz. Mən səhərlər
si-zin qəddinizi düzəldib sizi yola salıram, axşam ya-nıma qozbel qayıdırsınız.
Ey bədənləri qalıb ağılları getmiş, fikirləri müxtəlif, hökmdarları onlardan
bəlalar görmüş tay-fa! Sizin hökmdar Allaha itaət edir, siz ona asi olur-sunuz;
Şam əhlinin hökmdarı Allaha asilik edir, on-lar ona itaət edirlər. Allaha and
olsun ki, Müaviyə sizi onlarla dinarı dirhəmlə xırdalayan kimi dəyiş-məyə razı
olsaydı, sizin onunuzu verib onlardan bi-rini alardım.
Ey Kufə əhli, mən sizdə bir üç şey görmüşəm, bir də iki şey: qulaqlarınız var —
karsınız, diliniz var — lalsınız, gözləriniz var — korsunuz; üz-üzə gələn-də
doğru danışmazsınız, dara düşəndə bir-birinizə qardaş köməyi göstərməzsiniz.
Sizi görüm başınız batsın! Ey çobanları itmiş dəvə sürüsünə bənzəyən-lər! Bir
tərəfdən bir yerə toplayanda o biri tərəfdən dağılışırsınız. Allaha and olsun
ki, mən indi si-zinlə birlikdəyəm, ancaq təsəvvür edirəm ki, vuruş başlasa,
döyüş qızışsa, siz Ibn Əbu Talibdən arala-nıb qabaqdan qıçlarını aralamış
qadının qıçları kimi hərəniz bir yana gedərsiniz”. ("Nəhc əl-bəlağə”,
səh.141,142)
Həmçinin: "Əgər mən düşmənlə qarşılaşanda — bu qarşılaşma mənim üçün qara gün
olsa belə — şə-hid olmaq arzusunda olmasaydım, hazırlığımı görüb sizdən
uzaqlaşar, sağa-sola baxmadan başımı götürüb gedərdim; siz tənə etməkdən,
başqalarına irad tutmaq-dan başqa bir şey bilmirsiniz, özünüzü kənara çəkib
yalan danışmaq, ara vurmaqla məşğulsunuz. Qəlbləriniz bir-birindən o qədər
uzaqdır ki, sayınızın çoxluğunun heç bir faydası yoxdur”. ("Nəhc əl-bəlağə”,
səh.176.)
O sonra demişdir: "Sizin nə elə etibarınız var ki, adam sizə etibar etsin, nə
də elə hörmətə layiq-siniz ki, qeyrətiniz çəkilsin. Siz nə yaman ara
qızış-dıransınız! Aman sizin əlinizdən! Sizə aşkar bir söz deyəndə də, sirr
açanda da sizdən əziyyət gördüm. Siz nə adamın səsinə səs verən səmimi dost
deyilsi-niz, nə də sirr açanda etibarlı qardaş!”. ("Nəhc əl-bəlağə”, səh.183)
O onların xasiyyətini belə təsvir etmişdir: "Ey əmr olunanda itaət etməyən,
çağıranda cavab verməyən adamlar! Allahın qəza-qədərinə, məni sizə mübtəla
et-məsinə baxmayaraq, Ona həmd edirəm. Siz elə adamlar-ınız ki, möhlət
veriləndə hücuma keçirsiniz, döyüşə göndəriləndə geri çəkilirsiniz. Adamlar bir
rəhbə-in ətrafına toplaşan kimi siz ona tənə edirsiniz, çətinliyə düşəndə dala
qaçırsınız. Canınızdan nə qorxursunuz! Qələbəyə və öz haqqınız uğrunda cihada
ma-raq göstərmirsiniz! Sizin üçün ölüm yaxşıdır, yoxsa zəlillik? Allaha and
olsun ki, bilmirəm mən öləndən sonra — bu onsuz da olacaq — aramıza ayrılıq
düşüb mən sizi tərk edəndə sizi hansı din bir yerə topla-yacaq, hansı həvəs
ayağa qaldıracaq? Təəccüblü deyilmi ki, Müaviyə sadə, kobud adamları
hədiyyəsiz-filansız dəvət edir, onlar onun ardınca gedirlər, mən isə sizi —
Islamın varislərini və başqalarınızı yardım göstərərək, yaxud bir qisminə
hədiyyə verərək dəvət edirəm, siz məndən uzaqlaşır və mənim əleyhimə
çıxırsınız? Elə bir əmrim olmur ki, ondan razı qalıb yerinə yetirəsiniz, elə
bir şey yoxdur ki, onun acığından bir yerə toplaşasınız; ölmək də istəsəm, ölüm
yaxına gəlmir! Mən sizinlə birlikdə Kitab (Quran) öyrəndim, elmi söhbətlər
apardım, inkar etdi-yinizlə sizi tanış etdim; sizə tüpürdüyünüzü yalatdım. Bunu
kor da görərdi, yuxuda olan da oyanıb başa dü-şərdi. Onlar elə bir millətdirlər
ki, Allah tanıma-maqda onlara ən yaxın adam onların başçısı Müaviyə-dir! Tərbiyəçiləri
də Ibn Nabiğə!”