Allah Təala Quranda qiyamət gününü xatırladanda belə buyurur: «O gün
neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır!» (Əl Qiyamə
surəsi, 22-23) Baxmaq sözünü üzlər sözünə aid elədi. Üzdə görməyi
bacaran da gözlərdir. Ayədə Allahın gözlə görülə bilməsinə dəlil var.
Ancaq Allahı görməyimiz Onu əhatə etməyimiz demək deyil. Çünki Allah
belə buyurur: «Onların elmi isə Onu (Allahın zatını) əhatə edib qavraya
bilməz!» (Taha surəsi, 110) Və əgər Allahı elmimiz ilə əhatə etməyimiz
mümkün deyilsə, elmi əhatə etmək, gözlə əhatə etməkdən daha genişdir.
Allahı gözlə görüb əhatə etməyimiz mümkün deyil. Buna dəlil Allahın bu
ayəsidir : «Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər» (əl
Ənam surəsi, 103) Gözlər Onu görsə də dərk edə bilməz. Allah həqiqi
görmə ilə gözlə görülə bilər. Ancaq bu baxışla onu dərk etmək olmaz.
Çünki Allah əhatə olunmaqdan daha Əzəmətlidir. Sələfin görüşü budur. Və
onlar belə bilirlər ki, insanın nemətləndirildiyi ən kamil nemət
Allahın Üzünə baxmaqdır. Buna görə Peyğəmbər (s.ə.s) duası belə idi:
«Səndən, Sənin Üzünə baxmağın ləzzətini istəyirəm» Ləzzətli nəzər ona
görə dedi ki, o baxışda əzəmətli ləzzət var. Onu ancaq Allahın neməti
və fəzilətinə çatanlar bilər. Allahdan məni və sizləri onlardan
etməyini arzu edirəm. Sələfin icma etdiyi «Allahı görmə»nin həqiqəti
budur. Kim iddia eləsə ki, Allah gözlə görülə bilməz və ya bu
yəqinliyin kamilliyidir, onun bu sözü batildir və dəlillərə ziddir.
Çünki yəqinliyin kamilliyi bu dünyada da mövcuddur. Necə ki, Peyğəmbər
(s.ə.s) «İhsan» sözünün təfsirində, izahında belə deyir: «İhsan odur
ki, Allaha onu gördüyün kimi ibadət edəsən, əgər sən onu görmürsənsə,
bil ki, O səni görür» Sənin Allaha Onu gördüyun kimi ibadət etməyin,
yəqinliyin kamilliyidir. Allah dünyada gözəgörünməzdir. Musa
Allahı gözlə görmək niyyətində olarkən Rəbb ona bildirir ki, Onu
dünyada görə bilməz. Bu mümkün deyildir, hətta möhkəm və güclü dağ belə
buna dözə bilməz: "Musaya vəd etdiyimiz vaxt gəlib çatanda Rəbbi onunla
danışdı: "Sən Məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər
o yerində dura bilsə, sən də Məni görə bilərsən”, - buyurdu. Rəbbi dağa
təcəlli etdikdə (Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi.
Musa da bayılıb düşdü.” (əl-Əraf, 143). Qiyamət günü möminlər
Allahı görməyə qadirdilər. Cənnətdə bəndələrə bəxş ediləcək ən böyük
nemət əzəmətli və kəramətli Rəbb olan Sübhənəhuya baxmaqdır. Bu böyük
nemətdən kafirlər məhrumdular: "Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar!” (əl-Mutəffifun, 15). "O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır!” (əl-Qiyamət, 22-23).
Bu adamlar möminlərdir: "Həqiqətən, yaxşı əməl və itaət sahibi olan
möminlər Nəim cənnətlərində olacaqlar. Onlar taxtlar üstündə (əyləşib
Allahın hazır etdiyi nemətlərə) tamaşa edəcəklər. Sən (ey Peyğəmbər!)
onların üzlərində cənnət sevinci görəcəksən!” (əl-Mütəffifun, 22-24). Allah təalanın mübarək üzünə bu nəzər möminlərə vəd edilmiş əlavə mükafatdır:
"Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat gözləyir” (Yunus,
26). Hər iki "Səhih”də Cərir bin Abdulladan (Allah ondan razı olsun!)
bu hədis verilir: Peyğəmbərlə (Ona və onun ailəsinə Allahın salavatı və
salamı olsun!) oturmuşduq. Ayın 14-də gecə aya baxdıq. O dedi: "Siz öz
Rəbbinizi bunu gördüyünüz kimi görəcəksiniz. Ona baxmaqla zərər
görməzsiniz. Əgər bacarsanız günəş çıxmamışdan namaza çox uymayasınız
və günəşi qürubuna qədərki namaza əməl edin”. Allahın İsim və
Sifətləri ağılla başa düşülməz. Zənlər, düşüncələr, təsəvvürlər onu
başa düşüb dərk edə bilməz. O, da yaratdıqlarına nə zatında, nə
əməlində, nə də isim və sifətlərində bənzəməz. Kimsə deyə bilər ki, bu
sifətlərə biz də məxsusuq. Amma xeyir! İnsan görmə, eşitmə sifətlərinə
malikdir. Lakin onun görməsi, eşitməsi Allahın görməsi, eşitməsi kimi
deyildir. Çünki insan müəyyən bir həddə qədər görüb eşidə bilər, lakin
Allah – subhanəhu və təala – üçün belə bir hədd yoxdur. Hətta elə bir
hallar olur ki, ana öz oğlunu bağışlamır. Lakin Allah öz qullarına
qarşı o, qədər rəhmli və mərhəmətlidir ki, onların bu qədər günah
etmələrini bağışlayır. İmam əbu Hənifə – rəhmətullahi aleyhi – bu
haqda deyir ki, Onun sifətləri yaratdıqlarının sifətləri kimi deyildir.
Onun bilməsi bizim bilməyimiz kimi deyil. Qüdrəti var, lakin bizim
qüdrətimiz kimi deyil. Görür, lakin duyması bizimkinə bənzəməz.
Danışır, lakin danışması bizimki kimi deyildir. Çünki onun misli
yoxdur. «De ki, Allah birdir. Allah möhtac deyildir. O, nə doğmuş, nə
də doğulmuşdur! Onun heç bir tayı bərabəri, bənzəri də yoxdur».
(əl-İxlas 1-4). İsim və Sifətlərin Tövhidi əqidə məsələlərində ən
çətin və təhlükəli mövzulardan biridir. Hətta bir çox alimlər bu
mövzuda xətalar etmişlər. Əhli Sünnə vəl Cəmaatın bu mövzu ilə mövqeyi belədir.
1) Nə ki, Quran və Sünnədə isbat olunub, biz də onu isbat edib, qəbul
edirik. Məs: Allah görür, eşidir və s. «Şübhə yox ki, Allah (hər şeyi)
eşidən (SƏMİ) və görəndir (BƏSİRDİR)». (ən-Nisa 58). 2) Nə ki,
Quran və Sünnə ilə inkar edilir, biz də onu inkar edirik. Məs:
Xristianlar deyirlər ki, Allah göyləri və yeri altı gündə xəlq etdi və
bazar günü isə dincəldi. «O, nə mürgü (HƏYYDİR), nə də yuxu bilər
(QAYYUMDUR)». (əl-Bəqərə 255). «And olsun ki, biz göyləri, yeri və
onlar arasında olanları altı gündə yaratdıq və bizə heç bir yorğunluq
da üz vermədi». (Qaf 38). Yəhudilər dedilər ki, Allah xəsisdir. «Xeyr,
Allahın əlləri açıqdır. İstədiyi kimi lütf və ehsan edər». (əl-Maidə
64). 3) Nə ki, Quran və Sünnədə varid olmayıb, sabitliyi və
inkarı. Məs: Allah buyurur ki, danışır. Bu sabitdir. Lakin biz desək
ki, Allah danışır, deməli dodağı, dili və s. var. Bu düz deyil. Çünki
bu haqda bizdə heç bir dəlil yoxdur. Bununla bərabər biz onu da inkar
etmirik. Yenə də dəlilimiz yoxdur. Müsəlman bacı və qardaşlarım!
Bu mövzu təhlükəli və çətin olduğuna görə, bəzi azmış və hədlərini
aşmış firqələr kimi Allahın ad və sifətlərini dəyişməmək, onları heç
nəyə bənzətməmək, keyfiyyətini öyrənməyə çalışmamaqdan ötrü alimlər
bəzi qaydalar müəyyənləşdiriblər. Bu qaydaları hər bir müsəlmanın
bilməsi vacibdir. 1. TƏHRİF – bir sözü başqa sözlə əvəz etmək,
dəyişdirmək deməkdir. Ayə və ya hədisi həm məna, həm də ləfzi etibarı
ilə dəyişdirmək deməkdir. Məs: 1) Məna etibarı ilə təhrifə dəlil –
Allah Qurani – Kərimdə buyurur: «Rahmən ərşin üzərinə yüksəldi». (Ta ha
5). Burada olan İSTİVA – ucalmaq sözünə, LƏ – şəkilçisi artıqmaqla
İSTƏVLƏ hökmü altına aldı sözü ilə əvəz edirlər. Bu azmış firqələr
özləri də bilmədən Yəhudilərin etdiklərini edirlər. Allah Yəhudilərə
kəndin qapsından Allaha səcdə edən halda HİTTƏ – sözünü, HİNTƏ –
«buğda» sözü ilə əvəz etdilər. (əl-Bəqərə 58-59). Allahın ƏL – sifətini
qüdrət, nemət kimi təhrif etmək. 2) Ləfzi etibarı ilə təhrifə dəlil –
Allah Qurani – Kərimdə buyurur: «Allah Musa ilə sözlə danışdı».
(ən-Nisa 164) – ci ayəsini oxuduqda: «Musa Allah ilə sözlə danışdı»
deyə təhrif edirlər. 2. TƏTİL – Allahın sifətlərini təmamilə inkar etmək və ya bəzilərini qəbul edib, bəzilərini inkar etmək.
3. TƏMSİL – Allahın sifətlərini məxluqatın sifətləri kimi olduğunu qeyd
etmək. Buna həmçinin TƏŞBİH – də deyilir. Bənzətmək. «Onun bənzəri heç
bir şey yoxdur». (əş-Şura 11). Bu ayə bu cür düşünənlərin fikirlərini
alt-üst edir. 4. TƏKYİF - Allahın sifətlərinin mahiyyəti,
keyfiyyəti haqqında fikir yürütmək. Sifətlərin necəliyi haqqında
suallar vermək. Allahın sifətlərini bilmək lazımdır, lakin keyfiyyəti
haqqında fikir yürütmək olmaz. «Sənə Quranı nazil edən odur. Onun bir
hissəsi quranın əslini, əsasını təşkil edən möhkəm, digər qismini isə
mütəşabih (mənaca bir-birinə oxşar, məğzi bəlli olmayan) ayələrdir.
Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna
vermək məqsədi ilə mütəşabih ayələrə uyarlar. Halbuki onların həqiqi
izahını Allahdan başqa heç kəs bilməz». Elmdə qüvvətli olanlar isə:
«Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir» deyərlər.
«Bunları ancaq ağıllı adamlar dərk edər». (Ali İmran 7). Valid b.
Müslim deyir ki, əl-Əvzai, Sufyan b. Uyeynə, Məlik b. Ənəs –
rahmətullahi aleyhi – dən İsim və Sifətlər haqqında olan hədislər
barəsində soruşdum. Cavabları: «Bunları gəldikləri kimi alın, onlarla
əlaqəli keyfiyyət düşünməyin». İmam Zuhri – rahmətullahi aleyhi –
deyir: «Risalə göndərmək Allahdan, təbliğ etmək Rəsullardan, bizə düşən
isə təslimiyyət göstərməkdir». Əbu Hənifə – rahmətullahi aleyhi –
deyir: «Kim qulları tanıyan kimi Allahı tanıyarsa kafir olar». İbn
əl-Cövzi – rəhmatullahi aleyhi – İmam Əhməd – rahmatullahi aleyhi- in
Musaddəd əl-Bəsriyyəyə yazdığı məktubu belə xatırlayır: «Allahı onun
özünü vəsf etdiyi kimi vəsf edirik, Allahın özü haqqında nəfy etdiyini
siz də nəfy edin». QİYAMƏT GÜNÜ MÖMİNLƏRİN RƏBLƏRİNİ GÖRMƏLƏRİ
Əhli Sünnə vəl Cəmaat yəni Sələfi Salihin ittifaq ilə bu fikirdədirlər
ki, Qiyamət günü möminlər öz Rəblərini heç bir əziyyət çəkmədən
görəcəklər. Bunu sübut etmək üçün Quran və Sünnədə gələn dəlillərə
baxaq. «O, gün üzlər Rəbbinin gül cəmalına baxıb sevinəcəkdir».
(əl-Qiyamə 22-23). Bu ayə altı kəlmədən ibarətdir ki, bunların beşi
Allahın görülməsinə dəlalət edir. 1. VUCUHUN – üzlər. Müxaliflər qeyd edirlər ki, bu ayədə olan görmək qəlbnəndir. Lakin bu səhv fikirdir. RAƏƏ – sözü ərəb dilində iki cürdür. 1). BƏSARİYYƏ – gözlə, 2). QULUBUN – qəlblə.
Bu ayəyə gəlincə isə, Allah buyurmadı ki, QULUBUN – qəlblər o gün
sevinəcək. Əksinə Allah buyurdu: VUCUHUN – üzlər o gün sevinəcək.
Gözlər də üzdə olduğu üçün nəzər salacaqdır. Bir məsələ də var ki, qəlb
nəzər sala bilməz, gözlər isə nəzər sala bliər. 2). YƏUMƏİZİN – o, gün.
Məgər qəlb Allahın olduğunu bilmir. Hətta kafir belə olsa çətin
anlarında əllərini göyə qaldıraraq dua edir. Lakin Allahın o, günü
xüsusiləşdirməsi məhz möminlərin öz Rəbblərini görəcəyinə işarədir. 3). NƏDİRA – üzlər ağ, sevinc içində.
Niyə Allah möminləri ayırdı, onlara sevinc içərisində olacaqlarını
buyurdu. Çünki möminlərdən fərqli olaraq kafirlər o günü öz Rəbblərini
görməyəcəklər. «Qiyamət günü onlarla Rəbləri arasında hicab çəkiləcək
və onlar Rəblərini görməyəcəklər». (əl-Mutəffifin 15). 4). İLƏ – tərəf.
Yəni Rəblərinə tərəf baxacaqlar. Əbu Səid əl-Xudri – radıyAllahu anhu –
rəvayət edir ki, Rəsulullah – sallAllahu aleyhi və səlləm – in
zamanında bir qrup insanlar: «Ya Rəsulullah! Qiyamət günü Rəbbimizi
görəcəyikmi?» Rəsulullah – sallAllahu aleyhi və səlləm – buyurdu:
«Yanında bulud olmayan açıq bir havada günəşi görməyə çətinlik
çəkirsinizmi? Bədirlənmiş ayı 14-cü günündə yanında bulud olmayan açıq
havada görməyə çətinlik çəkirsinizmi?» Xeyr, Ya Rəsulullah! O, buyurdu:
«Günəşi və ayı görməkdə əziyyət çəkmədiyiniz kimi Allahı görməkdə də
əziyyət çəkməyəcəksiniz». 5). NAZİRA – nəzər salacaqlar.
Müxaliflər şübhə salmaq üçün bu ayəni dəlil gətirirlər. «Gözlər onu
dərk edə bilməz, lakin o, gözləri dərk edər». (əl-Ənam 103). Sözsüz ki,
nə bu dünyada, nə də axirətdə Allahı heç bir məxluq dərk edə bilməz.
Lakin insan baxdığı, bir şeyi görə bilər lakin dərk etməyə bilər.
Ağıllar onu bilirlər, lakin bilməkləri ilə onu dərk edə bilmirlər. Buna
görə də dərk etmək tamamilə ayrı bir şey, görmək isə tam başqa bir
şeydir. «Onlar taxtlar üstündə (əyləşib) tamaşa edəcəklər».
(əl-Mutəffifin 24). Muxaliflərin digər bir şübhələri: «Musa, Ey
Rəbbim! Özünü mənə göstər sənə baxım» dedi Allah: «Sən məni əsla görə
bilməzsən. Lakin dağa bax. Əgər o, yerində dura bilsə, sən də məni görə
bilərsən». (əl-Əraf 143). Lakin əksinə bu ayə elə onların özləri üçün
bir dəlildir. Müxaliflərin dediyinə görə bu ayədə olan LƏN TƏRANİ –
kəlməsi əbədiyyən nəfy ifadə edər. Bu görmənin heç vaxt həqiqət
olmayacağına dəlalət edir. Dil baxımından isə doğru deyildir. Allah
Qurani-Kərimdə Yəhudilər haqqında buyurur: «Yəhudilər deyirlər ki,
bizim yerimiz Cənnətdir. Orada bizə gözəl nemətlər hazırlanıb. (Ya
Məhəmməd!) Sən onlara (yəhudilərə) de: Əgər (sizin iddianıza görə)
Allah yanında axirət evi (Cənnət) başqa insanlara deyil, yalnız sizə
məxsusdursa və bu sözünüz doğrudursa (Allahdan) ölüm istəyin! (Cənnətin
yalnız özünə aid olduğunu iddia edən kimsə ona qovuşmağa səbəb olan
ölümü mütləq arzular). (Əlbəttə) onlar öz əməllərini bildiklərinə görə
ölümü əsla istəməzlər». (əl-Bəqərə 95-96). Ayədən də göründüyü kimi Lən
– onlar ölümü bu dünyada təmənna etməyəcəklər. Digər bir ayədə isə:
«Onlar müraciət edib deyəcəklər: Ey Məlik! Qoy Rəbbin bizi öldürsün (bu
əzabdan qurtaraq). O,isə (min ildən sonra onlara) Siz (həmişəlik
burada) qalacaqsınız». (əz-Zumər 77). Cəhənnəmdə isə ölümü təmənna
etdiklərini görürük. Digər tərəfdən Musa – əleyhissəlam – Allahın
Rəsulu, onun kəlimi olduğu halda, Allah haqqında nəyin imkansız
olduğunu daha yaxşı bilirdi. Əgər onun görülməsi imkansız olsaydı belə
bir istəklə Allaha müraciət etməzdi. Peyğəmbərlərin həyatlarına baxsaq
görərik ki, onlar Allaha layiq olmayan bir şeylə müraciət etdikdə Allah
onları dərhal düzəldərdi. Məs: Nuh – əleyhissəlam – öz oğlu üçün kömək
istədikdə, İbrahim – əleyhissəlam- öz atası üçün, Muhəmməd – sallAllahu
aleyhi və səlləm – öz əmisi üçün kömək istədikdə Allah onlara qadağan
etdi. Musa – əleyhissəlam – a isə bu qadağanı qoymadı, əksinə: «Tur
dağına bax» deyə buyurdu. Buna görə də Allah: «Sən məni əsla görə
bilməzsən» - buyurduğunun mənası, dünyada məni görə bilməyəcəksən
deməkdir. İnsanların dünyada Allahı görmək gücləri yoxdur. Çünki əbədi
olan Allahı fani olan məxluq görə bilməz. Cənnətdə isə əbədi həyat
olduğuna görə əbədi olan insan Allahı görəcəkdir. Allah bizi də
onlardan etsin. Amin! Məqalələri elminə etibar etdiyim qardaşın tərcümə etdiyi kitabdan götürmüşəm. Vəs-Sələmu aleykum va rahmətullah Əqidət-ut-Təhaviyyədən daha bir bir çıxarış:
İslam dünyasının bəzi şəxslərinin Allahı cənnətdə görməni
təxəyyüllərinə və ağıllarına əsaslanaraq təfsir etmələri, ona düzgün
baxışlı bir iman sayılmır. Çünki məsəlyə mühakimə yolu ilə şərh ermək
Allahın rəbliyinə əlavə edilən anlayışların hamısının təfsir edilməsi
mənasını verir. Təfsirçilikdən əl çəkmək və itaət yoluna qədəm qoymaq
müsəlmanlara xas olan dindir. (Sifətləri) inkar etməkdən
(funksiyalaşdırmaq) və oxşatmadan (bənzətmədən) çəkinməyən bir adamın
ayağı sürüşər və (çatışmazlıq, eyb, qüsur və başqa hallarla bağlı)
mənəvi paklığa nail ola bilməz. Şübhəsiz ki, Uca və Cəlil olan
Rəbbimiz vəhdaniyyət sifətləri ilə təfsir edilmişdir. Bir və Tək olan
sifətlərinə sahibdir. Yaratdıqlarından heç biri Onun sifətlərindəki
mənalara malik deyil. Şərh: Müsəlmanlar arasında Uca Allahı
görməni ağlına və istəklərinə görə şərh edən və yaxud özünün Onun
keyfiyyətini biləcəyini söyləyənlərin bu barədə əqidəsi düzgün əsaslara
söykənmir. Belə insanlar xətaya yol verənlərdir. Röyətə (görməyə) tam
mənasıyla əminliyi olmayanlardır. Çünki görmənin gerçəkliyini və
keyfiyyətini Allahdan başqa heç kim bilə bilməz. Görmə (röyət) və
yaradıcı Rəbbimiz haqqında edəcəyimiz ən doğru təfsir odur ki, insanlar
(Onun sifətlərini), bu dünyada adət etdikləri şəkildə izah etməsinlər
və keyfiyyət verməsinlər. Əksinə, bunun mənası (Quran və sünnədə)
necədirsə, ona belə də iman gətirləmiyik. Onun keyfiyyətini
araşdırmamalıyıq. Bu mövzuda Allahın və Peyğəmbərin (Ona və ailəsinə
Allahın slaam və salavatı olsun!) buyurduqlarına iman gətirib təslim
olmalıyıq. Bu, Uca Allahın Öz Peyğəmbəri ilə müsəlman qullarına
göndərdiyi həqiqi dindir. Müsəlmana zəruri olan aşağıdakı iki şeydən
çəkinmək lazımdır: 1. Allahın Onun Özünü vəsf etdiyindən başqa
tərzdə vəsf edərək haqq yoldan azmaq və Allahın Özünü vəsf etdiyi əsil
məqsədindən kənara çıxıb yayınmaq; 2. Uca Allahın sifətlərini, adlarını, zatını və fəaliyyətini yaratdıqlarına bənzətmək. "Ona bənzər heç bir çey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!” Şura, 42/11.
Ayənin birinci yarısı Allaha oxşarlığı və bənzərliyi inkar edir, ikinci
yarısı isə Onun sifətlərinin isbatıdır. Ayı paklıqla isbatı bir yerdə
nəzərdə tutmuşdur. Kim ki, bu iki haldan çəkinməzsə, ayağı sürüşər və
imanında xətaya yol verər, həqiqəti tapa bilməz. Beləcə də, Allah
haqqında vacib olan paklıq yerinə yetirə bilməz. Bu, Allahı
oxşarlıqdan, bənzərlikdən və şərik qoşmaqdan uzaq tutmaqdan ibarətdir.
Çünki əziz və calil olan Allah əməlində, adlarında, sifətlərində,
yaradıcılığında və hökmlərində vəhdaniyyət sahibidir. Bütün
fəaliyyətində Təkdir. Heç kimə ehtiyacı yoxdur. Onun şəriki və bənzəri
yoxdur. Yaratdıqlarının heç biri bu mənalarda zatında, əməllərində,
adlarında və sifətlərində Ona bənzəməzlər. Ən doğrusunu Allah bilir! Məhəmməd Salih Useymin
|