Ana Səhifə » 2012 » İyul » 27 » İspaniyada müsəlmanlara məktəblərin həyətində ibadət etmək “təklif” olunub
İspaniyada müsəlmanlara məktəblərin həyətində ibadət etmək “təklif” olunub
10:19
Ramazanın gəlişi Badalona şəhər rəhbərliyinin müsəlmanlara qadağası ilə başlanıb.
“Selef.my1.ru” Rusiya mətbuatına istinadən bildirir ki, İspaniyanın Badalona şəhər rəhbərliyi Ramazan ayının gəlişi ilə müsəlmanların küçələrdə ibadət etmələrini qadağan edib.
Xəbərlərdə qadağanın şəhərin 3 mindən çox müsəlmanın ibadət üçün toplaşdığı 2 rayonuna şamil olunduğu bildirilib. Badalona meri Xavyer Qarsia Albiol bildirib ki, artıq 8 aydır ki, meriyanın müsəlman icmasından ibadət üçün alternativ məkanlar tapmasını xahiş etməsinə baxmayaraq, bütün bu cəhdlər nəticəsiz qalıb.
Meriya alternativ imkan kimi müsəlman icmasına əvvəllər məktəb kimi fəaliyyət göstərmiş binanın həyətini təklif edib. İspaniya mətbuatı müsəlmanların təklifi qəbul edəcəyi təqdirdə ibadət üçün müvafiq bank hesabına 6 min avro məbləğində depozit daxil etməli və həyətdən istifadənin hər saatına görə 31 dollar ödəməli olacaqlar.
Xəbərlərdə Badalona müsəlman icması rəhbərliyinin təklifə hələlik cavab vermədiyi bildirilib.