Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19632 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16749 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13830 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9577 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9102 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2010 » İyul » 7 » İSİM VƏ SİFƏTLƏR TÖVHİDİ
    İSİM VƏ SİFƏTLƏR TÖVHİDİ
    11:39


    Bu ən gözəl İsim və Sifətlərin Allaha aid olduğuna kəsinliklə inanmaq deməkdir. O, bütün kamil sifətlərə malik və bütün əskik sifətlərdən münəzzəhdir. Əhli Sünnə vəl Cəmaat Rəbblərini Quran və Sünnədə gəlmiş İsimlərlə bilir və tanıyır. «Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin». (əl-Əraf 180). 

    Necə ki, Allah Qurani Kərimdə özü-özünü vəsf etdiyi kimi və Rəsulu Muhəmməd - sallallahu aleyhi və səlləm - də onu sünnədə vəsf etdiyi kimi qəbul etmək. Onlara de: «(Bunu) sizmi, yoxsa Allahmı daha yaxşı bilir?» (əl-Bəqərə 140). Əbu Nuaym rahmatullahi aleyhi - deyir ki: «Allahın öz nəfsini vəsf etdiyi şeyləri inkar edən kafir olur. Nə Allahın özünü vəsf etdiyi, nə də Rəsulu onu vəsf etdiyi heç bir şey təşbih deyildir» .

    (1)Allahın İsim və Sifətlərini bilmək, mənasını başa düşmək, onlarla Allaha dua edib Ondan istəmək, qullarm qəlblərində yaradıcını ucaltmaq, Onu təqdis edərək hər cür əskiklik və qüsurlardan tənzih etmək və Onu sevmək, Ona ümüd edib arzulamaq və Ondan qorxmaq, Ona təvəkkül etməkdir. Belə ki, yaradıcı onların qəlblərində, nə zatında, nə də sifətlərində heç bir ortağı olmayan ən uca örnək olur. Heç kimsənin onların qəlblərindəki bu yer kimi bir yeri yoxdur. 

    Peyğəmbər - sallallahu aleyhi və səlləm - in risaləsi iki şeyi əhatə edir. Faydalı elm və Saleh əməl. «Müşriklərin xoşuna gəlməsə də (İslamı) bütün dinlərin fövqündə göstərmək üçün Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!» (ət-Tövbə 33). Bu ayədə olan Hidayət - Faydalı elmidir, Haqq din isə - Saleh əməldir.

    Faydalı elm - gərək dünyada, gərək də axirət də xeyirli və yararlı olan hər elmi əhatə edir. Heç şübhəsiz ki, Allahın isimlərini, sifətlərini və feillərini bilmək bu elmlərin başında gəlir. Çünki bunları bilmək elmlərin ən xeyirlisi, ilahi risalətin özü, Peyğəmbər dəvətinin özəyi, söz, iş və inanc baxımından dinin təməlidir. Həmçinin də Allahdan sonra onu (Allahı) Rəsulundan daha gözəl kim tanıya bilər? Rəsululah - sallallahu aleyhi və səlləm - bu haqda buyurur: «Sənə Sənin özünün-özünə verdiyin, yaxud öz Kitabında nazil etdiyin və ya xəlq etdiklərindən birinə öyrətdiyin, və ya öz yanında saxladığın qeyb elmində malik olduğun hər bir adla dua edirəm» .

    (2) Allahın qeyb elmində malik olduqlarını isə heç kəsin nə məh- dudlaşdırması, nə də əhatə etməsi mümkündür. Buna görə də, bu adlar haqqında mətnlərdə olan məlumatlarla kifayətlənmək lazımdır. «Bilmədiyin bir şeyin ardınca getmə. Çünki qulaq, göz və qəlb bunların hamısı sorğu-sual olunacaqdır». (əl-İsra 36). «Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdu». (əl-Əraf 33). 

    Allahın onun özünü adlandırdığı kimi adlandırmaq, yaxud onun özünü adlandırdığı adları inkar etmək Allaha qarşı üsyan etmək deməkdir. Ona görə də bu işdə ədəb yolunu tutmaq, Quran və Sünnə mətnlərində olan adlarla kifayətlənmək lazımdır.
    Ibn Qeyyim - rahmatullahi aleyhi - Allahın Ad və Sifətlərini üç qismə bölür.
    1. O, adlar ki, insanlardan qeyri məxluqlar bilir.
    2. O, adlar ki, Quran və Sünnədə varid olub.
    3. O, adlar ki, onları yalnız Allah bilir.
    Əhli Sünnə vəl Cəmaat - Rəblərini belə tanıyır. Allah, ondan əvvəl heç bir şeyin olmadığı (ƏVVƏL), ondan sonra heç bir şeyin olmadığı (AXIR), ondan üstə heç bir şeyin olmadığı (ZAHİR), ondan o, tərəfə heç bir şeyin olmadığı (BATINDIR). «Əvvəl də, axır da, zahir də, batin də odur. O, hər şeyi biləndir». (əl-Hədid 3).
    Yenə də inanırıq ki, Allahm zatı, digər zatlara, varlıqlara bənzəməz. Sifətləri də eyni şəkildə digər sifətlərə bənzəməz. Çünkü Allaha bənzər, oxşar heç bir varlıq yoxdur. O, yaratdığı varlılıqlarla qiyas edilməz. Allah həyatda hər şeyin xaliqi, yaradıcısı və həyatda olan hər bir varlığın ruzi vericisidir. «Məgər yaradan bilməzmi? Allah incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır». (əl-Mulk 14). Allah nə yaratdıqlarını yaratdıqdan sonra yaradıcı sifətini almış, nə də insanları var etdikdən sonra BƏRI (yoxdan var edən) adını almışdır. Bu sifətlərə əzəldə də sahibdir. O, indi də əbədi olaraq bu sifətlərə sahibdir. Bu sifətlərin hamısı onun kamil sifətlərindəndir. Məs: O, insanları yaratdıqdan sonra yaradıcı adını almamışdır. Bütün sifətləri kimi yaradıcı sifəti də onları yaratmazdan əvvəl Onda var idi. Bu sifətlər əsla və heç bir şəkildə sona yetməz. Allah var olduqca Onunla birlikdə var olacaqdır. Allahın varlığının da sonu olmayacaqdır. Allah yaratdıqlarını ALİM olaraq yaratmışdır və heç bir şey ondan gizli qala bilməz, heç bir şey onun elmindən qırağa çıxa bilməz. Onun elmi böyük və kiçik, çox və cüzi hər bir şeyi əhatə etmişdir. «Göylərdə və yerdə zərrə qədər bir şey ondan gizli qalmaz. Bundan kiçik yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın». (Səba 3). O, kainatı yaratmazdan əvvəl nə olduğunu bildiyi kimi, hal-hazırda da hər bir şeyi bilməkdədir. Yaratdıqlarından heç bir şey ondan gizli qalmaz. «(Rəbbin) onların keçmişini də, gələcəyini də bilir. (Ta ha 110).

    Qurandan və Sünnədən bizə Allahın 99 İsim və Sifətləri məlumdur. Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurur: «Allahın doxsan doqquz - yüzdən bir əskik adı var. Kim bu isimləri sayarsa Cənnətə girər .

    (3) Çünki bu 99 İsmi bilmək qəlbin düzəlməsi üçün əsasdır. Qurani-Kərimdən buna dəlillər isə: «Şübhə yox ki, Allah çox Uca (ALİ) və çox böyukdür (KƏBİRDİR)». (əıı-Nisa 34). «Şübhə yox ki, Allah (hər şeyi) eşidən (SƏMİ) və görəndir (BƏSİRDİR)». (ən-Nisa 58). «Şübhə yox ki, Allah yenilməz qüvvət (AZİZ) və hikmət sahibidir (HAKİMDİR)». (ən-Nisa 56). «Şübhəsiz ki, Allah bağışlayan (ĞAFUR) və rəhmlidir (RAHİMDİR)». (ən-Nisa 23). «Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir (RAQİBDİR)». (ən-Nisa 1). «Haqq-hesab çəkməyə (HASİB) olaraq Allah kifayət edər». (ən-Nisa 6). «Allah (möminlərə) lütfkardır (LƏTİF) və (bəndələrinin bütün əməllərindən) xəbərdardır (XABİRDİR)». (əl-Əhzab 34). «Şübhəsiz ki, Allah hər şeyi hifz edəndir (HAFİZDİR)». (Hud 57). «Şübhəsiz ki, Allah təriflənib şükr olunmağa (HƏMİD) və öyülüb, mədh edilməyə layiqdir (MƏCİDDİR)». (Hud 73). «Şübhəsiz ki, Allah çox yaxındır (QƏRİB) və duaları qəbul edəndir (MUCİBDİR)». (Hud 61). «Allah ehtiyacsız (ĞANİ) və həlimdir (HƏLİMDİR)». (əl-Bəqərə 263). «Məgər Rəbbinin hər şeyə (ŞAHİD) olması kifayət deyilmi. (Fussilət 53)». «Allah (öz elmi ilə) hər şeyi ehtiva edəndir (MUHİTDİR)». (Fussilət 54). «O, özündən başqa heç bir ilah olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, RAHMƏNDİR, RƏHİMDIR. O, özündən başqa heç bir ilah olmayan MƏLİKDİR (mütləq sahibdir), QUDDUSDUR (nöqsanlıqdan münəzzəhdir), SƏLAMDIR (zat və sifətlərində, fellərində hər cür qüsur və əskiklikdən uzaqdır), MUMİNDİR (öz bəndələrini şərdən qoruyan, əmin edəndir), MUHEYMİNDİR (hamilik edən, qoruyandır), ƏZİZDİR (hər şey hökmünə məhkum olan, güclü, qüvvətlidir), CƏBBARDIR (hökmünə məcbur edəndir), MUTƏKƏBBİRDİR (təkəbbürlük haqqına tək sahib olandır). Allah müşriklərin ona qoşduğu bütlərdən uzaqdır. O, Allahdır ki, XALİQDİR (hər şeyi yaradandır), BƏRİDİR (yoxdan var edəndir), MUSAVVİRDİR (yaratdıqlarına istədiyi kimi surət verəndir), O, ƏZİZDİR, HƏLİMDİR (yenilməz qüvvət və hikmət sahibidir)». (əl- Həşr 22-24). və s. ayələri dəlil göstərmək olar. 

    Allahın Isim və Sifətləri ağıila başa düşülməz. Zənlər, düşüncələr, təsəvvürlər onu başa düşüb dərk edə bilməz. O, da yaratdıqlarına nə zatında, nə əməlində, nə də isirn və sifətlərində bənzəməz. Kimsə deyə bilər ki, bu sifətlərə biz də məxsusuq. Amma xeyir! İnsan görmə, eşitmə sifətlərinə malikdir. Lakin onun görməsi, eşitməsi Allahm görməsi, eşitməsi kimi deyildir. Çünkü insan müəyyən bir həddə qədər görüb eşidə bilər, lakin Allah üçün belə bir hədd yoxdur. Hətta elə bir hallar olur ki, ana öz oğlunu bağışlamır. Lakin Allah öz qullarına qarşı o, qədər rəhmli və mərhəmətlidir ki, onların bu qədər günah etmələrini bağışlayır. İmam Əbu Hənifə - rahmətullahi aleyhi - bu haqda deyir ki, Onun sifətləri yaratdıqlarının sifətləri kimi deyildir. Onun bilməsi bizim bilməyimiz kimi deyil. Qüdrəti var, lakin bizim qüdrətimiz kimi deyil. Görür, lakin görməsi bizim görməyimiz kimi deyil. Duyur, lakin duyması bizimkinə bənzəməz. Danışır, lakin danışması bizimki kimi deyildir 

    (4) Çünkü Onun mısli yoxdur. «De ki, o Allah birdir. Allah möhtac deyildir. O nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı bərabəri, bənzəri dəyoxdur». (əl-İxlas 1-4). 

    Isim və Sifətlərin Tövhidi əqidə məsələlərində ən çətin və təhlükəli mövzulardan biridir. Hətta bir çox alimlər bu mövzuda xətalar etmişlər.
    Əhli Sünnə vəl Cəmaatın bu mövzu ilə mövqeyi belədir.
    1) Nə ki, Quran və Sünnədə isbat olunub, biz də onu isbat edib, qəbul edirik. Məs: Allah görür, eşidir və s. «Şübhə yox ki, Allah (hər şeyi) eşidən (SƏMİ) və görəndir (BƏSİRDİR)». (ən-Nisa 58).

    2) Nə ki, Quran və Sünnə ilə inkar edilir, biz də onu inkar edirik. Məs: Xristianlar deyirlər ki, Allah göyləri və yeri altı gündə xəlq etdi və bazar günü isə dincəldi. «O, nə mürgü (HƏYYDİR), nə də yuxu bilər (QAYYUMDUR)». (əl-Bəqərə 255). «And olsun ki, biz göyləri, yeri və onlar arasında olanlan altı gündə yaratdıq və bizə heç bir yorğunluq da üz vermədi». (Qaf 38). Yəhudilər dedilər ki, Allah xəsisdir, «Xeyr, Allahın əlləri açıqdır. İstədiyi kimi lütf və ehsan edər». (əl-Maidə 64). Finhas adlı bir yəhudi Əbu Bəkr -radıyallahu anhə - onu İslama dəvət etdikdə demişdir: «Allaha and olsun ki, ey Əbu Bəkr! Biz fəqir (kasıb) olmadığımızdan Allaha ehtiyacımız yoxdur. O, isə fəqir birisidir. Əgər möhtac olmayan bir varlıq olmasaydı bizdən borc tələb etməzdi» «Allah kasıbdır, biz isə dövlətliyik! deyənlərin sözlərini Allah, əlbəttə eşitdi. Biz onların dediklərini və Peyğəmbərləri haqsız yerə öldürdüklərini yazacaq və (qiyamət günü) onlara: «Atəşin əzabını dadın!» deyəcəyik». (Ali İmran 181)

    (5) Allah bütün bu deyilənlərdən münəzzəhdir. 

    3) Nə ki, Quran və Sünnədə varid olmayıb, sabitliyi və inkarı. Məs: Allah buyurur ki, danışır. Bu sabitdir. Lakin biz desək ki, Allah danışır, deməli dodağı, dili və s. var. Bu düz deyil. Çünkü bu haqda bizdə heç bir dəlil yoxdur. Bununla bərabər biz onu da inkar etmirik. Yenə də dəlilimiz yoxdur.
    Müsəlman bacı və qardaşlarım! Bu mövzu təhlükəli və çətin olduğuna görə, bəzi azmış və hədlərini aşmış firqələr kimi Allahın ad və sifətlərini dəyişməmək, onları heç nəyə bənzətməmək, keyfiyyətini öyərənməyə çalışmamaqdan ötrü alimlər bəzi qaydalar müəyyənləşdiriblər. Bu qaydaları hər bir müsəlmanm bilməsi vacibdir.

    1. TƏHRIF - bir sözü başqa sözlə əvəz etmək, dəyişdirmək deməkdir. Ayə və ya hədisi həm məna, həm də ləfzi etibarı ilə dəyişdirmək deməkdir. Məs: 1) Məna etibarı ilə təhrifə dəlil - Allah Qurani Kərimdə buyurur: «Rahmən ərşin üzərinə yüksəldi». (Ta ha 5). Burada olan ISTİVA - ucalmaq sözünə, LƏ - şəkilçisi artırmaqla İSTƏVLƏ hökmü altma aldı sözü ilə əvəz edirlər. Bu azmış fırqələr özləri də bilmədən Yəhudilərin etdiklərini edirlər. Allah Yəhudilərə kəndin qapsından Allaha səcdə edən halda HİTTƏ - «Bizi bağışla» deyərək içəri daxil olun buyurduğu halda onlar Allahı ələ salaraq HİTTƏ - sözünü, HİNTƏ - «buğda» sözü ilə əvəz edərək arxaları üstə kəndə girməyə başladılar. (əl-Bəqərə 58-59)

    (6)  Allahın ƏL - sifətini qüdrət, nemət kimi təhrif etmək. 2) Ləfzi etibarı ilə təhrifə dəlil - Allah Qurani Kərimdə buyurur: «Allah Musa ilə sözlə danışdı». (ən-Nisa 164)-ci ayəsini oxuduqda: «Musa Allah ilə sözlə danışdı» deyə təhrif edirlər. 

    Allah - subhəııəhu və təalə-də Qurani Kərimdə təhrifi qınamış və bu haqda: «Halbuki (Musa dövründə) onların içərisində elələri də vardı ki, Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirdilər». (əl-Bəqərə 75). «Yəhudilərin bir qismi (Tövratdakı) sözlərin yerini dəyişib təhrif edir...». (ən-Nisa 46). «Onlar sözlərin yerini dəyişib təhrif edir...». (əl-Maidə 13,41).

    TƏHRİF - TƏVIL - Kəlamçılarm bir çoxu təhrif kəlməsinin yerinə təvil kəlməsini işlədirlər. Çünki Təvilin hamısı pis deyildir. Peyğəmbər - sallallahu aleyhi və səllənı - İbn Abbas - radıyallahu anhu - haqqında: «Allahım onu dində fəqih et! Ona təvili öyrət!» deyə buyurmuşdu .

    (7) Təvil-təfsir mənasıdadır və sözün son nəticədə əsaslandığı həqiqət manasını bildirir. Pislənmiş təvil - sözün bəyənilən bir mənasını kənara qoyaraq ona bənzər digər dəlili bəyənilməyən, ehtimallara görə şərh edilməsinə deyilir. İsim və Sifətlərdə təvilə gəldikdə isə bidət əhlinin belə bir şeyə əl atmalarında məqsəd Uca Allahı yaradılmışlara bənzərlikdən təmizləməklə həddi aşmalarıdır. Bu isə öz növbəsində batil bir iddia olmaqla onları çəkindikləri təhlükənin bir başqa formasına, daha ağırına salmaqdadır. Məs: YƏD - ƏL sözünü qüdrət mənasında təvil etdikləri vaxt Allahın əlinin olmasmı deməkdən qaçmaq istəmişdilər. Çünki yaradılmışların da əli vardır. ƏL- sözü onlara mütəşabih görününcə onu qüdrət adlandıraraq təvil etmişlər. Bu da onların bir ziddiyətidir. Yəni onlar məqbul saydıqları məna haqqında müvafiq bir iddia qəbul etmək məcburiyyətindədirlər. Yəni özlərinin rədd etdikləri mənanı qəbul etməyə məcburdurlar. Axı qulların da qüdrəti vardır. (Belə olduqda Allahla yaradılmışlar arasında oxşarlıq olur). Əgər onların qəbul etdikləri qüdrət haqq və mümkün olan bir şeydirsə, onda Uca Allah üçün əli məqbul saymaq da eyni qaydada haqq və məqbuldur. Əgər Uca Allah haqqında əli qəbul etmək - onların iddialalarına görə təşbihi (bənzətməni) zəruri etdiyi üçün batil və mümkün olmayan bir şeydirsə, eynilə qüdrəti də qəbul etmək batil və qeyri-mümkündür .

    (8) 2. TƏTİL - Allahın sifətlərini tamamilə inkar etmək və ya bəzilərini qəbul edib, bəzilərini inkar etmək. Tətil mütləq olaraq təhrifdən daha şiddətlidir. Yəni o, yerdə ki, təhrif var orada tətil də vardır. Lakin əksi belə deyildir. 

    İKİ QİSİMDİR:
    1) BÖYÜK TƏTİL -Cəhmiyyəlilər kimi Allahın İsim və Sifətlərini tamamilə inkar edirlər.
    2) KIÇİK TƏTİL - Əşarilər, Mətrudilər kimi Allahın İsim və Sifətlərindən bəzilərini qəbul edib, bəzilərini isə inkar edirlər.
    3. TƏMSİL (Muməssil) - Allahın sifətlərini məxluqatın sifətləri kimi olduğunu qeyd etmək. Buna həmçinin TƏŞBİH - də deyilir. Bənzətmək, bənzər vermək. «Onun bənzəri heç bir şey yoxdur. O, eşidən və görəndir». (əş-Şura 11). Allah bu ayədə həm nəfy, həm də isbatı bir arada dilə gətirmişdir. Onun bənzərinin (misli) olmasını nəfy edərkən, Səmi və Bəsir (eşidən və görən) olduğunu isbat etmişdir. Bu da bu cür düşünənlərin fikirlərini alt-üst edir.
    İKİ QİSİMDİR:
    1) Yaradılmışı yaradana bənzətmək - Yəni Allahın sifətlərindən, fellərindən, haqlarından hər hansı birini yaradılmışa da vermək.

    1. Allahın sifətlərindən hər hansı birini yaradılmışa vermək - Peyğəmbər - sallallahu aleyhi və səlləm-i və ya ondan aşağı səviyyədə olan hər hansı bir yaradılmışı tərif və övməkdə hədi aşmaq. Necə ki, Abdullah b. Yəhya əl-Buhturini

    (9) tərif edən Mutənəbbi

    (10) O, deyir: «Ey bənzəri olmayan kimsə, dilədiyin kimi ol! Və necə istəyirsən elə də ol! Sənə bənzər bir kimsə yaradılmamışdır». 

    2. Allahın fellərindən hər hansı birini yaradılmışa vermək - Allah ilə bərabər başqa bir yaradıcı olduğunu irəli sürən kimsənin Rububiyyət tövhidində Allaha şərik qoşması.
    3. Allahın haqlarından hər hansı birini yaradılmışa vermək - Müşriklərin bütlərinin ilahlıq haqqı olduğunu irəli sürərək onlara tapınıb ibadət etmələri kimi.
    2) Yaradanı yaradılmışa bənzətmək - Yəni yaradılmışa aid olan bəzi özəllikləri Allahın zatma və sifətlərinə vermək.

    «Allahın iki əli yaratdıqlarının əlləri kimidir», «Allahın Ərşə İstiva etməsi yaratdıqlarının öz taxtlarına oturub qalxmaları kimidir» və s. bənzəri sözlər kimi. İlk olaraq bu sözləri işlədən Hişam b. əl- Hakəm

    (11) olmuşdur. İmam Əbu Hənifə - rahmətullahi aleyhi - yaradanı yanıdılmışa bənzətməyi kəsin ifadələrlə qadağan etmişdir. O, «deyir: «Onun sifətləri yaratdıqlarıınn sifətləri kimi deyildir. Onun bilməsi bizim bilməyimiz kimi deyil. Qüdrəti var, lakin bizim qüdrətimiz kimi deyil. Görür, lakin görməsi bizinı görməyimiz kimi deyıl Duyur, lakin duyması bizimkinə bənzəməz. Danışır, lakin danışması bizimki kimi deyildir

    (12) «Allahın əli onların əlləri uzərindədir, lakin bu yaratdıqlarının əlləri kimi deyildir, O, əllərin yaradıcısıdır. Onun üzü yaratdıqlarının üzü kimi deyildir. O, bütün üzlərin yaradıcısıdır. Onun nəfsi yaratdıqlarının nəfsi kimi deyildir. Bütün nəfslərin yaradıcısı Odur. «Ona bənzər heç bir şey yoxdur, O, eşidən və görəndir». (əş-Şura 11)

    (13) 4. TƏKYIF (Mukəyyif) - Allahın sifətlərinin mahiyyəti, keyfiyyəti haqqında fıkir yürütmək. Sifətlərin necəliyi haqqında suallar vermək. Allahın sifətlərini bilmək lazımdır, lakin keyfiyyəti haqqında fikir yürütmək olmaz. «Sənə Quranı nazil edən odur. Onun hir hissəsi Quranın əslini, əsasını təşkil edən möhkəm, digər qismini isə mütəşabih (mənaca bir-birinə oxşar, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədi ilə mütəşabih ayələrə uyarlar. Halbuki onların həqiqi izahını Allahdan başqa heç kəs bilməz». Elmdə qüvvətli olanlar isə: «Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfındəndir» deyərlər. «Bunları ancaq ağıllı adamlar dərk edər». (Ali İmran 7). Valid b. Müslüm deyir ki, əl-Əvzai, Sufyan b. Uyeynə, Məlik b. Ənəs - rahmatullahi aleyhi - dən Isim və Sifətlər lıaqqında olan hədislər barəsində soruşdum. Cavabları: «Bunları gəldikləri kimi alın, onlarla əlaqəli keyfiyyət düşünməyin»

    (14). Imam. Zuhri - rahmətullahi aleyhi - deyir: «Risalə göndərmək Allahdan, təbliğ etmək Rəsullardan, bizə düşən isə təslimiyyət göstərməkdir»

    (15) Əbu Hənifə - rahmətullahi aleyhi - deyir: «Kim qulları tanıdığı kimi Allahı tanıyarsa kafır olar»

    (16). İbn əl-Cövzi -- tahmətullahi aleyhi - İmam Əhməd - rahmətullahi aleyhi - ın Musaddəd əl-Bəsriyyəyə yazdığı məktubu belə xatırlayır: «Allahı Onun Özünü vəsf etdiyi kimi vəsf edirik, Allahın Özü haqqında nəfy etdiyini siz də nəfy edin» .

    (17)

    --------
    (1) İmam Zəhəbi «Uluv». 
    (2) İmam Əhməd «Musnəd» 1/391, Həkim «əl-Müstədrək» 1/509, İbn Hibban.
    (3) Buxari, Müslim.

    (4)«əl-Fiqhul Əkbər» s. 302.
    (5)İbn Cərir ət-Təbəri təfsir kitabında. Sənədi zəifdir*.
    (6)Buxari 4479.
    (7)Buxari, Müslim, Əhməd 1/266,314, Ibn Məcə 166, Təbərani «əl-Kəbir»
    10587,10617, Bəğavi «Şərhu Sunnə» 3942.

    (8)Qahtani Qahtani «Ulumul Quran». 
    (9)Məşhur şair olub. Əsrində şairlərinin lideri idi. Zəhəbi «Siyer» 13/487, ibn Kəsir «əl-Bidayə vən Nihayə» 11/81.
    (10)Əsrinin şairi, ədəbiyyatçı olub. Əsl adı Əbu Tayyib Əhməd b. Hüseyn b. Həsən əl-Cufi əl-Kufi. Peyğəmbərlik iddiasında olduğu üçün Mutənəbbi ismi ilə tanmmışdır. Bir çox şirk və batil olan şerləri vardır. Tövbə etdiyi də söylənilir. Zəhəbi «Siyer» 16/199,201.
    (11)Kufəli olan Hişam kəlamçılıqla tanınmış. Dövründə İmamiyyənin rəisi sayıldığı kimi İmamiyyənin bir qolu olan Hişamiyyənin qurucusudur. Hicri 190-da ölmüşdür. İmamət haqqında, Allahı cisimləndirmə və yaratdıqlarına xüsusilə də insana bənzətmək kimi bir çox azğınlıqlar flınişdir. Bax: «Məqalətul İslamiyyə» 1/133,134. 
    (12)«əl-Fiqhul Əkbər» s. 59,302.

    (13)«əl-Fiqhul Əbsat» s. 52,53. 
    (14) İmam Bəğavi «Şərhus Sunnə». 
    (15)İmam Bəğavi «Şərhus Sunnə».
    (16)«əl-Əqidətul Təhaviyyə» s. 25.
    (17)«əl-Mənaqib» İmam Əhməd 221.

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: azik30 | Baxılıb: 1571 | Tarix: 26.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyul 2010  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru