Şübhəsiz ki, həmd ALLAH`adır. Ona həmd edir, Ondan yardım və
bağışlanma diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən ALLAH`a
sığınırıq. ALLAH kimə hidayət versə, heç kim onu azdıra bilməz. Kimi də azdırsa,
heç kim hidayət edə bilməz. Şəhadət edirəm ki, ALLAH`dan başqa ibadətə və
itaətə layiq haqq məbud yoxdur; O təkdir və şəriki yoxdur. Şəhadət edirəm ki,
Muhəmməd Onun qulu və Rəsuludur.
"Ey iman gətirənlər! ALLAH`dan layiqincə qorxun.
Yalnız müsəlman olduğunuz halda (müsəlman
kimi) ölün!” ()
"Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən)
xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox
insan və qadınlar törədən RƏBB`inizdən qorxun! (Adı ilə) bir-birinizdən
(cürbəcür şeylər) istədiyiniz ALLAH`dan, həmçinin qohumluq əlaqələrini
kəsməkdən həzər edin! Şübhəsiz ki, ALLAH
sizin üzərinizdə gözətçidir!” ()
"Ey iman gətirənlər! ALLAH`dan qorxun və doğru söz
söyləyin! (Əgər belə etsəniz, ALLAH)
əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs ALLAH`a və
Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar.” ()
Ey müsəlmanlar! Şübhəsiz
ki, İslam şəriəti üstün şəriətdir. Ən
dəyərli xüsusiyyəti isə yaradılanların RƏBB`in qoyduğu qaydalara tabe olaraq
yer üzündə yalnız ALLAH`a ibadət etmələri və Ona şərik qoşmamalarıdır. Bütün
bunlar xeyir, nur və xoşbəxtlikdir.
"ALLAH yanında (haqq
olan) din, əlbəttə, İslamdır. Kitab verilmiş şəxslər (yəhudilər və xaçpərəstlər)
ancaq (bu dinin həqiqi olduğunu) bildikdən sonra aralarındakı paxıllıq
üzündən ixtilafa (ayrılığa) başladılar. ALLAH`ın hökmlərini inkar
edənlərlə, şübhəsiz ki, ALLAH tezliklə haqq-hesab çəkəcəkdir.” ( )
"Kim İslamdan başqa bir din ardınca gedərsə,
(o din) heç vaxt ondan qəbul olunmaz və o
şəxs axirətdə zərər çəkənlərdən olar!” (
)
Ey ALLAH`ın qulları! İslam
dini ALLAH`ın ədalətli, bütün aləm üçün adil olan şəriətidir. Peyğəmbərlərin
sonuncusu Muhəmmədi -
insanlara yalnız ALLAH`ın dinini qəbul etsinlər deyə müjdələyici kimi
göndərmişdir.
"…(Dini)
ALLAH`ın dinindən daha gözəl olan kimdir?! Biz ancaq Ona ibadət edənlərik” ()
Ey ALLAH`ın qulları! İslam
dini bidətə deyil, örnək almağa və tabe olaraq İslamla getməyə əsaslanır.
İnsanın dini yalnız Ona boyun əydikdə haqq din olur. İnsanların getdikləri ən
xeyirli yol da ALLAH Rəsulunun - yoludur.
Hətta dəvə iynə gözündən keçsə də, insanlar ondan daha doğrusunu gətirə bilməzlər!.
"…Əgər o, ALLAH`dan qeyrisi tərəfindən
olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf,
uyğunsuzluq) tapardılar.” ()
"(Ya
Rəsulum!) De: "Əgər doğru deyirsinizsə, ALLAH`ın dərgahından bu ikisindən (Qurandan
və Tövratdan) daha doğru yol göstərən bir kitab gətirin, mən də ona tabe
olum!” (a)
Şübhəsiz ki, son zamanlar
müasir dövrdə həyat tərzləri dəyişmişdir. Həmçinin insanların dinlərinə olan
yaxınlığı və uzaqlığı da dəyişir. Peyğəmbərlərin sonuncusunun bütün bunlar
arasındakı yeri kamilliyə və ədalətə dəvətdir. İnkişaf dövrləri kimi
xarakterizə edilən əsrlərdə insan tərəddüd
etdikdə, iki yol arasında qalıb ikisindən birini seçməkdə çətinlik çəkdiyi
zaman şübhəsiz ki, sünnə onu həmin iki yoldan ən xeyirli olana çağırır.
Qaranlıq hadisələr qarşısında ağıl haqq və batıl, yaxşı və pis arasında
tərəddüd etdikdə, sünnə onu haqqa və ən yaxşıya dəvət edir. Çünki, haqq dəqiq,
batil isə qarışıqdır. Beləliklə, sünnə dəvətinin, insanların müxtəlif
vasitələrlə tək kütlə vəziyyətindəki aləmlə əhatə edilən istəklərinə görə iki
yoldan ən çətininə və iki işdən ən məşəqqətlisinə olduğu üzə çıxır. Burada bir
qəribəlik yoxdur. Çünki, cəhənnəm şəhvətlərlə, cənnət də xoşlanılmayan şeylərlə
əhatə olunmuşdur. Bu aydındır. Həmçinin istəklə alçalmaq asandır. Lakin
yüksəlmək əziyyətlidir. Diqqət edin, su vadiyə toplanana qədər öz-özünə enir,
lakin yuxarı böyük çətinliklə çıxır!.
Ey insanlar!. Şübhəsiz ki, nübuvvət zamanından uzaq olmaq onun
təlimlərindən və əxlaqından dan da uzaq olmaq deməkdir. Rəsulullah -
belə buyurur:
"Şübhəsiz ki, siz
gələcəkdə çox ixtilaflar görəcəksiniz”
Sonra
belə buyurur:
"Elə
bir dövr olmaz ki, ondan sonra gələn dövr daha pis olmasın. RƏBB`inizə qovuşana
qədər bu belə davam edəcək”
Ey
ALLAH`ın qulları! Bu səbəbdən ALLAH`ın vahid qəbul edilməsi, Ona iman etmək, Onun
dininə dəvət etmək, Onun üçün sevmək və nifrət etmək kimi şəriətin dəyişməyən
qaydalarının çoxu və ya bir qismi zaman keçdikcə istəklərin qalib gəlməsi və
əyləncənin yayılması ilə zəifləmişdir. Bu zəiflikdən sonra onları yenidən
canlandıracaq insanlara ehtiyac vardır. Çünki, əlimizdə bitməyən sərvətilə
ALLAH`ın Kitabı, yolların ən təmizi olan nübuvvət nuru vardır. Belə olduğu
halda, imanlı nəfs bütün bunları necə görməyə bilər? Hətta insan rahatlıq və
etibarlılıq mənbəyi əlində olduğu halda və ALLAH`in:
"İman
gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola
yönəlmişlər də onlardır!” ()
ayəsindən xəbədar deyilsə,
dünyada necə yalnızlıq hiss edə bilər.
Müəyyən dövrlərdə
cəmiyyətlərin qarşılaşdığı böyük problemlərə və İslam ümmətinin qarşılaşdığı
çətinliklərə, İslamın sağlam təlimləri və hər əsrin boyun əydiyi dəyişməyən
qaydaların bütün İslam cəmiyyətlərinə gətirdiyi üstünlüyə baxmayaraq, yenə də
bir məsələ vardır ki, həmin məsələ cəmiyyətlərin Rəsulullahın -:
"(Ya
Rəsulum!) Söylə: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi
olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) "ALLAH`dan başqasına
ibadət etməyək. Ona şərik qoşmayaq və ALLAH`ı qoyub bir-birimizi (özümüzə)
RƏBB qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara)
deyin: "İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (ALLAH`a təslim
olanlarıq)!” ()
dəvətinə əməl edərək, ALLAH`ın lütfünü və bağışlamasını diləməyə,
rəhmətini və ehsanını xatırlamağa, Ona dönüb sığınmağa ehtiyaclarının olduğunu
göstərir. ALLAH`dan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur.
"Necə ola
bilər ki, onlar (kitab əhli) ALLAH`ın dinindən
başqa bir din axtarsınlar? Halbuki göylərdə və yerdə olanlar istər-istəməz Ona
(ALLAH`a) təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar.” ( )
Ey müsəlmanlar topluluğu!.
Hamımız ALLAH`ın dininə dəvət etməliyik. Çünki, o bizim şərəf mənbəyimiz və
gücümüzün sirridir. Bunu, onun həqiqətini
ALLAH`ın razı olduğu şəkildə çəkinmədən və qorxmadan söyləyərək, onun hər şeydə yalnız ALLAH`a
qulluq etmə və Rəsuluna - bağlılıq
dini olduğunu düşünərək etməliyik. ALLAH`ın dinindən danışarkən səhv etməkdən
və onu həqiqətə zidd olan tərəfə çəkməkdən çəkinin!.
İslama tam dəvət ədalətli
mübarizədir. Lakin, təəssüflər olsun ki, həqiqəti dedikdə uğursuz
müdafiəçilərin əlinə də düşmək olur. Bu uğursuzluq müəyyən mənfəət səbəbilə və
ya bir şeydən qorxaraq sabit qaydaları pozmaq şəklində olur. Ey ALLAH`ın
qulları! Burada təəccüblü bir şey yoxdur. Bəzən İslam adından danışanları və
onu müdafiə edənləri dinləyib, "kaş susub bir hərf də deməsəydilər” deyə etiraz
edirik. Şübhəsiz ki, onlar İslamı tam olaraq ALLAH dərgahından nazil olduğu
kimi dərk edə bilməmişlər.
İslam adından danışan və
onu anladığını iddia edənlər doğru ilə səhvi bir-birilə qarışdırdıqları üçün
onu dəqiq müdafiə etməyə bilərlər. Elə burada da təhlükə böyüyür. Çünki bizlər,
anlayışlı və təcrübəli insanlara ehtiyac duyulan aldadıcı zamanda, saçları
ağarmış qadının boyalar və bəzəklər arxasında sığınması kimi çirkin amillərin
mövcud olduğu əsrdə yaşayırıq.
İslam həddi çərçivəsində
dərman kimidir, onu içənlərin başqa bir şey etməsinə ehtiyac yoxdur. Çünki,
onda yalnız şəfa mövcuddur. Lakin, bu,
mütləq həkim məsləhəti ilə qəbul edilməlidir. Həkim məsləhəti olmadan özü
dərman içən nəticədə xəstələnərsə, heç kimi günahlandırmasın!. Lakin
cəmiyyətlərin intizamı ilə bağlı məsələlər arxa planda qalmışdır... Şəriət
amilləri, ALLAH`ın dini ilə möhkəmləndirilən həyat əsasları zəifləmiş, Onun
razı qaldığı və qalmadığı məsələlərə diqqət yetirilmir. Belə olduğu halda,
həmin xüsusiyyətlərlə bağlı şübhə yaradılır və onları aradan qaldırmağa
çalışırlar. Müsəlmanları günahlandırmaq, aralarına ayrılıq salmaq istəyirlər.
Dindən uzaqlaşmağın qaydaları haqqında danışılır və ya ən azı İslamı tam qəbul
edənin onu çox çətin dərk edəcəyi bildirilir. ALLAH`dan başqa güc və qüvvət
sahibi yoxdur.
Ey müsəlmanlar! Muhəmmədin
-
risaləsinin xüsusiyyətlərindən biri də ümmətini
xeyrə yönləndirməsi, pislikdən çəkindirməsidir. Onun ümmətini
çəkindirdiklərindən biri də ortaya çıxacaq fitnələr və ümməti hər cəhətdən
əhatə edəcək çirkinliklərdir. Bu zaman onlar dəniz dalğaları kimi dalğalanacaq,
hətta səbirli və dözümlü insanlar da heyrətlənəcəklər. Zəif nəfslər tədricən
buna alışacaqlar. Sonra isə onu yalnız bütün xüsusiyyətləri itirdikdən sonra
böyük çətinliklə tərk edəcəklər. Peyğəmbər -
buyurur:
"Fitnələr
olacaq. Bu fitnələrdə oturan insan ayaq üstə dayanandan daha xeyirli, ayaq üstə
dayanan yeriyəndən xeyirli, yeriyən qaçandan daha xeyirlidır. Ona yönələn bir daha
xilas ola bilməz.” (əl-Buxari. Muslim)
Hafiz
ibn Hacər, "ona yönələn” sözü haqqında belə deyir: Onunla maraqlanıb,
onunla üz-üzə gəlmək və ondan üz döndərməməkdir. Həmçinin Peyğəmbər -
belə buyurur:
"Vaxt
qısalıb, əməl azalacaq, xəsislik və fitnələr ortaya çıxacaq, "hərc” çoxalacaq!”
Ondan soruşurlar: "Hərc”nədir? Belə
buyurur:
"Öldürməkdir, öldürmək!” (əl-Buxari.
Muslim)
Ey ALLAH`ın qulları!. Fəlakət
dərəcəsində olan fitnələrin tez-tez baş verdiyi, etibarlılığın azaldığı, ALLAH
qorxusunun zəiflədiyi, insanların dünya və nəfsi arzularda yarışdığı, ölüm
hallarının çoxaldığı bir dövrdə yaşayırıq. Ölüm halları o qədər çoxdur ki,
peyğəmbərin -
bildirdiyi kimi, öldürən nə üçün öldürdüyünü, öldürülən isə nə üçün
öldürüldüyünü bilmir. "Bəs bu hadisələrdan çıxış yolu nədir və dünyanın sürətlə
dəyişən şərtlərində möminin mövqeyi necə olmalıdır?” şəklində sual verilə
bilər. ALLAH`a həmd olsun ki, bunun cavabı
məlumdur. Hər xəstəliyin bir əlacı vardır. Bilən bilir, bilməyən bilmir. Belə
vəziyyətlərin əlacı çox müxtəlifdir. Bunların ən əsası, insanların çoxunun
başına gələn fitnələrdən, müharibə və fəlakətlərdən qoruduğu üçün ALLAH`a
həmd etməkdir. Sonra Onun qədərinə səbr etmək və ALLAH`ın
dilədiyinin şübhəsiz olacağına, insanların qarşılaşacağı hadisələrin
mütləq baş verəcəyinə və qarşılaşmayacaqlarının isə əsla onların başına
gəlməyəcəyinə inanmaqdır. ALLAH`ın dilədiyi olur və diləmədiyi olmur. ALLAH
hökm verir və heç kim Onun hökmünə qarşı çıxa bilməz. O, əməllərin qarşılığını
tez verir. Peyğəmbər - buyurur:
"ALLAH
yaradılanların qədərlərini, göyləri və yeri
yaratmazdan əlli min il əvvəl yazdı. Qeyb aləminin açarları Onun dərgahındadır
və onları yalnız ALLAH bilir. O quruda və dənizdə olanı bilir. Hər yarpağın düşməsini
yalnız O bilir. Yerin qaranlıqlarındakı, bir dənə, yaş və quru yalnız açıq
kitabdadır.” (Muslim.)
ALLAH`dan başqa
ibadətə və itaətə layiq haqq məbud
yoxdur. Onun elmi nə qədər də genişdir!.
Ey ALLAH`ın qulları! Hadisələrə və
yeni baş verənlərə diqqət yetirin. Belə hadisələr heç birimizin ağlına
gəlmədiyi halda ani olaraq ortaya çıxır. Bunlar, ALLAH`ın
Kitabına, Rəsulunun - sünnəsinə
bağlı olmaq zərurətini, Ona sığınmaq və tövbə edərək Ondan qorxmaq, çox dua
etmək və bağışlanma diləmək, sədəqə vermək, xeyirli əməl sahibi olmaq, yaxşı
əməli əmr etmək və pislikdən çəkindirmək lazım olduğunu bildirir. ALLAH`dan
başqa sığınılacaq yoxdur. İnsanlardan qorxan onlardan qaça bilər. Lakin
ALLAH`dan qorxan Ondan qaçacaq yer tapmayacaq.
"(Ya Rəsulum! Bu
insanlara de: ) ALLAH`a tərəf qaçın! (ALLAH`ın qəzəbindən qaçıb Onun
mərhəmətinə sığının, küfrü atıb imana gəlin!) Mən sizi Ondan (ALLAH`ın
əzabından) açıq-aşkar qorxudan bir peyğəmbərəm!” ()
Peyğəmbərin - belə
buyurduğu "səhih” olaraq rəvayət edilir:
"Qədəri yalnız dua saxlaya
bilər”
Yaşadığımız dövrdə ani olaraq başımıza
gələn fəlakətlər bizlərə Qiyamət saatlarını xatırladır. İşarələrin və şərtlərin
gəlməsinə baxmayaraq, insanlar hələ də bundan xəbərsizdirlər. Peyğəmbər - belə
buyurur:
"İki insan ortaya paltarlarını qoyur.
Hələ alış-veriş etmədən və paltarları yığmağa macal tapmadan Qiyamət qopur.
İnsan dəvəsinin südü ilə onun yanından ayrılır və onun dadına baxmadan Qiyamət
qopur. İnsan yeməyini ağzına aparır və bunu edə bilmədən Qiyamət qopur.” (əl-Buxari.
Muslim)
Ey ALLAH`ın qulları! Bütün bunlar cəzanın
dərhal gələcəyinin dəlilidir. Nəfs səhər nə əldə edəcəyini və harada öləcəyini
bilmir.
Bilin ki, müsəlman bu qorxunc hadisələr
qarşısında ümidsizliyə qapılıb çarəsizliyə düşməməlidir. Həyatındakı xeyirli
cəhətlərdən xəbərsiz olduğu halda nəfsini həbs etməməli və ətrafındakı qorxulu
hadisələrə fikir verməməlidir. Bütün bu baş verənlər şüur baxımından doğru
deyil, bəlkə də yalandır. Çünki, bədənlər xəstəliklə birlikdə sağlam olar, bəla
ilə birlikdə qazanc, çətinliklə birlikdə xilas və hər çətinliklə bir asanlıq
ola bilər. Şübhəsiz ki, hər çətinliklə yanaşı bir asanlıq da vardır. Bir
çətinlik, iki asanlığa üstün gəlməyəcək. Yalnız kafirlər Onun rəhmətindən ümidini
kəsər. ALLAH məni və sizi müqəddəs Quranla mübarək qılsın. Məni və sizləri onun
ayələri və hikmətlərinin zikri ilə faydalandırsın. Deyəcəyimi dedim. Əgər
doğrudursa, ALLAH`dan, səhvdirsə,
mənim nəfsimdən və şeytandandır. ALLAH`dan bağışlanma
diləyirəm. Şübhəsiz ki, O, bağışlayandır.
RƏBB`imizin sevdiyi və razı olduğu
təmiz və mübarək şəkildə ALLAH`a həmd edirəm. Şəhadət
edirəm ki, Ondan başqa ibadətə və itaətə layiq haqq
məbud yoxdur. O, təkdir və şəriki yoxdur. Şəhadət edirəm
ki, Muhəmməd Onun qulu və Rəsuludur. ALLAH Ona, ailəsinə, əshabına və Qiyamətə
qədər onlara tabe olanlara xeyir-dua etsin.
Ey insanlar! Şübhəsiz ki, fitnələrin çoxluğu insan təbiətini sarsıdır. Müharibə
fitili alışdırıldıqda söndürülməsi çətin olur. Təhrik, dedi-qodu, zənn və
iftira hadisənin pisliyini artırır və həllini çətinləşdirir. Odu daha da alovlandırır.
Müharibənin sözlə başlaması kimi od da bir neçə taxta parçası ilə başlaya
bilər. Sələfi Salehin fitnələrdən çəkinmədə və özlərini bundan uzaqlaşdırmada
insanlardan çox üstün idilər. Hətta fitnədən
ALLAH`a sığınırdılar. Ən kiçik bir fitnə gördükləri zaman Xaləf ibn Havşəbin rəvayət
etdiyi kimi hərəkət edirdilər. Xaləf belə deyir:
"Fitnə anında deyirdilər: "Döyüş, başlanğıcda
hələ gənc ikən zinəti ilə hər axmağı aldadır. Lakin sonradan qızışdıqda, o
saçları ağarmış, rəngi saralmış yaşlı və dul qadına bənzəyir” (əl-Buxari)
Ey müsəlmanlar! Bilin ki, İslamın fitnə
anındakı əxlaqından biri də dili, lazımsız yerə danışmaqdan, pis sözlərdən, əxlaqsızlıqdan, gümandan və yalandan
qorumaqdır. Bilinməyən mövzulara toxunaraq, diqqəti cəlb edən məsələlərdən və təhlükəli mövzulardan zövq
alaraq laqeyd danışmaq və yazmaq müsəlmanın imanını zəiflədir, onu təhlükələrə
sövq edir. Həmçinin bu, Peyğəmbərin - Ukbə ibn Amirə,
"Xilas nədir?”
deyə soruşduqda etdiyi tövsiyəyə qulaq
asmaqdır. Belə buyurur:
"Dilinə diqqət et ki, evin geniş olsun və günahlarına
görə ağla. (ət-Tirmizi)
Evdə, bazarda, toplantılarda və
konfranslarda, düşünmədən, araşdırmadan, elm və anlayışa əsaslanmadan edilən
qarayaxmaların çox olduğu televiziya kanallarında hər hadisəni
və hər xəbəri bəzən dili, çox vaxt isə
qələmi ilə izləmək xətaları daha da artırır. Qarışıqlıq və azdırmadan başqa bir
həll gətirmir.
Əbu Hatim əl-Busti belə deyir: "Afiyət
ondur. Bunun doqquzu susmaqdır.” Çünki, bəzi insanlara yalnız danışması üçün
verilir və danışdığına görə alçaldılır. Ağıllı insan alçaldılanlardan
olmamalıdır.
Ey ALLAH`ın qulları! Bilin ki, danışıqlar
və rəsmi görüşlər hər kəsin etdiyi bir iş və hər kəsin ağzında çeynədiyi saqqız
olmamalıdır. Zəiflə qüvvətlini, aydın olanla olmayanı, ayıra biləməyən hər kəs
insanların işlərinə istədiyi kimi qarışmamalıdır. İnsanın danışığı və ya
yazdığı elmindən artıq olduqda bu mənfi qarşılanır. Əlidən bunu rəvayət edirlər:
"İnsanlara bildikləri haqqında danışın. ALLAH və Rəsulunu
yalançı çıxarmaq istəyirsiniz?” (əl-Buxari)
Bilmədiklərindən danışan və öyünən
insan ALLAH`ın haqlarında
"Məhv olsun yalançılar!” ( .)
buyurduğu insanlardandır. Qatadə
belə buyurur:
"Onlar, qəflət və zənn əhlidir.”
Peyğəmbərdən - belə
buyurduğu rəvayət edilir:
"Dəccaldan əvvəl
aldadıcı illər vardır. Həmin illərdə doğru insan yalançı hesab ediləcək, yalan
danışanın sözünə isə doğru deyiləcək. Etibarlı insan xəyanətdə günahlandırılıb,
xainə etibar ediləcək və "ruveybıza” danışacaq”
"Ruveybıza” nədir soruşulduqda, belə
buyurur:
"Bu insanların işləri haqqında danışan
dəyərsiz insandır.” (Əhməd ibn Hənbəl.)
Qələm və söz sahibləri ALLAH`dan qorxmalıdırlar.
İnsanlara qarşı laqeyd olmamalı, müsəlmanlardan heç bir insanın əleyhində həddi
aşmamalıdırlar.
İbn Abdi`l-Bərr belə buyurur: Üç insan
ucaldılmağa layiqdir: alimlər, qardaşlar və sultanlar. Alimlərə xor baxan insanlığını
itirər. Sultanlara xor baxanın dünyasında fəsad baş verər. Ağıllı insan digər
insanlara qarşı saymamazlıq etməmlidir.
Ey ALLAH`ın qulları!. ALLAH və Rəsulunun
- buyurduqlarından danışdıqda çox diqqət
edin. Bunu yalnız təqvalı alimlər edər. Onlar Peyğəmbərlərin mirasçılarıdır.
Alimlərin yolunu azıb Rəsulullahın -
"Kimin üçün səhv
fətva verilsə, günahı fətva verənindir”
buyurduğuna
aid olmaqdan çəkin!.
Abdullah ibn Vəhb
belə deyir: Ənəs ibn Malik mənə dedi ki: "Ey Abdullah! İnsanları arxanca
daşıma! Heç zaman dininlə oynama!.” Bu səbəbdən Sufyan əs-Sevri belə deyir: Sənin əvəzinə sual veriləcək və
fətva verəcək biri varsa, bunu qənimət bil və fətva vermədə rəqabətə girmə!
Sözünə əməl edilən, sözü yayılan və dinlənilməyi xoşlayanlardan olma! Şöhrət arzusundan çəkin!
Çünki, insana şöhrət arzusu, qızıl və gümüş arzusundan daha sevimlidir. Bu
gizli bir qapıdır və yalnız alimlər görə bilər.
"(Ey
insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə,
bilmədiyin bir sözü də demə). Çünki, qulaq, göz və ürək bunların hamısı (sahibinin
etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır.” ()
Ey ALLAH`ım! İbrahim və İbrahim
ailəsinə xeyir-dua etdiyin kimi Muhəmməd və Muhəmməd ailəsinə də xeyir-dua et.
Şübhəsiz ki, Sən, çox həmd edilən, şərəf sahibisən. İbrahimi və İbrahimin
ailəsini mübarək qıldığın kimi Muhəmmədi və Muhəmmədin ailəsini də mübarək qıl.
Şübhəsiz ki, sən, çox həmd edilən, şərəf
sahibisən.
|