Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19726 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16793 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13878 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9696 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9140 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2010 » May » 13 » BAXCP sədri Ayətullah Qolpayeqaniyə açıq məktub yazıb
    BAXCP sədri Ayətullah Qolpayeqaniyə açıq məktub yazıb
    02:23

     

    "Nədən İran rəhbərlərinə müraciət edərək, onları müsəlman Azərbaycanın torpaqlarını işğal edən Ermənistanla əlaqələri kəsməyə çağırmırsınız?”

    BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev İranın dini xadimi, ayətullah Lütfüllah Safi Qolpayeqaniyə açıq məktub ünvanlayıb.

    Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Qüdrət Həsənquliyev məktubunda "Fatimeyi-Zəhra" məscidi ilə bağlı Ayətullahın Azərbaycan Respublikasının prezidentinə müraciətini diqqətlə oxuduğunu yazıb.

    Partiya sədri qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizi artıq 20 ildir ki, İran İslam Respublikasının dəstək verdiyi, bir dövlət kimi mövcudluğunu qoruduğu Ermənistan tərəfindən işğal olunub. Həmin ərazilərdə onlarla məscid, ömürlərinin sonunadək İslama və onun müqəddəs dəyərlərinə ləyaqətlə xidmət edən müsəlmanların məzarları darmadağın edilib: "Sizin Sovet İttifaqının amansız şərtləri çərçivəsində müsəlmanlığını, şiə kimliyini qoruya bilməsindən heyrətə gəldiyiniz Azərbaycan xalqının bir milyon nümayəndəsi öz doğma Vətənlərindən, yurd-yuvalarından didərgin salınıb. 30 min müsəlman Azərbaycanlı öz torpaqlarının müdafiəsi uğrunda şəhid olub, on minlərlə insan - uşaq, qadın, qoca soyqırımına məruz qalıb, əsir götürülüb, sağlamlıqlarını itiriblər. Bütün bunlar İran İslam Respublikasının müharibənin ilk günlərindən başlayaraq dəstək verdiyi Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi cinayətlərin yalnız bir hissəsidir. Nədən İran İslam Respublikasının rəhbərlərinə müraciət edərək, onları müsəlman Azərbaycanın torpaqlarını işğal edən Ermənistanla əlaqələri kəsməyə, sərhədləri bağlamağa çağırmırsınız? Məgər ermənilərin viran qoyduğu torpaqlar müsəlmanların torpaqları deyil? Məgər Qarabağda gülləbaran olunmuş, darmadağın edilmiş məscidlərdə müsəlmanlar ibadət etmirdi?”.

    Qüdrət Həsənquliyev vurğulayıb ki, faciəli hal Ayətullahın müraciətində deyildiyi kimi, təkcə "Fatimeyi-Zəhra" məscidinin sökülməsi deyil, həm də özünü müsəlman təəssübkeşi kimi göstərən İran İslam Respublikasının Azərbaycan torpaqlarını işğal etmiş təcavüzkar Ermənistanı himayə etməsidir: "Ermənistanın bu günkü prezident Serj Sarkisyan da, onun rəqibi, sabiq dövlət başçısı Levon Ter-Petrosyan da Azərbaycan ərazilərinin işğalı zamanı Meğri sərhəd-keçid məntəqəsini Ermənistan üçün "həyat yolu” adlandırıb. İran müsəlman Azərbaycanın ərazilərinin işğalında Ermənistana təcavüz üçün yeni nəfəs, həyat verirdi və bu proses indi də davam etməkdədir. Bu səbəbdən də İranın müsəlman təəssübkeşliyi barədə bəyanatları nəinki Azərbaycanda, heç bir müsəlman ölkəsində səmimi qəbul olunmur.
    Bütün bunlara baxmayaraq, Sizin "Fatimeyi-Zəhra” məscidi ilə əlaqədar Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciətinizə qoşuluruq, eyni zamanda ümid edirik ki, Siz Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanla münasibətlərə yenidən baxılması üçün İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejada da müraciət ünvanlayacaqsınız”.

    LENT.AZ

    Bölmə: Ölkə Xəbərləri | Əlavə etdi: ABDULLAH | Baxılıb: 907 | Tarix: 10.05.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  May 2010  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru