Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2010 » May » 13 » Allah hardadır?
    Allah hardadır?
    01:58
    O kainatı yeganə yaradıcısı və saxlayanıdır. Hər bir məxluq Onun təkliyinə,ilahiliyinə,rübubiliyinə və Onun ad və sifətlərinin təkliyinə şahidlik edir.
    Onun mahiyyəti digər mahiyyətlərə bənzəmir. Onun tayı bərabəri yoxdur. O təkdir, yeganədir, vahiddir. O bütün işləri həll edəndəndir,Allah hər şeyi bacaran və hər şeyi biləndir. Onun elmi gizlin və aşkar hər şeyi əhatə edir. O Öz məxluqlarının bildiyindən daha böyükdür. O hər şeyi bilir , yerdə və göydə baş verən heç bir şey ondan gizlin deyil. Allah Alidir ,hər şeyin Rəbbidir və bütün işlər Onun sərəncamındadır. Onun rəhməti hər şeyi əhatə edir.
    O ədalətsizlik və zülmkarlıqdan uzaqdır. O öz əməllərində müdrikdir və hər şey Onun qədərindəndir. Onun ədaləti kainatda olan qayda qanunu təmin edir və heç bir şey bu qanunlardan kənarda deyil. Heç kəs Onun hakimiyyətinə şərik deyil və O Öz yaratdıqlarından yardım almır. O insana onun şah damarından daha yaxındır (Quran 50:16). Mömin şəxs köməyə ehtiyacı olanda Onu çağırır ,O da cavab verir. Allah Özünün sonuncu müqəddəs yazısını İslam dinini insanlara çatdırılmasında cavabdeh olan sonuncu peyğəmbər Məhəmmədə(s.ə.s) endirmişdi. O şövkətli Allahdır. Əzəmət Ona məxsusdur.
    Allah haradadır?
    Uca Allah Özünü kitabında və elçisinin (s.ə.s) dili ilə uca, ali kimi təsvir edib. Quranda Allahın ucalığına dair çoxlu sübutlar var. Əhli-sünnə vəl-camaat Allahın yeddi göyün ustündə ,ərşinin üstündə yaratdıqlarından kənarda və yaratdıqlarının da ondan kənarda olduğuna, və Allahın sifətlərini təhrif etmədən inanır və təsdiq edir. Bu məqalə Allahın insanlarda yaratdığı Allahı tanımaq bacarığının ayrılmaz hissəsi olan Allahın ucalığını ilahı kitablardan olan sübutlarla göstərəcək. Allahın ucalığı əqidəsi insanın anadangəlmə biliyinin bir hissəsidir və fərziyyəyə əsaslanan fəlsəfi mübahisə mövzusu ola bilməz , buna baxmayaraq öz nəfslərinə uyan bəzi yolunu azmış təriqətlər bu intuisiyaya əsaslanan , bəlli faktı inkar edirlər. Bu səbəbdən onlar ilahi sübutları istədikləri kimi yozub təhrif edir öz batil iddialrına uyğunlaşdırmaq üçün onları təhrif ediblər. Butün ilahi sifətlər ilahi ucalığın sifətlərinə zəruri olaraq əlaqədardır. Buna görə də onları qəbul və ya inkar etmək Allahın ucalığının qəbulu və inkarı üzərində qurulmalıdır. Kim ki Allahın ərşi (taxt) üzərində yaratdıqlarından kənarda olduğuna inanır,o həmçinin Allahın digər sifətlərinə, göylərin və yerin Onun iradəsinə tabe olduğuna və Onun aləmlərin Rəbbi olduğuna inanır. Allah nə istəyir onu da edir və qaydalar Onun istəyindən asılıdır. Həmd Ona məxsusdur.
    Ilahi ucalığın inkar edilməsi cəhmiyyəçilər və onların qolları tərəfindən musəlmanları çaşdırmaq üçün irəli sürülmüş əsas əqidə bidətlərindəndir. Ilahi ucalığın inkar edilməsi Allahın Öz ərşinə qalxması faktının da inkar edilməsinə gətirib çıxarır. Heç bir şübhə yoxdur ki , Allahın sifətlərinin inkar edilməsi Allahın gözəl adları və özünəməxsus əhəmiyyətli sifətləri təsdiqlənən açıq-aydın Quran ayələrinə zidd gəlir. Bu sifətlər yalnız Allahın aid olaraq təsdiqlənməlidir. Onlar əhli-sünnə vəl camaat tərəfindən bu sifətlərin necə olması barədə sual verilmədən təsdiqlənir. Onları inkar etmək açıq küfr və bidətdir. Bu səbəbdən məqalə Qurandan , peyğəmbərin(s.ə.s) hədislərindən erkən müsəlmanların sələfi salehin dediklərindən ibarət olan sübutlarla Allahın ucalığı əqidəsini təbliğ etmək və " Allah haradadır?” sualına cavab vermək məqsədilə yazılmışdır.
    Qurandan sübutlar
    Uca Allah möminlərə mübahisələrini Allahın kitabına və peğəmbərin (s.ə.s) sünnəsinə əsalandırmağı əmr edir:
    "Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə e’tibarilə daha yaxşıdır. " (Quran 4:59). Buna görə də Allahın və peyğəmbərin (s.ə.s) sözləri qəti və həlledici hökm kimi qəbul edilməlidir. Heç bir qərar və hökm xüsusilə ilə də ilahi sifətlər və digər dini məsələrdə Allahın və peğəmbərin (s.ə.s) sözləridən üstün tutula bilməz . Allahın və peğəmbərin (s.ə.s) sözləri dini həqiqəti əks etdirdiyinə baxmayaraq məntiqçilər ,modernistlər və cəhmiyyəçilər ağılı ilahi vəhylərdən üstün tuturlar. Qeyd edək ki,Quran və sünnədə Allahın ucalığının açıq bəyanı ağılın hüdudlarından yüksədə durur. Əsl möminlər məntiqçilərin əksinə olaraq inanırlar ki, Allahın ərşi 7 göyün üstündədir. Onlar həm də inanırlar ki,7 göyü ,yeri və onların arasındakıları yaramış Allah öz böyük ərşinə qalxıb:” Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şə’ninə təriflər de! " (Quran 87:1)
    Ədəbi dildə "ali” üstünlük dərəcəsindədir ki bu da Allahın hər şeydən ucalığını və hər bir mövcudiyyətdən ,qüvvədən yuxarıda durduğunu göstərir. Bu ayəni şərh edərkən Ibnul-Qeyyim rəhiməhullah demişdir: " Keçmiş və indiki müsəlmanlar Allaha dua edəndə və ya Allahdan kömək istəyəndə əllərini göyə qaldırırlar. Onlar əllərini nə aşağı yerə tərəf ,nə sağa, nə sola və ya başqa istiqamətə yönəltmirlər. Onlar əllərini ona görə yuxarı qaldırırlar ki, bilirlər ki Allah onlardan yuxarıdadır. Müsəlmanlar həmçinin namaz vaxtı səcdə edəndə deyirlər: "Mənim nöqsansız Rəbbim ucadır””
    Əgər azmış firqələrin dediyi kimi Allah hər yerdə olsa idi onda nəyə görə həmin ayə belə nazil olmadı:” Hər yerdə olan Rəbbinin adını pak (müqəddəs) tutub şə’ninə təriflər de! " Allah deyib:
    "Onlar öz (başlarının) üstündə olan Rəbbindən qorxarlar” (Quran 16:50)
    Bu ayə mələklər barədədir ki onlar bizdən yuxarıdadırlar onlardan da yuxarıda bizim uca Rəbbimizdir. Hər bir səhv edən üçün bu ayədə Allah təsdiq edir ki, O səma sakinləri olan mələklərdən yuxarıdadır:
    "Rəhman ərşə qalxdı” (Quran 20:5)
    Və "Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə qalxan Allahdır” (Quran 7:54)
    Allah həmçinin deyib:” Göydə Olanın (Allahın) yer hərəkətə gəlib çalxalandığı zaman sizi onun dibinə batırmayacağına əminsinizmi?!
    Yaxud göydə Olanın sizin üstünüzə daş yağdıran bir yel göndərməyəcəyinə arxayınsınızmı?! ” (Q 67:17-18)
    Məşhur təfsirçilər və şərhçilər göydə Olanın öz əzəmətinə uyğunolaraq
    ərşə qalxan Allahdan başqa heç kəsin olmadığına razılaşıblar.
    Allahın hər yerdə olduğuna inananlar öz mübahisələrini bu ayəyə əsaslandırırlar:
    "Göylərdə də, yerdə də (ibadətə layiq olan) yalnız O Allahdır! Sizin gizlində də, aşkarda da nəyiniz varsa, tutduğunuz (bütün) əməlləri də O bilir!”( əl-Ən’am (Davar) surəsi 3-cü ayə)
    Imam Zeynuddin Karmiyə görə bu ayənin mənası belədir:” Göylərdə və yerdə Allah adlanan yalnız bir kəsdir. O göylərdə və yerdə yalnız bu cür adlanır. məsələn Kəbə göylərdə və yerdə toxunulmaz ev adlanır. Və ya filankəs ölkəni idarə edir deyəndə biz demirik ki, o ölkənin hər yerindədir. Bu cür ifadələr ərəb dilinə xasdır. Allah sözünün mənası ibadət edilən deməkdir. Məşhur şərhçi Qatadə bu ayəni belə şərh edib:” O göylərdə və yerdə ibadət ediləndir.”

    Allahın elminin hər şeyi əhatə etməsi
    Göylərdə də, yerdə də (ibadətə layiq olan) yalnız O Allahdır! Sizin gizlində də, aşkar əməlləri, O bilir! Və O bilir siz nəyə nail olursunuz.
    (əl-Ən’am (Davar) surəsi 3-cü ayə)
    Allahın Öz ərşinin üstündə olduğunu inkar edənlər deyirlər ki, bu ayə onların fikirlərini dəstəkləyir. Məşhur təfsirçilər bu ayəni Allahın varlığı barəsində yox elmi barəsində olduğunu bildirərək onların dediklərini rədd etmişlər. Onlar həmçinin bildirmişlər ki ,Allahın elmi göylərdə və yerdə olan hər bir şeyi əhatə edir. Ayənin Ilahi biliyə aid olması ayədə "O bilir”cümləsinin 2 dəfə işlədilməsi ilə aydın olur:” Sizin gizlində də, aşkar əməlləri, O bilir! Və O bilir siz nəyə nail olursunuz.”
    Əgər ayə "yer” sözü ilə bitsə idi onların dəlilinə inanmaq olardı, ancaq Allah açıq şəkildə bildirir ki, hər şeyi əhatə edən Onun varlığı deyil elmidir. Allahın Öz ərşinin üstündə olduğunu inkar edənlər həmçinin aşağıdakı ayəni də öz dediklərinə sübut kimi göstərməyə çalışırlar:” Məgər görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa, (hamısını) bilir. Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar, (Allah) yenə də onların yanındadır. Sonra qiyamət günü (Allah) onlara etdikləri əməlləri (bir-bir) xəbər verəcəkdir. Allah hər şeyi biləndir!”( əl-Mücadələ (Mücadilə) surəsi 7-ci ayə)
    Bu ayəni göstərərək onlar Allahın hər yerdə olduğunu sübut etməyə çalışırlar. Bu iddia ibn Kəsir tərəfindən belə rədd edilib:”Bu o deməkdir ki, Allah onların söylədiklərini ,şəxsi söhbətlərini və fikirlərini bilir.”
    Əl-Qurtubi bu ayəni belə şərh edib:”O şəxsi söhbətlərini bilir və eşidir. Bu Allahın elmi barədə sözlərin ayənin əvvəlində və sonunda işlənməsi ilə sübut edilir.”
    Əl-Qasimi deyib:”Quranın şərhini ardıcıllarına öyrədən Peyğəmbərin (s.ə.s) sahabələrindən olan alimlər bu ayənin mənasını belə hesab ediblər ki, Allah öz ərşinin üstündədir ancaq Onun elmi hər yerdədir” . Bu ayənin linqvistik təhlili aşağıdakı nəticələrə gətirir:

    • Ayənin əvvəlindəki sözlər Allahın elmı barəsindədir, məkanı barəsində deyil.
    • Bu ayə şəxsi və ya gizli söhbətlər barəsindədir. Allah deyir,” Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Odur.” O demədi ki” onlar 3 nəfər deyillər , Allah 4-cüdür.” Beləliklə tamamilə aydın olur ki ayə Allahın hər şeyi elmi barəsindədir məkanı barəsində deyil.
    • Allah təsdiqləyi ki, qiyamət günü onlara gizli söhbətləri barədə xəbər verəcəkdir.
    • Bu səbəbdən də ayə Allahın elmınin təsdiqi ilə bitir.
    • Allah əl-Mücadələ (Mücadilə) surəsinin əvvəlində deyir:” Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin danışığınızı eşidir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!”
    • Allah subhanatəala bəyan edir ki, O əri barəsində peyğəmbərə(s.ə.s) mübahisə edən qadını eşitdi . Ancaq Allah demədi ki, O onların 3-cüsü idi.
    • 3-cü ayədə Allah bildirir ki, O öz qullarının əməllərindən xəbərdardır.

    Əgər kimsə inanırsa ki, Allah hər yerdədir, onda o belə düşünməlidir ki , Allah həmçinin murdar yerlərdədir. Yalnız ağılsız adam Allah barədə belə düşünə bilər. Allah onların dediklərindən uzaqdır. Allahın hər yerdə olduğunu deyənlər həmçinin belə bir nəticəyə gəlməyə məcbur olacaqlar ki, O öz yaratdıqları ilə yerdə və göylərdə qarışıb. Bu cür inam panteizm tərəfindən əsası qoyulmuşdu və tanrının təcəssümü əfsanəsi irəli sürülmüşdü. Allah onların dediklərindən uzaqdır. Müsəlmanlar bilməlidilər ki, Allahı heç bir şey əhatə edə bilməz və və heç bir məkan Allahdan ibarət ola bilməz . Əşyalar və məkanlar Allahın yaratdıqlarıdır və Allah yaratdıqlarından yüksəkdədir. Hər bir məxluq Ona möhtacdır ,O isə məxluqlarından kənardadır və onlara möhtac deyil.
    Göy dua üçün qiblədirmi?
    Müsəlmanlar Allaha əllərini qaldıraraq dua edirlər çünki onlar inanırlar ki Allah göyün üstündədir .Kimlər ki Allahın ucalığıni inkar edirlər bu faktla qarşılaşanda onu inkar edib deyirlər ki göy dua üçün qiblədir .
    onların dedikləri Qurandan və sünnədən heç bir şeyə əsaslanmır peyğəmbərimizin- səllallahu aleyhi və səlləm - sahabələri və onların ardınca gedən tabiinlər onların dediklərini təsdiqləmir.Qiblə məsələsi islam dininin mərkəzində durur, və hər bir müsəlman bunu başa düşməli hər bir islam alimi bunu bilməlidir.
    Bu müəyyən edilmiş faktdır ki, namazın da duanın da qibləsi Kəbədir .
    Kim ki deyir ki göy və ya başqa bir şey duanın qibləsidir bu böyük bir bidətdir
    və açiq aydın Qurana ,sünnəyə, icmaya müxalif olur çünki müsəlmanların bir qibləsi var -Kəbə .
    Qiblə elə bir istiqamətdir ki müsəlmanlar namaz vaxtı üzlərini ora tuturlar .
    Əgər göy qiblə idisə onda peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - səhabələrinə namaz vaxtı üzlərini göyə çevirməyə əmr edərdi.Əksinə peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - namaz qılarkən göyə baxmağı qadağan etmişdi və səcdə yerinə baxmağı əmr etmişdi.
    Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - xəbərdarlıq edib :”Kimlər ki namaz vaxtı yuxarı baxırlar bunu dayandırsınlar yoxsa kor olacaqlar .”( imam Buxari ,imam Muslim və digərləri )
    Quran ayələri bu fikirləri təkzib edir : "Haradan çıxsan, üzünü Məscidülhərama tərəf çevir!”( əl-Bəqərə (İnək) surəsi 150-ci ayə.)
    Allah müsəlmanlara ünvanlayır:”Harada olsanız, üzünüzü o tərəfə döndərin”(
    əl-Bəqərə (İnək) surəsi 150-ci ayə)
    Allahın ucalığı həmçinin bu ayə ilə də sübut olunur
    ”Pak söz Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar.”(
    Fatir (Yaradan) surəsi 10-cu ayə )
    Bu ayə Allahın aydın sözlərindən ibarətdir ki, Allah yuxarıdadır və yaratdıqlarından kənardadır .Əməllərin yuxarı qalxması peyğəmbərimizin - səllallahu aleyhi və səlləm -zenitin zəvalından sonrakı vaxtın müddətininin düşməsini təsvir edilməsi ilə də sübut olunur . O- səllallahu aleyhi və səlləm - deyib:”Bu göylərin qapılarının açılması vaxtıdir və mən ümid edirəm ki mənim yaxşı əməlim Allaha yüksələcək.”
    Mətndəki yüksəlmək feli yaxşı əməllərin qalxıb Allaha çatmasını bildirir .
    Və Allah deyir:”Mələklər və ruh (Cəbrail) Onun dərgahına müddəti əlli min il olan bir gündə qalxarlar.”
    (əl-Məaric (Dərəcələr, yaxud Pillələr) surəsi 4-cü ayə )
    Yaradanın əzəməti Rəbbin səmaların sakinləri olan mələkərin üstündə olması və onlardan böyük məsafə ilə kənar olması ilə aydın olur. Allah deyir:” O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə (qiyamət günündə) Ona doğru (Allahın dərgahına) yüksələr.” (əs-Səcdə (Səcdə) surəsi 5-ci ayə). Həmin ayədən əvvəl isə bu ayə gəlir:” Göyləri, yeri və onların arasındakıları altı gündə xəlq edən, sonra ərşə qalxan Allahdır.” (əs-Səcdə (Səcdə) surəsi 4-cü ayə).
    Allah buyurdu: "Ya İsa, həqiqətən, Mən sənin ömrünü tamam edib Öz dərgahıma qaldırıram,( Ali-İmran (İmran ailəsi) surəsi 55-ci ayə). Beləliklə Allah İsaya ünvanlayaraq:”səni Öz dərgahıma qaldırıram,”dedi,
    indi isə Allahın hər yerdə olduğuna inananlara sual versək ki, bəs İsa indi haradadır ? Onlar ya deyəcəklər ki İsa hər yerdədir ya da deyəcəklər ki, İsa göydədir əgər onlar desələr ki, İsa hər yerdədir onlar bu fikirdən daşınacaqlar, çünki bu zaman onlar İsanı Allahla 1 edirlər və bu tələb xristianların Allahın insanda təcəssümü əfsanəsi ilə oxşardır .
    Əgər onlar desələr ki, İsa göydədir və bununla da onlar Allahın İsanı göyə qaldırdığını və Allahın göylərin üstündə olduğunu təsdiq edəcəklər .
    Allah deyir:” Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə istiva edəndir” əl-Ə’raf (Sədd) surəsi 54-cü ayə)
    Qeyd :istava (keçmiş zamanda) saviya felindən törənib və onu istivaa törəməsi ərşə qalxmaq deməkdir əşarilər mötəzililər cəhmiyyəlilər və digərləri ki öz əqidələrini müdafiə edirlər onlar istivaanı ancaq simvolik qəbul edirlər ,ancaq əhli sünnə Allahın bu və digər atributlarını olduğu kimi qəbul edirlər.
    Bu Quranın 7 ayəsindən biridir ki, Allah subhanatəala ərşinə istivasından ( qalxmasından) deyir. əhli-sünnə qəti əmindir ki, Allahın ərşi 7 göyün üstündədir. Onlar həmçinin inanırlar ki, Allah yeri yaratdıqdan ərşinə qalxmışdır. Başqa cür inananlar bu ayəni məcazi mənada qəbul edirlər. Onlar deyirlər ki, Allah hər yerdədir və Allahın ərşinin üstündə olmasını inkar edirlər. Allah onların dediklərindən uzaqdır.
    Allahın ucalığını əks etdirən ayələrin hamısınnı yazsaq məqalə çox böyük olar. Quranda təxminən 215 qədər ayə var ki, endirilmə feli ya Quran ya da əvvəlki müqəddəs yazılar ya da mələklər barəsində işlənir. Məsələn,
    "Həqiqətən, Biz onu (Qur’anı) Qədr gecəsi endirdik!” əl-Qədr (Qədr gecəsi) surəsi 1-ci ayə) "Biz onu mübarək bir gecədə (qədr gecəsində) endirdik.”( əd-Duxan (Duman) surəsi 3-cü ayə) "elm verilmiş kimsələr Rəbbindən sənə endirilənin (Qur’anın) haqq olduğunu və onun (mö’minlərə) yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tə’rifə) layiq olan Allahın yolunu göstərdiyini görürlər.”( Səba surəsi 6-cı ayə)
    "Əvvəl də, axır da, zahir də, batin də Odur.”( əl-Hədid (Dəmir) surəsi 3-cü ayə)batin Allahın adlarndan biridir və Allahın bəndələrinə varlığı ilə yox elmi ilə yaxınlığını bildirir.
    Özlərinin haqlı olduğunu sübut etməyə çalışan bidətçilər peyğəmbərin(s.ə.s) Allahın insanlara çox yaxın olmasını təsvir etdiyi hədislərindən sitalar gətirirlər. Onlar həmin yeri kontekstdən çıxarıb Allahın hər yerdə olduğunu bildirirlər. Aşağıda həmin hədis bütöv şəkildə verilib : ”Peyğəmbərlə(s.ə.s) 1 qrup səhabə o qədər bərkdən "Allahu əkbər” deyə-deyə səyahət edirdi ki, o(s.ə.s) onlara dedi:”Camaat , sakit olun. Siz kara və ya burda olmayana dua etmirsiz. Sizin dua etdiyiniz Kəs hər kəsə heyvanının boynundan daha yaxındır. Sizin dua etdiyiniz Kəs hər şeyi eşidəndir və yaxındadır.””(Buxari,Muslim və digərləri)
    Aydın görsənir ki, peyğəmbər(s.ə.s) Allahın onlara varlığı ilə yaxın olduğunu nəzərdə tutmurdu , əgər elə olsaydı o (s.ə.s) onlara Allahın hər yerdə olduğunu deyərdi. Onlar bərkdən "Allahu əkbər” dediklərinə görə peyğəmbər(s.ə.s) onlara dedi ki, onların dua etdiyiniz Kəs onları eşidir.
    Batil firqələr peyğəmbərin(s.ə.s) aşağıdakı sözlərini də səhv yerə yozurlar:” Səcdə edərkən qul Rəbinə ən yaxın olandır”(Əhməd, Muslim və digərləri) onlar bəhanə gətirirlər ki, bu hədisdən zahirən Allahın ya yerin altında ya da yerin içində olduğu görsənir və buna görə də insanlar Ona yaxın olmaq üçün səcdə edirlər.
    Bu hədis Allahın Ona səcdə edən bəndəsinə dərhal cavab verməsini göstərir və yaxınlıq isə Allahın razlığını qazanmaq xatirinə Allaha ibadət və Allahın qarşısında kiçilmək nəzərdə tutulur
    Peyğəmbər(s.ə.s) bu hədisdə göstərir ki, Allah və qulu arasında əsas əlaqə qulun Ona ibadətidir və qul tərəfindən Allaha mütilik və tabelik ən yaxşı halda səcdə edilərək göstərilə bilər. Başqa sözlərlə desək mütilik və tabelik insanı Rəbbinə daha bağlı edir və Allahın dəstəsinə qəbul olunmasına kömək edir ki, bu da Allahın cavabına uyğun gəlir. Buna görə də Peyğəmbər(s.ə.s) öz ardıcılllarına Allaha əsasən səcdə edərək dua etməyi təlimatlandırırdı.
    Bidət əhli həmçinin iddia edir ki, aşağıdakı hədis Allahın hər yerdə olması barədədir. Peyğəmbər(s.ə.s) Allah deyib:” Mən quluma o Məni düşündüyündən daha yaxınam o Məni xatırlayanda Mən onunlayam o Məni xatırlarsa Məndə onu xatırlaram ,o Məni bir məcisdə yada salarsa Mən onu daha böyük məclisdə yada salaram o Mənə bir ovuc yaxınlaşsa Mən ona bir disək yaxınlaşaram o Mənə dirsək yaxınlaşsa Mən ona bir qulac yaxınlaşaram o Mənə yeriyərək gəlsə Mən ona yüyürərək gələrəm” (buxari, muslim və digərləri)
    Onlar iddia edirlər ki, əgər həmin hədisin zahiri mənasını götürsələr deyə bilərlər ki, Allah həmin hərəkətlərin hamısını edir. Çox aydın görsənir ki, Allahın sözləri (Mən onunlayam) məlumat xarakter daşımır burada səbəb xarakteri daşıyır(o Məni xatırlarsa). əgər Allah demək istəsəydi ki, O varlığı ilə birlikdə qulu ilədir onda səbəb cümləsini əlavə etməsinə ehtiyac qalmırdı (o Məni xatırlarsa). O ona görə həmin cümləni artırdı ki, aydın olsun ki, əgər qul onu xatırlarsa Onun qulu ilə bir yerdə olması dəstək və mühafizə mənasındadır. Beləliklə əgər qul Rəbbini xatırlarsa Ona güvənərsə Allah onu darda qoymaz. Başqa sözlə qul nəqədər Rəbbinə bağlanarsa o bir o qədər çox Allahdan dəstək alır.
    Allahın yeddi göyün üzərində ərşin üstündə olduğunu inkar edənlər iddia edirlər ki, aşağıdakı hədisi qüdsü onların batil əqidələrini dəstəkləyir.
    Allahın elçisi deyib :”Allah dedi:” Kim Mənim bir vəlimə (dost) düşmənçilik elan etsə Mən ona müharibə elan edərəm. Qulumun Mənə yaxınlıq etməsi üçün Mənim ona fərz buyurduqlarımı yerinə yetirməkdən sevimli heç bir vasitə ola bilməz. Nə qədər ki, qulum Mənə nafilə (əlavə) ibadətlərlə yaxınlıq edir, Mən onu sevərəm. Elə ki onu sevdim onun eşidən qulağı ,görən gözü tutan əli, gəzən ayağı olaram. O Məndən bir şey istəsə verərəm, Mənə pənah gətirsə ona sığınacaq verərəm. Onun Mənə aid hər bir şeydə istədiyini tərəddüd etmədən verərəm. Yalnız ölmək vaxtı çatanda ölümü zəruri olan , lakin ölmək istəməyən , Mənim dəpisliyini istəmədiyimmömin bəndəmin ruhunu bədənindən çıxaranda tərəddüd edirəm””.(Buxari)
    Onlar deyirlər :” Hədisin zahiri mənası deyir ki, Allah qulun qulağı , gözü , əli, ayağıdır və bunu heç bir müsəlman bəyənmir” .
    Bu hədisin normal şərhi onun məntiqi baxımdan edilməlidir zahiri baxımdan yox. Allah hədisdə deyir , ”kim Mənim bir vəlimə (dost) düşmənçilik elan etsə Mən ona müharibə elan edərəm.” Bu cümlə hədisin düzgün şərh edilməsində böyük sübut kimi dayanır. Allah Öz saleh bəndələrinin düşmənlərinə qarşı müharibə elan edir. Qul düşmənlə mübarizə də qulaq , göz , əllər, ayaqlardan istifadə edir Allah da bu səbəbdən qulun bu orqanlarını gücləndirməklə ona dəstək verir. Öz fövqaladə yardımını göstərmək üçün Allah sadəcə " Mən onun qulaqlarını , gözlərino , əllərini, ayaqlarını gücləndirəcəyəm” demir daha yaxşı olaraq O məcazi olaraq Özünü qulunun orqanları kimi təsvir edir.(məsələn bizim dildə belə ifadələr var : filankəs filankəsin sağ əlidir və sairə)
    Casus öz fəaliyyətində tək bir orqandan istifadə etmir casusu təsvir edəndə ərəblər deyirlər :”filankəs qulaqdır” ,bu cür ifadələr ərəb dilində işlənir. Alternativ olaraq başqa misal filan ölkə digər ölkədəki bütün proseslərə casusları vasitəsilə göz qoyur. Bu o demək deyil ki, o kiminsə gözlərini çıxarıb harasa qoyub sadəcə ölkəyə casus göndərib. Bu hədisi şərh edərkən İmam ət-Tavfi demişdir:”Məşhur alimlər yuxarıdakı hədisin Allahın Öz quluna yardımını ifadə etmək üçün məcazi mənada deyilmişdir. Bu faktı təsdiq etmək üçün Allah Öz dəstəyini bəxş etmək üçün ilkin şərt kimi qulunun itaətkar olmasını göstərmişdir. Başqa sözlə əgər insan Allaha tabe olmursa o Allahın dəstəyindən məhrum olacaq. Bu fakt Allahın bu sözləri ilə qeyd edilir:” Qulumun Mənə yaxınlıq etməsi üçün Mənim ona fərz buyurduqlarımı yerinə yetirməkdən sevimli heç bir vasitə ola bilməz. Nə qədər ki, qulum Mənə nafilə (əlavə) ibadətlərlə yaxınlıq edir, Mən onu sevərəm. Elə ki onu sevdim onun eşidən qulağı ,görən gözü tutan əli, gəzən ayağı olaram... ””
    Fironun sözləri
    Musadan Allahın aləmlərın Rəbbi olduğunu eşidən firon öz naziri Hamana elə dedi
    "Fir’on dedi: "Ey ə’yanlar! Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm. Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir qüllə tikdir ki, (ora qalxıb) bəlkə, Musanın tanrısına tamaşa edim. Axı mən onu, həqiqətən, yalançı sayıram!”” (əl-Qəsəs (Hekayət) surəsi 38-ci ayə)

    "Fir’on dedi: "Ey Haman! Mənim üçün bir uca qəsr tik ki, bəlkə, yollara yetişim –
    Göylərin yollarına (yetişim) və Musanın Allahını görüm (Ona vaqif olum). Doğrusu, mən onu yalançı sayıram!”” (əl-Mu’min (Mö’min) surəsi 36-37-ci ayələr)
    Fironun bu sözləri Allahın ucalığına aydın dəlildir. Musa deməli idi ki, Allah 7 göyün üstündədir, yoxsa firon Musanı yalançı hesab edərək deyəndə ki:” mən onu yalançı sayıram” , nəyə görə o uca qəsr tikilməsini əmr etdi? O Musanın ona dediyinə inanmadı və Allahın ucalığını inkar etdi və buna görə də göylərin qübbəsinə çatıb özünün görməsi üçün vasitəyə ehtiyacı var idi. Musa inanırdı ki, Allah göylərin üzərindədir və onunla oradan danışırdı. Ibn Abbas (r.a) deyib:” Allah Musa ilə danışanda O onunla göylərin üstündən danışırdı.”(Buxari)
    Yuxarıdakı ayələri şərh edərkən məşhur imamlar belə deyiblər:
    Imam əd-Darimi(Imam Əhmədin tələbəsi və böyük alimdir.):
    "Müsəlman ümməti və əvvəlki millətlər Allahın göylərin üzərində yaratdıqlarından kənarda olmasına şübhə etmirdilər. Bu ancaq batil firqədir(1) ki, Allahın kitabına və peyğəmbərin (s.ə.s) sünnəsinə müxalif olurlar və Allahın ucalığını inkar edirlər.”

    Imam İbn Xuzeymə (2):
    "Ey millət Allahın kitabından Allahın ucalığı barədə digər sübutu dinləyin. Öz kafirliyinə vəzalımlığına baxmayaraq Firon başa düşmüşdü ki, bəşəriyyətin Yaradıcısı göylərin üstündədir, bu səbəbdən o Hamana hündür tikili tikməyi əmr etdi ki, bunu özü üçün yoxlasın.”
    Imam əz-Zincani (3):
    Firon Musa öyrənmişdi ki, Allah göylərin üzərindədir ancaq o Musanı yalan danışmaqda ittiham etdi. Bu Allahın ucalığı məsələsində bizə müxalif olanlar bir faktı bilmirlər ki, onların ağlı fironunkundan az idi.
    Peyğəmbərin (s.ə.s)sünnəsindən (təlimindən) sübutlar
    Peyğəmbərin(s.ə.s) təlimində Allahı razı olduğu sahabələrin, 4 imamın və digər saleh sələflərin təlimlərində Allahın ucalığı barədə çoxlu sübutlar var. Allah rəsulunu tərifləyərək onun (s.ə.s) doğruluğunu təsdiq edir:” O, kefi istəyəni danışmır. Bu, ancaq (Allah dərgahından) endirilən bir vəhydir.” (ən-Nəcm (Ulduz) surəsi 3-4-cü ayələr) Allah həmçinin deyib:” Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin.” ( əl-Həşr (Toplanma) surəsi 7-ci ayə)
    Allahın rəsulu(s.ə.s) deyib:”Mənə quran və ona oxşarı verildi”(əbu Davud). Peyğəmbər(s.ə.s) "ona oxşarı” sözü pak sünnəni nəzərdə tuturdu. Islamda sünnə ikinci dərəcəli mənbədir. Sünnədə Allahın ucalığı barədə çoxlu hədislər var. Aşağıdakı hədislər bütün dövrlərin alimləri tərəfindən səhihliyi qəbul olunmuş hədislərdir. Peyğəmbər(s.ə.s) merac(4) hadisəsini belə rəvayət edir:
    ” Cəbrayıl məni ən aşağı göyə qaldırdı və onun gözətçilərindən qapının açılmasını xahiş etdi. Ondan soruşuldu:” Sən kimsən? ”
    o cavab verdi:” Cəbrayıl”
    Onlar soruşdular:" Yanındakı kimdir?”
    o cavab verdi:” Muhamməd(s.ə.s) ”
    Onlar soruşdular:" O dəvət olunub?”
    Cəbrayıl cavab verdi:” Bəli”
    Sonra kimsə salamladı :” O xoş gəlib”
    Peyğəmbər(s.ə.s) davam edir qapılar açılanda mən içəri girdim və Adəmlə qarşılaşdım. Cəbrayıl mənə dedi:”bu sənin atandır onunla salamlaş” Adəm mənim salmıma bu cür cavab verdi :” xoş gəlmisən saleh övlad və saleh Peyğəmbər” . Sonra Cəbrayıl 2-ci göyə qalxdıvə gözətçilərdən qapının açılmasını istədi. Qapı açılmazdan qabaq burada sorğu-sual aşağı göydəki kimi oldu. Peyğəmbər(s.ə.s) təsvir edir ki,o hər 1 göyü gördü və sonda o 7-ci göyün üzərinə qaldırıldı və burda da ona(s.ə.s) vacib namazlar tapşırıldı. Bu səhih mütavatir(5) hədisdə sadə sözlərlə və birbaşa olaraq söz açılır ki, bunu başqa cür yozmaq mümkün deyil. Peyğəmbər(s.ə.s) öz Rəbbinə tərəf bir göydən digərinə qaldırılmışdı. Əhli-sünnə vəl camaat inanır ki, merac xülya deyil ,bu həqiəqtdir. Əgər Allah hər yerdə olsa idi, onda nəyə görə Peyğəmbər(s.ə.s) 7-ci göyün üzərinə qaldırıldı? Allah gündə 5 dəfə namaz qılmağı göyün üstündə ona vacib buyurdu.
    Abdullah bin Amr rəvayət edir ki, Peyğəmbər(s.ə.s) deyib:”Yer üzərində olanlara rəhmli olun ki, göylərin üzərində Olan da sizə qarşı rəhmli olsun”
    Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər(s.ə.s) deyib: "Ölüm mələkləri ölən adamın yanına gəlirlər. Əgər o əməlisaleh şəxsdirsə onlar onun ruhuna müraciət edib deyirlər:”ey gözəl ruh! Gözəl bədəni tərk et və səndən razı olan Rəbbinin rəhm xəbəri ilə sevin”. Mələklər ruh bədəmdən çıxana qədər onunla belə danışırlar. Sonra o göyə qaldırılır burada göyünqapılarının açılması üçün icazə istənilir. Gözətçilər soruşurlar:" Bu kimdir?” Mələklər cavab verirlər: "filankəs” . Gözətçilər deyirlər:”ey gözəl ruh! xoş gəlmisən” Ruh bu sözlərlə təriflənə-təriflənə sonda sonuncu göyə qaldırılır ki, ordan da yuxarıda Allahdır.” (Imam Əhməd, əl-Hakim və digərləri)
    Bu Allahın 7-ci göyün üzərində olmasına aydın dəlildir.
    Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər(s.ə.s) deyib: "Ölüm mələyi ruhları götürmək üçün insanlara gəlirlər. O Allahın peyğəmbəri Musaya (ə.s) gəlir ki, onun ruhunu götürsün. Musa vurub onun gözünü çıxarır. Ölüm mələyi Rəbbinə tərəf qalxır və deyir:”Ey Rəbbim! Sən məni Musanın yanına göndərdin o mənim gözümü çıxardı . Əgər ona hörmətiniz olmasaydı,mən onu ağır anlar yaşadardım...”
    Ölüm mələyi Musanın ruhunu götürmək üçün göydən enmişdi. O ona şərqdən , qərbdən, şimaldan və ya cənubdan gəlmədi və sonra göylərin üstündə olan Rəbbinə tərəf qalxdı.
    Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər(s.ə.s) deyib: " Allah Onun üçün vuruşan mücahidlər üçün cənnətdə 100 təbəqə yaradıb. Təbəqələr arasında məsafə yerlə göy arasında məsafə qədərdir. Allahdan istəyəndə firdovs cənnətini istəyin. Çünki o cənnətin ortası və ən hündür yeridi ki, buradan cənnət çayları axır və ondan da yüksəkdə Rəhmanın ərşidir.”( Imam al-Buxari, Əhməd və digərləri)
    Muaviyyə əs-Səhmi rəvayət edir:” Mənim Ühüd və Cuvaniyyə arasında qoyunlarım var idi və onlara kölə qız baxırdı. Bir gün qoyunları yoxlamağa getdim və gördüm ki, canavar onlardan birini yeyib. Mən adi insan olduğuma görə (qəzəbləndim) və qızı vurdum. Sonra Peyğəmbərin (s.ə.s) yanına gəldim və əhvalatı danışdım. O mənim günahımın ciddiliyi ilə qorxutdu. Mən dedim :” ey Allahın elçisi! Mən onu (günahımı yumaq üçün) azad edimmi?” O dedi:”Onu çağır” Mən belə etdim . O qızdan soruşdu :” Allah hardadır?” qız cavab verdi:” Göylərin üstündə” sonra o qızdan soruşdu :” mən kiməm?” qız dedi:” Allahın elçisi (s.ə.s)” . Bundan sonra Allahın elçisi (s.ə.s) mənə əmr etdi:” onu azad et . o iman gətirmişlərdəndir”” (Imam Muslim, Abu Davud və digərləri)
    Şeyx Xəlil Hərrasa görə yuxarıdakı hədis Allahın ucalığı barədə parlaq sübutdur. Çoban qız Rəbbi barədə Allahın hər yerdə olduğunu savadsızcasına iddia edənlərdən daha çox bilirdi.
    Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər(s.ə.s) deyib: " bizim uğur sahibi uca Rəbbimiz hər gecə gecənin sonuncu üçdə biri qalan vaxt aşağı səmaya enir və deyir :” Mənə dua edənin duasına cavab verməyə , Məndən bir şey istəyənin istədiyini verməyə , Məndən öz günahlarının bağışlanmasınıistəyənin günahlarını bağışlamağa gəlmişəm”” (buxari (3/29 ,№ 6321,7494); muslim(1/521,№758))
    Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər(s.ə.s) deyib: " Allah qiyamət günü qulları üçün enəcək”( tirmizi və digərləri)
    Allah öz kitabında buyurur:”sənin Rəbbin gələndə mələklər sıra-sıra düzələr”(fəcr surəsi ,22) . Burada söhbət qiyamət günündən gedir.
    Sahabələrin baxışları
    Peyğəmbərin (s.ə.s) arvadı Zeynəb özünü onun(s.ə.s) digər arvadlarından üstünlüyünü göstərmək üçün onlara deyərdi :” Sizi valideynləriniz Peyğəmbərə (s.ə.s) ərə verdi, ancaq Allah 7 göyün üzərindən məni ona ərə verdi”(Buxari) (möminlərin anası Allahın Peyğəmbərə (s.ə.s) onunla evlənmsini əmr etməsini nəzərdə tuturdu )
    Başqa rəvayətdə o Peyğəmbərə (s.ə.s) deyib :” Rəhman Öz ərşinin üstündən səni mənə evləndirdi”
    Ibn Abbas (r.a) Peyğəmbərin (s.ə.s) arvadı Aişə ölüm yatağında olarkən ona demişdir:” Rəsulullaha (s.ə.s) onun bütün arvadları içərisində ən sevimli olanı sənsən və o pak yaşamışdı. Allah 7 göyün üzərindən Cəbrayl vasitəsilə sənə bəraət endirdi. Allahın elə bir məscidi yoxdur ki , gecə və gündüz orada sənin bəraətin barədə ayələr oxunmasın.”(imam Əhməd)
    Peyğəmbərin (s.ə.s) ölümü ilə əlaqədar Əbu Bəkr Sıddıq demişdi:” kim ki Məhəmmədə(s.ə.s) ibadət edirdi ( qoy bilsin ki) Məhəmməd(s.ə.s) ölüb , kim ki Allaha ibadət edirdi ( qoy bilsin ki) Allah göylərin üstündədir və əbədidir.”
    Abdurrahman al-Mahdi (böyük alimdir, imam Şafinin müasiridir ) deyib :” Ümmətin içində Cəhmin ardıcıllarından başqa daha çox yaramaz adamlara yoxdur. Onların batil inancları bir mövzu ətrafında fırlanır ”Göyün üstündə heç bir şey yoxdur”. Vallahi mən inanıram ki, onlarla ailə qurmaq olmaz, onlar müsəlmana varis ola bilməz və müsəlman da onlara varis olmaz”
    Abdurrahman al-Mahdinin fikirlərini digər saleh sələflər də bölüşür.
    Vəhab ibn Cərir deyib:” Cəhmin ardıcıllarının fikirlərindən özünü qoruyun onlar millətə deyirlər ki, göylərin üstündə heç nə yoxdur. Onların sözləri İblisin təlimidir və ancaq küfrdür”
    Dörd məşhur imamın baxışları
    Imam Əbu Hənifə
    Əbu Muti Əl-Bəlxi rəvayət edir:”Mən Əbu Hənifədən " Mən Rəbbimin göylərin üstündə və ya yerdə olduğunu bilmirəm? ” seyən şəxs barədə soruşdum. Əbu Hənifə dedi:” Belə sözləri deyən şəxs küfr etmiş olur. Çünki Allah deyib :” Rəhman ərşə qalxdı” və Allahın ərşi göylərin üzərindədir” Mən sonra Əbu Hənifədən soruşdum əgər həmin şəxs desə ki, " Allahın ərşinin üstündədir , ancaq ərşin göylərin üstündə vəya altında olduğunu bilmirəm” Əbu Hənifə cavab verdi:” Əgər o Allahın ərşinin göylərin üzərində olduğunu inkar etsə o küfr emiş olur” (Şərhut-Tahaviyyə səh.288)
    İmam Malik
    Abdullah bin Nafi rəvayət edir:” Malik bin Ənəs deyib:” Allah göylərin üzərindədir , ancaq Onun elmi hər şeyi əhatə edir. Heç bir şey Onun elmindən qaça bilməz”( Abdullah bin Ahmad, as-Sunnə və digərləri)
    İmam Şafi deyib:” Mənim əqidəm məndən əvvəlkilərin əqidəsi ilə eynidir, imanın göstəriciləri budur: " Allahdan başqa ibadətə layiq tanrı yoxdu ,Məhəmməd Allahın elçisidir, Allah göylərin üstündəki ərşin üstündədir. O istəyəndə aşağı göyə enir.” ( Əl-Cuyuş əl-İslamiyyə, Ibn al-Qeyyim, səh.93)
    Imam ibn Xuzeymə (Şafii) deyib:” Kim ki Allahın 7 göyün üstündəki ərşin üstündə olduğunu və yaratdıqlarından kənarda olduğunu qəbul eyməkdən imtina edir , o kafirdir. Belə şəxs öz inancından imtina edib tövbə etməlidir , ya da onun başı bədənindən ayrılmalı və zibilliyə atılmalıdır ki, nə əhli-qiblə (ümumilikdə müsəlmanlar) nə də əhli-zimmə(müsəlman ölkələrində yaşayan xristian və yahudilər) onun murdar bədəninin iyini hiss etməsin.” ( Əl-Cuyuş əl-İslamiyyə, Ibn al-Qeyyim, səh.93)
    Əbu Bəkr Məhəmməd ət-Təmimi Nisapurun Şafii imamı deyib:” Allahın atributlarını inkar edən və Allahın ərşinin üstündə olduğunu tanımayan imamın arxasında namaz qılmıram .” ( Əl-Cuyuş əl-İslamiyyə, Ibn al-Qeyyim, səh.93)
    Imam Əhməd
    Ondan soruşuldu ki,” Allah 7-ci göyün üstündəki ərşin üstündə və yaratdıqlarından kənardadımı və Onun elmi və qüdrəti hər şeyi əhatə edirmi?” O cavab verdi :” Əlbəttəki O ərşinin üstündədir və heç bir şey Onun elmindən yayına bilməz ” ( Əl-Cuyuş əl-İslamiyyə, Ibn al-Qeyyim, səh.123)
    Yuxarıdakı sübutlar göstərir ki, keçmiş və indiki müsəlmanlar bütünlüklə yekdil olaraq Allahın ucalığı əqidəsini daşıyıblar.
    Batil firqələr məxluqlara məxsus olan Allahın hər yerdə olması batil fikrini yayırlar. Məntiqi dəlillər cəhmiyyəçilərin və bu gün onların küfürlərini yayanları öldürücü zərbə vurur. Allahın Öz əzəmətinə uyğun olaraq 7-ci göyün üstündəki ərşin üstündə olduğunu sübut etmək üçün əhli-sünnənin imamı Əhməd bin Hənbəl rəhiməhullah 1000 il bundan qabaq onların fikrini "Allah haradadır və harda deyil-cəhmiyyəçilərin Allahın ərşinin üstündə olmasını inkar etməsinə cavab” əsərində rədd etmişdi.
    "Biz onlardan soruşduq Allah Quranda: " Rəhman ərşə qalxdı” (Quran 20:5) və "Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə qalxan Allahdır” (Quran 7:54) deyir, siz nəyə görə Allahın ərşinin üstündə olduğunu inkar edirsiz?
    Onlar cavab verdilər: O 7 yerin altındadır. O göydədir,yerdədir və hər yerdədirOnun olmadığı yer yoxdur
    Sonra onlar bu ayəni oxudular: Göylərdə də, yerdə də yalnız O Allahdır.
    Əgər sən Allahın bir xüsusi yerdə yox ,hər yerdə olduğunu deyən cəhmiyyəçilərin səhvini onlara sübut etmək istəyirsənsə onlardan soruş :”heç bir şey olmamışdan qabaq Allah var idimi?” cəhmiyyəçilər belə cavab verəcək :”əlbətəki Allahdan qabaq heç bir şey olmayıb.” Sonra onlardan soruş :”Allah yaratdıqlarını Özünün içərisində yaradıb yoxsa Özündən kənarda? "cəhmiyyəçilər 3 cavabdan 1-ni seçməli olacaqlar:
    Əgər cəhmiyyəçilər desələr ki, Allah yaratdıqlarını Öz içərisində yaradıb onda onlar küfr etmiş olacaqlar , çünki belə çıxır ki, cinlər, insanlar və şeytan Allahın içərisindədir.
    Əgər cəhmiyyəçilər desələr ki, Allah yaratdıqlarını Özündən kənarda yaradıb ancaq sonra onların içərisinə girib , onda onlar küfr etmiş olacaqlar , çünki belə çıxır ki, Allah yaratdıqlarının içərisindədir. (məsələn murdar yerlərdə)
    Əgər cəhmiyyəçilər desələr ki, Allah yaratdıqlarını Özündən kənarda yaradıb və heç vaxt onların içərisinə girməyib , onda onlar öz küfr inanclarından əl çəkib əhli-sünnəyə qoşulacaqlar.”
    Allah Tövratda Özünü təsvir edəndə deyir ki, O yaratdıqlarından yuxarıdadır.(İncildə də belədir). Kabul-əxbar deyib:” Allah tövratda deyib:” Mən Allah qullarımdan yuxarıdayam və Mənim ərşim yaratdıqlarımdan yuxarıdadır və Mən ərşin üzərində qullarımın işlərini idarə edirəm. Göylərdə və yerdə Məndən heç bir şey gizli deyil””(əz-zəhəbi və digərləri)
    "Allahı lazımınca qiymətləndirmədilər (uca tutmadılar). Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir” ( Quran 39:67)
    Yekun
    Peyğəmbərin (s.ə.s) əməlisaleh hesab etdiyi ilk 3 müsəlman nəsli - Peyğəmbərin (s.ə.s) sahabələri ,onların ardınca gələnlər və onlardan da sonrakı nəsil quranın açıq mənalarına olduğu kimi inanıblar və yunan filosoflarının ardınca gedənlər kimi həmin ayələrə süni mənalar verməyiblər.
    Biz Allaha dua edirik ki, doğru yolda saxlasın və bizi cənnət əhlindən etsin.
    Isnadlar
    1.İmam əd-Darimi bu ifadəsi ilə əhli-sünnəyə müxalif olub Quranın məxluq olduğuna inanan və Allahın ucalığını inkar edən cəhmiyyə firqəsini nəzərdə tuturdu.
    2. öz dövrünün seçilən imamıdır. Böyük imam Subki onu imamlar imamı adlandırmışdır. O 140-dan çox kitab yazıb ki,məsələn "Rəbbin atributları” , ”Tövhid” , ”səhih ibn Xuzeymə”
    3. öz dövrünün Şafi məktəbinin imamı (381-471 h)
    4.Buxari, Muslim və digərləri
    5.səhih hədisin ın güclü kateqoriyası- hədisin hamı tərəfindən tanınması

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: azik30 | Baxılıb: 3352 | Tarix: 21.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  May 2010  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 7
    Qonaqlar: 7
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru