Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2009 » Avqust » 8 » Zatu Ənvat
    Zatu Ənvat
    06:23
    Bismilləhir-Rahmənir-Rahim

    Əlhəmdu Lilləh həmdən kəsiran, tayyibən mubərakən fih, vassalətu vassələmu alə Rasulihil-Kərim, lə nəbiyyə badəhu, vassələmu alə əlihi va əshəbihi əcməin.

    Gətirilən şübhələrin biri də Əbu Vakıd əl-Leysidən (radıyallahu ənhu) gələn zatu ənvat hədisindən səhv bir nəticə çıxarılmasıdır (istidlal edilməsidir). Belə deyir:
    “Biz küfrdən hələ yenicə xilas olduğumuz bir vaxtda Rəsulullahla (səlləllahu əleyhi və səlləm) birlikdə Huneynə gedirdik. Müşriklərin bir ağacları vardı. Onu təvaf edib silahlarını asırdılar. Buna zatu ənvat deyilirdi. Biz bunlardan birinin yanından keçərkən dedik ki:
    “Ey Allahın elçisi! onlarınkı kimi bizə də bir zatu ənvat et. Peyğəmbər (səlləllahu əleyhi və səlləm) dedi ki:
    "Allahu əkbər. Heyrət bu dediyinizə. Nəfsim əlində olana and olsun ki, bu Bəni İsrailin dediyinin eynisidir; "Ey Musa! Onlara aid tanrılar kimi bizim üçün də bir tanrı et! dedilər. Musa, həqiqətən siz cahil bir cəmiyyətsiniz, dedi. " (Əraf 7/138) Siz, sizdən əvvəlkilərin yollarını izləyəcəksiniz. (Sünəni Tirmizi, 2106. tahric etmiş və səhihləmiştir).

    İşin özündə tələbdə olan bu kəslər küfrdən hələ təzə çıxmış insanlardır. Üstəlik bunu istəmiş və lakin işləməmişlər. Alimlər bunu qəti olaraq ifadə etmişlər:
    Şübhəsiz onlar, onların yalnız bir ağaclarının olmasındakı vəziyyətlərinə bənzəyən bir vəziyyəti tələb etmişlər. Buna silahlarını asacaq və Allahın üzərinə yağdırdığı bərəkət səbəbiylə onunla kömək istəyində olacaqdılar. Təbii ki, bu, onun şəxsən özündən kömək istəyərək deyil. Buna görə Nəbidən (səlləllahu əleyhi və səlləm) özlərinə bir zatu ənvat etməsini istədilər. Onlar, bu xüsusiyyətin ağacın özündən gələn bir səbəbdən olacağını iddia etməmiş və özləri bunu etmək də istəməmişlər idi. Əksinə bunun, seçdiyi Nəbisinin (səlləllahu əleyhi və səlləm) vasitəsiylə Allahdan olmasını istəmişlər idi. Daha əvvəl də ifadə etdiyim kimi onun vasitəsiylə kömək istəyəcəkdilər, onun özündən deyil. Necə ki, səhih hədisdə belə keçməkdədir. "Yağışımız filan şeyin uşağıdır". Yəni ulduz səbəbiylədir, ondan deyil.

    Əsasən “bizim yağışımız ulduz səbəbiylədir” ifadəsi bir bidət və kiçik şirk olmaqdadır. Lakin kim “yağışı endirən şəxsən ulduzdur” - dəyərsə onda bu, Allaha rübubiyyətində şirk etməkdir.

    Onlar bununla kömək tələb etmək istəmişdilər. Lakin içinə düşdükləri əsas təhlükəli vəziyyət, əslində müşriklərə bənzəmələri idi. Buna görə də Rəsulullah (səlləllahu əleyhi və səlləm) bənzəmə təhlükəsini kökdən yox etmək istəyilə belə demişdi:
    "Nəfsim əlində olana and olsun ki bu dediyiniz Məni İsrailin: onlarınki kimi bizə də bir ilah et, demələri kimidir."

    Bilindiyi kimi, bənzəmək istəyən, bənzəmək istənənə bir yaxud müxtəlif şəkillərdə bənzər. Digər qisimlər isə eynilə qalar. Yəni bütün-bütünə bir bənzərlik söz mövzusu olmaz. Yoxsa onun növündən bir fərd olar. Peyğəmbərin (səlləllahu əleyhi və səlləm) bu sözü kimi:
    "Sərxoş (davamlı içən) bütpərəst kimidir." (İbni Macə, Kitabul-Əşribə, cild: 2, (Albani səhihləmişdir).

    Bu hədis də eynidir.
    "Şübhəsiz siz rəbbinizi görəcəksiniz. Eynilə bu ayı gördüyünüz kimi. Onü görməkdə də sıxışıb daralmazsınız." (Səhihi Buxari, Kitabu Tövhid, Qiyamə 85/22 təfsirində).

    Aydın olduğu kimi buradakı bənzətmə görmə və açıqlıq istiqamətilədir. Yoxsa şəkil və keyfiyyət etibarilə deyil. Bundan Allaha sığınarıq. Bunun kimi burada Bəni İsrail, böyük şirk (şirkul-əkbər) olan bir xüsusda müşriklərə bənzəməyi istəmiş idi. Ancaq siz isə müşriklərə bənzəməyə niyyətlənmişsinizsə də bu, kiçik şirkdə (şirkul-əsğar) dayanmışdır. Yaxud onların bu istəyi keçən uzun zamana görə böyük şirkə təvil edilər. Çünki bidət böyük şirkin qabaqcılıdır. Necə ki, yer üzündə meydana gələn ilk şirk salehlərin surətində bütlər edilməsi idi. Sonra nə vaxt ki, əlaqədar məlumat unuduldu bu dəfə ibadət edilməyə başlandı. Elə bu büt təsviri daha sonrakı şirklərə bir vəsilədir. (Kutubu Sittə, 4/341; Buxari).

    Həm də onların yanında özlüyündə durduqları şirk olmadığı halda. Necə ki, İslam şəriətində qəbirlərin üzərinə məscidlər edilməsinin haram olması da bu mənadadır. Çünki bu məzardakılar haqqındakı müxtəlif yanlışlıqlarla böyük şirkə düşməkdir. (Kütübü Sittə, 15/285-291).

    Deyilsə ki: “onların istəyi sırf bənzəməkdən ibarət olsaydı, Rəsulullah (səlləllahu əleyhi və səlləm) niyə "siz eynilə Bəni İsrailin dediyi kimi dediniz" – demişdir.

    Cavab olaraq deyilər ki:
    Bu, bir növ məsələləri qiymətləndirmə tərzi olub mübaliğə (şişirtmə) etməkdir. Məsələn Nəbi (səlləllahu əleyhi və səlləm) özünə “Allah və sən diləsən” - deyənə mübaliğə ilə “sən məni Allaha şərik tutursan” - demişdir.

    İmam Şatıbi (rahiməhullah):
    Keçmiş ümmətlərin, xüsusilə əhli kitabın bidətlətində onlara tabe olma barəsində deyir ki:
    Rəsulullahın (səlləllahu əleyhi və səlləm):
    "mənim ümmətim özündən əvvəlki nəsillərin etdiklərinə tabe oluncaya qədər" hədisi, onların etdiklərinin mislini edəcəklərini göstərir. Ancaq burada yalnız bidətlərinin eynilərinə tabe olacaqlarına toxunmur. Əksinə, bəlkə həm eynilərinə həm də bənzərlərinə tabe olacaqlar.

    Birincini ifadə edən hədis, siz, sizdən əvvəlkilərin yollarına tabe olacaqsınız hədisidir. Burada deyir ki:
    "Şübhəsiz əgər onlar bir kərtənkələ dəliyinə girəcək olsalar siz də onlara tabe olacaqsınız. "

    İkinci vəziyyəti göstərən söz də budur:
    "Biz dedik ki, Ey Allahın elçisi bizə bir zatu ənvat et. O da dedi ki, bu eynilə Bəni İsrailin “bizə bir ilah et” - deməsi kimidir."
    Şübhəsiz zatu ənvatəldə etmək, Allahdan başqa ilahlar əldə etməyə bənzər. Lakin bu şəxsən əldə etmək demək deyil. Bu səbəblə açıqlanana etibar etmək lazım deyil. Də bənzəri bir şey, hər istiqamətiylə onu göstərmədikcə. Vallahu aləm. (İtisam, 2/245-246).

    Üsulçu imamın bu nassı göstərir ki; şübhəsiz bu qövm, böyük şirki tələb etməmişdir. Əksinə sırf bənzərliyi düşünmüşdür. Bu da İsrail Oğullarının tələbinə bənzəməkdə ancaq onun şəxsən özü kimi olmamaqdadır. Ayrıca ikisi arasındakı bənzərlik hər istiqamətdən bir-birinin eynisi olmamışdır. Buna görə hər istiqamətiylə ona bənzərliyi ifadə edilmədikcə açıqlanan xüsusa etibar edilməsi lazım deyil.

    Şeyx Məhəmməd bin Abdul-Vəhhab (rahiməhullah), kim bir ağac ya da daş və sair ilə təbərrük etsə bəhsində hədisi verdikdən sonra belə deməkdədir: Bunda bir sıra məsələlər vardır:

    Üçüncü məsələ: Onların belə bir şeyi işləməmiş olmaları.

    On birinci məsələ: Şübhəsiz bundakı şirk böyük və kiçikdir. Çünki onlar bununla irtidat etməmişlər idi. (Kitabi Tövhid, Babı Məhrum Təbərrəkə bi Səcərin əv Hacərin və Nahveha; *Kitabı Tövhid, Muhamməd bin Abdul-Vəhhab, 38-40).

    Şeyxin bu ifadəsinə görə onların bu istəyi, kiçik şirki tələb etmək mənasındadır.

    İbni Teymiye (rahiməhullah) belə demişdir:
    "Bilindiyi kimi Peyğəmbər (səlləllahu əleyhi və səlləm) zamanında müşriklərin zatu ənvata adlı bir ağacları vardı. Fasilə verdiklərində bu ağaca silahlarını asardılar. Bir gün səhabələrdən bir qisimi Peyğəmbərə (səlləllahu əleyhi və səlləm) onların necə zatu ənvatları varsa bizə də bir zatu ənvat təyin et deyə təklif etdi. Bu təklifi eşidincə xeyli hirsləndiyi aydın olan Peyğəmbər (səlləllahu əleyhi və səlləm), bu kəslərə belə cavab verdi:

    "Allahu Əkbər. Hani qövmü, Musaya “Ey Musa! Bax bunların necə ilahları varsa sən də bizə elə bir ilah et” - dedilər. Sizin mənə dediyiniz də, elə bir şeydir. Bunlar köhnə ənənələrdir. Bir gün gələcək sizdən əvvəlkilərin ənənələrinə uyğun gələcəksiniz." (Tirmizi, Əbu Vakid əl-Leysi, Fitnələr kitabı, sizdən əvvəlkilərin etdiklərini edəcəksiniz babı, Hədis nömrə: 2180; Əhməd, Müsned 5/218).

    Görüldüyü kimi Peyğəmbər (səlləllahu əleyhi və səlləm) səhabələrin, kölgəsinə sığınıb silahlarını asacaqları sadə bir ağac əldə etmə mövzusunda müşriklərə bənzəməyə cəhd etmələrinə qarşı çıxır. Bu halda Müsəlmanların daha əhəmiyyətli mövzularda müşriklərə bənzəmələrinə yaxud birbaşa şirkə etina etmələrinə (laqeydlik göstərmələrinə) necə göz yumula bilər.

    Buna görə, şəriət tərəfindən ziyarət edilməsi müstəhəb sayılmamış olan müəyyən bir yeri xeyr və savab qazanmaq məqsədi ilə ziyarət edən kimsənin bu davranışı, dinin pislik (münkər) qəbul etdiyi bir hərəkətdir. Bu növdən olan ziyarətlərin bəzisi digər bəzisindən daha pis ola bilər. Ziyarət edilən bu yer, istər bir ağac, istər bir axar su, istər bir dağ, istər bir mağara olsun, fərqinə varmaz. Həmçinin bu ziyarətin məqsədinin söz mövzusu həmin yerdə namaz qılmaq, dua etmək, Quran oxumaq və ya zikr etmək olması da nəticəsini dəyişdirməz. Əhəmiyyətli olan, söz mövzusu yerin şəriət tərəfindən ora üçün təyin olunmamış olan bir ibadət üçün, müəyyən bir yer olaraq seçilmiş olmamasıdır." (Sıratı Mustaqim, 314-315).

    Şeyhul-İslamın bu sözləri göstərir ki, şübhəsiz bu qövm, müşriklərə yalnız bənzəməyə niyyətlənmişdir. Yoxsa onların bu hərəkətləriylə həqiqətən işlədikləri şirkin eynisinə inanıb işləməyi tələb etmiş deyildirlər. Sonra da bu şərhinin dərhal sonra verdiyi nümunələrə diqqət yetirin. Bunların hamısı da bir bidətdir. Bunlar böyük şirk deyildirlər. Bu da qulun, Allahdan dəlil olmadan bərəkət ümidiylə bir bölgəni, ağacı, yaxud bir çayı bu məqsədlə təsis etməsidir. Bunun yanında daha çox savab ümidiylə Allaha ibadət edər. Elə bu, bidətin də özüdür. Çünki tövhid, sırf Allaha elçilərinin diliylə təyin olunduğu şəkildə ibadət etməkdir. Məgər şirk Allahla birlikdə başqasına da ibadət etmək demək deyilmi?

    Bidət isə tək olan Allaha müəyyən olaraq təyin olunmamış bir tərzdə yəni şəriətin nəzərdə tutmadığı bir şəkildə ibadət etməkdir.

    (Bu, kafir etməyən bidətin tərifidir. Yəni əhli qiblənin içinə düşdüyü və lakin özlərini İslamdan çıxarmayan bidət. "Ümumiləşdirmə olmadan taayyün surətiylə” sözüm bu deməkdir: Ümumiyyətlə şəriətə tabe olmaqla birlikdə ibadət sayılan bu cüzi mövzuda tabe olması baş verməməkdədir. Yoxsa tabe olmağın tamamilə tərki şübhəsiz küfrdür. Elə bu nöqtədə kafir ilə bidətçi arasındakı fərq ortaya çıxır. Birincisi, müəyyən xüsuslarda tabe olmaması bir tərəfə, bütünlüklə itaəti də tərk etməkdədir. İkincisinin isə, bunun ümumiyyətlə tabe olması və hökmlərə sarılması onun furui detallardakı bir qisim səhvlərini aradan qaldırar.)

    Lakin, savabın böyüklüyünü ümid edərək Beytul-Haramın yanında yalnız Allaha ibadət edən adam, sünnəyə görə davranan bir muvahhiddir. Çünki Allah bu məkanı başqa yerlərdən fərqləndirmişdir.

    Ölülərə ibadət edən isə ibadəti Allahdan başqasına sərf etdiyi üçün bir müşrikdir.

    Lakin qəbirlərin yanında şirk etmədən yalnız Allaha ibadət edən adam, Allaha şirk etməyən muvahhid biri olmaqla birlikdə bir bidətçidir. Çünki o, şəriətin haqqında dəlil təqdim etmədiyi bir yeri təyin etmişdir. Bu səbəbdən bununla sünnədən çıxaraq bidətə düşmüş olur.

    Həmin qövm, qətiliklə şirkul-əkbəri tələb etməmişdir. Çünki daha əvvəl də zikr edildiyi kimi üləma arasında bir mübahisə olmadan ehtiyac anında edilməsi lazım olan şərhin təxirə salınması caiz deyil. Bilindiyi kimi qul, İslama girdiyi andan etibarən dərhal o anda tövhidə sarılıb şirkdən çəkinmək ilə həmsöhbətdir. Belə ikən bunun izahı necə gecikdirilə bilər ki?
    İndi belə bir adam zənn edilə bilərmi? Peyğəmbər (səlləllahu əleyhi və səlləm) ümmətinə şirkdən bəhs etmədi, bunu onlara açıqlamadı və ondan çəkindirmədi?! Bu halda gözlədi ta ki ümmətdə ibadətlərdə şirk baş verənə qədər?! Elə şirkin baş verdiyi bu anda tutub onlara “Ey, bu Allaha şirk qaşmaqdır” desin?!

    Bunun kimi məsələn hakimiyyət nöqtəsində şirk söz mövzusu olduğunda tutub elə bu şirkdir, eyni şəkildə üluhiyyətdə şirk meydana gəldiyində o anda tutub desin ki, şübhəsiz bu şirkdir?! Bunu bir daha təkrar deməyin. İndi, əgər söz mövzusu bu şirklər meydana gəlməyəcək olsaydı, Rəsulullah (səlləllahu əleyhi və səlləm) bundan çəkindirməyəcək idimi?
    Subhən Allah! Bu böyük bir böhtan olub Allahın seçdiyi Nəbisini (səlləllahu əleyhi və səlləm) tən etməkdir. Çünki bu vəziyyətdə O, Muaza, əhli kitab bir qövmə gedərək onları tövhidə dəvət etməsini ta ki onlar Allahı yaxşıca tanıyana qədər bundan başqa hər hansı bir şəri ünsürə keçməməsini necə əmr etsin?! Həm elə bir bacarıq ki, onunla tövhid ilə şirkin arasını ayırd edəcəkdilər. Bəli, onlara tanımadıqları ilahlarını tanıtmasını nə üçün əmr etsin?! Yoxsa O (səlləllahu əleyhi və səlləm), belə əmr etmirdimi?! Bundan Allaha sığınarıq! Peyğəmbərimizi belə bir nöqsanlıq və alçaqlıqdan təbərri edərik. Əksinə təqdirdə bundan bu xəbis nəticə çıxar:
    Şübhəsiz səhabənin böyük əksəriyyəti tövhid və şirkin həqiqətini öyrənmədən və bunda yetkinləşmədən öldülər.

    Bunun belə olduğunu zənn edənlərin, imanlarını nəzərdən keçirmələri lazımdır. Bunların özlərinə qəbirdə peyğəmbəri barasində soruşulmadan əvvəl öz nəfslərilə Allahdan qorxmaları lazımdır. Beləsi biri cavab verə bilməz və ancaq belə deyər:
    Hah, hah, bilmirəm. İnsanlar bir şeylər deyirdi mən də təkrarladım.

    Mən əminim ki, qul bu halıyla İslama girmiş ola bilməz. Ta ki, Peyğəmbər (səlləllahu əleyhi və səlləm) ona, tövhidi və gözəlliyini şirk və onun çirkinliyini həm də o anda öyrətmiş olmasın. Yoxsa ümmət şəriətin furuuna dair ehtiyac anındakı şərhin təxir edilməsinin caiz olmadığında onsuz da icma etmişdir. Belə ikən bu, tövhid və şirkin nəhyi deməyə gələn və əsllərin əsli olan tövhidi vəziyyətlərdə necə laqeydlik edilmiş ola bilər. Görəsən bunun şərhinin təxir edilməsi caiz olarmı?

    Peyğəmbərin (səlləllahu əleyhi və səlləm) qövmü Quranın da özüylə endiyi Ərəb dilini yaxşı bilirdilər. Doğrusu bu, Quran ayəsiylə sabitdir.

    “Ayələri Quran kimi ərəbcə müfəssəl izah edilmiş, anlaya bilən camaat üçün nəzərdə tutulmuş bir Kitabdır." (Fussilət 41/3)

    İmam Bəğavi (rahiməhullah) deyir ki:
    “Ayələri Quran kimi ərəbcə müfəssəl izah edilmiş, anlaya bilən camaat üçün nəzərdə tutulmuş bir Kitabdır." (Fussilət 41/3)
    Yəni Ərəb dilini bilən. Əgər başqa bir dillə olsaydı anlaya bilməzdilər.

    Şövkani (rahiməhullah) də:
    "Bilən bir qövm üçün" yəni mənalarını bilirlər və onu qavrayırdılar. Necə ki, onlar Ərəb dilini bilir və anlayırdılar" deməkdədir.

    Onlar bilir və çağırıldıqları şeyi anlayırdılar. Çünki onlar Ərəb dilinə vəqf idilər.

    Bu mənada onlardan kim küfr edirdisə Quranın üluhiyyətdə Allahı birləmə və Onun xaricində ibadət edilənləri rədd etmə çağırışını bilərək rədd edirdi. Bu səbəblə dedilər ki:

    "O ilahları tək bir ilahmı etdi" (Sad 38/5).

    Yenə onlardan kim də iman etmişsə bilərək iman etmişdir.

    Əsasən kafirlər, Peyğəmbərin (səlləllahu əleyhi və səlləm) özlərinə olan çağırışındakı muradını yaxşı bilirdilər. Hal belə ikən ona iman edənlər Onun (səlləllahu əleyhi və səlləm) muradını necə anlamamış olsunlar?!

    Bütün bu xüsuslardan aydın olduğu kimi onların bu istəyi böyük şirk (şirkul-əkbər) növündən olmayıb sırf müşriklərə bir bənzərlik istəyindən ibarət idi.

    Müvəffəqiyyət Allahdandır!


    <

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Umar | Baxılıb: 1416 | Tarix: 21.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Avqust 2009  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru