Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19740 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16903 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13896 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9711 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9153 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2009 » İyul » 25 » Yay istisi
    Yay istisi
    22:53
    Bismilləhir-rahmənir-rahim


    Allah Təalanın nemətlərindən danışmaqla qurtarmaq olmaz. Nemətlərdən biri də odur ki, bu dünyada axirəti yada salan əlamətlər, işarələr vardır. İnsan bu həyatda sevincli və kədərli günlər yaşayır. Əyləncəli və xoş, müsibətli və acınacaqlı mərhələlərdən keçir. Hər bir xoş an ona cənnəti və hər bir çətin an ona cəhənnəmi xatırlatmalıdır. Bu müxtəlif əlamətlərdə ağıl sahibləri üçün ibrətlər vardır.

    İnsan dərindən fikirləşərsə hər bir saniyədə ibrət vardır. Xüsusən yaşadığımız isti yay günlərində böyük ibrətlər var. Bu yay günlərinin istisi bizlərə axirəti, cəhənnəm əzabının istisini xatırlatmalıdır. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salamı və salavatı olsun) demişdir: “(Hava) bərk istiləşdikdə sərin düşənədək namazı təxirə salın, çünki istilərin artması Cəhənnəmin nəfəs almasına görədir – (bir zaman) Cəhənnəm öz Rəbbinə şikayət edib demişdir: “Ey Rəbbim, bir hissəm digər hissəmi yedi!” Rəbbi də ona iki dəfə nəfəs almağa izn verdi: bir dəfə qışda, bir dəfə də yayda. Bu, sizin il boyu gördüyünüz ən şiddətli isti və ən şiddətli soyuqdur.” (əl-Buxari, 537).

    Hər birimiz yayın istisində sərinləmək üçün rahat, sərin, kölgəli yer axtarır, ondan qorunmağa çalışırıq. Buna görə sələflər deyərdi: "Ən təəccüblü insan odur ki, dünyada yayın istisindən qorxub qorunur, lakin axirətdə cəhənnəm əzabından qorunmaq üçün günahlardan çəkinmir." Sələflərin bəzisi isti yay günlərində cümə namazından çıxarkən insanlara baxıb onların qiyamət günü olacaqları vəziyyəti fikirləşərdi. Çünki qiyamət cümə günü başlayacaq və insanlar cümədən evlərinə qayıtdığı kimi ya cənnətə, ya da cəhənnəmə gedəcəklər.

    Bizə axirəti yada salan amillərdən biri də günəşdir. Onun qızmarlığı axirəti xatırladır. Allah Təala buyurur: "və çox parlaq bir çıraq yaratdıq" (ən-Nəba, 13). O insanların qiyamət günü olacaqları halı yada salır. O gün günəş Allahın əmri ilə insanlara yaxınlaşacaq və insanlar düm-düz bir yerdə olacaqlar. Orada nə bir kölgə nə də bir gizlənməli yer olmayacaq. Allahın kölgəsindən başqa kölgə olmayacaq. Orada isə yalnız Allah Təalanın istədiyi yeddi sinif insan kölgələnə biləcək. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salamı salavatı olsun) demişdir: “Yeddi sinif insan vardır ki, Allah onları Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gündə Öz kölgəsi altında kölgələndirəcəkdir: (bunlar) ədalətli rəhbər, Rəbbinə ibadət etməklə böyüyüb boya-başa çatmış gənc, qəlbi məscidlərə bağlı olan kişi, bir-birini Allah xatirinə sevən, Onun yolunda birləşib, Onun yolunda ayrılan iki nəfər, gözəl və zadəgan bir qadın tərəfindən zinaya çağırıldıqda: “mən Allahdan qorxuram!”– deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən adam və xəlvətə çəkilib Allahı yad etdikdən sonra gözləri yaşla dolan kişi (və ya qadındır).” (əl-Buxari, 660)

    Gəlin baxaq bu yeddi sinif insanlardan ola bilərikmi? Hər kəs öz nəfsini daha yaxşı tanıyır. Odur ki, hər kəs özünü imtahan etsə bəs edər.
    Həmçinin axirəti xatırladan amillərdən biri də, hər birimizin bildiyi xəstəlik vaxtı olan qızdırmadır. Bununla mömin axirət əzabını xatırlayır. İbn macənin sünnə kitabında Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə deyilirki, "Qızdırma cəhənnəmdən bir atəşdir, onu su ilə sərinlədin." Buna görə möminin qızdırması olarsa o qızdırmanın günahlarına kəffarə olmasını Allahdan diləsin. Əgər biz həqiqi düşünsək bilərik ki, bizim bu zəif cisimlərimiz cəhənnəm əzabına tab gətirməz. Ona görədə özümüzlə od arasına sipər çəkməliyik. Allah Təala buyurur: "..özünüzü və ailənizi oddan qoruyun" (ət-Təhrim, 6). Sələflərdən biri bu haqda düşünərək gözəl bir söz demişdir. "Əgər biz baxsaq görörək ki, bu dünyada Allaha itaət üçün səbr etmək, axirətdə cəhənnəm əzabına səbr etməkdən asandır." Diqqətlə baxsaq görərik ki, necə də xətalarımız var. Bəzilərimiz dadlı ləzzətli yeməklərdən imtina edir və soruşduqda deyirik ki: qorxuram sağlamlığıma təsir edər, mədəmi icidər yaxud dərmanlı meyvə olar və.s. Lakin necə olur ki, cəhənnəm əzabını bilə-bilə ondan qurtarmaq üçün günahlardan çəkinmirik. Allah bizi cəhənnəm əzabından qorusun. Bizi cənnət əhlindən etsin. Amin!

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: medine | Baxılıb: 909 | Tarix: 16.05.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyul 2009  »
    BeÇaÇCaCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru