Aşura mərasimi üçün İrandan Azərbaycana zəncir və pul
01:45
Aşura (Hicri-qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü) mərasimləri
ilə əlaqədar olaraq İran İslam Respublikasından Azərbaycana xeyli sayda
zəncir və pul göndərilib. Bu barədə Lent.az-a hüquq-mühafizə
orqanlarındakı mənbə məlumat verib. Zəncirlərdən Aşura günü Bakıdakı
müxtəlif məscidlərdə və paytaxtın ayrı-ayrı yerlərində mərasim
iştirakçıları tərəfindən istifadə olunacağı bildirilir.
Mənbə onu da qeyd edib ki, bu vəsaitlər ölkəmizə qanunsuz yollarla gətirilib və hazırda məsələ araşdırılır.
Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Məhərrəm ayı ilə bağlı
verdiyi fətvada isə qeyd olunub ki, “sinə açmaq, zəncir vurmaq, qan
çıxarmaq kimi qınağa səbəb olacaq hərəkətlərə yol verilməməlidir.
Əzadarlar özlərinə xəsarət yetirməməli, bunu digərlərinə də təlqin
etməməlidir”.