Aşura
günü, onun fəziləti, o gündə oruc tutmağın savabı, o gündə baş verən
tarixi hadisələrə dair dəlillər səhih mənbələrə (Quran və Sünnəyə)
əsaslanır. Bununla belə, Aşura ilə əlaqədar bəzi əfsanələr və yanlış
anlayışlar cahil insanların ağıllarına öz yolunu tapmağa imkan, macal
tapa bilmişdir ki, bunlar səhih, etibarlı islam mənbələrinə əsaslanmır
və yaxud onlarla dəstəklənmir. Bu adətlərin ən çox yayılanlarına bunlar
aiddir:
Bu gün Adəm əleyhissəlamın xəlq olunduğu gündür. Bu gün İbrahim əleyhissəlamın anadan olduğu gündür. Bu gün Adəm əleyhissəlamın tövbəsinin Allah tərəfindən qəbul olunduğu gündür. Bu gün Qiyamət günü baş verəcəkdir. Hər kim Aşura günü çimərsə heç zaman xəstələnməz.
Bütün
bunlar və digər buna bənzər qəribəliklər və təxəyyüllər tamamilə
əsassızdır. Bu barədə qeyd olunan adət-ənənələr etibarlı deyildir.
Bəzi
insanlar Aşura günü xüsusi yemək bişirməyi adət etməyi Sünnə hesab
edirlər. Bu əməlin, həmçinin səhih, etibarlı islam mənblərində heç bir
əsası yoxdur.
Digər insanlar “Aşura “gününün müqəddəsliyini
sevimlimiz İmam Huseyinin Suriya ordusu ilə döyüşü zamanı radiyallahu
anhu şəhadətinə bağlayırlar. Şübhə yoxdur ki, sevimlimiz Huseyin
radiyallahu anhununun şəhadəti tariximizin ən faciəli epizodlarından
biridir. Bununla belə, “Aşura” gününün müqəddəsliyinu bu hadisə ilə
əlaqələndirmək doğru deyil və mümkün deyil. Bunun səbəbi sadədir. Çünki
Aşura gününün müqəddəsliyi Peyğəmbər sallallahu aleyhi və səlləmin
dövründə qoyulmuşdur ki, bu da sevimlimiz Huseyin radiyallahu anhunun
doğumundan çox erkən olmuşdur.
Əksinə, sevimlimiz Huseyin radiyallahu anhunun şəhadətinin “Aşura” gününə təsadüf etməsi onun üçün fəzilət və ləyaqətdir.
Məhərrəm
ayına dair insanlarda yaranan başqa bir yanlış anlaşma bu ayın “guya”
şərrli və yaxud uğursuz ay olmasıdır. Belə ki, bu ayda Huseyin
radiyallahu anhu şəhid olmuşdur. Bu yanlış anlaşmadan dolayıdır ki,
insanlar Məhərrəm ayında toy etmirlər. Bu bir daha əsassız anlayışdır.
Quran və Sünnənin təlimlərinə ziddir. Əgər məşhur bir şəxsin xüsusi bir
gündə ölümü ondan sonra gəlməkdə olan həmin günü “uğursuz” edirsə, o
zaman bu “uğursuzluqdan” qaçmaq üçün çətin ki, ildə bir gün tapasan.
Belə ki, hər bir gün bəzi məşhur insanların ölümü ilə əlaqədardır.
Quran və Sünnə bizləri bu cür mövhumatçı inançlardan xilas etmişdir.