Rafizilər,
İmamilər və yaxud İsna Aşarilər (On ikilər) Şiəliyin bir bölməsidir. Onlar
səhabələrin əksəriyyətini və Əbu Bəkir, Ömərin xəlifəliyini, Zeyd ibn Əlinin
imamətini rədd etdikləri və onu tərk etdikləri üçün ("rafada-rədd etdi”
deməkdir) Rafizilər adlandırılmışlar. Onlara İmamilər deyilməsinin səbəbi odur
ki, onlar əsasən "imamət” məsələsinə xüsusi əhəmiyyət verirlər və dinlərinin
əsas prinsipinə çevirmişdirlər və yaxud onlar iddia edirlər ki, "Əli və onun
nəsili imam olacaqdır”. Onlara İsna Aşari (On ikilər) deyilməsinin səbəbi budur
ki, onlar Peyğəmbərin sallallahu aleyhi və səlləm ailəsindən (əhli beyt) on iki
nəfərin imamətinə iman edirlər.
Onlara görə
bunlardan birincisi Əli (Allah ondan razı olsun) və sonuncusu isə Muhəmməd ibn
əl-Həsən əl-Əskəri, iddia edikləri "qeybə çəkilmiş imam”. Onların
söylədiklərinə görə, o hicrətin üçüncü əsrinin ortalarında Səmərrədə "sərdaba”
daxil olmuş və hələ də orada sağdır və gözləyirlər ki, o oradan çıxacaqdır.
İslam əhlinin
əqidə və prinsiplərinə zidd əqidə və prinsiplərə sahibdirlər.
Bunlar
aşağıdakılardır:
1.Onlar
imamları tərifdə həddini aşırlar və iddia edirlər ki, onlar "məsumdurlar
(günahsızdırlar)” və dua etmək, onlardan kömək istəmək, onlara qurban kəsmək və
onların qəbirləri ətrafında təvaf etmək kimi bir çox ibadətləri onlara həsr
edirlər. Bu da böyük şirkdir və Allah təala bizə bildirir ki, kim bu günah üzrə
ölərsə bağışlanmayacaqdır. Bu cür şirk əməlləri həm onların alimləri, həm də
sadə kütlə işləyir. Onlardan heç bir bu cür əmələ öz etirazını bildirmir.
2. Deyirlər
ki, Müqəddəs Quran təhrif olunmuşdur və Qurana bəzi şeylər əlavə edilmiş və
bəzi şeylər Qurandan çıxarılmışdır. Bu mövzuda onların alimlərinə və sadə
kütlənin bəzisinə məlum olan kitabları var. Hətta onlar deyirlər ki, Quranın
təhrif olunmasına iman etmək imanın əsas ehkamlarındandır.
3. Onlar
səhabələrin (Allah onlardan razı olsun) əksəriyyətini kafir görürlər və onlara
nifrət edirlər, onlara lənət etmək və alçaltmaqla Allaha daha da yaxınlaşmağa
niyyət edirlər. Onlar iddia edirlər ki, Peyğəmbərin sallallahu aleyhi və səlləm
vəfatından sonra az bir qism (sadəcə yeddi nəfər) istisna olmaqla səhabələrin
digərləri dindən çıxmışdırlar. Bu da səhabələrin fəzilətini, üstünlüyünü təsdiq
edən, Allahın onlardan razı olduğunu və onları Öz Peyğəmbəri sallallahu aleyhi
və səlləm üçün dostlar seçdiyini söyləyən Quranı inkar etməkdir. Bu cür sözlər
həmçinin Quranın özünü ittiham etməkdir. Çünki Quran səhabələrin vasitəsilə
bizə ötürülmüşdür, nəql olunmuşdur. Əgər səhabələr kafir olsaydılar, o zaman
onların (rafizilərin) Quranı təhrif etməsi və yaxud dəyişməsinə dair heç bir
zəmanət olmazdı. İstənilən halda, bütün bunlar Rafizilərin iman etdiklər
şeylərdir.
Şeyxul islam
ibn Teymiyyə Allah ona rəhmət etsin demişdir:
"Həddini aşan
və Allah Rəsulundan sallallahu aleyhi və səlləm sonra, kiçik bir miqdar, on və
yaxud bu qədər say istisna olmaqla səhabələrin (Allah onlardan razı olsun)
dindən çıxdıqlarını və yaxud fasiq olduqlarını iddia edən kəsə gəldikdə, şübhə
yoxdur ki, həmin kəs kafirdir. Çünki həmin kəs Alalh təalanın onlardan razı
olduğunu və təriflədiyini birdən çox yerdə bildirdiyi Qurani Kərimin ayələrini
inkar edir. Həqiqətən də, hər kim bu cür insanın kafir olduğuna şübhə edirsə
onun özü kafir adlandırılmalıdır. Çünki bu cür (rafizilərin iddia etdikləri)
rəyin mənası budur ki, Quranı və Sünnəni nəql edən kəslər kafir idilər və yaxud
asi fasiqlər.
Ayədə
deyilir: "Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz”. (Ali
İmran 3:110).
Onların ən
yaxşıları ilk nəsildir. Lakin bu (küfr) rəyə görə, onların əksəriyyəti kafir və
asi fasiqlər, bu ümmət ümmətlərin ən şərlisi və bu ümmətin ən erkən nəsilləri
isə onların ən şərlisi olmuşdur. Bu cür sözün küfr təşkil etməsi elə bir
məsələdir ki, heç bir müsəlmanın bunu bilməməsi üzr sayılmır. Sitatın sonu.
Əl-Sarim əl-Məslul alə Şatim əl-Rəsul (səh. 590)
4. Onlar
Allah təalaya "ba`da”, əvvəlcə olmayan sonradan yaranan fikir nisbət edirlər
(Yəni Allah bir şey haqqında əvvəlcədən deyil, baş verəndən sonra bilir.
Sübhənallah!). Bu da Allah Azzə və Cəlləyə "cahillik” nisbət etmək mənasına
gəlir.
5. Onlar
"təqiyə”yə etiqad edirlər. Təqiyyə, insanın öz daxilində hiss etdiyini,
inandığını zahirən (üzdə) başqa cür göstərməkdir, ifadə etməkdir. Əslində bu
(təqiyə) yalan və riyakarlıq, ikiüzlülük və insanları aldatmaq "məharətidir”. Təqiyə
onların qorxduqları zaman etdikləri bir şey deyil, əksinə onlar qorxu və
əmin-amanlıqda kiçik və böyük məsələlərdə təqiyədən istifadə etməyi "dini bir
vəzifə” hesab edirlər. Onların imamlarından Peyğəmbərin sallallahu aleyhi və
səlləm səhabələrini tərifləmək və yaxud dəstəmaz və yaxud yemək, içmək
məsələlərində Əhli Sünnə ilə ittifaq etmək, razılaşmaq bardə söylədikləri hər
bir həqiqət, haqq Şiə tərəfindən inkar edilmiş, rədd olunmuşdur. Şiə deyir ki,
"həmin imamlar” bunları sadəcə təqiyə edərək söyləmişdirlər.
6. Rəcaya
iman. İman edirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm, onun əhli beyti,
Əli, Həsən, Hüseyn və digər imamlar qayıdacaqlar. Eyni zamanda, Əbu Bəkir,
Ömər, Osman, Muaviyə, Yezid, İbn Zil Cuşan və onların iddiasına görə "əhli beytə
zərər verən” hər bir kəs həmçinin qayıdacaqdır.
Onların
əqidəsinə görə Qiyamətdən əvvəl Mehdi yenidən peyda olduqda- Allah düşməni İbn
Səbə onlara (rafizilərə) dediyi kimi: onlar cəzalarını almaq üçün bu dünyaya
qayıdacaqlar, çünki onlar Əhli Beyti incitmişdirlər və onlara qarşı həddlərini
aşmışdırlar və onların haqqlarını rədd etmişdirlər, buna görə onlara şiddətli
əzab veriləcəkdir, sonra onlar hamısı öləcəkdir, sonra isə Qiyamət günündə son
haqq hesaba üçün həşr olunacaqlar-bu insanların hamısı bir dəfə bu dünyaya
qayıdacaqlar. Bu onların etiqadıdır.
Həmçinin
digər batil fikirləri barəsində və bu fikirlərin batilliyindən bəhs edən daha
təfsilatlı məlumatları aşağıdakı kitablarda tapmaq olar:
"Əl-Xutut
əl-Əridə” Mubib əd-Din əl-Xatib (İngilis dilində də var, Əbu Bilal Mustafa
əl-Kanadi tərcümə etmişdir)
"Usul Məzhəb əl-Şia əl-İməmiyyə” Dr. Nasir əl-Qafari
"Fıraq
Muasirə təntəsib ilə əl-İslam” Dr. Ğalib ibn Əli Əvəci (1/127-269)
"Əl-Məvsuə əl-Muyəssərə fil Ədyən vəl Məzəhib vəl Əhzəb əl-Muasirə” (1/51-57)
Fətvaları
üzrə Daimi Heyətin alimlərinə aşağıdakı sual ünvanlanmışdır. İmami Şiələr
islamdandırmı? Onun əsasını kim qoymuşdur? Çünki onlar, yəni şiələr özlərini
seyyidimiz Əliyə Allah ondan razı olsun nisbət edirlər?
Cavab: İmami
Şiə məzhəbi uydurulmuş bir məzhəbdir. İslama əlavə olunmuşdur, sonradan
çıxmışdır. Sizə məsləhətimiz budur ki, İbn Teymiyyənin "Əl-Xutut əl-Əridə və
Muxtasar əl-Tuhfə əl-İsnə Əşəriyyə və Minhəc əl-Sünnə” əsərini oxuyasınız.
Onların bidətləri barəsində çox məsələlər orada izah olunur.
Abduləziz ibn
Abdullah ibn Bəz, Abdurrəzzaq Əfifi, Abdullah ibn Ğudayyan
Sitatın sonu. Fətəvə əl-Ləcnə əl-Dəimə (2/377)
İkincisi:
Yuxarıdakılardan aydın olur ki, bu məzhəb batildir və Əhli Sünnə vəl Camaatın
etiqadına ziddir və bu etiqad, əqidə nə onların alimlərindən nə də sadə
kütlədən qəbul olunmayacaqdır, rədd olunacaqdır.
Özlərini
onlara nisbət etdikləri imamlara gəldikdə isə, bu imamlar onların bu yalan və
iftiralarından, batil sözlərindən uzaqdırlar.
Bu imamların
adları aşağıdakı kimidir:
1. Əli ibn
Əbi Talib (Allah ondan razı olsun), hicrətin 40-cı ilində şəhid edilmişdir.
2. Həsən ibn
Əli (Allah ondan
razı olsun) (3-50 Hicrət)
3. Hüseyn ibn
Əli (Allah ondan razı olsun) (4-61 Hicrət)
4. Əli
Zeynəlabidin ibn Hüseyn (38-59 Hicrət), şiələr onu "Əl-Səccəd” adlandırır
5. Muhəmməd
ibn Əli Zeynəlabidin (57-114 Hicrət), onu "Əl-Baqir” adlandırırlar.
6. Cəfər ibn
Muhəmməd əl-Baqir (83-148 Hicrət), "əl-Sadiq” adlandırırlar.
7. Musa ibn
Cəfər əl-Kazım (128-148 Hicrət), "Əl-Kazım” adlandırırlar.
8. Əli ibn
Musa əl-Kazım (148-203 Hicrət), "Riza” adlandırırlar.
9. Muhəmməd
əl-Cavad ibn Əli əl-Rida (195-220 Hicrət), "əl-Təqiy” adlandırırlar.
10. Əli əl-Hadi ibn Muhəmməd əl-Cəvad (212-254
Hicrət), "Əl-Nəqiy” adlandırırlar.
11. Əl-Həsən əl-Əskəri ibn Əli əl-Hadi
(232-260), "Əl-Zəkiy” adlandırırlar.
12. Muhəmməd əl-Mehdi ibn əl-Həsən əl-Əskəri,
şiələr onu "Huccə əl-Qaim əl-Muntazar” deyə adlandırırlar. Onlar iddia edirlər
ki, o Səmərrədə sərdaba daxil olmuşdr, lakin təhiqatçıların əksəriyyəti bu
rəydədir ki, ümumiyyətlə elə bir adam olmamışdır və bu şiələrin özlərindən
uydurduğu bir əfsanədir.
Baxın: əl-Məvsuəh əl-Muyəssərə (1/51)
İbn Kəsir Allah ona rəhmət etsin "Əl-Bidəyə vən
Nihəyə 1/177” əsərində demişdir: Onların Səmərrə sərdabı haqqında inandıqlarına
gəldikdə, bu bir əfsanədir və əslində heç bir əsası yoxdur, nə bir sübut, nə də
səhih bir rəvayət yoxdur. Sitatın sonu.