İranın
daxili işlər naziri Mustafa Pur-Məhəmmədi ölkə gənclərini tez-tez siğə
etməyə çağırıb. Mustafa Pur-Məhəmmədi deyib ki, daha çox gənc siğə
bağlamalıdır. Siğə bir saatdan bir neçə il müddətinə bağlanıla bilər.
İranda müvəqqəti nikahlar 15 il bundan əvvəl qeyri-rəsmi əlaqələrdə
olan cütlər üçün alternativ kimi nəzərdə tutulmuşdu. Lakin BBC-nin
Tehran müxbirinə görə, siğəyə indiyədək birmənalı münasibət yoxdur. Bir
çoxları siğəni fahişəliyi ört-basdır edən vasitə hesab edirlər. Özü
ruhani olan Pur-Məhhəmədi nikahı sosial problemlərin həllində vasitə
kimi görməyi məsləhət bilir. Onun sözlərinə görə, buna nail olmaq üçün
mədəni dəyişikliklər baş verməlidir. Hazırda siğə bağlayanlar arasında
bərabər
səyahətə çıxan cütlər var ki, bunu etməsələr polis tərəfindən həbs
edilə bilərlər. Bir çoxları digər maddi və maliyyə problemlərini həll
etmək üçün müvəqqəti nikah bağlayırlar. Siğəni tənqid edənlərə görə
müvəqqəti nikahda dünyaya gələn uşaqların, bir çox hallarda, atalığı
müəyyən edilməmiş qalır. Bu isə sosial problemi dərinləşdirmiş olur.