Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19629 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16748 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13828 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9576 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9099 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2008 » Oktyabr » 5 » HƏDDİ AŞMAQ
    HƏDDİ AŞMAQ
    03:24
    Aləmlərin Rəbbi olan Allaha həmd olsun. Salavat və salam aləmlərə rəhmət olaraq göndərilmiş peyğəmbərimiz Məhəmmədə, ailəsinə və onun bütün əshabələrinə olsun.
    İzzət və cəlal sahibi Allahın Kitabında həddi aşmaq barədə qadağa bu cür varid olmuşdur: “Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri, (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur. Allaha və peyğəmbərlərinə iman gətirin. (Allah barəsində) "üçdür" deməyin. (Belə sözlərə) son qoyun ki, (bu) sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah tək bir tanrıdır. Övladı olmaqdan (bu bəşəri xüsusiyyətdən) kənardır. Göylərdə və yerdə nə varsa, (hamısı) Onundur. Allahın (sizə) vəkil olması bəs edər!” (ən-Nisə, 171)

    Hafiz ibn Kəsir həmin ayənin təfsirində belə buyurur: “Allah təala kitab əhlini həddini aşmaqdan və ifrata varmaq çəkindirir. Bu xristianlarda daha çox qabarıqdır. Belə ki, onlar İsa əleyhissalamın peyğəmbərliyini təsdiqləməkdə hədlərini aşaraq Allahın ona bəxş etdiyi səviyyədən də yüksəyə ucaltdılar. Onu peyğəmbərlik səviyyəsindən qaldırıb Allahdan qeyrisinə ibadət olunan bir ilaha çevirdilər. Həm də onlar İsa əleyhissalamın dinində onun davamçıları zənn etdikləri insanlar barəsində həddi aşaraq onların məsum olduqlarını söylədilər. Onların istər haqq və ya batil, zəlalət və ya doğru, düz və ya yalan dedikləri hər bir şeydə onlara tabe oldular. Uca Allah belə buyurur: “Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəblər) qəbul etdilər...” (Tövbə, 31)”
    Ayədə həddi aşmaq şəriətin qoyduğu həddi keçmək deməkdir.
    Başqa bir ayədə İsa əleyhissalamın özü belə deyir: “Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi.” [Məryəm, 30]
    Bu kimi dəlillər müsəlman ümmətini öz dinlərində hədlərini aşmaqdan çəkindirir.

    İbn Abbas həzrəti Ömərin minbərdən belə dediyini rəvayət edir: “Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) bu sözlərini eşitdim: Məni xristianların Məryəm oğlunu mədh etdikləri kimi mədh etməyin. Sözsüz ki, mən qulam. Elə isə mənə Allahın qulu və elçisi deyin.” (Buxari)

    Söz və əməldə həddi aşmaq İslam dininə ziddir. Belə ki, uca Allah bu ümməti orta yol tutan ümmət kimi vəsf etmişdir. Orta yol isə adillikdir. Allah belə buyurur: “(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Məhəmməd əleyhisallam da) sizə şahid olsun” (Bəqərə, 143)
    İslam ümmətinin etiqadına, ibadətlərinə və davranışlarına dərindən nəzər salanda, məhz adilliyin, düzgünlüyün və orta yolun bu ümməti digərlərindən fərqləndirən amil olduğu üzə çıxır.

    Xristianlarla müqayisədə yəhudilər İsa əleyhissalamın barəsində nalayiq sözlər danışmaqla onu alçaltmış oldular.
    İslam dininin hökmləri ümmətimizi öz bütün sahələrdə adilliyə səslədiyinə baxmayaraq əsrlər boyu müxtəlif məsələlərdə hədlərini aşan dini cərəyanlar olmuşdur.

    Onları dərindən təhlil etdikdə belə fikirlərin İslama kənardan gəldiyinin şahidi oluruq. Imam Nəvəvi “Səhih Muslim” kitabının birinci hədisini şərh edərkən qədərlə bağlı ilk dəfə ifrat fikirlər söyləyən Məbəd əl-Cuhani adlı şəxsin Səvsan kimi tanınan bir xristianla sıx əlaqələrinin olduğunu vurğulamışdı. Alimlər cəhmiyə kimi tanınan həddini aşmış dini cərəyanın lideri Cəhm ibn Səhvanın isə öz təlimlərini Məhəmməd peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) sehrləmiş Ləbid ibn Asam adlı yəhudinin nəslindən olan bir yəhudidən öyrəndiyini söyləmişlər. Cəhm hətta tövhid məsələlərində ifrata vararaq Allahın mərhəmətli, qüdrətli və sair ad və sifətlərinin olmasını söyləyən şəxsin müşrik olduğunu demişdir.
    O, bu adların və sifətlərin başqa məxluqlarda da olduğunu əsas götürərək özünün tövhid prinsipinə riayət etdiyini və əsl müvəhhid olduğunu bildirmişdir. Onun iddiasına görə əgər Allahın ad və sifətlərində tək olduğunu etiqad ediriksə, Quran və hədislərdə varid olan ad və sifətləri bəzi surələrin əvvəlində oxunan əlif ləm mim və digər hərflər kimi mənaları yalnız Allaha bəlli sözlərdən hesab etməliyik. O deyirdi ki, mən özümün gördüyümü, eşitdiyimi və digər xüsusiyyətlərimi inkar edə bilmərəm. Bunu ağılsızlıq kimi qəbul edərəm. Lakin Allahın gördüyünü, eşitdiyini və başqa ad və sifətlərinin olduğunu deyə bilmərəm. Çünki bununla Onun təkliyinə xələl gətirmiş və beləliklə də dindən çıxmış sayılaram. Imam Şafii, Allahın Öz ad və sifətlərində bənzərsiz və kamil olduğunu müxtəlif ayə, hədis və məntiqi yollarla ona çatdırmaq istəsə də, bunu bacara bilməmişdi.

    Həmçinin xəvariclər adı ilə daha çox tanınan ifrat dini cərəyanın ilk davamçıları özünü müsəlman kimi qələmə verən yəhudi Abdulla ibn Səbanın batil fikirləri ilə yoluxmuşlar. Onlar hədlərini aşaraq bəzi əshabələri, xüsusən də Əli ibn Əbutalibi (Allah ondan razı olsun) kafir adlandırdılar. Daha sonra silaha sarılaraq qətllər və qiyamlar törətdilər. Xəvariclər həzrəti Əliyə qarşı sui-qəsd planı hazırladıqdan sonra onu öldürməyə İbn Mulcəmi göndərdilər. İbn Mulcəm kim idi? Həzrəti Ömərin (Allah ondan razı olsun) xəlifəliyi dövründə Misirdən ona məktub yazırlar ki, onlara qari yəni, Qurani Kərimi mükəmməl öyrədən mütəxəssis lazımdır. O, İbn Mulcəmi aşağıdakı məzmunlu cavab məktubu ilə Misirə yola salır: “Mən bundan yaxşısını tanımıram.”

    Həmin İbn Mulcəm bir neçə il sonra Əliyə və digər müsəlmanlara qılınc qaldırmış və hətta onu tutduqdan sonra, mənim başımı bədənimdən ayırmaqla tez öldürməyin, mənim bədən üzvlərimi hissə-hissə kəsin ki, onların Allah yolunda qurban verildiyinə şahid olum sözlərini söyləmişdir. Müsəlman qardaşım! Bax həddi aşmaq, dində ifrata varmaq insanı nə vəziyyətə salır.

    Abdulla ibn Səba bu yaramaz əməllərindən əl çəkməyərək müsəlmanların arasında yeni fitnə toxumu səpməyə başladı. O, xəlifə Əli ibn Əbutalibin barəsində ifrat sözlər söyləyərək onun səcdəyə layiq ilah olduğunu dedi. Əli ibn Əbu Talib onun davamçılarından bu iyrənc günah haqqında soruşarkən ona belə cavab verdilər: “Sən Allahsan”. Əli ibn Əbu Talib bu əməlin cəzasını yalnız onların yandırılmasında görürdü. Beləliklə də Əli (Allah ondan razı olsun!) onlar üçün quyu qazdırdı və onları yanar oda atdı. Bəzi tarixçilər bu hadisədən sonra Abdulla ibn Səbanın qaçdığını, bəziləri isə uzaq bir əraziyə sürgün edildiyini söyləmişlər.

    Lakin Əlinin bu qərarı azğın ideyanın yolçularının fitnəsini daha da artırmış oldu. Belə ki, onlar: odda yalnız odun rəbbi olan Allah yandıra bilər – sözləri ilə Əlinin ilah olmasında yanılmadıqlarını söylədilər.

    Daha sonra isə Abdulla ibn Səba İslam dinini məhv etmək məqsədi güdən başqa bir metoda əl atdı. O, Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) əshabələrinin əksəriyyətinin mürtəd, münafiq və kafir olduğunu və s. batil fikirləri söylədi. O, əshabələrin (Allah onlardan razı olsun!) Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) Əlinin xilafəti haqqında olan vəsiyyətini gizlətməkdə ittiham edirdi. O öz dediklərini nə müsəlmanların bu günə kimi oxuduqları ayə və hədislərlə, nə də alim və əməlisaleh insanların sözləri ilə sübuta yetirə bilmirdi. O: əshabələr başda olmaqla hamı o ayə və hədisləri sizdən gizlədib – iddiası ilə özünə tərəfdar yığırdı. Həmin azğın fikirlər Osmanın (Allah ondan razı olsun!) hakimiyyəti dövründə bəzi avamlar tərəfindən qəbul edilmiş və fitnənin əsas mənbəyinə çevrilmişdir. Şama, Misirə və İraqa gedərək insanlar arasında öz zəhərli toxumunu səpən Abdulla ibn Səba onları Osmanın günahsız qətlinə aparan fitnəyə səbəb olacaq üsyana təhrik edirdi.
    Məkrli yəhudinin azğın düşüncələrini hələ də bəzi dini cərəyanlar daşımaqdadır.
    Allah bizi ifrata varmaqdan qorusun!

    Azər Abdulla / AZƏRİSLAM
     
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Selef | Baxılıb: 1632 | Tarix: 24.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Oktyabr 2008  »
    BeÇaÇCaCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru