ƏXLAQ
| |
Aisa | Tarix: Bazar, 31.08.2008, 22:32 | Yazı # 1 |
MÜSƏLMAN-BACİ
Qrup: İdarəçilər
Yazı: 33
Reputasiya: 2
Status: Saytda deyil
| SALAM ALEYKUM VA RAHMATULLAHİ VA BARAKATUHU Aişə (r.a) deyir ki, Peyğəmbərə (s.a.s) iki şeydən birini seçmək təklif edildikdə, – günah işlər istisna olmaqla – həmişə daha asan olanını seçərdi. Günah iş görmək təklif olunduqda isə bundan uzaqlaşan insanların ilki olardı. Peyğəmbər (s.a.s) öz nəfsinə görə heç kəsdən inti¬qam almamışdır. Yalnız Uca Allahın qoyduğu qanunlar pozulduqda qüdrətli və əzəmətli Allaha görə intiqam alardı”. [ Səhihdir ] Abdullah (r.a) demişdir: “Uca Allah ruzini sizin aranızda bölüşdürdüyü kimi əxlaqı da sizin aranızda bölüşdürmüşdür. Uca Allah mal-dövləti istədiyinə də, istəmədiyinə də verir. İmanı isə yalnız sevdiyi adama verir. Kim malını xərcləməyə xəsislik etsə, düşmənlə cihad etməkdən qorxsa, gecə olanda həyəcan keçirsə, qoy: “Lə ilahə illəllah, subhanəllah, əlhəmdulilləh, Allahu əkbər”- desin. [ Səhihdir ] Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “Mən ancaq gözəl əxlaqları kamilləşdirmək üçün göndərilmişəm”. [ Səhihdir ] Amr ibn Şueyb atasından, o da babasından Peyğəmbərin (s.a.s) belə dediyini eşitmişdir: “Sizlərdən mənə ən sevimli olan və Qiyamət günü mənim lap yaxınlığımda oturan kimsə barədə sizə xəbər verim¬mi?” Camaat susdu. O bunu iki və ya üç dəfə təkrar etdi. Camaat dedi: “Bəli, ya Rəsulallah!” O dedi: “Əxlaqı ən gözəl olanınız (buna nail olar)!” [ Səhihdir ] Abdullah ibn Amr (r.a) dedi: “Peyğəmbər (s.a.s) ədəbsiz və kobud olmayıb. O deyərdi: “Sizin ən xeyirliniz əxlaqı ən gözəl olanınızdır!” [ Səhihdir ] Əbu Dərda (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “(Qiyamət günü) tərəzidə gözəl əxlaqdan daha ağır gələn bir şey yoxdur”. [ Səhihdir ]
(Ya Rəsulum!) İnsanları hikmətlə (Qur’anla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) də’vət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır! Nəhl surəsi, 125
|
|
| |
medinä | Tarix: Bazar, 31.08.2008, 23:04 | Yazı # 2 |
Qrup: Удаленные
| GÖZÄL ÄXLAGI NÜMAYIS ETDIRÄN NORMALARDAN BIRI DÄ TÄVAZKORLIGDIR: TÄVAZKORLIG SADÄLIK PARLAG SIMAYA MALIK OLMAG MÄNASINA GÄLIB ÖZÜNÄ VURGUNLUG ÖZÜNÜ TÄMISÄ CIXARMAG VÄ ÜSTÜN TUTMAG KIMI XISLÄTLÄRDÄN UZAG OLMAG DEMÄKDIR: ALLAH TAALA BUYURUR: "ÖZÜNÜZÜ TÄMIZÄ CIXARTMAYIN :O: ALLAHDAN GORXUB PIS ÄMÄLLÄRDÄN CÄKINÄNIN KIM OLDUGUNU ÄN GÖZÄL BILÄNDIR"(ÄN-NÄCM32)
Yazını medinä - Bazar, 31.08.2008, 23:05 |
|
| |
Selef | Tarix: Bazar ertəsi, 01.09.2008, 03:24 | Yazı # 3 |
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
| İbn Məsuddan rəvayət olunur ki, Allahın elçisi (sav) Allaha belə dua edərdi: «Allahım! Məni necə gözəl xəlq etdinsə, əxlaqımı da gözəl et». Hədisi Əhməd rəvayət etmiş, İbn Hibban isə səhih hesab etmişdir. Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!” (əl-Əraf, 199)
(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
|
|
| |
XEDICE73 | Tarix: Bazar ertəsi, 01.09.2008, 10:56 | Yazı # 4 |
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
| EDEBSIZ SOZLERDEN CEKIN...... Ədəbsiz sözlər danışmaqdan çəkin! Allah taala buyurur: “Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə (axirətdə) böyük mükafat verəcəyik”. (ən-Nisə, 114) İbn Kəsir (Allah ona rəhmət etsin!) “Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur” kəlamı barərsində deyir: “Yəni, insanların söhbəti”. (“Muxtəsəru təfsiru İbn Kəsir” 1/437) Başqa bir ayədə Allah taala buyurur: “Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah (hər şeyi) eşıdəndir, biləndir”. (ən-Nisə, 148) Yəni Allah pis danışmağı və ədəbsiz sözlər işlətməyi sevməz. Məzlum isə istisnadır. Çünki, zülm olunmuş kəs ona zülm etmiş insana qarşı belə ifadələr işlədə bilər. Ibn Abbas (Allah ondan və atasından razı olsun!) buyurur ki, burada Allahın sevmədiyi şey, zülmə uğrayanlardan başqasının kiminsə əleyhinə dua etməsidir. (Sabuni “Safvatu ət-Təfəsir” 1/314) Uca Allah digər bir ayədə buyurur: “Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır”. (Qaf, 18) Həmçinin, buyurur: “Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür”. (əl-Fəcr, 14) Əbu Musa əl-Əşari deyir ki, bir gün rəsulullahdan (s) soruşdum: “Hansı müsəlman daha fəzilətlidir?” O, (s) mənə belə cavab verdi: “O kəsdir ki, müsəlmanlar onun dilindən və əlindən zərər görməzlər”. (Buxari 1/9 Müslim 165) Əbu Hureyrə (Allah ondan razı olsun!) peyğəmbərdən (s) belə eşitdiyini rəvayət edir: “Həqiqətən, qul elə söz danışa bilər ki, ona görə Cəhənnəmdə arası məşriq böyüklüyündə olan məsafədən daha uzaq yerə atılar”. (Buxari 7/184) Müslimdə keçən hədisdə isə peyğəmbər (s) belə buyurur: “Həqiqətən, qul elə söz danışa bilər ki, o söz onu Cəhənnəmdə məşriqlə məğribin arasındakı məsafədən daha uzaq yerə atar”. (Müslim 4/2290 Bax; əl-Lulu val Mərcan 3/325) Əbu Hureyrə (Allah ondan razı olsun!) rəvayət edir ki, peyğəmbər (s) buyurur: “Həqiqətən, qul Allahın razılığı səbəbi ilə ağlına gəlmədən elə söz danışa bilər ki, onunla Allah onun dərəcəsini yüksəldər. Həqiqətən, qul Allahın qəzəbindən ağlına gəlmədən elə sözlər işlədə bilər ki, onunla Allah onu Cəhənnəmə atar”. (Buxari 7/185) Əbu Hureyrə (Allah ondan razı olsun!) peyğəmbərin (s) belə buyurduğunu rəvayət edir: “Həqiqətən, insan heç bir eyib hesab etmədiyi bir şeyi Allahın qəzəbi ilə danışarsa, onunla Cəhənnəmdə yetmiş illik məsafə uzaqlıqdakı yerə atılar”. (İbn Macə 2/1313 Tirmizi 4/557 Bax; “Səhih İbn Macə” 2/358 “Səhih ət-Tirmizi 2/268) Əbu Hureyrədən rəvayət olunan digər bir hədisdə rəsulullah (s) buyurur: “Allaha və axirət gününə iman gətirən kəs, ya xeyirli bir söz söyləsin, ya da sussun! Allaha və axirət gününə iman gətirən kəs, qonşusuna əziyyət verməsin! Allaha və axirət gününə iman gətirən kəs, qonağına ikram etsin!” (Buxari 7/184 Müslim 1/68) Səhl bin Səd (Allah ondan razı olsun!) peyğəmbərin (s) belə buyurduğunu rəvayət edir: “Kim mənə iki saqqalı və iki qılçası arasında olan şeydən zəmanət versə, mən də onun Cənnətə daxil olmasına zəmanət verərəm”. (Buxari 7/184 Tirmizinin rəvayətində isə “Allah iki saqqalı və iki qılçası arasında olanın şərindən kimi qorusa, o Cənnətə daxil olar” deyilir. Bax; “səhih ət-Tirmizi” 2/287) Muğira deyir ki, mən peyğəmbərin (s) namazı qurtardıqdan sonra belə dediyini eşitdim: “Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. O, təkdir, şəriki yoxdur. Mülk və həmd Ona məxsusdur. Və O, hər şeyə qadirdir”. O, (s) bunu üç dəfə təkrarladı və dedi-qodunu, çoxlu sual verməyi malı zay etməyi, analara asi olmağı və yeni doğulmuş qız uşaqlarını diri-diri basdırmağı qadağan etdi”. (Buxari 7/183 Hədisin əvvəli də var.) Bilal bin əl-Harisdən (Allah ondan razı olsun!) peyğəmbərin (s) belə dediyi rəvayət olunur: “Həqiqətən, insan Allahın razılığı ilə özünün təsəvvür etmədiyi səviyyədə elə söz danışa bilər ki, Allah öz razılığını onunla görüşəcək günədək ona verər. Həqiqətən, insan Allahın qəzəbi ilə özünün təsəvvür etmədiyi səviyyədə elə söz danışa bilər ki, Allah öz qəzəbini onunla görüşəcək günədək onun üzərinə atar”. (İmam Malik “Muvatta 2/985 Buxari 7/185 Əhlis Sunən Bax; “Səhih ət-Tirmizi 2/269) Abdullah bin Məsud (Allah ondan razı olsun!) deyir ki, bir evdə olarkən orada iki qureyşli və bir səqəfli var idi. Onlar yekə qarın, lakin, zəif zəkaya malik insanlar idi. Onlardan biri dedi: “Məgər bilmirsinizmi, Allah bizim dediklərimizi eşidir?” Digəri isə: “Biz ucadan danışsaq, eşidər. Gizlində danışsaq, bizi eşitməz” dedi. Başqa biri isə dedi: “O, bizim gizlində danışdığımızı eşidirsə, aşkarda ucadan danışdığımızı da eşidir”. Daha sonra Allah taala bu ayəni nazil etdi: “Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şəhadət verəcəklərinizdən qorxub (günah işləməkdən) çəkinmir, etdiyiniz əməllərin çoxunu isə Allahın bilməyəcəyini zənn edirsiniz”. (Fussilət, 22) (Buxari 6/37 Fussilət surəsinin təfsiri, Müslim 4/2141 Bax; əl-Lulu val Mərcan 3/270) Sufyan bin Abdullah (Allah ondan razı olsun!) belə rəvayət edir: “Ey Allahın rəsulu, mənə elə bir şey danış ki, mən ondan tutunum”. Dedi: “De ki, mənim rəbbim Allahdır! Sonra doğru yolla get!” Dedim: “Ey Allahın rəsulu, mənim üçün ən çox qorxduğun nədir?” Peyğəmbər (s) öz dilini tutdu və dedi: “Bax, bu!” (Müslim 1/65 Əhməd “Müsnəd” 3/413 Tirmizi 4/607) Əbu Hureyrənin belə dediyi rəvayət olunur: “Allaha and olsun ki, insan elə söz danışa bilər ki, onunla dünya və axirətini itirər”. (Bəğəvi “Şərhus Sunən” 14/385 Əhməd 2/328 Əbu Davud 4901) Ibn Ömər (Allah ondan və atasından razı olsun!) peyğəmbərin (s) belə buyurduğunu rəvayət edir: “Allahı zikrdən başqa çox danışmayın! Həqiqətən, Allahı zikrdən başqa çox danışmaq qəlbi sərt və paslı edir. Allaha ən uzaq olan insanlar qəlbi sərt və paslı olanlardır”. (Tirmizi 4/607 Tirmizi bu hədisi “Həsən ğarib” adlandırmışdır. Əbdülqadir əl-Ərnavut onun sənədinin yaşxı olduğunu qeyd etmişdir. Bax; Nəvəvi “Zikrlər” səh 285) Əbu Səid əl-Xudri (Allah ondan razı olsun!) rəsulullahın (s) belə buyurduğunu rəvayət edir: “Adəm övladı hər səhər durarkən bütün əzaları onun dilinə tabe olaraq deyir: Bizim işimizdə Allahdan qorx! Biz səninləyik. Əgər bizi doğru yola çəksən, biz elə o yolla da gedəcəyik. Əgər bizi əyri yola çəksən, biz elə həmin əyri yolla da gedəcəyik”. (Tirmizi 4/615 Əbdülqadir əl-Ərnavut hədisin həsən olduğunu demişdir. Bax; Nəvəvi “Zikrlər” 286 və “Səhih Tirmizi” 2/287) Muazın (Allah ondan razı olsun!) rəvayət etdiyi hədisdə peyğəmbər (s) dilini tutaraq dedi: “Bundan qorun!” Dedim: “Ya rəsulullah, biz danışdığımızla danlanacağıqmı?” Dedi: “Anan səni itirsin, insanlar oda üzləri üstə dillərinin qazandıqları günahlar ucbatından girəcəklər”. (Tirmizi 5/11 Və onun Həsən Səhih hədis olduğunu vurğulamışdır.) Əbu Hureyrə (Allah ondan razı olsun!) rəvayət edir ki, peyğəmbərdən (s) insanı ən çox Cənnətə daxil edən əməlin hansı olduğu barəsində soruşdular. Peyğəmbər (s) dedi: “Allahdan qorxmaq və gözəl əxlaq sahibi olmaq”. Insanı ən çox oda salan şeyin nə olduğu barəsində soruşulanda isə, belə cavab verdi: “Ağız və övrət yeri”. (Tirmizi 4/363 Bax; “Səhih ət-Tirmizi 2/194) [/size][/size]
Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
|
|
| |
XEDICE73 | Tarix: Bazar ertəsi, 04.05.2009, 15:37 | Yazı # 5 |
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
| Amr ibn Şueyb atasından, o da babasından Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Dən düşən saçlarınızı yolmayın. Müsəlmanın İslamda ağaran saçları, qiyamət günü onun üçün nur olacaqdır"[
Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
|
|
| |
medine | Tarix: Cümə, 08.05.2009, 16:16 | Yazı # 6 |
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
| Hic ,sübhesiz, sen ulu bir ahlak üzeresin .(KALEM:4) Abdullah b.Amr Ibnil As (R;A) der ki, Peygämbarimiz (S;A;S) hic cirkin söz söylememistir, hatta böyle bir söz agzindan kacirmis degildir.Her zaman "iyi huylulariniz ,aranizdaki en iyi kimselerdendir" buyurmustur.( BUHARI :MÜSLÜM hädis 627 RIYAZÜS SALIHIN)
ALLAH bizləri haqq yoldan çıxartmasın!
|
|
| |
XEDICE73 | Tarix: Şənbə, 09.05.2009, 13:35 | Yazı # 7 |
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
| Peyqamber s.s zarafatlari. İctimai münasibətlərdə önəmli yerlərdən birini zarafat tutur. Bəzən hansısa fikrimizi incə şəkildə çatdırmaq üçün, bəzən isə sadəcə başqalarının könlünü açmaq üçün xoş zarafatlardan, yumordan istifadə edirik. Zarafat sözü «zərafə» (zəriflik, incəlik) kökündən gəlir və bu da onu göstərir ki, zarafat incə və zərif eyham deməkdir. Bəzən zarafat adı altında yalan danışır, başqalarını təhqir edir, insanların qəlbini qırırıq. Təbii ki, bu cür «zarafatları» incə adlandırmaq olmaz və bunlar İslamın da ruhuna ziddir. Bəs görəsən sevimli Peyğəmbərimizin (s.ə.s.) zarafata münasibəti necə olub və ümumiyyətlə hər hərəkətiylə müsəlmanlara örnək təşkil edən bu kamil insan nə cür zarafat edib? Siyər kitablarından və hədis mənbələrindən məlum olduğuna görə, Həzrəti Rəsulullah incə zarafatları sevməklə yanaşı, özü də bəzən zarafatlar etmişdir. Vaxtaşırı etdiyi zarafatlarla zarafatın İslam ədəbiyyatında yer almasına və inkişaf etməsinə səbəb olan Hz Peyğəmbərin zarafatları incə, ürəkaçan və xoş olmuşdur. Belə ki, bir dəfə onun zarafatını görən Əbu Hureyrə çaşıb qalmış, «Ya Peyğəmbər, sən bizimlə zarafat edirsən?» deyə soruşmuşdur. Həzrəti Peyğəmbər belə cavab vermişdir: «Bəli, mən zarafat edirəm, amma yalnız həqiqəti söyləyirəm». Bu nüans olduqca böyük önəm kəsb edir. Zarafatda belə yalan danışmaqdan çəkinmək lazımdır. Hz Peyğəmbər zarafat edərkən bir sıra başqa qaydalara da riayət etməli olduğumuzu bidirmişdir. Hədislərdə bu qaydalar bu cür sadalanır: - zarafatı yalan və uydurma sözlər söyləyərək, müəyyən mənada insanlara mənən zərər verəcək şəkildə etməmək; - zarafat ilə də olsa, başqasının malını mənimsəməmək (Bir hədisdə Hz Peyğəmbər belə buyurur: «Biriniz əsla qardaşının əsasının nə zarafatla, nə də ciddi olaraq götürməsin. Kim götürübsə qaytarsın»), - kimisə qorxutmamaq, narahat etməmək (bu cür zarafat bu hədislə qadağan edilmişdir: «Səhabələr bir dəfə Hz Peyğəmbərlə səfərə çıxırlar. Bu ərəfədə bir nəfər yatır. Dəgərləri zarafatla onun üzünə ip atırlar. Həmin adam diksinərək oyanır. Bunu görən Hz Peyğəmbər belə buyurur: «Bir müsəlmanın başqa bir müsəlmanı qorxutması halal deyil»). Hz Əli yumora insan psixologiyası baxımından yanaşaraq bu sözləri ilə zarafata təşviq etmişdir: «Bədənlər yorulduğu kimi, könüllər də yorulur və usanır. Qəlblərinizi dincəldin və ona aparan hikmət yollarını axtarın». Həzrəti Peyğəmbər çox incə bir yumor hissinə sahib olduğu üçün uşaq, gənc, yetkin və yaşlı hər kəslə zarafatlar etmişdir. O, nəvələri Həzrəti Həsən və Hüseyn ilə, uşaqlağından etibarən uzun müddət yanında qalan Ənəslə zarafatlaşmışdır. Cabirin rəvayət etdiyinə görə, Həzrəti Peyğəmbər Həsən və Hüseyni öz belinə mindirir, dizlərinin üstündə gəzərək «Dəvəniz nə gözəl dəvə, siz də nə gözəl minicilərsiniz!» deyərək onları gəzdirirmiş. O, on yaşından etibarən Ənəsi «Zu'l-uzneyn» (İki qulaqlı) ləqəbi ilə çağıraraq zarafat edirmiş. Həzrəti Peyğəmbər uşaqlarla zarafatlaşdığı kimi, bir ailə başçısı olaraq ailəsi ilə tək qalanda onlarla da zarafatlaşırmış. Həzrəti Peyğəmbərin zarafatlarında heç vaxt cüzi də olsa yalan olmayıb. Zarafatda belə ancaq həqiqəti söyləyib. Bir gün döyüş üçün ondan dəvə istəyən bir səhabəyə «Səni dəvə balasına mindirəcəyəm» deyə cavab verir. Onun təəccübləndiyini gördükdə gülümsəyir və «Bütün dəvələr başqa bir dəvənin balası deyilmi?» deyərək zarafat etdiyini bildirir. Bir dəfə isə ənsardan olan yaşlı bir qadın onun yanına gələrək xahiş edir ki, cənnətə girməsi üçün dua etsin. Həzrəti Peyğəmbər ona belə cavab verir: «Sən bilmirsən ki, yaşlılar cənnətə girməyəcək?». Qadın o qədər üzülür ki, ağlamağa başlayır. Həzrəti Peyğəmbər gülərək deyir: «Sən heç «Onları bakirə, ərlərinə düşkün və hamısını eyni yaşda qılmışıq» ayəsini oxumamısan?». Beləcə, incə bir zarafatla onun yaşlı halında deyil, gənc olaraq cənnətə girəcəyini bildirir. Vida həccindən qayıdarkən Əncəşə adlı bir səhabə Həzrəti Peyğəmbərin xanımlarının mindikləri dəvələri sürürmüş. Yanıqlı səsi və sürətli tempi ilə oxuduğu mahnılar dəvələri coşduranda Həzrəti Peyğəmbər ona belə deyir: «Ey Əncəşə! Yavaş sür, büllurları qırarsan». Həzrəti Peybəmbər səhabələrlə zarafatlaşdığı kimi, bəzən səhabələr də onunla zarafat edərmişlər. Həzrəti Peyğəmbər isə onların bu zarafatlarına təbəssümlə və ya başqa bir zarafatla cavab verərmiş. Təbuk səfərində Avf ibn Malik kiçik bir dəri çadırda olan Həzrəti Peyğəmbərin yanına gələrək salam verir. Həzrəti Peyğəmbər onun salamını alaraq: «Gəl içəri» deyir. O isə «Bütün bədənimlə, yoxsa yarısıyla, ya Rəsulullah» deyə soruşur. Həzrəti Peyğəmbər «Bəli, büdün bədəninlə» deyə cavab verir. Həzrəti Peyğəmbəri hər məsələdə özlərinə örnək alan səhabələr öz aralarında da zarafatlaşmışlar. Çox vaxt bəzi hədislərin zahiri mənası ələ alınaraq İslamda zarafata yer olmadığını söyləyənlər olur. Halbuki hədislərdə insanın vüqarını və ciddiyyətini ayaqlar altına atacaq formada edilən zarafat pislənmişdir. Məsələn bir hədisdə belə buyurulur: «Dostunla mübahisə etmə və zarafatlaşma!». Eyni şəkildə qəhqəhələrlə gülməyi qadağan edən rəvayətər də vardır: «Çox gülmə, çünki çox gülmək qəlbi öldürür». Həzrəti Əlinin bu sözləri də yuxarıdakı hədisləri dəstəkləməkdədir: «Çox zarafat ciddiyyəti azaldır. Kimin zarafatcıl xasiyyəti daha qalib gəlsə ağlı fəsada uğrayar, kim çox zarafat etsə ciddiyyəti yox olar». Bütün bu rəvayətlərə baxdıqda insanın ciddiyyətini yox edən və ona yüngül yanaşan, kin və ədavətə səbəb olan zarafatın qadağan olunduğu, digər hallarda isə izin verildiyi məlum olur. Çünki yaşadığı dövrdə insanların ən gülərüzlüsü olan Həzrəti Peyğəmbər zarafatı qadağan etmək bir yana, bir psixoloq kimi onun bir ehtiyac olduğunu vurğulamışdır, özü də şəxsən zarafat edərək zarafatın bir ehtiyac olduğunu göstərmişdir. Aqil HACIYEV
Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
Yazını XEDICE73 - Şənbə, 09.05.2009, 13:37 |
|
| |
medine | Tarix: Şənbə, 09.05.2009, 14:21 | Yazı # 8 |
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
| O TAKVA SAHIBLERI KI; ONLAR GEREK BOLLUK VE GEREKSE DARLIK ZAMANLARINDA VERENLER; ÖFKELERINI ZAPEDENLER VE BASKALARININ KUSURLARINI BAGISLAYANLARDIR.( AL-IMRAN:134) ENES b.MALIK (R:A) DER KI; PEYGÄMBÄRIMIZ (S:A:S) INSANLARIN EN GÜZEL HUYLUSU IDI:(BUHAR;MÜSLIM HÄDIS 623 RIYZÜS SALIHIN)
ALLAH bizləri haqq yoldan çıxartmasın!
|
|
| |
medine | Tarix: Bazar, 10.05.2009, 19:36 | Yazı # 9 |
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
| GÖZÄL ÄXLAG , ALLAHIN VÄ MÄXLIGATIN HAGGINI ÖDÄMÄYIN ÄSASINI TÄSKIL EDIR.IMAN ILÄ GÖZÄL ÄXLAG BIRLIKDÄ ALLAHIN VÄ MÄXLUGATIN HAGGINI ÖDÄMÄYIN ÄSASIDIR.BUNUNLA INSANIN ALLAH YANINDA DÄRÄCÄSI ARTIR, GÜNAHLARI BAGISLANIR. ÄISÄ(R:A) DEYIR KI, PEYGAMBARIN (S:A:S) BELÄ DEDIYINI ESITMISÄM: HÄGIGÄTÄN MÜSÄLMAN GÖZÄL AXLAGI ILÄ ,DAIM NAMAZ GILAN ORUC TUTANIN DÄRÄCÄSINÄ YETISÄR.(ÄBU DAVUD) ÄBU DARDA(A:R:O) PEYGÄMBÄRIN )S:A:S) ELÄ DEDIYINI RÄVAYÄT EDÄR: GIYÄMÄT GÜNÜ MÖMÜN BÄNDÄNIN TÄRÄZISINDÄ , GÖZÄL ÄXLAGDAN BASGA DAHA AGIR GÄLÄCÄK IKINCI BIR ÄMÄL YOXDUR. HÄGIGÄTÄNDÄ ALLAH ÄDABSIZ VÄ ÄXLAGSIZ KIMSÄYÄ NIFRÄT EDIR,(TIRMIZI) . GÖZÄL ÄXLAG BÜTÜN XEYRLÄRIN TACIDIR. GÖZÄL ÄXLAG DEDIKDÄ SÄRIÄT VÄ SAGLAM DÜSÜNCÄYÄ GÖRÄ BÄYÄNILÄN HÄR BIR IS NÄZÄRDÄ TUTLUR . BÄZI ELM ADAMLARINA GÖRÄ GÖZÄL ÄXLAG XEYRLI IS GÖRMÄK VÄ SÄRDÄN CÄKINMÄKDIR. GÖZÄL ÄXLAGA BELÄ TÄRIFDÄ VERMÄK OLAR: ALLAHIN ÄMR ETDIKLÄRINÄ ÄMÄL ETMÄK GADAGALARINDAN CÄKINMÄK GÖZÄL ÄXLAG DEMÄKDIR . ÄMR OLUNAN GÖZÄL ÄXLAG NUMUNÄLÄRINDÄN BUNLARI MISAL CÄKMÄK OLAR: TÄGVA ,IXLAS ,SÄBR,MÜLAYIMLIK .TÄMKINLIK, HÄYA , IFFÄT , GEYRÄT , VALIDEYINLÄRÄ YAXSILIG,GOHUMLIG ÄLAGÄLÄRININ GORUNMASI, MÄRHÄMÄT, MÖHTACA KÖMÄK ETMÄK, SÜCAÄTLILIK ,SÄXAVÄTLILIK, SADIKLIK,DOGRULUG SAXLAM VÄ GENIS GÄLBLILIK, XOS RÄFTAR, VÄFALILIG, YAXSI ISLARIN ÄMR OLUNMASI, PIS ISLARDAN CÄKINDIRMÄK, YAXSI GONSULUG , BAGISLAMAG ,ÄMANÄTI GORUMAG, TÄVÄZÖKARLIG, MÄRDANÄLIK. GADACAN OLUNANLAR ISÄ BUNLARDIR; HIYLÄGÄRLIK ,SATGINLIG, XÄYANÄT, YALANCILIG,PIS VÄ XOSA GÄLMÄZ ISLÄR, MURDAR ICKILÄR VÄ GIDALR ,BÖHTAN, CIMRILIK ,PAXILLIG,XÄSISLIK, RIYAKARLIG, ZÜLM ,LOVGALIG ,TÄKÄBBÜRLÜK, DÜSMÄNCILIG ,NIFRÄT,ALDATMA. (ISLAM.EVI)
ALLAH bizləri haqq yoldan çıxartmasın!
Yazını medine - Bazar, 10.05.2009, 19:52 |
|
| |
XEDICE73 | Tarix: Şənbə, 16.05.2009, 15:50 | Yazı # 10 |
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
| Allah təala buyurur: “Kafir olanlara de ki, əgər (küfrə) son qoysalar, olub-keçənlər onlara bağışlanar. Yox, əgər (küfrə) qayıtsalar, əvvəlkilərin başına gələn aqibəti gözləsinlər.” (əl-Ənfal8:38)
Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
|
|
| |
medine | Tarix: Şənbə, 16.05.2009, 22:35 | Yazı # 11 |
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
| GÖZÄL ÄXLAG , SAHIBINÄ VÄ CÄMIYYÄTÄ BÄRÄKÄT GÄTIRIR. ALLAH GATINDA BIR MÄRTÄBÄDIR. GULLARIN GÄLBLÄRINDÄ SEVGI VÄ DÄYÄRDIR.ISLÄRIN ASANLASMASIDIR. DÜNYADA GÖZÄL BIR SÄKILDÄ ANILMA , AXIRÄTDÄ ISÄ GÖZÄL BIR NÄTICÄDIR. PIS ÄXLAG PISLIKDIR, BÄRÄKÄTIN GALXMASIDIR. GULLARIN NIFRÄTINÄ VÄ GÄLBLÄRDÄ GARANLIGA YOL ACIR . BU DÜNYADA BÄDBÄXTLIK, AXIRÄTDÄ PIS NÄTICÄDIR.
ALLAH bizləri haqq yoldan çıxartmasın!
|
|
| |
möminä | Tarix: Cümə axşamı, 21.05.2009, 04:49 | Yazı # 12 |
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
| AllHU TEALA buyurur ki, (("Ey RESULUM)AllahuTealadanbir rehmet sebebiyledir ki,onlara yumusaq davrandin ve egersen cirkin xasiyyetli,sert qelbli olsaydinelbette ki etrafindan dagilishardilar insanlar.artiq onlari efv et onlar ücün bagishlanma dile ve onlar ile gözel suretde danish.cixilmaz veziyyetde allaha tevekkül et.Shubhe yox ki,ALLAHU TEALA tevekkül edenleri sever.(ALI -IMRANsuresi159 aye).RESULULLAH (S.A.S.)BIR gün nevesiHz .Hüseyni öpdü.AqraIbn Haris(R.A),("YaRESULLALLAH,menim on dene evladim var,amma bu ana qeder hec birini öpmemishem")Peygemberimiz ona baxdi ve dedi:"Merhemet etmeyene merhemet olunmaz.bagishllamayan bagislanmaz!""Kim insanlara merhemet etmezse Allah da onaRehmet etmez."Yerdekilere merhemet et ki,göydekiler de sene merhemet etsiin,(MELEKLER)Exlaqi pis olanALLAH ,in nezerinden düshmeye ,rehmetinden uzaq olmaga ,dünya ve axiretde rezil olmaga sebeb olur.Bunun tedavisi,yetimlerin bashini sigallamaq,cox sedeqe vermek ve kasiblarla beraber oturmaqla mümkündür.
|
|
| |
medine | Tarix: Cümə axşamı, 21.05.2009, 21:51 | Yazı # 13 |
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
| Näzakät ,kibarlig, zäriflik vä yumsag xasiyyätli olmag äxlagin normalarinin täzahürüdür. Insan, ona garsi häyata kecirilän pisliyi belä yaxsi bir xislätlä däf etmälidir.Allah täala buyurur:"Yaxsiligla pislik eyni olabilmäz!(Ey mömün kimsä!) Sän (pisliyi) yaxsiligla däf et.(Gäzäbä säbirlä, cähalätä elmlä,xäsisliyä comärdliklä, cäzaya bagislanmakla cavab ver!) Belä oldugda aranizda düsmäncilik olan säxsi ,sanki yaxin bir dost görärsän! Bu (xislät )yalniz (dünyada mäsäggätlärlä ) säbir edänlärä verilir vä yalniz böyük gismät(savab,fäzilät) sahiblärinä äta olunur!"( Fussilät 34-35) Aisädän rävayät olunan hädislärdä Peygämbärimiz(s.a.s) buyurur;" Hägigätän , Allah näzakätlidir vä bütün islärdä näzakätli olmagi sevär"
ALLAH bizləri haqq yoldan çıxartmasın!
|
|
| |
leyla10 | Tarix: Cümə, 22.05.2009, 18:19 | Yazı # 14 |
Qrup: İstifadəçi
Yazı: 12
Reputasiya: 0
Status: Saytda deyil
| Peyğəmbərimiz Həzrəti Məhəmmədin (s.ə.s.) əxlaqı Quran əxlaqıdır. Peyğəmbərimizin əxlaqı ən gözəl əxlaqın nümunəsi, bütün gözəlliklərin cəmidir. Onun xanımı həzrəti Aişə Anamız bir dəfə belə söyləmişdi: “Onun əxlaqı Qurandır”. Onun (s.ə.s.) bu dünyadakı həyatından bəri yüzillər keçmişdir. Amma Onun əxlaqı bizim üçün bir örnəkdir, yaşantısı, oturuşu, duruşu, baxışı, süfrədə yeməyi, danışmağı, bir sözlə, bütün davranışları bizim üçün məktəbdir. Onun (s.ə.s.) kimi ola bilməyə çalışan və bu niyyətlə az-çox şeylər qazana bilən nə xoşbəxtdir. Dediyimiz kimi, İslam əxlaqın qaynağı Qurani-Kərim və Peyğəmbərimizin həyatı, sözləridir. Qurani-Kərim təkcə əxlaq kitabı deyil, o, eyni zamanda bir dua kitabı, təfəkkür, ehkam kitabı, bir çox elmlərin qaynağıdır. Əxlaq isə Qurani-Kərimdə geniş yer tutmuş bir mövzudur. Çünki Qurani-Kərim insanlara bu dünyada və Axirətdə xoşbəxt olmağın, Allah-Təalanın rizasını qazanmağın yollarını göstərir. Bu mənada Qurani-Kərimə bəzən nur, işıq da deyirlər. Yəni doğru yolu göstərən işıq. Hətta Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) hədisi-şəriflərində gözəl əxlaq haqqında “elə islamın özüdür” buyurmuşdur
İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər…» (Ənbiya surəsi, ayə 1)
|
|
| |
medine | Tarix: Cümə, 22.05.2009, 19:32 | Yazı # 15 |
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
| [color=green] Peygämbär (s.a.s) buyurur: "Män äxlag fäzilätini tamamlamag ücün göndärildim. ". Basga rävayätdä isä "Äxlag normalarini tamamlamag ücün" kimi buyrulur. O, (s.a.s) bütün sahabälärinin davranisinda yüksäk äxlag kodeksinä malik olmalari ücün böyük säy göstärmisdir. Abdullah bin Amrin Peygämbärdän(s.a.s) rävayät etdiyi hädis buna sübutdur:" Hägigätän sizin än xeyrliniz , gözäl äxlaga sahib olaninizdir. Uca Allah öz Räsulunu onun sahib oldugu hörmätä vä näsil-näcabätä görä täriflämädi. Bunu yalniz onun sahib oldugu yüksäk äxlaga görä etdi.
ALLAH bizləri haqq yoldan çıxartmasın!
|
|
| |
möminä | Tarix: Çərşənbə axşamı, 23.06.2009, 14:33 | Yazı # 16 |
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
| Millət öz vətəndaşlarının gözəl əxlaq və xoş sifətə malik olması ilə səciyyələnərək inkişaf edir, dünya millətləri arasında mövqeyi böyüyür, mədəniyyəti çiçəklənir. Insanlar arasında sevginin, xoş münasibətin itməsi onların dəyər-qiymətlərinin itməsinə, təməl prinsiplərinin qırılmasına, mövqelərinin sarsılmasına səbəb olur. Bu səbəbdən də İslam dini əxlaq məsələsinə mühüm yer ayırır, insan davranışını və onun başqaları ilə münasibətini tənzim edir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Mən əxlaq fəzilətini tamamlamaq üçün göndərildim”. Başqa rəvayətdə isə “Əxlaq normalarını tamamlamaq üçün” kimi buyurulur. O, (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bütün səhabələrinin davranşda yüksək əxlaq kodeksinə malik olmaları üçün böyük səy göstərmişdi. Abdullah bin Amrın peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəvayət etdiyi hədis buna sübutdur: “Həqiqətən, sizin ən xeyirliniz ən gözəl əxlaqa sahib olanınızdır”. Başqa rəvayətdə isə rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Mənə ən əziz olanınız ən gözəl əxlaqa sahib olanınızdır”. Uca Allah öz rəsulunu onun sahib olduğu hörmətə və nəsil-nəcabətə görə tərifləmədi. Bunu yalnız onun sahib olduğu yüksək əxlaqa görə etdi. Allah taala buyurur: “Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!” (əl-Qələm, 4) Aişə rəvayət edərək bildirir ki, peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) iki seçim arasında qaldıqda günah olmayan ən asanı seçərdi. Günah olduqda isə o günahdan ən uzaqda olan insana çevrilərdi. Rəsulullah heç vaxt öz şəxsi işinə görə intiqam almazdı. Yalnız Allahın qanunları pozulduğu təqdirdə, Allah üçün intiqam alardı”. Beyhaqi (Allah ona rəhmət etsin!) buyurur: “Gözəl əxlaq dedikdə nəfsin ən tərifə layiq əməllərə doğru istiqamətləndirilməsi nəzərdə tutulur ki, bu da həm bilavasitə Allahla bağlıdır, həm də insanlar arasında münasibətlər zamanı ortaya çıxır”. Qurani-Kərimə müraciət etsək Allah taalanın bu kəlamı yada düşər: “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!” (əl-Əraf, 199) Əbu Hureyrədən rəvayət olunan hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Möminlərin ən kamil imanlısı ən gözəl əxlaqlı olanıdır. Sizin ən xeyirliniz qadınlara xeyirli olanınızdır”. Başqa rəvayətdə isə belə buyurulur: “Tərəzidə ən ağır gələcək şey gözəl əxlaqdır”. Allahın təsbit etdiyi qanunlar pozulduqda sakit durmamaq gözəl əxlaqdan irəli gəlmir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bütlərlə dolu olan məqbərəni gördüyü zaman qəzəblənmiş, onların dağıdılmasını əmr etmişdi. Gözəl əxlaqın fəziləti barəsində Aişədən rəvayət olunan hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Mömin olan kəs gözəl əxlaqı ilə oruclu və gecə namazına duran şəxsin səviyyəsinə çatar”. Nəvvas bin Səman (Allah ondan razı olsun!) rəvayət edir ki, rəsulullahdan (ona və ailəsinə Allahın salavatı və salamı olsun) xeyirxahlıq və günah haqda soruşdum. O, buyurdu: “Xeyirxahlıq gözəl əxlaqa malik olmaqdır. Günah isə qəlbində bir şeyin düyün atdığı zaman insanların bunu bilməməsini istəməyindir”.
ALLAH BIZLÄRI GORUSUN
|
|
| |
möminä | Tarix: Çərşənbə, 24.06.2009, 02:48 | Yazı # 17 |
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
| Müsəlmanların biri-birlərinə ən çox xəstəlik zamanı ehtiyac hiss edərlər. Xəstə ziyarətləri, qardaşlıq duyğularını artırdığı kimi, xəstəyə xoş əhval ruhiyyə də bəxş edir. "Xəstəni ziyarət edən insan ziyarətdən qayıdana qədər cənnət meyvələri arasındadır. (Müslim-Tirmizi) Peyğəmbərimiz (s.a.v.) daim xəstələri ziyarət edər və sözləri ilə onlara xoş əhval ruhiyyə bəxş edərdi. Ətrafındakılara xəstə ziyarətinin möminlər üçün vacib olduğunu söyləyərdi. Hicrətin ilk illərində, səhabənin ölmək üzrə olan xəstələrinə Allahdan bağışlanma diləməyi bir ənənə halını almışdı. Rəsulullah Əfəndimiz bir xəstəni ziyarət edərkən, "İnsanların Rəbbi! Sıxıntıdan qurtar. Şəfa yalnız sənin əlindədir. Səndən başqa xəstəliyə şəfa edən yoxdur "deyərdi. Xəstənin yanın gələndə belə deyərdi: "Zərəri yox, keçər. İnşaallah günahlarının təmizləyicisi və kəffarəsidir."(Buxari) Nə zaman xəstə ziyarət etsə oan təsəlli verər, əlini alnına və biləyinə qoyaraq ona niyaz edərdi, "inşallah sağalacaqsan"deyərdi. Ancaq xəstələrin öz xəstəlikləri barəsində pis danışmaqlarından və şikayətçi olmaqlarından xoşlanmazdı. Camaat hüzuruna ve ya dostlarının qarşısına çıxan bir insanın yaraşıqlı olmağını Allah sevər. "Kim savab ümidi ilə müsəlman qardaşını xəstə olanda ziyarət edərsə atəşdən yetmiş il məsafəni uzaqlaşdırar." (Əbu Davud) Hazırlayan: Gülnar Ələsgərov
ALLAH BIZLÄRI GORUSUN
|
|
| |
möminä | Tarix: Çərşənbə, 24.06.2009, 02:51 | Yazı # 18 |
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
| Geri qaytarılmaq şərti ilə verilən pul və ya əşyaya borc deyilir. Fiqhi termin olaraq "deyn" adlanır. İnsanların bir-biriləri ilə köməkləşmə yollarından biri də borc alıb verməkdir. Borc alıb vermə İslamda nağd pul kimi sayıla bilən, buğda, arpa kimi ölçülə bilən, yaxud qızıl, gümüş və ət kimi çəkilə bilən mallarla da verilə bilər. Borc vermə İslamda savabdır. Dinimiz bunu təşviq etmişdir. Hətta bəzi zamanlarda sədəqə verməkdən də savablıdır. Allah Təala belə buyurur: Əgər Allaha gözəl bir borc versəniz (malınızı Onun yolunda xərcləsəniz), O bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, Həlimdir. (ət Təğabun 64/17) Peyğəmbər (s.a.s) də bir sədəqəyə on misli savab veriləcəyini, borc verən kimsəyə isə on səkkiz misli savab veriləcəyini bildirmişdir. (Ət-Tərqib və Tərhib, II,40) Bir kimsə borc verdiyi pul və ya bir şeyin tamamını bağışlaya bilər. İslam Borclusu çətin vəziyyətdədirsə ona müəyyən vaxt verilməsinə, hətta mümkündürsə alacağını bağışlamasını təşviq etmişdir. Quran Kərimdə: Əgər borclu olan adam ağır şərait içindədirsə, onun vəziyyəti düzələnə qədər ona möhlət verin. Bilin ki, borcu bağışlamaq sizin üçün daha xeyirlidir. ( əl -bəqərə 2/280) Təbaraninin Əbu Ümamə (r.a) nəqlinə görə Rəsulullah (s.a.s) belə buyurdu: Öz kölgəsindən başqa bir kölgənin olmayacağı bir gündə Allahın onun özünün kölgələndirməsini arzu edən kimsə, çətin vəziyyətdə qalmış olan insana borcunu qaytarmaq üçün asanlıq yaratsın və ya onun borcunu azaltsın. (İbn Kəsir, Təfsirul Quranil Azim) Buxari Əbu Hüreyrədən belə rəvayət etmişdir: Peyğəmbər (s.a.s) belə buyurdu: İnsanlara borc verən bir tacir var idi. Çətin vəziyyətdə qalan birini görüncə uşaqlarına, onun borcunu bağışlayın, bəlkə Allah də bizi bağışlayar deyərdi. Nəhayət Allah da onu bağışladı. İmam Əhmədin rəvayətinə görə İbn Ömər belə dedi: Peyğəmbər (s.a.s) belə buyurdu: Duasının qəbul olunmasını, kədərlərinin açılmasını istəyən, borcunu ödəyə bilməyən, çətin vəziyyətdə qalmış kimsəni bu vəziyyətdən qurtarsın. (Əhməd b. Hənbəl, II,23) İbn Abbasdan rəvayət edilmişdir: Rəsulullah (s.a.s) belə buyurmuşdur: Borcunu ödəməkdə çətinlik çəkən birinə möhlət verən və ya borcunun bir qismini bağışlayan kimsəni uca Allah cəhənnəm atəşindən qoruyar. (Buxari, Sehr 17, Müslim Zühd 74) Borcun gərəksiz və səbəbsiz yerə gecikdirilməsi caiz deyil. Bu barədə Peyğəmbər (s.a.s) buyurmuşdur: Zənginin borcunu gecikdirməsi zülmdür. (Buxari, Həvalə 1-2, Müslim Musakat, 33) Burada matl (gecikdirmə) bir kimsənin borcunu verməyi gecikdirməsi, alacaqlını incitməsi qarşılığında işlənmişdir. Qurtubi bu kəlimənin "ödəməsi lazım olan borcu" imkanı var ikən ödəməmək mənasına gəldiyini deyir. Borcun yazılması: Quranda cəmiyyət içərisində yerləşdirilmək istənilən prinsip, malın yox olmaması və müəyyən bir zaman üçün alınan borclar xüsusunda borcun miqdarının yazılmasıdır. Bunu yazmaq istəyə bağlı deyil, ayə ilə fərz qılınmış bir haldır. Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə qeyd etsin. Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmamalıdır. Qoy o yazsın, borc alan da (götürdüyü borcun miqdarını) yazdırsın, Rəbbi olan Allahdan qorxsun və borcdan heç nə əskiltməsin. (əl -Bəqərə 2/282) İslamın insanlığa gətirdiyi gözəl mesajlardan biri insanlara qarşı xoş niyyətlilikdir. İslam tamahkarlıq, eqoistlik, simiclik səhrasında insan oğlunun sığına biləcəyi yeganə kölgəlikdir. Bu din həm borc alan və həm də borc verən üçün və kölgəsində sığınan bütün topluluqlar üçün bir rəhmət və şəfqət qucağıdır.
ALLAH BIZLÄRI GORUSUN
|
|
| |
möminä | Tarix: Çərşənbə axşamı, 30.06.2009, 02:13 | Yazı # 19 |
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
| İslam Əxlaqı: Salamı yaymaq [ Sayta qoyulub: 23:40 05.06.2007 ] : [ Oxunub: 612 dəfə ] İslam şəriəti müsəlmanlar arasında mehribançılıq və mülayimlik yarada biləcək hər bir vasitəni buyurmuşdur. Belə vasitələrdən biri salam vermək və müsəlmanlar arasında onu yaymaqdır. Həqiqətən müsəlman toplum arasında salamın yayılması həmin cəmiyyətdə məhəbbətin, mehribançılığın və ülfətin yayılmasına hədsiz dərəcədə təsir edir. Salam qəlblərdə olan kin-küdurəti, qəzəb və nifrəti yox edir və qardaşı qardaşa sevdirir. Ona görə Peyğəmbər (sav) buyurmuşdur: "İman gətirməyincəyə qədər cənnətə daxil olan deyilsiniz. Bir-birinizi sevməyincə də iman gətirməyəcəksiniz. Sizə elə bir şey deyimmi ki, onu etsəniz bir-birinizi sevəsiniz?! Öz aranızda salamı yayın"(Müslim: 1\ 74\ № 54) Mömin şəxs öz qardaşına salam verdikdə həmin adamın salamı qaytarması vacibdir. Beləliklə, hər iki tərəfdə mehribançılıq və ülfət yaranır. Allah taala buyurur: "Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır" (ən-Nisa: 86). Salamın faydaları əvvəldə deyilənlər olduğu bir halda müsəlmana hər kəsə tanıdığı və tanımadıqlarına salam vermək əmr edilir. Salam sadəcə tanıyanlara verilmir və bununla müsəlman cəmiyyət bir-birini tanıyır. Bir kişi Peyğəmbərdən (sav) soruşur: “Hansı İslam daha xeyirlidir?” Peyğəmbər (sav) buyurur: "Yemək yedizdirmək, tanıdığın və tanımadığın kimsələrə salam vermək"(Buxari: 1\ 55\ № 12. Müslim: 1\ 65\ № 39.) Salam möminin şüarı və tutduğu yoldur. O, böyüyə və kiçiyə, tanıdığı və tanımadığı, dostu və düşməninə salam verər. Peyğəmbər (sav) buyurur: "Müsəlmana öz qardaşı ilə üç gündən artıq küsülü qalması halal olmaz (qadağandır). Onlar bir-biri ilə qarşılaşdıqda bu üzün o tərəfə, o isə başqa tərəfə çevirir. Onların ən xeyirlisi birinci salam verəndir"(Buxari: 21\ 11\ № 6237. Müslim: 4\ 1984\ № 2560.) Hədisdə Peyğəmbər (sav) küsülü insanları salam verməyə təşviq etmişdir. Çünki salam sülhün əldə edilməsi üçün çox mühüm vasitədir.
ALLAH BIZLÄRI GORUSUN
|
|
| |
möminä | Tarix: Şənbə, 04.07.2009, 16:23 | Yazı # 20 |
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
| İslam Əxlaqı: Mülayim olmaq və qəzəbdən əl çəkmək [ Sayta qoyulub: 15:11 30.05.2007 ] : [ Oxunub: 516 dəfə ] İslamın mülayimliyi əmr etməsi onun kamilliyindəndir. Gözəl əxlaq qəzəbi tərk etməkdir. Kim tez qəzəblənərsə pisliklərə dözməz və bir pislik baş verəndə özünü idarə edə bilməz. Beləliklə o gözəl əxlaq və davranışın nə olduğunu bilməz. Ona görə İslam mülayim olmağı və qəzəblənməməyi əmr etmişdir. Allah taala buyurur: "Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış, Cənnətə tələsin. O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər." (Ali İmran: 133-134). Peyğəmbər (sav) mülayimliyin Allah tərəfindən sevilən xasiyyət olduğunu bildirərək səhabələrdən sayılan Abdullah İbn Əşəcc əl-Qeysə ® buyurmuşdur: "Səndə, Allah taalanın sevdiyi iki xasiyyət: mülayimlik və səbr vardır"(Müslim: 1\ 48\ № 17.) Qəzəb bütün şərləri özündə cəm edir. Ağıllı və xeyirxah insan qəzəbli halda ən pis iş və qatı cinayət törədə bilər. Ona görə bir kişi Peyğəmbərin yanına gəlib deyir: "Mənə tövsiyə et! Peyğəmbər buyurur: "Qəzəblənmə" həmin adam sualını bir neçə dəfə təkrarladı və Peyğəmbər eyni cavabı verdi"(Buxari: 10 \519\ № 6116.) İslam müsəlmana mülayimliyi, geniş qəlbli olmağı və əziyyətə dözməyi öyrədir. Belə halda insanın nəfsi rahat olar. Birinci, qəzəblənən insan təlaş və kədər içərisində olar. Ikinci, mülayim insanı hər kəs sevər. Əgər kimsə ona pislik etsə o buna səbr edər, pislik edən adamın günahından keçər. Bunu görən həmin adam etdiyi pisliyə görə özünü məzəmmət edər və peşman olar. İslam şəriəti kamil şəriət olduğundan müsəlmanın ehtiyacı olan hər bir iş haqqında danışmışdır. O sadəcə olaraq mülayimliyi əmr, qəzəbi də qadağan etməmişdir. Hətta bunun qarşısını necə almağın yolunu da açıqlamışdır. Qəzəblənən adama Allahın mərhəmətindən qovulmuş şeytanın şərindən sığınmağı: "Əuzu bil¬ləhi minəş şeytanir rəcim" deməyi, - əmr etmişdir"(Bu, Süleyman İbn Sərdin hədisində qeyd edilmişdir. Buxari: 10\ 465\ № 6048. Müslim: 4\ 2015\ № 2610.) Çünki qəzəb şeytan şərinin bir növüdür. Həmçinin: "Peyğəmbər (sav) qəzəblənən adama dəstəmaz almağı əmr etmişdir"(Bu, Əbu Davudun Utbə əl-Qurazidən ® rəvayət etdiyi hədisdə deyilmişdir. Həmin hədis həsən hədisdir.) Çünki su qəzəbin hərarətini soyudur. Eləcə də ayaq üstədirsə oturmaq əmr edilmişdir. Əgər qəzəbi getməsə, onda dirsəklənməlidir. Çünki ayaq üstə olan adam hərəkət etmək və həyəcanlanmağa hazır olur. Oturan qəzəblənməkdə ayaq üstə durandan bir pillə aşağıdır. Dirsəklənən isə tamamilə qəzəbdən uzaq olar"(Bu, Əbu Davudun (5\ 141 \ № 4782) Əbu Zərrdən ® rəvayət etdiyi hədisdə qeyd edilmişdir. Hədis həsəndir.) Qəzəbli olarkən peşmançılıq gətirən bir əməli etməmək üçün, bu halda oturmaq və ya dirsəklənmək əmr edilmişdir. Bəzi hallarda, Allaha asilikdə və haram buyurduqlarının halal edildiyini gördükdə, Allah xatirinə qəzəb¬lənmək yaxşı əməllərdən sayılır. Belə məqamlarda Allah üçün hirslənməyi şəriət tərifləmiş, lakin onun üçün digər şəriət qanunları şərt qoyulmuşdur. Məsələn, dili söyməkdən və ya təhqir etməkdən qorumaq, bu növ qəzəbə səbəb olan – Allaha asilik və s. aradan qalxdığı anda qəzəbin sönməsi şərtdir. Aişənin ® dediyinə görə: Peyğəmbər (sav) heç vaxt özü üçün qisas almamışdır. Qisası yalnız Allaha asilik edənlərdən almışdır "(Buxari: 6\ 566\ № 3560. Müslim: 4\ 1813\ № 2327.) Hazırlayan: R.Muradlı
ALLAH BIZLÄRI GORUSUN
|
|
| |
|