[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 2 из 2
  • «
  • 1
  • 2
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » ƏXLAQ
ƏXLAQ
medineTarix: Bazar, 05.07.2009, 01:43 | Yazı # 21
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Məscidlərə yalnız ixlasla, Allah xatirinə getmək

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Hər kəs məscidə nə məqsədlə getsə, o da ona nəsib olar”. (Əbu Davud; əl-Albani bu hədisi səhih saymışdır. “Səhihul-Cami” 5936)

Məscidə gedərkən dəstəmaz almaq

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Evində düzgün şəkildə dəstəmaz alıb məscidə gələn şəxs Allahı ziyarət etmiş hesab olunur. Ziyarət olunanın üzərinə düşən haqq isə ziyarət edənə yaxşılıq etməkdir”. (Ət-Təbərani; hədis səhihdir. “Səhihut-Tərğib” 322)

Bəzənmək

Uca Allah buyurur: “Ey Adəm oğulları! Hər bir məscidə gözəl geyimlərinizi geyinin” (əl-Ə'raf, 31). İbn Kəsir təfsirində deyir: “Bu ayəyə və onun mənasına uyğun hədislərə əsasən demək olar ki, namaza gedərkən – xüsusən də cümə və bayram günlərində bəzənmək və ətirlənmək müstəhəbdir. Belə ki, bunlar gözəl geyimə aiddir. Misvakla təmizlənmək də zinətə aid edilir və onu tamamlayır. Ən əfzəl geyim isə ağ libasdır”.

İbn Abdul-Bər demişdir: “Elm əhli geyinməyə imkanı və qüdrəti çatan hər kəsin namaza gedənin gözəl geyimlə, ətirlə və (dişlərini) misvakla təmizləməklə bəzənməyini bəyənilən əməl hesab edir”. (“ət-Təmhid” 6/369)

Abdullah ibn Ömər (Allah ondan razı olsun) Nafinin xəlvətə çəkilib bir paltarda namaz qıldığını görüb dedi: “Sənə bir cüt paltar vermədimmi?” O: “Bəli, verdin!” deyə cavab verdikdə, ibn Ömər (Allah ondan razı olsun) dedi: “Məgər sən bazara bir paltar geyib gedirsən?” O: “Xeyr!” deyə cavab verdikdə, ibn Ömər (Allah ondan razı olsun) dedi: “Allah üçün bəzənmək daha vacibdir!?” (ət-Təhavi “Şərhu Məanil-Əsar” 1/377)

Qəribədir ki, bəzi müsəlmanlar məscidə yataq paltarında və ya şəffaf geyimdə yaxud ayıb yerlərini təcəssüm edən libasda gəlir, yığıncaq və qonaqlıqlarda dostlar qarşısına bu cür geyimdə çıxmağa isə utanırlar. Halbuki Allah üçün bəzənmək daha vacibdir. Xüsusən də cümə və başqa bu kimi əziz günlərdə. Odur ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) cümə namazına gələn hər kəsə gözəl geyinməyi buyurub demişdir: “Kim cümə günü gözəl tərzdə qüsl edib ən gözəl geyimini geysə, ..... növbəti cüməyədək günahları bağışlanar”. (Əbu Davud və ibn Macə) Budur, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) saçları dağınıq, paltarı da kirli olan bir kişi görüb dedi: “Məgər bu adam saçlarını düzəltməyə bir şey tapa bilmir? Olmaya, paltarını yumağa bir şey tapa bilmir?” (Əhməd; Əbu Davud; əl-Hakim; “Səhihul-Cami” 1333)

Ağızdan, yaxud üst-başdan pis qoxu gəldikdə məscidə daxil olmamaq

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim soğan, (yaxud) sarımsaq, (yaxud da) kəvər yesə, məscidimizə yaxınlaşmasın. Həqiqətən, Adəm övladının əziyyət çəkdiyi şeydən mələklər də əziyyət çəkir”. (Muslim)
Ömər (Allah ondan razı olsun) cümə günü xütbə verərkən camaata belə demişdir: “Ey insanlar! Siz iki ağacdan – soğan və sarımsaqdan yeyirsiniz. Mən isə onları xoşa gəlməyən bir şey sayıram. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) məsciddə ağzından soğan və ya sarımsaq qoxusu gələn adam gördükdə əmr edərdi onu bayıra çıxarsınlar, (səhabələr də) onu Bəqi' qəbiristanlığına tərəf aparardılar”. (Muslim)
Böyük alimlərdən Muhəmməd ibn Salih əl-Useymin (Allah ona rəhmət etsin) demişdir: “Soğan və ya sarımsaq yemiş kimsənin ağzında pis qoxu qalıbsa, ona istər namaz qılmaq, istərsə başqa məqsədlə məscidə daxil olmaq haramdır. Çünki məsciddə mələklər vardır. Bu halda məscidə daxil olduqda isə mələklərə əziyyət verir. Təəssüf ki, bəzi adamlar siqaret və ya qəlyan çəkir, ağızlarından yaxud üstlərindən pis qoxu gələ-gələ məscidə gəlirlər. Bu pis qoxu heç kəsin xoşuna gəlmir, hətta onların yanında dayanıb rahatlıqla namaz qılmaq belə mümkün deyil. Ağızlarından pis qoxu gələn bu adamlara məscidə daxil olmaq haramdır.

Məscidə asta-asta, təmkinlə getmək

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “İqaməni eşitdiyiniz zaman namaza asta-asta, təmkinlə gedin, tez-tez addımlamayın. Nəyə (namazın hansı rükətinə) çatsanız (yerdə qalanlarını oradan başlayaraq imamla birlikdə) qılın, çatmadıqlarınızı isə tamamlayın”. (əl-Buxari və Muslim)

Məscidə girərkən və çıxarkən dua etmək

Məscidə sağ ayaqla daxil olmaq və bu duanı oxumaq:

[Allahumməftəh li əbvabə rahmətikə]

«Allahım! Mənim üçün Öz mərhəmət qapılarını aç!» və oradan sol ayaqla çıxmaq və bu duanı oxumaq:

[Allahummə inni əs'əlukə min fadlikə]

«Allahım! Sənin lütfündən diləyirəm» müstəhəbdir. (Muslim)

Məsciddə camaatın başı üstündən adlamamaq

Əbu Dərda (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ona belə demişdir: “Cümə günü (məsciddə) camaatın başı üstündən adlama. Yoxsa Qiyamət günü Allah səni onlar üçün körpü edər”. (İbn Əsakir; əl-Albani bu hədisi həsən saymışdır. “Səhihul-Cami” 3122)

Məscidə girəndə təhiyyə (salam) namazını qılmamış oturmamaq

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Sizlərdən biri məscidə daxil olduqda iki rükət namaz qılmamış oturmasın”. (əl-Buxari və Muslim) Xütbə verilərkən belə bu namazı qılınmalıdır.
Namaz qılan şəxs (imamdırsa yaxud təkbaşına namaz qılandırsa) qarşısına sütrə (haram şeylər istisna olmaqla – təxminən bir qarış hündürlüyündə olan bir əşya) qoymalıdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Biriniz namaz qılmaq istəsə, qoy sütrəyə tərəf qılsın, ona yaxınlaşsın və heç kəsə qarşısından keçməyə imkan verməsin”. (əl-Buxari və Muslim)

Məscidin təmiz olmasına təşəbbüs göstərmək

Səmura ibn Cundəb (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə yurdlarımızda məscidlər tikməyi və onları təmiz saxlamağı əmr etmişdir”. (Əhməd və ət-Tirmizi. “Səhihut-Tərğib”) başqa rəvayətdə: “... təmiz saxlamağı və ətirləməyi əmr etdi”. (Əhməd, Əbu Davud və ibn Macə) Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Məscidə tüpürmək günahdır. Kəffarəsi isə üstünü torpaqlamaqdır”. (əl-Buxari və Muslim)

Məsciddə səsi qaldırmamaq

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Sizi bazarlarda olduğu kimi (məsciddə) səs-küy salmaqdan çəkindirirəm”. (Muslim) İbn Teymiyyə deyir ki, məsciddə səs-küy salmaq qadağandır, xüsusən də Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) məscidində.

Məsciddə alver etməmək

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Məsciddə alver edən görsəniz, deyin: “Allah sənin alverinə qazanc verməsin!”. (ət-Tirmizi)

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Cümə axşamı, 09.07.2009, 02:31 | Yazı # 22
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
slam Əxlaqı: Açıq-saçıqlıq

[ Sayta qoyulub: 22:03 03.06.2007 ] : [ Oxunub: 693 dəfə ]
bu, qadının öz zinət yerlərini açması və camaat arasında belə dolaşmasıdır.
Məlumdur ki, Allah taala qadına öz zinətini yad kişilərə göstərməsini haram etmiş və buyurmuşdur:
"Zinət yerlərini ərlərindən, yaxud öz atalarından ..... başqasına göstərməsinlər;..." (ən-Nur: 31).
"İlkin Cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!)" (əl-Əhzab: 33).

Açıq-saçıqlıq aşağıda deyilənlərə əsasən təhlükə və zərər olduğuna görə haram edilmişdir:
1. Açıq-saçıq geyinib bəzənmək kişiləri məftun edir. Kişinin məftun olması ona ziyandır. Bu, ac insana yemək göstərmək, sonra isə ona həmin yeməyi verməməyə bənzəyir. Həmçinin bəzənmiş və açıq-saçıq geyinmiş qadını görən kişi o qadına bağlanar, amma əli ona çatmaz. Bu da kişinin dininə, nəfsinə və düşüncələrinə ziyandır. Qadının hicab bağlaması isə kişi üçün salamatlıq və rahatlıqdır.
2. Açıq-saçıq geyinən qadın özü hiss etməsə də kişilərə “gəl” deyir. Onun belə geyinməsi namus və şərəfi¬nə təcavüz olunmağa səbəbdir.
3. Açıq-saçıqlıq müsəlman qadından tələb olunan iffətə ziddir. Çünki açıq-saçıqlığın, öz gözəlliyini yad kişilərə nümayiş etdirməkdən, gözəl üzünü və qəddi-qamətini onlara göstərməkdən başqa heç bir məqsədi yoxdur.
4. Açıq-saçıqlıq zinaya səbəb olan əsas amildir. Yuxarıda zinanın təhlükəsi və böyük günah olması haqda söz açmışdıq. Açıq-saçıqlıq isə ona aparan yoldur. Hansı qadın zinadan qurtulmaq və iffətli qalmaq istəyirsə, açıq-saçıq geyinməsin. Peyğəmbər  öz kəlamlarının birində açıq-saçıqlığı zina adlandıraraq buyurmuşdur:
"Öz evindən ətirlənib çıxan qadın - zinakardır"( Əbu Davud: 4\ 400, 401\ № 4173. Tirmizi: 5\ 98, 99\ № 2786. Nəsai: 8\ 532\ № 5141. Titmizi hədisin həsənun səhih olduğunu demişdir.)

Onun bu əməlinə görə Peyğəmbər  ona zinakar demişdir. Çünki belə halda qadın ya zinakar qadınların etdikləri kimi, kişiləri özünə baxmağa çağırır, yaxud da bu əməlinə görə zinaya düşə bilər. Hamıya məlumdur ki, qadın yad kişilər tərəfindən daima istək mənbəyidir. Ona görə də qadının evindən bəzənib açıq-saçıq çıxdıqda qəlbləri xəstə olan kişilərin onlarla iki vəziyyəti ola bilər:
Birinci vəziyyət: Həmin yad kişi ona baxmaqdan ləzzət alar və şəhvətini bacardığı bu yolla ödəyər.
Ikinci vəziyyət: Yaxud bundan daha artığını, zina etmək və ya əl ilə toxunmaq üçün səy göstərməsi. Heç iffətli qadın razı olarmı ki, yad kişilərin ona baxaraq öz şəhvətlərini ödəmələri üçün mənbə olsun? Iffətli müsəlman qadın belə əməllərdə diqqətli olmalıdır.

ALLAH BIZLÄRI GORUSUN
 
möminäTarix: Cümə axşamı, 09.07.2009, 02:34 | Yazı # 23

medineTarix: Şənbə, 15.08.2009, 01:34 | Yazı # 24
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
İslamın gözəl əxlaqi dəyərlərindən biri kimi insanlar arasında biri-birinə qarşı olan məhəbbətin artmasında ən mühüm rolu onun dili oynayır. Dilin köməyi ilə məhəbbəti artıran vasitələrdən biri də salam verməkdir. Abdullah ibn Amr ibn əl-As (Allah onlardan razı olsun) rəvayət edir ki, bir nəfər Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) hansı İslamın daha xeyirli olduğunu soruşdu. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Miskini yedizdirmək, tanıdığın və tanımadığın hər bir insanlara salam vermək” (Səhih əl-Buxari, hədis 12, Səhih əl-Muslim, hədis 39). Başqa bir rəvayətdə Bara ibn Azib (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə rəvayət etdiyini demişdir: “İman gətirməyincəyə qədər Cənnətə girməyəcəksiniz. Bir birinizi sevməyincəyə qədər iman gətirmiş olmazsınız. Sizə elə bir şey deyim ki, onu etdiyinizdə biri-birinizi sevəsiniz?! Aranızda salamı yayın” (Səhih əl-Muslim, hədis 54). Bəra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Salamı yayın ki, salamat olasınız” (Buxari "Ədəbul-Mufrad" kitabı, hədis 979).

Həmişə xeyirli işlərdə hamını ötməyə çalışan Abdullah ibn Ömər (Allah onlardan razı olsun) bu xeyirli əməldə də hamını qabaqlayardı. Buşeyr ibn Yəsar (Allah ona rəhmət eləsin) dedi: “İbn Ömərə (Allah onlardan razı olsun) birinci salam verən yaxud (salam verdikdə) onu qabaqlayan bir kimsə olmamışdır” (Buxari "Ədəbul-Mufrad" kitabı, hədis 982).

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) məclisdə ikən bir kişi gəlib: “Əs-Səlamu aleykum (sizə salam olsun)!”- dedi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “(Buna) on savab vardır”. Başqa bir kişi gəlib: “Əs-Səlamu aleykum və rahmətullah (sizə salam olsun və Allahın rəhməti yetişsin)!”- dedi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “(Buna) iyirmi savab vardır”. Başqa bir kişi gəlib: “Əs-Səlamu aleykum və rahmətullahi və bərəkatuhu (sizə salam olsun, Allahın rəhməti və bərəkəti yetişsin)!”- dedi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “(Buna) otuz savab vardır”. Bir kişi məclisdən qalxıb salam vermədi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Dostunuz (salamını) nə tez unutdu. Sizdən biriniz məclisə gəldiyi zaman salam versin. Əgər (orada) oturmağı məsləhət bilsə otursun. Məclisdən durub getdikdə də salam versin. Əvvəlki salam sonuncu salamdan daha üstün deyildir” (Sunənu Əbu Davud, hədis 5159, Sunən ət-Tirmizi, hədis 2689).

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Cümə axşamı, 12.08.2010, 00:24 | Yazı # 25
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Avn bin Abdullah demisdir; Feqihlerden biri ; Men xeyir olan her isle beraber sheri gordum, Ancaq saqlamliqla sukurde sher yoxdur. Belaya uqrayanlarin bir coxu shukur eder ,saqlam olanlarin bir coxu shukur etmez.Siz Allahdan her ikisini isteyin.
Ebu Umame demisdir; Omer bin Xattab r.a. paltar geyinib ciyinlerine catmamis ;"Ovretimi ortecek ve heyatimi beziyecek paltari mene geydiren Allaha hemd olsun !"-dedikden sonra qollarini kecirib paltari geyindi ve bileklerinden uzun hissesini kesdi ,Sonra dedi; Allahin elcisi s.a.s. bele deyerken esitdim; Bir kimse teze paltar geyiner ve ; Ovretimi ortecek ve heyatimi beziyecek paltari mene geydiren Allaha hemd olsun !"- deyer ve qisaltdiqi paltari basqasina sedeqe ederse, saqliqinda ve olumunde Allahin hifzinde ve himayesinde olar.

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » ƏXLAQ
  • Страница 2 из 2
  • «
  • 1
  • 2
Поиск:

Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru