HƏDİSLƏR
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 10:29 | Yazı # 81 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Səhih Müslim (Məryəm surəsi) Uca Allahın: “Peşmançılıq günü ilə qorxut!” ayəsi.
Əbu Səid əl-Xudri (r.a) Peyğəmbərin belə dediyini rəvayət edir: “Qiyamət günündə ölüm bir qoç şəklində gətirilir və Cənnətlə Cəhənnəm arasında durdurular.Sonra: “Ey Cənnət əhli, bunu tanıyırsınızmı?” deyilər. Cənnətəhli başlarını qaldırıb baxarlar və: “Bəli, bu ölümdür!” deyərlər. Cəhənnəm əhlinə də: “Ey Cəhənnəm əhli, bunu tanıyırsınızmı?” deyilər. Onlar da başlarını qaldırıb baxarlarvə: “Bəli, bu ölümdür!” deyərlər. O anda Allahdan əmr gələr və ölüm qoçu kəsilər. Sonra: “Ey Cənnət əhli, əbədilik var, ölüm yoxdur! Ey Cəhənnəm əhli, əbədilik var, ölüm yoxdur!” deyilər.Bundan sonra Peyğəmbər(s.a.v) bu ayəni oxudu: “Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib möminlərin Cənnətə, kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanınpis əməllərinə görə peşman olacağı, lakin bu peşmançılığın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə qorxut!” (“Məryəm” / 39) Peyğəmbər əli ilə dünyaya işarə etdi.”
-------------------- Səhih Müslim İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi Ərəb dilindən tərcümə edənlər: İsrafilov Anar Telman oğlu Hacıyev Arif Süleyman oğlu Redaktor: Heydərov Rəfail Mikayıl oğlu Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə nəşrə razılıq verilmişdir
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 10:29 | Yazı # 82 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Yuxu (Peyğəmbərin (s.a.v) yuxusu) Peyğəmbərin (s.a.v) yuxusu.
Ənəs ibn Malik (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Bir gecə yatan kimsənin gördüyü kimi, yuxumda sanki bizim Uqba ibn Rafinin evində olduğumuzu gördüm. Bizə İbn Tabanın yaş xurmalarından bir xurma gətirdilər. Mən bunu bizim üçün dünyada yüksəlmək, axirətdə isə aqibətin bizim olacağına və dinimizin artıq tamamlandığına yozdum.”
Əbu Musa əl-Əşari (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Yuxuda mən Məkkədən xurmalıqlar olan bir yerə hicrət etdiyimi gördüm. Zənnimdə bu yerin əl-Yəməmə və ya Həcər olduğunu düşündüm. Bir də baxdım ki, bu yer Yəsrib (əl-Mədinə) şəhəridir. Həmçinin yuxumda qılıncı yellətdiyimi gördüm, onun başı sındı. Bir də baxdım ki, bu, Uhud günü möminlərin başına gələn müsibətdir. Sonra onu yenə yellətdiyim vaxt ən gözəl şəklinə qayıtdı. Birdə baxdım ki, bu, Allah-Təalanın gətirdiyi fəth və möminlərin bir yerə cəm olmasıdır. Bu yuxuda inəklərlə Allahın etdiyinin daha xeyirli olduğunu gördüm. Birdə baxdım ki, bu, Uhud günündə mömilərdən olan bir camaatdır. Xeyir isə Allah-Təalanın sonradan gətirdiyi xeyir və Bədr günündən sonra gətirdiyi sidqin savabıdır.”
------------------ Səhih Müslim İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi Ərəb dilindən tərcümə edənlər: İsrafilov Anar Telman oğlu Hacıyev Arif Süleyman oğlu Redaktor: Heydərov Rəfail Mikayıl oğlu Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə nəşrə razılıq verilmişdir
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 10:30 | Yazı # 83 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Kahinin (bilicinin, baxıcının) yanına gedənin namazı qəbul olunmaz. Səfiyyə bintu Əbu Ubeyd Peyğəmbərin (s.a.v) bəzi zövcələrindən Peyğəmbərin belə buyurduğunu rəvayət edir: “Hər kim bir kahinin (bilicinin, baxıcının) yanına gedər və ondan bir şey soruşarsa, onun qırx gün namazı qəbul olunmaz.”
-------------------- Səhih Müslim İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi Ərəb dilindən tərcümə edənlər: İsrafilov Anar Telman oğlu Hacıyev Arif Süleyman oğlu Redaktor: Heydərov Rəfail Mikayıl oğlu Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə nəşrə razılıq verilmişdir
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 10:35 | Yazı # 84 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Kahinlərin yanına getməyin və xətt haqda Muaviyə ibn əl-Həkəm (r.a) belə rəvayət edir: “Bir dəfə mən Peyğəmbərlə (s.a.v) namaz qılarkən camatdan bir kişi asqırdı. Mən ona:“Yarhəmuk Allah (Allah sənə rəhm etsin)” dedim. Camaat gözlərini mənə zillədi. Mən:”Vay olsun mənə, sizə nə olub ki, mənə belə baxırsınız?” dedikdə, onlar əllərini budlarına vurdular. Mən onların məni susdurmaq istəmələrinə qəzəbləndim, lakin susdum.Peyğəmbər atam, anam ona fəda olsun, ondan yaxşı öyrədən bir müəllim görmədim, mənə nə əziyyət verdi, nə döydü, nə də söydü. Namazı bitirdikdən sonra belə buyurdu: “Bu namazdır, onun içində insan danışan sözlərdən heç nə caiz deyildir. Onda yalnız təsbih (Sübhanallah), təkbir (Allahu Əkbər) və Quran oxumaq caizdir. Yaxud Peyğəmbərin (s.a.v) buyurduğu kimi.” Mən: “Ey Allahın Elşisi mən cahillikdən təzə çıxmışam və Allah-Təala bizə bu İslam dinini bəxş edib. Bizdən bəzi kişilər kahinlərin yanına gedirlər?!” dedim.O (s.a.v) belə buyurdu: “Onların yanına getmə!” Sonra belə dedim: “Bizdən bəzi kişilər işin nəhs gətirməsinə inanırlar?!” O, belə buyurdu: “Bu onların içindən gələn bir şeydir, nə badə bu onları (İbn Sabbah demişdir: “Sizi”) düz yoldan azdırmasın!” Mən: “Bizdən bəzi kişilər xətt çəkirlər?!” dedim. O (s.a.v) belə buyurdu: “Peyğəmbərlərdən bəziləri də xətt çəkirdilər. Hər kim onların xəttinə müvafiq düşünərsə düzgün etmiş olar.” Sonra isə (Muaviyə ibn əl-Həkəm) belə dedi:“Mənim bir kənizim vardı. Uhud dağı və Cəvvaniyyə deyilən yerdə mənim qoyunlarımı otarırdı. Bir gün baxdım ki, qoyunlarımdan birini canavar aparıb. Mən də Adəm övladıyam, hamının heyfisləndiyi kimi heyfislənirəm. Lakim mən ona bir sillə vurdum. Sonra Peyğəmbərin (s.a.v) yanına gəldim. Bu mənə çox ağır gəlmişdi. Bu üzdən Peyğəmbərdən : “Ey Allahın Elçisi, onu azad edim?” deyə soruşduqda, O (s.a.v) “Onu bura gətir!” deyə buyurdu.Onu Peyğəmbərin yanına gətirdim. Ondan belə soruşdu: “Allah haradadır?” O: “Səmada!” deyə cavab verdi. O , yenə soruşdu: “Mən kiməm?” O: “Allahın Elçisisən!”deyə cavab verdikdə, mənə: “Onu azad et, o, mömindir!” deyə buyurdu.”
---------------- Səhih Müslim İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi Ərəb dilindən tərcümə edənlər: İsrafilov Anar Telman oğlu Hacıyev Arif Süleyman oğlu Redaktor: Heydərov Rəfail Mikayıl oğlu Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə nəşrə razılıq verilmişdir
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 10:36 | Yazı # 85 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Səhih Qüdsi Hədislər (Üç insan vardır ki,Uca Allah onları sevir,onlara təbəssüm edir) Əbud-Dərdə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Üç adam vardır ki, Allah onları sevir, onlara gülümsəyir və onlarla sevinir. Onlardan biri o kimsədir ki, (bir dəstənin tərkibində döyüşə gedər, dəstə düşmən tərəfindən) aşkar olunduqda dəstənin arxasından canı ilə Uca Allah üçün döyüşər, ya öldürülər, ya da Allah ona yardım edər və onu qoruyar». Bu zaman Allah buyurar: «Bu qulumun Mənim üçün necə səbr etdiyinə bir baxın!» Həmçinin o kimsə ki, gözəl arvada və rahat yatağa sahib olub gecə vaxtı (yatağından ibadətə) qalxar. Bu zaman Allah buyurar: «O, şəhvətini tərk edib Məni zikr edir, əgər istəsəydi yatardı». Həmçinin o kimsə ki, yoldaşları ilə birlikdə səfərdə olub, oyaq qalaraq onların qarovulunu çəkər, sonra da yatar, yaxşı və pis gündə sübh çağı (ibadətə) qalxar».
(əl-Albani «Sahihut-Tərğib vət-Tərhib»də (№ 629) və «Silsilətul-Əhədisis-Sahiha»da (№ 3478) həsən demişdir.)
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 10:37 | Yazı # 86 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Səhih Qüdsi Hədislər (Təvəzökar olmanın fəzilləti) Ənəs (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) dedi: « Uca Allah mənə vəhy etdi ki, bir-birinizə qarşı təvazökar olasınız və bir-birinizə təcavüz etməyəsiniz». (İbn Macə 3396, 4204, 4214, 4354; əl-Buxari «Ədəbul-Mufrad» 426. əl-Albani səhih olduğunu demişdir.)
Rəvayət edilir ki, Ömər (r.a) demişdir: «Peyğəmbər (s.a.v) ovucunu yerə tərəf yaxınlaşdıraraq dedi: «Uca Allah buyurur: «Mənim üçün bu cür təvazökar olanı Mən belə ucaldaram». Peyğəmbər (s.a.v) bunu deyərək ovucunu səmaya qaldırdı». (Əhməd 292, 309, 316. əl-Albani «Sahihut-Tərğib vət-Tərhib»də (№ 2894) hədisi səhih adlandırmışdır. )
İyad ibn Himər (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) dedi: «Allah mənə vəhy etdi ki, bir-birinizə qarşı təvazökar olun, bir-birinizə təcavüz etməyin və bir-birinizin yanında lovğalanmayın». Mən dedim: «Ey Allahın Elçisi! De görüm, əgər bir nəfər məni məndən də çox nöqsanı olan bir toplum içində söysə, mən də ona cavab qaytarsam, buna görə günah qazanarammı?» Peyğəmbər (s.a.v) dedi: «Söyüşən iki nəfər, bir-birini təqsirləndirən və bir-birinə yalan söyləyən iki şeytandır». (Əbu Davud 4250, 4897; əl-Buxari «Ədəbul-Mufrad» 428/ 1. əl-Albani səhih demişdir.)
İbn Abbas (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Elə bir Adəm oğlu yoxdur ki, onun başında olan hikmət bir mələyin əlində olmasın. O, təvazökar olduqda mələyə belə deyilər: «Onun hikmətini artır!» O, təkəbbürlük etdikdə isə, mələyə belə deyilər: «Onun hikmətini burax!» (əl-Bəzzar 7847; ət-Tabərani «əl-Kəbir» 12939. əl-Albani «Sahihul-Cəmiis-Sağir»də (№ 5675) həsən olduğunu bildirmişdir.)
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 10:38 | Yazı # 87 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Səhih Qüdsi Hədislər (Müsəlmanların bir -birinə salam vermələri) Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Allah Adəmi boyu altmış ərəş uzunluğunda yaratdı. Sonra buyurdu: «Get oradakı mələklərə salam ver və dinlə gör sənin salamını necə alacaqlar. Çünki bu həm sənin, həm də sənin zürriyyətinin salamıdır». (Adəm) onlara: «Əssələmu aleykum!» - dedi. Onlar da: «Əssələmu aleykə və rahmətullah!» - deyib, buna «və rahmətullah» kəlməsini əlavə etdilər. Cənnətə girəcək hər kəs (ora) Adəmin surətində girəcəkdir. (Məlumunuz olsun ki,) indiyə qədər insanların xilqəti naqisləşməkdədir».
(əl-Buxari 60. Kitəbul-Ənbiyə 1 (3148, 3326).
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 10:43 | Yazı # 88 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Səhih Qüdsi Hədislər (Allah dostu ilə düşmənçilik edənin aqibəti) Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Allah buyurur: «Kim Mənim dostumla düşmənçilik edərsə, Mən ona hərb elan edərəm. Qulumun Mənə sevimli olan və onun vasitəsilə Mənə yaxınlaşdığı ən gözəl əməl ona vacib buyurduğum əməllərdir. Qulum nafilə ibadətləri yerinə yetirməklə Mənə o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Onu sevdiyim təqdirdə onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən diləsə, ona dilədiyini verərəm, sığınacaq istəsə, ona sığınacaq verərəm. Mən görəcəyim bir işdə, ölmək istəməyən möminin canını aldıqda tərəddüd etdiyim kimi heç bir şeydə tərəddüd etmirəm.
(əl-Buxari 81. Kitəbur-Riqaq 38 (6021, 6502).
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 10:44 | Yazı # 89 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Səhih Qüdsi hədislər (Uca Allahın bəndəsini sevməsi) Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Allah bir qulunu sevdiyi zaman Cəbrailə: «Allah filankəsi sevir, sən də onu sev!» - deyə buyurur, Cəbrail də (həmin adamı) sevir. Sonra Cəbrail göy əhlinə xitab edib: «Allah filankəsi sevir, siz də onu sevin!» - deyir, göy əhli də onu sevir. Daha sonra yer üzündəkilər də ona rəğbət bəsləməyə başlayırlar».
(əl-Buxari 59. Kitəbu Bədil-Xalq 6 (2970, 3037, 3209).
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Həqiqətən Allah bir qulu sevdikdə Cəbraili çağırıb ona deyir: «Həqiqətən Mən filan qulumu sevirəm, sən də onu sev!» Cəbrail də onu sevir. Sonra o səmada olanlara üz tutub deyir: «Allah filan qulunu sevir, siz də onu sevin!» Səma əhli də onu sevir. Sonra onun üçün yerdə olanların qəlbinə də məhəbbət hissi dolur. Allah bir qula nifrət etdikdə isə Cəbraili çağırıb ona deyir: «Mən filan quluma nifrət edirəm, sən də ona nifrət et!» Cəbrail də ona nifrət edir. Sonra o səma əhlinə üz tutub deyir: «Allah filan quluna nifrət edir, siz də ona nifrət edin!» Onlar da ona nifrət edirlər. Sonra onun üçün yerdə olanların qəlbinə də nifrət hissi dolur».
(Muslim 2637 (4772, 6873).
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 10:45 | Yazı # 90 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Səhih Qüdsi hədislər (Övladın Valideynləri Üçün Bağışlanma Diləməsinin Fəziləti) Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: « UcaAllah əməlisaleh qulunun Cənnətdə dərəcəsini artırır. O deyir: «Ey Rəbbim! Bu mənə hardandır?» Allah buyurur: «Övladının sənin üçün bağışlanma diləməsinə görədir».
(Əhməd 10611, 10618, 10890. Şueyb əl-Arnavut isnadını həsən adlandırıb.)
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 10:46 | Yazı # 91 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Səhih Qüdsi hədislər (Bədr Əhlinin Fəziləti) İslamda ilk böyük döyüş olan Bədr döyüşündə iştirak edənlər.
Əbu Abdurrahmən əs-Suləmi deyir ki, mən Əli ibn Əbu Talibin (r.a) belə rəvayət etdiyini eşitdim: «Peyğəmbər (s.a.v) məni və Zubeyr ibnul-Əvvamı - atlı olduğumuz halda - (Məkkəyə doğru) göndərib dedi: «Filan baxçaya çatana qədər gedin. O baxçada bir qadın olacaq. O qadında Hatibin müşriklərə yazdığı məktubu var. Onu mənə gətirin!» Biz o qadına Peyğəmbərin (s.a.v) təsvir etdiyi yerdə, dəvəsinin üstündə gedərkən çatıb soruşduq ki: «Səndəki məktub haradadır?» O dedi: «Məndə məktub yoxdur». Biz onu da, onun dəvəsini də axtardıq. Zubeyr (r.a) dedi: «Mən heç nə görmürəm». Mən dedim: «Peyğəmbər (s.a.v) yalan danışmaz. Canım Əlində Olana and olsun ki, ya səni soyunduracağam, ya da məktubu (öz xoşunla) çıxaracaqsan». Qadın əlini əynindəki yun paltarının qurşağına salıb məktubu çıxartdı. Biz Peyğəmbərin (s.a.v) yanına qayıtdıq. Ömər dedi: «Hatib (r.a) Allaha, Onun Elçisinə və möminlərə xəyanət etdi. Burax, onun boynunu vurum!» Peyğəmbər (s.a.v) dedi: «(Bu işi görməyə) səni vadar edən nədir?» Hatib (r.a) dedi: «Mən yalnız Allaha inanan bir adamam. (Bunu isə müşriklər) Məkkədəki yaxınlarıma toxunmasınlar deyə belə etdim». Peyğəmbər (s.a.v) dedi: «Doğru deyir, ey Ömər! Məgər o, Bədr döyüşündə iştirak etməyibmi? Allah həmin döyüşdə iştirak edənlərin halından xəbərdar olduğuna görə demişdir ki: «İstədiyinizi edin! Artıq Cənnətə girmək sizə vacib edildi». Ömər ağlaya-ağlaya dedi: «Allah və Onun Elçisi daha yaxşı bilir!»
(əl-Buxari «Ədəbul-Mufrad» 438. əl-Albani səhih adlandırmışdır.)
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 10:47 | Yazı # 92 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Səhih Qüdsi hədislər (Allahdan Qorxmağın Fəziləti) Huzeyfə (r.a) demişdir: «Mən Allah Elçisinin (s.a.v) belə dediyini eşitdim: «Bir adamın ölüm vaxtı gəlib çatmışdı. Adamın artıq yaşamaqdan ümidi kəsildikdə ailəsinə (belə bir) vəsiyyət etdi: «Mən öldükdən sonra çoxlu odun yığıb od qalayarsınız, (sonra da məni bu odda yandırarsınız). Elə ki od mənim ətimi yandırıb sümüyümə çatdı və sümüyümü yandırıb-yaxdı, onları götürün və ovxalayıb toza döndərin, sonra küləkli bir günü gözləyin və həmin tozu dənizə sovurun». Onlar onun vəsiyyətini yerinə yetirdilər. Lakin Allah onu əvvəlki görkəminə qaytardı və ondan: «Nə üçün belə etdin?» - deyə soruşdu. O: «Səndən qorxduğum üçün!» - deyə cavab verdi. Allah da onu bağışladı». (əl-Buxari 60. Kitəbul-Ənbiya 54 (3194, 3452, 3479, 3481, 6481); Muslim 25/ 2756, 2757.)
Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Uzaq keçmişdə bir adama Allah çoxlu mal-dövlət və övlad vermişdi. Onun ölüm vaxtı gəlib çatanda övladlarını başına yığıb dedi: «Sizə necə ata olmuşam?» Onlar: «Ən yaxşı ata olmusan» - dedilər. O dedi: «Allaha and olsun ki, mən özüm üçün Allah dərgahında heç bir xeyir hazırlamadım. Əgər Rəbbim məni diriltsə mənə əzab verəcək. Mən öldükdən sonra məni yandırın və ovxalayıb toza döndərin, sonra onu güclü küləkdə (havaya) sovurun». (Qiyamət günü) Allah: «Ol!» - deyə buyurur: «O da dərhal ayağa qalxır». Allah: «Bunu etməyə səni nə vadar etdi?» - deyə soruşur. O: «Səndən qorxduğum üçün!» - deyə cavab verir. Allah Elçisi (s.a.v) dedi: «Nəfsim əlində olan Allaha and olsun! O, Allahla görüşdükdə, sözsüz ki, onu bağışlayacaqdı».
(İbn Hibban 649. Şueyb əl-Arnavut hədisin isnadını əl-Buxari və Muslimin şərtlərinə görə səhih saymışdır.)
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 10:47 | Yazı # 93 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Səhih Qüdsi hədislər (Yoxsul və Mühacirlərin Cənnətə Birinci Daxil Olması) Abdullah ibn Amr ibn əl-As (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Allahın yaratdıqlarından Cənnətə birinci kimin daxil olacağını bilirsinizmi?» Dedilər: «Allah və Elçisi daha yaxşı bilir!» O buyurdu: «Allahın yaratdıqlarından Cənnətə birinci daxil olan yoxsullar və bütün yolları bağlanmış biçarə hicrət edənlərdir. Onların düçar olduqları çətin vəziyyət insanları qorxuya salır, istəkləri ürəklərində qaldıqları halda ölür və məqsədlərinə çatmırlar. Uca Allah mələklərdən istədiyinə buyuracaq: «Onların yanına gedin və onları salamlayın!» Mələklər deyəcəklər: «Biz səmanın sakinləri və yaratdıqlarından Sənin seçdiklərinik. Sən bizə əmr edirsən ki, biz bunların yanına gəlib onlara salam verək?» Allah buyuracaq: «Onlar Mənə ibadət edib Mənə heç bir şeyi şərik qoşmayan və bütün yolları bağlanmış biçarə bəndələrdir. Onların düçar olduqları çətin vəziyyət insanları qorxuya salır, istəkləri ürəklərində qaldıqları halda ölür və məqsədlərinə çatmırlar». Bundan sonra mələklər onların yanına gəlib (Cənnətin) hər bir qapısından girərək (deyəcəklər): «Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!» (ər-Rad 24)».
(Əhməd 6282, 6570, 6727. əl-Albani «Sahihut-Tərğib vət-Tərhib»də (№ 3183) səhih olduğunu bildirmişdir.)
Abdullah ibn Amr ibn əl-As (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Cənnətə daxil olacaq birinci üç (qism insan) yoxsullar və muhacirlərdir. O kəslər ki, bəyənilməyən əməllərdən çəkindilər. Onlara əmr edildikdə qulaq asar və itaət edərdilər. Əgər onlardan bir kişinin hakimə ehtiyacı oldusa, (məsələ) onun lehinə həll edilməz. Hətta onun (ehtiyacı) ürəyində qaldığı halda ölər. Uca Allah Qiyamət günü Cənnəti çağıracaq, o da (Allahın hüzüruna) öz zinəti ilə gələcək. Allah buyuracaq: «Mənim yolumda döyüşən, öldürülən, əziyyətə məruz qalan və yolumda cihad edənlər hardadır? Cənnətə daxil olun!» Onlar da sorğu-sualsız Cənnətə girəcəklər. (Sonra) mələklər gəlib səcdə edir və deyirlər: «Ey Rəbbimiz! Biz bunlardan fərqli olaraq Səni gecə-gündüz həmd-səna ilə tərifləyir və Səni müqəddəs tuturuq, Sən isə onları bizdən üstün tutdun». Uca Allah buyuracaq: «Bu Mənim yolumda döyüşən və Mənim yolumda əziyyətə məruz qalan qullarımdır». (Bundan sonra) mələklər onların yanına (Cənnətin) hər bir qapısından girərək (deyəcəklər): «Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!» (ər-Rad 24)».
(Hakim 2393. əl-Albani «Sahihut-Tərğib vət-Tərhib»də (№ 1373) səhih olduğunu bildirmişdir.)
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 10:48 | Yazı # 94 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Səhih Qüdsi hədislər (Ğifar və Əsləm qəbilələrinin fəziləti) Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Allah Əsləm qəbiləsinə salamatlıq nəsib etsin! Allah Ğifar qəbiləsini bağışlasın! Bunu mən söyləmədim, bunu Uca Allah söylədi».
(Muslim 4574, 6593.)
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 10:49 | Yazı # 95 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Səhih Qüdsi Hədislər (Mələklərin Mübahisəsi) Rəvayət edilir ki, Muaz ibn Cəbəl (r.a) demişdir: «(Bir dəfə) Allah Elçisi (s.a.v) Sübh namazına gecikirdi, hətta az qala günəş çıxacaqdı. Birdən tələsik gəldi və namaza iqamə verildi. Allah Elçisi (s.a.v) namazı yüngül qıldırdı. Salam verdikdən sonra uca səslə: «Sıralarda olduğunuz kimi qalın!» - dedi. Sonra bizə tərəf dönərək buyurdu: «Sübhə gecikməyimin səbəbini sizə söyləyəcəyəm. Gecə qalxıb dəstəmaz aldım və mənə təqdir olunan qədər namaz qıldım. Birdən namazımda mürgülədim, hətta yuxum ağırlaşdı və mən bu arada Uca Rəbbimi ən gözəl surətdə gördüm. O buyurdu: «Ey Muhəmməd!» Mən dedim: «Əmrinə müntəzirəm, ey Rəbbim!» Allah buyurdu: «Mələklər nə haqda mübahisə edirlər?» Mən dedim: «Bilmirəm!» Bunu üç dəfə təkrarladı. Gördüm ki, əlini iki kürəyimin arasına qoydu, hətta barmaqlarının uclarının sərinliyini sinəmdə hiss etdim. Hər şey mənə göründü və hər şeyi bildim. Allah buyurdu: «Ey Muhəmməd!» Mən dedim: «Əmrinə müntəzirəm, ey Rəbbim!» Allah buyurdu: «Mələklər nə haqda mübahisə edirlər?» Mən dedim: «Kəffarələr haqqında». O buyurdu: «Nədir onlar?» Mən dedim: «Camaat namazlarına piyada getmək, namazlardan sonra məscidlərdə oturub növbəti namazı gözləmək, soyuqda dəstəmazı tam almaq». Allah buyurdu: «Sonra nə haqda?» Mən dedim: «Yemək yedirtmək, mülayim söz söyləmək, insanlar yatmışkən gecə namaz qılmaq». Allah buyurdu: «İstə!» Mən dedim:
«Allahım! Səndən xeyir işlər görməyi, pis işlərdən uzaq olmağı, kasıbları sevməyi, məni bağışlamağını, mənə rəhm etməyini və hər hansı bir qövmü fitnəyə salmaq istədikdə, fitnəyə düşməmiş canımı almağını diləyirəm. Səndən Sənin və Səni sevənin məhəbbətini qazanmağımı və məhəbbətinə yaxınlaşdıracaq hər bir əməli sevməyi istəyirəm». Allah Elçisi (s.a.v) dedi: «Bu yuxu haqdır, bunları yaxşıca öyrənin».
(Transkripsiyası: Allahummə inni əs'əlukə fi'ləl-xeyrati va tərkəl-munkərati va hubbəl məsəkini va ən təğfira li və tərhəməni va izə əradtə fitnətə qaumin fətəvaffəni ğeyra məftunin. əs'əlukə hubbəkə va hubbə mən yuhibbukə və hubbə aməlin yuqarribu ilə hubbikə.)
(ət-Tirmizi 3235, 3543. əl-Albani «Ziləlul-Cənnə»də (№ 388) səhih olduğunu bildirmişdir.)
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 10:50 | Yazı # 96 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Səhih Qüdsi Hədislər (Müsəlmanlar arasında mərhəmətə və sevgiə təşviq) Əbu Hureyra (r.a) deyir ki, Allah Elçisi (s.a.v)dedi: «Allah (Öz quluna) buyuracaq: «Səndən yemək istədim, Mənə yemək vermədin». Qul deyəcək: «Ey Rəbbim! Sən aləmlərin Rəbbi ola-ola necə ola bilər ki, məndən yemək istəyəsən, mən də Sənə yemək verməyim?» Allah buyuracaq: «Məgər bilmirsən ki, filan qulum səndən yemək istəmiş, sən də ona yemək verməmişdin? Məgər bilmirdin ki, əgər onu yedirtsəydin, bunun mükafatını Mənim yanımda tapacaqdın?» (Yenə) buyuracaq: «Ey Adəm oğlu! Səndən su istədim, Mənə su vermədin». Qul deyəcək: «Ey Rəbbim! Sən aləmlərin Rəbbi ola-ola necə ola bilər ki, məndən su istəyəsən, mən də Sənə su verməyim?» Allah buyuracaq: «Filan qulum səndən su istəmişdi, sən isə ona su verməmişdin? Məgər bilmirdin ki, əgər ona su versəydin, bunun mükafatını Mənim yanımda tapacaqdın?» (Yenə) buyuracaq: «Ey Adəm oğlu! Mən xəstələndim, sən isə Mənə baş çəkmədin». Qul deyəcək: «Ey Rəbbim! Sən aləmlərin Rəbbi olduğun halda, mən Sənə necə baş çəkə bilərdim?» Allah buyuracaq: «Filan qulumun xəstələndiyini bilmirdinmi? Əgər ona baş çəksəydin, bunun mükafatını Mənim yanımda tapardın», yaxud «Məni onun yanında tapardın».
(əl-Buxari «Ədəbul-Mufrad» 517. əl-Albani səhih demişdir.)
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
Terane | Tarix: Çərşənbə, 08.08.2012, 10:50 | Yazı # 97 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Səhih Qüdsi Hədislər (Savab iş görmənin və görmək istəmənin fəziləti) Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Allah buyurdu: «Qulum yaxşı bir əməl etməyə niyyət etdikdə, onu yerinə yetirə bilmədikdə belə Mən onun üçün yaxşı bir əməl kimi yazaram. (Niyyət etdiyi) əməli yerinə yetirdikdə isə, Mən onun üçün əməlinin on mislini yazaram. Həmçinin qulum pis bir əməl etməyə niyyət etdikdə, onu yerinə yetirməkdən vaz keçərsə, Mən onu bağışlayaram. (Niyyət etdiyi) əməli yerinə yetirdikdə isə, Mən onun üçün əməlinin mislini yazaram». Allah Elçisi (s.a.v) buyurdu: «Mələklər dedilər: «Ey Rəbb! Bu qulun pis bir əməl etmək istəyir» - Allah qulunu mələklərdən daha yaxşı gördüyü halda buyurdu: «Qulumu gözləyin. Əgər onu yerinə yetirərsə, onun üçün əməlinin mislini yazın. Əgər onu tərk edərsə, onun üçün yaxşı bir əməl kimi yazın. Çünki o, (pis əməlini) yalnız Mənə görə tərk etmişdir». Həmçinin Allah Elçisi buyurdu: «Hansı birinizin İslamı gözəl olarsa, Allahla görüşənə qədər etdiyi hər yaxşı əmələ görə ona on qatdan yeddi yüz qata qədər (savab) yazılar. Etdiyi hər pis əmələ görə də eynilə (bir günah) yazılar».
(Muslim 129 (185, 351, 352, 353).
İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) Uca Rəbbindən belə rəvayət etmişdir: «Allah savab və günah işləri yazmış, sonra da bunları bəyan etmişdir: «Kim bir savab iş görməyə niyyət etsə, sonra buna əməl etməzsə, Allah onun üçün Öz yanında tam bir savab yazar. Əgər o savab iş görməyə niyyət edər və bunu yerinə yetirərsə, Allah onun üçün Öz yanında ondan yeddi yüzədək, hətta bundan qat-qat artıq savab yazar. Kim bir günah iş görməyə niyyət etsə, sonra buna əməl etməzsə, Allah onun üçün Öz yanında tam bir savab yazar. Əgər o günah iş görməyə niyyət edər və bunu yerinə yetirərsə, Allah ona cəmi bir günah yazar».
(əl-Buxari 81. Kitəbur-Riqaq 31 (6010, 6491); Muslim 131.
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |
|