[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 2
  • 1
  • 2
  • »
Forum » İslam » Tövhid və Əqidə » Namazı tərk edənin hökmü (Sələf Salihin Əqidəsi)
Namazı tərk edənin hökmü
UmarTarix: Şənbə, 17.01.2009, 04:07 | Yazı # 1
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Mərhəmətli, Rəhimli Allahın adı ilə.

Bu yazı Kamal Hüseynin "Sələf Salihin Əqidəsi" kitabından götürülmüşdür.

Namazı tərk edib, şəhvətlərə uyanların aqibəti Qiyamət günü çox pis olacaqdır.

“Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar Ğəyy dərəsinə düşəcəklər.” Məryəm, 19/59.

““Sizi Səqərə salan nədir?” Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik;” əl-Mudəssir, 74/42-43.

Cabir (radıyallahu ənhu) rəvayət edir ki, Peyğəmbər (səlləllahu əleyhi və səlləm) buyurdu:
“Kişi (bir rəvayətdə: qul) ilə şirk və küfr arasında namazı tərk etməkdən başqa bir şey yoxdur. Qul onu buraxdığı zaman heç şübhəsiz ki, şirkə (bir rəvayətdə: küfrə)düşmüş olur” (Müslim 82, Əhməd 3/370, Əbu Davud 4678, Tirmizi 2618-2620, İbn Məca 1078-1080, Məhəmməd bin Nərs əl-Mərvəzi “Tazimu Kadris Salah” 886-892 və s. əl-Albani “Səhihul Cəmius Səğir” 2848-2849, 5388, “Səhihut Tərğib” 1/298, 560, 565, “Mişkətul Məsabih” 569).

Peyğəmbər (səlləllahu əleyhi və səlləm) buyurur: “Küfr ilə iman arasında namazı buraxmaq vardır” (Tirmizi 2618, əl-Albani 2849).

Peyğəmbər (səlləllahu əleyhi və səlləm) buyurdu: “Bizim ilə onların arasında əhd namazdır. Kim onu tərk edərsə küfrə(şirkə) düşmüş olar” (Əhməd 5/346, 355, Tirmizi 2621, Nəsai 1/ 231-232, İbn Məca 1079, İbn Əbi Şeybə “əl-Musənnəf” 30387, İn Hibban “əl-İhsan” 1454, Darakutni 1733, Beyhəqi “Sünən Kubra” 3/366, “Şuabul İman” səh. 43 və s. Bureydə bin əl-Husayb əl-Əsləmdən (radıyallahu ənhu). əl-Albani “Səhihul Cəmius Səğir” 4143, “Səhihut Tərğib” 561, “Mişkətul Məsabih” 574).

Peyğəmbər (səlləllahu əleyhi və səlləm) buyurdu:
“Kim namazı bilə-bilə tərk edərsə Allahın himayəsi (rəhmi) onun üzərindən uzaq olar” (İbn Məca. əl-Albani “İrvalul Ğəlil” 7/8991).

İbn Ömər (radıyallahu ənhum) rəvayət edir ki, Peyğəmbər (səlləllahu əleyhi və səlləm) buyurdu:
“Allahdan başqa ilah olmadığına və Məhəmmədin Allahın Rəsulu olduğuna şəhadət edincəyə, namaz qılıncaya, zəkat verincəyə qədər insanlarla vuruşmağa əmr olundum. Bunu etdilərmi, İslamın haqqı müstəsna olmaqla öz qanlarını və mallarını məndən qorumuş olurlar. Haqq-hesablarını çəkmək isə Allaha aiddir” (Səhih Buxari 25, Səhih Müslim 22).

Əbu Hureyrə (radıyallahu ənhu) rəvayət edir ki, Peyğəmbər (səlləllahu əleyhi və səlləm) buyurdu:
“Qiyamət günü insanların əməllərindən ilk hesaba çəkiləcək əməlləri namazlarıdır. Rəbbimiz olan Allah hər bir şeyi gözəl bildiyi halda mələklərə ”Qulumun namazlarına baxın onu tammı yoxsa əskikmi qılmışdır?!” deyə buyurar. Əgər namazı tam isə ona tam olaraq yazılır. Yox əgər ondan bir şey əksiksə: “Qulumun hər hansı bir nafilə namazının olub olmadığına baxın” deyə buyuyrar. Əgər nafilə namazları varsa: “Qulumun fərz əməlləri də bu şəkildə hesaba alınır”” (Əbu Davud 1/540-541, H. 864, əl-Albani “Səhih Sünnən əbu Davud” 1/163, H. 770).

Bureydə (radıyallahu ənhu) rəvayət edir ki, Peyğəmbər (səlləllahu əleyhi və səlləm) buyurdu:
“Kim əsr namazını tərk edərsə əməlləri boşa gedər” (Buxari 553, Nəsai 1/236).

İbn Ömər (radıyallahu ənhum) rəvayət edir ki, Peyğəmbər (səlləllahu əleyhi və səlləm) buyurdu: “Əsr namazını qılmayan kimsə ailəsini və malını itirmiş kimidir” (Buxari 552).

Peyğəmbər (səlləllahu əleyhi və səlləm) buyurdu: “Kim namazı qəsdən tərk edərsə andan Allahın zimməti qalxar” (Əhməd 6/421) .

İbn Ömər (radıyallahu ənhum) rəvayət edir ki, Peyğəmbər (səlləllahu əleyhi və səlləm) buyurdu:
“Hər kim namazını qoruyarsa Qiyamət günü onun üçün bir nur, bir dəlil və bir qurtuluş olar. Hər kim də namazını qorumazsa onun üçün nə bir nur, nə bir dəlil, nə də bir qurtuluş olur. Qiyamət günü isə Qarun, Firon, Haman və Ubey bin Xələf ilə bərabər həşr olunar” (Əhməd 2/169, Darimi 2/301, Hibban 1448).

Peyğəmbər (səlləllahu əleyhi və səlləm) buyurdu: “Kim bilə-bilə namazı tərk edərsə Allahdan bir şey istəməyə haqqı yoxdur ” (İbn Məca, Təbərani)

İbn Məsud (radıyallahu ənhu) deyir ki: “Kim namazı tərk edibsə onun dinlə heç bir əlaqəsi yoxdur” (Məhəmməd bin Nərs əl-Mərvəzi).

Əli (radıyallahu ənhu) deyir ki: “Namazı qılmayan - kafirdir” (Tirmizi, Həkim.Məhəmməd bin Nərs əl-Mərvəzi “Kitabu Salah” 933, İbn Əbi Şeybə “Musənnəf” 10485, Şuabul İman 41, Buxari “Tarixul Kəbir”).

İbn Abbas (radıyallahu ənhu) deyir ki: “Kim bilə-bilə namazı belə tərk edərsə Allahı qəzəbli halda qarşılayacaqdır” (Məhəmməd bin Nərs əl-Mərvəzi, İbn Abdul Bərr).

İbn Ömər (radıyallahu ənhum) rəvayət edir ki, Peyğəmbər (səlləllahu əleyhi və səlləm) buyurdu:
“Namazı olmayanın dini yoxdur” (Təbərani “Məcmuul Kəbir” 8942, “Məcmus Səğir” 60).

Əbu Dərda (radıyallahu ənhu) deyir ki: “Namazı olmayanın imanı yoxdur” (Məhəmməd bin Nərs əl-Mərvəzi “Kadrus Salah” 945, Tərğib 574 əl-Albani).

Ömər (radıyallahu ənhu) deyir ki: “Namazı tərk edənin İslamdan nəsibi yoxdur (İslamı yoxdur)” (İmam Malik 1/40, Abdurrazzaq “Musənnəf” 10410, Məhəmməd bin Nərs əl-Mərvəzi “Kadrus Salah” 930).

Ubadə bin Samit (radıyallahu ənhu) rəvayət edir ki, Peyğəmbər (səlləllahu əleyhi və səlləm) buyurdu: “Allaha şərik qoşmayın, namazı da bilərəkdən tərk etməyin. Hər kim bilərək, qəsdən namazı tərk edərsə İslam millətindən çıxmışdır ” (Məhəmməd bin Nərs əl-Mərvəzi “Kitabus Salah” 920).

Peyğəmbər (səlləllahu əleyhi və səlləm) buyurdu: “Kim bir fərz namazını qəsdən tərk edərsə Allahın zimməti ondan uzaq olar olmuşdur. Kimdən də Allahın zimməti uzaq olarsa o, kimsə kafirdir” (İbn Əbu Şeybə “İman” 129, Abdurrazzaq “Musənnəf” 5008).

Abdullah ibn Məsud (radıyallahu ənhu):"Amma onların arxasından namazlarını zay edən, şəhvətlərinə uyan bir nəsil gəldi..."(Məryəm, 59) ayəsinin təfisirində "Namazın zay edilməsi, gecikdirilməsidir. Namazı tamamilə tərk edən kafir olur" deyib. (İbn-i Teymiyyə, "Məcmuul-Fətava", 7/478, Muxtasar Təfsiru İbn-i Kəsir, 3/1404).



"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Şənbə, 17.01.2009, 19:20 | Yazı # 2
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Bu məsələ böyük elmi məsələlərdəndir, elm əhlindən olan sələf və xələf bu məsələdə ixtilaf etmişdir. İmam Əhməd ibn Hənbəl demişdir: “Namazı tərk etmək millətdən çıxaran küfr ilə kafirdir, əgər tövbə edib namazını qılmazsa öldürülər.” ”Şərh əl-Mumti alə Zad əl-Mustaqni”, 2/26.

Əbu Hənifə, Malik və Şafi dedilər: “Fasiqdir, təkfir olunmaz.”

Daha sonra isə ixtilaf etdilər və Malik ilə Şafi dedilər: “Hədd olaraq öldürülər”, lakin İmam Əbu Hənifə dedi: “Namaza təhrik edilər, lakin öldürülməz.”

Bu məsələ, ixtilaflı məsələlərdən olduğu üçün, bunu Allahu Təalənin Kitabına və Rasulunun, salləllahu aleyhi va səlləm, Sünnətinə götürmək lazımdır. Beləki, Allahu Təalə buyurur:

İxtilafa düşdüyünüz şeylər barəsində hökm vermək ancaq Allaha aiddir. əs-Şura, 10.

Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşidır.
ən-Nisa, 59

Çünki ixtilaf edənlərdən heç birinin sözü digərinin sözü üzərində hüccət sayılmaz. Beləki onlardan hər biri özünün doğru olduğunu düşünür. Onlardan birinin sözünün məqbul sayılmasında digərindən üstünlüyü yoxdur. Onların arasında hökm vermək üçün Allahu Təalənin Kitabına və Peyğəmbərinin, salləllahu aleyhi va səlləm, Sünnətinə müraciət etmək lazımdır.
Əgər bu ixtilafı Kitab və Sünnətə götürsək, görərik ki, Kitab və Sünnət tamamilə namazı tərk edənin küfrünə, yəni millətdən çıxaran böyük küfrünə dəlalət edir.


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Bazar, 18.01.2009, 03:33 | Yazı # 3
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Peyğəmbər, salləllahu aleyhi va səlləm, demişdir:

“İnsan ilə şirk və küfr arasında namazı tərk etmək vardır.”

Bunu Muslim “İman” kitabında Cabir ibn Abdullahdan, o da peyğəmbərdən, salləllahu aleyhi va səlləm, rəvayət etmişdir.

Bureydə ibn əl-Huseyb, radiyallahu anhu, deyir: Peyğəmbəri, salləllahu aleyhi va səlləm, belə deyərkən eşitdim:

“Bizimlə onlar arasındakı əhd namazdır, kim namazı tərk edərsə küfr etmişdir.”
Bunu Əhməd, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmişdir.

Bu hədislərdə qəsd olunan insanı dindən çıxaran küfrdür. Çünki peyğəmbər, salləllahu aleyhi va səlləm, namazı möminlər ilə kafirlərin arasını ayıran bir hədd saymışdır və məlumdur ki, küfr milləti İslam milləti deyildir. Kim bu əhdi ödəməzsə o, kafirlərdəndir.

Muslimin “Səhih” əsərində gəldiyi kimi Umm Sələmədən, radiyallahu anhə, rəvayət olunur ki, peyğəmbər, salləllahu aleyhi va səlləm, demişdir:

“Sizin başinıza bir sıra əmirlər gələcəkdir və siz onları tanıyacaq və onları inkar edəcəksiniz. Kim etiraz edərsə bəraət etmişdir və kim inkar etmişdirsə, qurtulmuşdur. Lakin kim razı olar və tabe olarsa ...” Səhabələr soruşdular: “Onlarla vuruşmayaq?” (Peyğəmbər) dedi: “Namaz qıldıqları müddətdə olmaz.”

Yenə Muslimin “Səhih” əsərində Auf bin Malikin, radiyallahu anhu, hədisində peyğəmbər, salləllahu aleyhi va səlləm, demişdir:

“Sizin ən xeyirli imamlarınız sizi sevən və sizin də onları sevdiyiniz və sizə dua edən və sizin də onlara dua etdiyiniz imamlardır. Lakin sizin ən şərli imamlarınız isə sizə nifrət edən və sizin də onlara nifrət etdiyiniz, sizi lənətləyən və sizin də onları lənətlədiyiniz imamlardır.” Səhabələr soruşdular: “Onlara qarşi qılınc qaldırmayaq?” (Peyğəmbər) dedi: “Sizin aranızda namaz qıldıqları müddətdə olmaz.”

Bu sonuncu iki hədisdə namaz qılmadıqlarına görə əmirlərə qarşı çıxmaq və onlara qarşı qılıncla vuruşmaq barədə dəlil vardır. (Biz bilirik ki,) əmirlər ilə çəkismək və onlara qarşı vuruşmaq, yalnız Allahu Təalədən əlimizdə onların aşkar küfrünə dair bir dəlil olduğu halda caizdir. Çünki Ubadə bin əs-Samit, radiyallahu anhu, demişdir:

“Allahın Elçisi, salləllahu aleyhi va səlləm, bizi (İslama) dəvət etdi və biz ona beyət etdik. Bizdən aldığı sözlər içində həm həvəsli hallarımızda, həm də xoşa gəlməyən hallarda, həm çətinlikdə, həm də asanlıqda eşidib itaət etmək üzrə beyət etmək də var idi. Bizə qarşı laqeydlik edərsə, əmir sahiblərinə qarşi çıxmayacagımıza dair söz verdik. “ (Peyğəmbər) dedi: “Aşkar bir küfrünə dair əlinizdə Allahdan dəlil olması müstəsnadır.” Buxari (7056), Muslim (1709).

Buna əsasən peyğəmbərin, salləllahu aleyhi va səlləm, əmirlərə qarşı çıxmağı və onlara qarşı qılınc ilə vuruşmağı namazın tərki ilə əlaqələndirməsi, yəni namazın tərki ilə şərt qoyması, bu əməlin, haqqında əlimizdə Allahdan dəlil olan aşkar bir küfr olmasını göstərir.

Kitab və Sünnətdə namazı tərk edənin kafir olmayacağını və yaxud mömin olacağını söyləyən dəlil yoxdur. Tövhidin və “lə iləhə illəllah va Muhammədən Rasulullah” şəhadətinin üstünlüyü barədə gələn nasların mənası doğrudur. Lakin burada ya həmin dəlilin özündə namazın tərkini imkansız qılan şərt mövcuddur, ya bu dəlillər insanın namazı tərk etməsində üzrlü olduğunu göstərən müəyyən hallar haqqında varid olmuşdur, ya da bu dəlillər ümumidir və bu ümumi dəlillər namazı tərk edənin küfrünü isbat edən dəlillərlə izah olunur. Çünki namazı tərk edənin küfrünü isbat edən dəlillər xüsusidir və xüsusi dəlillər ümumi dəlillərdən əvvəldir.



"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
Ahli_SunnaHTarix: Bazar, 01.03.2009, 12:06 | Yazı # 4
Qrup: İstifadəçi
Yazı: 8
Reputasiya: 0
Status: Saytda deyil
Cabir (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir:Bir kimsənin, şirkə və küfrə düşməsi arasında, namazı tərk etmək dayanır... Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 2848. Müslim: 1/ 88/ № 82. Mətndə onun rəvayəti verilmişdir. Əbu Davud: 12/ 436/ № 4653. Tirmizi: 4/ 125/ № 2751. İbn Macə: 1/ 342/ № 1078.

Əbu Bureydə (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm :Bizimlə onlar arasında fərq namazdadır. Kim onu tərk edərsə küfr edər... Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 884. İbn Macə: 1/ 342/ № 1079. Nəsai: 1/ 231. Tirmizi: 4/ 125/ № 2756
Lakin alimlərin bu iki rəyinin ən üstünü, hədislərdə deyilən küfrün, insanı İslamdan çıxarmayan kiçik küfr olmasıdır. Bu və digər hədisləri cəm edərək belə qənaətə gəlinir. Həmin hədislərdən aşağadakıları demək olar.
Ubadə ibn əs-Samit (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: Allah bəndələrinə beş vaxt namaz fərz etmişdir. Kim bu namazları qılıb, heç bir naqisliyə yol vermədən, qədrini alçaltmadan yerinə yetirərsə, cənnətə daxil olacağı haqqında Allah yanında əhdi olar. Kim bu namazları qılmazsa Allah yanında əhdi olmaz. İstəsə ona əzab verər, istəsə onu bağışlar..Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1150. Malik: 90/ 266. Əhməd: 2/ 234/ № 82. Əbu Davud: 2/ 93/ № 421. İbn Macə: 1/ 449/ № 1401. Nəsai: 1/ 230

Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz qılmayanın Allahın istəyi altında olacağını deməsi onu göstərir ki, namazı tərk etmək şirk və küfrdən aşağıda olan günahdır. Uca Allah buyurur: «Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar...ən-Nisa: 48.

Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: «Qiyamət günü müsəlman bəndənin haqq-hesab olunacağı əməl, fərz namazlardır. Əgər namazları yerində olsa heç, olmasa deyiləcəkdir ki, baxın görün nafilə əməlləri varmı? Əgər onun nafilə əməlləri olsa, fərz namazları nafilələrlə tamamlanacaqdır. Sonra bütün fərz əməllərlə belə ediləcəkdir...Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1172. İbn Macə: 1/ 458/ № 1425. Mətndə onun rəvayəti verilmişdir. Tirmizi: 1/ 258/ № 411. Nəsai: 1/ 232.

Huzeyfə ibn əl-Yəmən (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Paltarın rəngi solduğu kimi, İslam da elə zəifləyəcəkdir. Hətta, orucun, namazın, həccin və sədəqənin nə olduğu bilinməyəcəkdir. Allahın kitabı bir gecədə yoxa çıxacaq, yer üzündə ondan bir ayə də qalmayacaqdır. Yalnız bir qrup qoca kişi və qadınlar qalacaqlar. Onlar deyəcəklər: Biz atalarımızın bu kəlməni: “lə iləhə illəllah” - dediklərini eşitmişik və biz də onu deyirik». Silə (adlı rəvayətçi) ona (Huzeyfəyə) dedi: Onlar namazın, orucun, həccin, sədəqənin nə olduğunu bilmədikləri halda, lə iləhə illəllah kəlməsi onlara nə fayda verəcəkdir? Huzeyfə ona cavab vermədi. Silə sualını üç dəfə təkrar etdi. Huzeyfə isə ona cavab vermir, yayınırdı. Üçüncü dəfə soruşduqda Huzeyfə üzünü Siləyə çevirib üç dəfə: «Ey Silə, onları oddan xilas edəcəkdir» - dedi...Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 3273. İbn Macə: 2/ 1344/ № 4049.


ISLAM
 
UmarTarix: Çərşənbə axşamı, 03.03.2009, 05:31 | Yazı # 5
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil

Namaz qılmayanın hökmü Əhli-Sünnət vəl-Cəmaat arasında məşhur ixtilaflı məsələsidir. Bu barədə Saleh əl-Favzana verilən sualın cavabında deyir:

"Onun təkfir edilməsi lazımdır, lakin onun küfrü millətdən çıxaran böyük küfrdür, yoxsa kiçik küfr? Bunun küfr olmasında şübhə yoxdur. Cumhura görə bu, kiçik küfrdür, sahibini millətdən çıxarmaz. Lakin elm əhlindən olan Şeyx İbn Teymiyyə və İmam Əhməd kimi muhaqqiqlər və onların görüşlərini qəbul edən alimlərə görə bu, böyük küfrdür."

Ərəbcə qulaq as: http://www.alfawzan.ws/AlFawzan/sounds/00341-28.ra


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
isaq_bin_MəmmədƏminTarix: Cümə, 13.03.2009, 23:42 | Yazı # 6
Qrup: İstifadəçi
Yazı: 13
Reputasiya: 0
Status: Saytda deyil
Allah razı olsun qardaş.Allah bizi bu cür bəlaya düçar olmaqdan qorusun.

Əssalamun Aleykum və Rahmətullahi və Bərakətuhu
 
XEDICE73Tarix: Bazar, 15.03.2009, 12:36 | Yazı # 7
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Uca Allah buyurur: "Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir)." (əl-Maidə surəsi 92-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: "Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!" (Muhəmməd surəsi 33-cü ayə). Lakin qeyd etmək istəyirəm ki, İslamın düşmənləri müsəlmanları parçalamaq üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) adından bir çox yalan hədislər uydurmuşlar. Odur ki, kim Allaha və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhih hədislərinə tabe olarsa haqq yolunu tapmış olar və Cənnətdə Allahın nemət verdiyi peyğəmbərləri, siddiqləri, şəhidləri və saleh insanlarlı ilə birgə olacaq.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Bazar, 29.03.2009, 13:38 | Yazı # 8
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Tərk etdiyi namazların qəzasını qılmaq lazım deyil

Sual: Mən əvvəllər namaz qılmırdım. Daha sonra Allah təala mənə hidayət bəxş etdi və mən namazları qılmağa həris oldum. İndi mən ötən illər qılmadığım namazları qəza etməliyəmmi?

Cavab: İnsan uzun illər namazı tərk edib sonra tövbə edər və namazları layiqincə qılarsa əvvəllər qılmadığı namazları qəza etməsi lazım deyil. Əgər bu şərt olsaydı o zaman bir çoxlarını tövbədən yayındırardı.

Tövbə edən kimsəyə gələcəkdə namazı vaxtında qılmaq tövsiyə olunur. Ona nafilə namazları çoxaltmaq, itaət və xeyirxahlığı artırmaq, uca Allaha yaxınlaşmaq və təqvalı olmaq tövsiyə olunmalıdır.

Abdullah ibn Abdurrahman ibn Cibrin


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
islamicTarix: Bazar, 27.06.2010, 03:48 | Yazı # 9
Qrup: Etibarlı
Yazı: 8
Reputasiya: 0
Status: Saytda deyil
Oxuduğum bir məqalədə namaz qılmayanı təkfir etməyənlərin murciyələr olduğu yazılmışdı. Bu nə qədər doğrudur?
 
Anar1985Tarix: Çərşənbə, 09.03.2011, 12:00 | Yazı # 10
Qrup: Etibarlı
Yazı: 30
Reputasiya: 0
Status: Saytda deyil
Namaz qılmayan bir qrup alimlərə görə Müsəlman və bir qrup alimlərə görə isə Kafirdir. Bu isə o deməkdir ki, Bu məslə Əhli sünnə arsında ixtilaflıdır. Kim desə ki, namaz qılmayan kafirdir və bu icmadır xəta etmişdir və kim desə ki, namaz qılmayan müsəlmandır və bu icmadır xəta etmişdir. Vacibdir ki sən deyəsən Bu məsələ əhli sünnə arasında ixtilaf etmişdir.[size=19]
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 22:27 | Yazı # 11
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
"Yalnız bir dəfə namaz qılır", Belə bir insanın hökmü

Deyir: "Mən yalnız həftədə bir gün, yəni cümə namazlarını qılıram. Mən tənbəllikdən gündə 5 dəfə Allahın fərz buyurduqu namazları qılmıram, və böyük günah edirəm. Amma, heç olmasa cümə və bayram namazlarını qılıram"

Bu cür insanın hökmü nədir?
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 22:28 | Yazı # 12
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Öncəliklə təqdim etmək istədiyim, imamların imamı Əbu Hənifənin görüşüdür. İmam Əbu Hənifənin (80-150 h/699-767 m) nəinki namaz, əməllərin hamısını tərk edən, lakin şəhadət gətirən kimsə haqqındakı görüşü, belə bir kimsənin müsəlman olduğudur:

قلت : فأخْبِرْني عمن يؤمِنُ , ولا يُصلِّي , ولا يصُوم , ولا يعمَل شيئًا مِن هذهِ الأعْمالِ , هل يُغني إيمانُه شيئا ؟

قال : هو في مشيئةِ اللهِ , إنْ شاءَ عذَّبه , وإنْ شاءَ رحِمه . وقال : مَن لمْ يجحَدْ مِن كتابهِ شيئًا فهو مؤمنٌ

"(Əbu Muti Əl Bəlxi) Dedim: Mənə de görüm, iman edən, lakin namaz qılmayan, oruc tutmayan və bu kimi əməllərdən heç birini yerinə yetirməyən kimsənin imanı ona fayda verərmi?

(Əbu Hənifə) dedi: O Allahın diləməsindədir. Dilərsə əzab edər, dilərsə rəhm edər. Davamən belə dedi: Kim Allahın Kitabından bir şey inkar etməzsə o mömindir."
Qaynaq: Əbu Hənifə: Əl Fiqhul Əbsat: 47
Təhqiq: Zahid Əl Kəvsəri: 1368
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 22:28 | Yazı # 13
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Allamə Əbu Ömər, İbn Abdil Bərr (368-463 h/978-1071 m) "Ət Təmhid" adlı əsərində namazın fərz olduğunu qəbul edib tənbəllikdən qılmayan haqqında deyir:

إلا أنهم اختلفوا في تاركِ الصلاةِ وهو مقِرٌ بها, فكفَّره منهم من ذكَرنا قولَه في بابِ زيْدِ بنِ أَسْلَمَ عن بُسْرِ بْنِ مِحْجَنٍ, وأبى الجمهورُ أن يكفِّروه إلا بالجَحْدِ والإنكارِ الذي هو ضِدُّ التصديقِ والإقرارِ

“Ancaq onlar (alimlər) namazın fərziyətini iqrar/qəbul edərək onu tərk edən haqqında ixtilaf etmişlər.
Bəziləri beləsini təkfir etmişdir. Onlardan (təkfir edənlərdən) bəzilərini "Zeyd bin Əsləmin Busr bin Mihcandan" babında zikr etdik.
Cumhur/əksəriyət isə, təsdiq və iqrarın ziddi olan inkar və inad olmadıqca namazı tərk edəni təkfir etməkdən imtina edib. (yəni, namazın fərziyətini qəbul edib qılmayanı təkfir etməmişlər)"

Qaynaq: İbn Abdil Bərr: Ət Təmhid: 9/251
Darul Hədisil Hasəniyyə: 1387/1967

Qeyd: Gördüyümüz kimi, İbn Abdil Bərr namazın vacibliyini qəbul etdiyi halda qılmağa tənbəllik edən kimsələrin, alimlərin əksəriyyəti qatında müsəlman sayıldığını açıq şəkildə ifadə edir.

--------------------
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 22:29 | Yazı # 14
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Alləmə Muhyiddin Ən Nəvəvi (631-676 h/ 1233-1277 m) “Muslim”i şərh edərkən aşağıdakı hədisin şərhində bunları söylədi:

بَيْنَ الرَّجُلِ وَبَيْنَ الشِّرْكِ وَالكُفْرِ تَرْكَ الصَّلاَةِ
“İnsanla şirk və küfr arasında namazın tərki vardır”

وأما تاركُ الصلاةِ فإن كان مُنكرًا لوُجُوبها فهو كافرٌ بإجماع المسلمين , خارجٌ مِن ملةِ الإسلامِ إلا أن يكونَ قَرِيبَ عهدٍ بالإسلام , ولم يخالطْ المسلمين مدةً يبلُغه فيها وجوبُ الصلاةِ عليه , وإن كان ترْكه تكاسُلًا مع اعتقادِه وجوبَها كما هو حالُ كثيرٍ من الناسِ فقد اختلفَ العلماءُ فيه , فذهَب مالكٌ والشافعيُّ رحِمهما الله والجماهيرُ مِن السلفِ والخلفِ إلى أنه لا يكفُر , بل يفسُق ويُستتاب فإن تابَ وإلا قتلناه حدًا كالزانيِّ المُحصَن , ولكنه يُقتَل بالسيف

وذهَب جماعةٌ مِن السلفِ إلى أنه يكفُر وهو مَرويٌّ عن عليِّ بنِ أبي طالبٍ كرَّم اللهُ وجْهَه وهو إحدى الروايتينِ عن أحمدَ بنِ حنبلٍ رحِمه الله . وبه قال عبدُ اللهِ بنُ المباركِ وإسحاقُ بنُ راهويهِ . وهو وجهٌ لبعضِ أصحابِ الشافعي رِضوان الله عليه

وذهَب أبو حنيفةَ وجماعةٌ من أهلِ الكوفةِ والمزنيُّ صاحبُ الشافعيِّ رحِمهما الله أنه لا يكفُر , ولا يُقتَل , بل يعزَّر ويُحبَس حتى يصلِّيَ

واحتجَّ مَن قال بكفْرِه بظاهرِ الحديثِ الثاني المذكورِ , وبالقياسِ على كلمةِ التوحيدِ
واحتجَّ مَن قال لا يُقتَل بحديثٍ " لا يَحِلُّ دمُ امرئ مسلمٍ إلا بإحدى ثلاثٍ " وليس فيه الصلاة

واحتجَّ الجمهورُ على أنه لا يكفُر بقوله تعالى : { إِنَّ اللَّهَ لاَ يَغْفِرُ أَن يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَن يَشَاء } وبقوله صلى الله عليه وسلم : " من قال لا إله إلا الله دخَل الجنة " , " ومن ماتَ وهو يعلَم أن لا إلهَ إلا الله دخَل الجنة " , ولا يَلْقى اللهَ تعالى عبدٌ بهما غيرَ شاكٍّ فيُحْجَبَ عن الجنة " , " حرَّم الله على النارِ من قال لا إلهَ إلا الله " وغيرِ ذلك ‏

واحتجُّوا على قتْله بقوله تعالى : { فَإِن تَابُواْ وَأَقَامُواْ الصَّلاَةَ وَآتَوُاْ الزَّكَاةَ فَخَلُّواْ سَبِيلَهُمْ } وقوله صلى الله عليه وسلم : " أُمِرْتُ أن أقاتلَ الناسَ حتى يقولوا لا إله إلا الله ويُقِيموا الصلاةَ ويُؤتُوا الزكاةَ فإذا فعَلوا ذلك عصَموا منِّي دماءَهم وأموالَهم

وتأوَّلوا قولَه صلى الله عليه وسلم : " بَيْنَ العبدِ وبين الكفرِ تركُ الصلاة ِ" على معنى أنه يستحقُّ بتركِ الصلاةِ عُقُوبةَ الكافرِ وهي القتْلُ , أو أنه محمولٌ على المستحِلِّ , أو على أنه قد يَؤُولُ به إلى الكفْرِ , أو أن فعْلَه فعْلُ الكفار

“Namazı tərk edənə gəlincə, əgər onun vacibliyini inkar edəndirsə, o müsəlmanların icmasıyla kafirdir, İslam millətindən çıxmış biridir. Lakin İslamı yeni qəbul etməsi və üzərinə namazın vacibliyinin ona çatması üçün gərəkli bir müddətdə Müsəlmanlarla ünsiyətdə olmaması halında kafir olmaz.
Əgər, onun tərki namazın vacibliyinə etiqad etməklə bərabər tənbəllikdəndirsə - necəki bu insanlardan çoxunun halıdır (hicri 7-ci əsr) - alimlər bu haqda ixtilaf etmişlər.
Məlik və Şafi -Allah ikisinə də rahmət etsin-, sələfin və xələfin cumhurunun (əksəriyyətinin) görüşü: “Kafir olmaz, fasiq olar. Tövbə etməsi istənilər, ya tövbə edər, ya da onu evli olan zinakarın həddi kimi hədlə öldürərik. Lakin, o qılınca öldürülər.”
Sələfdən bir qrupun görüşü belə birisinin kafir sayılacağı yönündədir. Bu (həmçinin) Əli İbni Əbi Talibdən - kərrəmə Allahu vəchəh - rəvayət edilib, bu İmam Əhməd bin Hənbəlin - Allah ona rahmət etsin - iki görüşündən biridir. Abdullah bin Əl Mubərək və İshaq bin Rahaveyh də bu görüşdədilər. Bu, Şafinin - Allah ondan razı olsun- əshabından bəzilərinin görüşüdür.

Əbu Hanifə, Kufə əhlindən bir qrup və Şafiinin əshabından Muzəninin - Allah hər ikisinə rahmət etsin - görüşü: “Kafir sayılmaz və öldürülməz. Namaz qılana qədər həbs və təzir edilər.”
Küfrə girdiyini deyənlər, zikr edilən ikinci hədisin zahirini və tövhid kəliməsinə qiyası dəlil gətirmişlər.
“Öldürülməz” deyənlər “Müsəlman adamın qanı ancaq bu üç şeydən biri səbəbilə halal olar...” hədisini dəlil gətirirmişlər və bu hədisdə namaz qeyd edilmir.

Alimlərin cumhuru belə birinin kafir olmamasına Uca Allahın bu sözünü dəlil gətiriblər:
“Həqiqətən Allah ona şərik qoşmağı bağışlamaz, bundan qeyrisini dilədiyi üçün bağışlayar.” (Ən Nisa: 4/116)
Həmçinin Nəbinin – sallallahu aleyhi və səlləm – bu sözlərini:
“Kim “Ləə iləhə illəllah” desə Cənnətə girər.”
“Kim, Allahdan başqa ilah olmadığını bilərək ölərsə, Cənnətə girər.”
“Bir qulun bu iki şeylə (iki şəhadətlə) şəkk etmədən Allaha qovuşub Cənnətdən mən edilməsi mümkün deyil.”
“Allah atəşə “Ləə iləhə illəllah” deyəni haram qıldı”. Həmçinin başqa hədisləri də dəlil gətirmişlər.

Onun öldürülməsinə isə, Uca Allahın bu sözünü:
“Əgər tövbə etsələr, namaz qılıb, zəkat versələr onları sərbəst buraxın...” (Ət-Tövbə: 9/5)
Nəbinin – sallallahu aleyhi və səlləm – bu sözünü:
“İnsanlarla “Ləə iləhə illəllah” deyənə, namaz qılıb, zəkat verənə qədər savaşmaqla əmr olundum, bunu elədikləri zaman qanlarını və mallarınını məndən qorumuş olarlar” dəlil gətirmişlər.

Nəbinin – sallallahu aleyhi və səlləm - “Qul və küfr arasında namazın tərki vardır” sözünü bu mənaya təvil etmışlər: “Namazı tərk etməklə kafirin cəzasına layiq olar ki, bu da öldürülməkdir” və ya “(Namazı tərk etməyi) Halal görənə həml edilər” və ya “bu onu küfrə doğru aparar” və ya “elədiyi kafirlərin elədiyidir”. Allah ən yaxşı biləndir.”

Qaynaq: Muhyiddin Ən Nəvəvi: Sahihu Muslim bi Şərhin Nəvəvi: 2/70
Misir: 1347/1929
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 22:29 | Yazı # 15
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənbəli fuqahasından Alləmə İbn Qudamə (541-620 h/ 1146-1223 m) namazı tərk edənlər haqda alimlərdən gələn rəvayətləri qeyd etdikdən sonra, belə birisinə müsəlman hökmü verilməsinin daima İslam torpaqlarında davam edən əməli bir icma olduğunu deyir:

ولأنَّ ذلك إجماعُ المسلمينَ ، فإنا لا نعلَم في عصْرٍ مِن الأعْصار أحدًا مِن تاركِي الصلاةِ تُرِك تغسيلُه ، والصلاةُ عليه ، ودفنُه في مَقابرِ المسلمينَ ، ولا مُنع ورثتُه ميراثَه ، ولا مُنع هو ميراثَ مورِّثِه ، ولا فُرِّق بين زوْجينِ لترْكِ الصلاةِ مِن أحدهما ؛ مع كثرةِ تاركِي الصلاةِ ، ولوْ كان كافرًا لثبَتتْ هذهِ الأحكامُ كلُّها ، ولا نعلَم بينَ المسلمينَ خلافًا في أنّ تاركَ الصلاةِ يَجب عليه قضاؤُها ، ولو كان مرتدًا لم يجبْ عليه قضاءُ صلاةٍ ولا صيامٍ
وأما الأحاديثُ المتقدِّمةُ فهي على سبيلِ التغليظِ ، والتشبيهِ له بالكفّارِ ، لا على الحقيقةِ

"Çünki, bu (namazı tərk edənin kafir olmadığı görüşü) müsəlmanların (əməli) icmasıdır. Belə ki, biz - namazı tərk edənlərin çox olmasına baxmayaraq - hər hansı bir əsrdə namazı tərk edənlərdən bir nəfərin belə öldüyü zaman yuyulmasının, cənazə namazının qılınmasının, müsəlman qəbirstanlğına basdırılmasının tərk edildiyini bilmirik. Eləcədə onun varisləri mirasdan məhrum edilməyiblər, oda ona buraxılan mirasdan məhrum edilməyib, ikisindən biri namazı tərk etdi deyə həyat yoldaşları bir birindən ayrılmayıb.
Əgər namazı tərk edən mürtəd sayılsaydı bu hökmlərin hamısı mütləq reallaşardı.
Müsəlmanlar arasında, namazı tərk edənə qəzanın vacib olduğu haqda bir ixtilaf bilmirik.
Əgər namazı tərk edən bu səbəblə mürtəd olsaydı, nə bir namazın nə də bir orucun qəzası ona vacib olmazdı.
Yuxarıda (namazı tərk edənin kafir olduğu haqda) zikr edilən hədislər isə qorxutma və belə birisini kafirlərə bənzətmək mənasındadır, yoxsa həqiqi mənada deyil."

Qaynaq: İbn Qudamə: Əl Muğni: 3/357-358
Riyad: Daru Aləmil Kutub: 1417/1997
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 22:29 | Yazı # 16
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Böyük Şafi fəqihi, mühəddisi Əl Hafiz Zeynuddin Əl İraqi (725-806 h/1325-1404 m) "Tarhut Təsrib fi Şərhit Təqrib" adlı əsərində, namazı tərk edəni təkfir edənlərin görüşlərini və dəlillərini zikr etdikdən sonra deyir:

وذهَب جمهورُ أهلِ العلمِ إلى أنه لا يكفُر بتركِ الصلاةِ إذا كان غيرَ جاحدٍ لوجوبِها ، وهو قولُ بقيّةِ الأئمةِ أبي حنيفةَ ومالكٍ والشافعيِّ ، وهي روايةٌ عن أحمدَ بنِ حنبلٍ أيضا

"Elm əhlinin cumhuru/əksəriyyəti belə demişdir: (Namazı tərk edən kimsə) Vacibliyini inkar etmədiyi zaman, namazı tərk etməklə kafir olmaz.
Bu, digər imamların – Əbu Hənifənin, Malikin, Şafinin görüşüdür. Həmçinin bu görüş İmam Əhməddən bir rəvayətdə gəlmişdir."

Qaynaq: Zeynuddin Əl İraqi: Tarhut Təsrib: 2/147
Beyrut: Dar İhyait Turasil Arabi
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 22:29 | Yazı # 17
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
mam Muhyiddin Ən Nəvəvi (631-676 h/ 1233-1277 m) "Əl Məcmu" adlı əsərində, sələf və xələf alimlərinin əksəriyyətinin namazı tərk edəni kafir saymadıqlarını deyir:

فرْعٌ في مذاهبِ العلماءِ فيمَن ترَك الصلاة َتكاسلاً مع اعتقادِه وجوبها : فمذهبُنا المشهورُ ما سبق أنه يُقتل حدًا ولا يكفَّر , وبه قال مالكٌ والأكثرونَ مِن السلف والخلف
وقالت طائفة يكفَّر ويُجرى عليه أحكامُ المرتدين في كل شئ , وهو مرويٌّ عن عليِّ بنِ أبي طالبٍ , وبه قال ابن المبارك وإسحاق بن راهويهِ , وهو أصحُّ الروايتينِ عن أحمدَ , وبه قال منصورٌ الفقيهُ مِن أصحابنا كما سبَق , وقال الثوري وأبو حنيفة وأصحابه وجماعةٌ مِن أهل الكوفة والمُزَني : لا يكفَّر ولا يُقتَل , بل يعزَّر ويُحبَس حتى يصلِّيَ

"Vacib olduğuna etiqad etdiyi halda, tənbəllikdən namazı tərk edən kimsə barədə alimlərin görüşləri haqda bab:

Bizim (Şafilərin) məşhur məzhəbimiz, öncə qeyd edildiyi kimi, belə birisinin həddən öldürüləcəyi, təkfir edilməyəcəyidir.
İmam Malikin, Sələf və Xələfin əksəriyyətinin görüşüdə belədir.
Bir qrup isə, təkfir edilib, haqqında hər mövzuda mürtəd hökmlərinin tətbiq ediləcəyini söyləmişdir.
Bu görüş, Əli bin Əbi Talibdən rəvayət edilmişdir. Abdullah ibnul Mubərək, İshaq bin Rahaveyh də bu görüşdədir. Bu, həmçinin İmam Əhməddən gələn iki rəvayətin ən səhihidir.
Bizim əshabımızdan (Şafilərdən) Mənsur Əl Fəqih də, daha öncə qeyd edildiyi kimi bu görüşdədir.
(Sufyan) Əs Səvri, Əbu Hənifə və əshabı, Kufə alimlərindən bir qrup və (Şafinin tələbəsi) Muzəni belə demişlər: nə təkfir edilməz, nədə öldürülməz. Təzir edilər və namaz qılana qədər həbs edilər."

Qaynaq: Muhyiddin Ən Nəvəvi: Əl Məcmu: 3/16
İdarətut Tibəatil Muniriyyə
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 22:29 | Yazı # 18
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Bəzi cahillər, namaz qılmayanları təkfir etməyənlərin sadəcə əhli Rəy olduğunu, Hədis əhlindən hər kəsin belə birisini təkfir etdiyini düşünür.
Hədis əhlinin əqidəsini yazanlardan Əbu Bəkr Əl İsmaili (297-371 h/910-982 m) "İtiqadu Əimmətil Hədis" adlı kitabında əhli Hədisin bu mövzudakı ixtilafını belə izhar edir:

حكم تارك الصلاة عمدًا

واختلفوا في متعمِّدي تركِ الصلاةِ المفروضةِ حتى يذهَبَ وقتُها مِن غير عذرٍ ، فكفَّره جماعة لما رُوي عن النبي صلى الله عليه وسلم أنه قال : « بين العبدِ وبين الكفرِ تركُ الصلاة » وقوله : « مَن ترَك الصلاة فقد كفَر » و : « مَن ترَك الصلاة فقد برأتْ منه ذِمّةُ الله » وتأوَّل جماعةٌ منهم . . . بذلك من تركها جاحدًا لها

"Namazı qəsdən tərk edənin hökmü

Alimlər, fərz namazları üzrsüz olaraq vaxtı çıxana qədər qəsdən tərk edənlər haqda ixtilaf ediblər.
Nəbidən – sallallahu aleyhi və səlləm – rəvayət edilən aşağıdakı hədislər səbəbilə bir qrup onları təkfir etmişdir:
"Qulla küfr arasında namazın tərki vardır", "Kim namazı tərk edərsə küfrə düşər", "Kim namazı tərk edərsə Allahın zimməti (himayəsi) ondan uzaq olar".
Bir qrup isə, bu hədisləri təvil edərək, namazın vacibliyini inkar edərək tərk edənlərə aid ediblər."

Qaynaq: Əbu Bəkr Əl İsmaili: İtiqadu Əimmətil Hədis: 65-66
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 22:30 | Yazı # 19
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hədis əhlinin əqidəsini yazanlardan Əbu Osman Əs Sabuni (373-449 h/983-1057 m) "Aqidətus Sələf və Əshabil Hədis" adlı kitabında əhli Hədisin bu haqda ixtilafından danışaraq deyir:

اختلف أهلُ الحديث في ترك المسلمِ صلاةَ الفرضِ متعمداً ، فكفَّره بذلك أحمدُ بن حنبلٍ ، وجماعةٌ مِن علماءِ السلفِ رحمهم الله , وأخرَجوه به من الإسلام للخبر الصحيحِ : بين العبدِ والشركِ تركُ الصلاة فمَن ترَك الصلاةَ فقد كفَر
وذهَب الشافعي , وأصحابه , وجماعةٌ مِن علماء السلفِ رحمة الله عليهم أجمعين إلى أنه لا يكفُر ما دام معتقِداً لوجوبها , وإنما يستوجِب القتلَ كما يستوجِبه المرتدُّ عن الإسلام , وتأوَّلوا الخبرَ من ترك الصلاة جاحداً لها

"Əhli Hədis, müsəlmanın qəsdli şəkildə fərz namazını tərk etməsi haqda ixtilaf ediblər.

1. Əhməd bin Hənbəl və sələfdən bir qrup alim - Allah onlara rəhmət etsin - bu səbəblə namazı tərk edəni təkfir etmiş və aşağıdakı səhih xəbərə dayanaraq onu İslam xaricində saymışlar:
"Qulla şirk arasında namazın tərki vardır. Kim namazı tərk edərsə küfrə düşər".

2. İmam Şafi, əshabı və sələfdən bir qrup alim - Allahın rəhməti hamısının üzərinə olsun - belə kimsənin namazın vacibliyinə inandığı müddətcə kafir olmadığı, lakin İslamdan çıxanın ölümə layiq olduğu kimi, ölümə layiq olduğu görüşündədirlər.
Bu görüşdə olan alimlər, məzkur hədisi təvilə gedərək, namazın vacibliyini inkar edib tərk edən kimsəyə aid etmişlər."

Qaynaq: Əbu Osman Əs Sabuni: Aqidətus Sələf və Əshabil Hədis: 278
Darul Asimə: 1419/1998

--------------------
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 22:30 | Yazı # 20
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Bu mövzuda müsəlmanları ən çox narahat edənlər Muhəmməd bin Abdil Vəhhabın davamçıları olan Vəhhabilərdir. Lakin, onların bir çoxu bilmirki elə öz şeyxləridə "mürcidir". Çünki, o da vacibliyini inkar etmədikcə namazı, orucu, zəkatı və həcci tərk edənləri kafir saymadığını deyir:

وسُئل الشيخ : محمد بن عبد الوهاب، رحمة الله تعالى، عما يقاتل عليه ؟ وعما يكفر الرجل به ؟ فأجاب : أركان الإسلام الخمسة ، أولها الشهادتان ، ثم الأركان الأربعة ؛ فالأربعة : إذا أقر بها ، وتركها تهاوناً ، فنحن وإن قاتلناه على فعلها ، فلا نكفره بتركها ؛ والعلماء : اختلفوا في كفر التارك لها كسَلاً من غير جحود ؛ ولا نكفر إلا ما أجمع عليه العلماء كلهم، وهو الشهادتان

"Şeyx Muhəmməd bin Abdil Vəhhaba - Uca Allah rəhmət etsin - nə uğrunda savaşdığı və insanları hansı səbəblə təkfir etdiyi soruşuldu və o belə cavab verdi:
İslamın rüknləri beşdir. Onlardan ilki iki şəhadət kəliməsidir. Sonra digər dörd rükn gəlir.
Əgər bir kimsə bu rüknləri qəbul edib, lakin etinasızlıqdan tərk edərsə, bu rüknləri yerinə yetirmədiyi üçün biz belə birisiylə savaşsaqda, bu səbəblə onu təkfir etmirik.
Alimlər, bu rüknləri inkar etmədən, sadəcə tənbəllikdən tərk edənlərin küfrü haqda ixtilaf etmişdir.
Biz, ancaq bütün alimlərin (küfr olduğu) üzərində icma etdiyi şeyə görə təkfir edirik ki, bu da iki şəhadət kəliməsidir."

Qaynaq: İbnul Qasim Ən Nəcdi: Əd Durərus Səniyyə: 1/102
1417/1996
 
Forum » İslam » Tövhid və Əqidə » Namazı tərk edənin hökmü (Sələf Salihin Əqidəsi)
  • Страница 1 из 2
  • 1
  • 2
  • »
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru