[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 2 из 2
  • «
  • 1
  • 2
Forum » İslam » Tövhid və Əqidə » Namazı tərk edənin hökmü (Sələf Salihin Əqidəsi)
Namazı tərk edənin hökmü
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 22:30 | Yazı # 21
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Bəzi qaynaqlarda Şafi, bəzilərində Hənbəli olaraq tanıdılan Yəmənli alim Əbul Fadl Əs Səksəki (616-683 h/1219-1284 m) "Əl Burhən fi Mərifəti Aqaidi Əhlil Ədyən" adlı kitabında, cürbəcür firqələrin Əhli Sünnətə paxıllıqdan müxtəlif adlar verdiklərdən danışaraq deyir:

وتسمِّيها المنصوريّة وهم أصحابُ عبدِ اللهِ بنِ زيدٍ مرجئةً لقولها "إن تاركَ الصلاةِ إذا لم يكنْ جاحداً لوجوبِها مسلمٌ على الصحيح من المذهب" , ويقولون : "هذا يؤدِّي إلى أن الإيمانَ عندهم قولٌ بلا عملٍ" ، وجميعُ ذلك غيرُ صحيحٍ في حقِّها ، بل هي الفرقة الهادية المهدية

"... Əhli Sünnət "Şübhəsiz ki, namazı tərk edən onun vacibliyini inkar etmirsə məzhəbin səhih görüşünə görə müsəlmandır" dediyi üçün, Abdullah bin Zeydin əshabı olan Mənsuriyyə firqəsi Əhli Sünnəti mürciə adlandırır.
Onlar belə deyirlər: "Bu görüş onu göstərir ki, Əhli Sünnət qatında iman əməlsiz olaraq sadəcə sözdür".
Əhli Sünnət haqqında bütün bu deyilənlər həqiqətə uyğun deyil. Əksinə onlar hidayət edən və edilən bir firqədir."

Qaynaq: Əbul Fadl Əs Səksəki: Əl Burhən: 95-96
Məktəbətul Mənar: 1417/1996

Qeyd: Gördüyümüz kimi, Əbul Fadl Əs Səksəkidə namaz qılmayanı təkfir etməməyin mürciəlik olmadığını açıq şəkildə ifadə edir.
Səksəkinin "məzhəbin səhih görüşünə görə müsəlmandır" sözündəki "məzhəb"dən tam olaraq nə qəsd etdiyini anlamaq çətindir. Mövzunun axarından mənə aydın olan, onun bu sözlə ümumiyyətlə müəyyən məzhəbi deyil, Əhli Sünnət məzhəbini qəsd etdiyidir. Çünki, digər firqələrə cavab olaraq sadəcə bir fiqhi məzhəbin görüşünü zikr etmək münasib olmazdı. Allah daha gözəl bilir.
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 22:30 | Yazı # 22
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Maliki alimlərindən İbn Battal (v. 449 h/1057 m) rahimahullah namazın tərki haqda alimlərin mövqeyini açıqlayaraq deyir:

قال ابنُ القَصَّار : وأمّا الصّلاةُ فإنّ مَذهبَ الجَماعَةِ أَنَّ مَن ترَكَها عامِدًا جاحِدًا لها فحُكمُه حُكم المرتدِّ يُسْتَتابُ ، فإنْ تابَ وإلّا قُتِل ، وكذلك جَحْدُ سائِر الفَرائِض
وإنّما اخْتَلفوا فيمَنْ ترَكَها لِغَيْر عُذْرٍ غَيْرَ جاحدٍ لَها ، وقال : لَستُ أفْعَلها
فمَذهبُ مالكٍ : أنْ يُقالَ له : صَلِّ ما دَامَ الوقْتُ باقِيًا" مِن الوَقتِ الذي ظَهَر عَليْه ، فَإِنْ صَلَّى تُرِكَ ، وإنْ امْتَنَع حَتَّى خَرَج الوَقْتُ قُتِلَ
قال ابن القَصّار : واخْتلَف أصْحابُنَا ، فقال بعْضُهم : يُسْتتابُ ، فإنْ تَابَ وإلّا قُتل
وقال بَعضُهم : يُقْتَل ؛ لِأنَّ هَذا حَدٌّ لِلهِ يُقامُ عَليه ، لَا تُسْقِطُه التَّوْبةُ بِفعْلِ الصَّلاةِ وهو بذلك فاسِقٌ ، كالزّانِي والقاتِل ، وليْس بِكافرٍ ، وبهذا قال الشّافعي
قال الثَّوْري وأبو حنيفةَ والمُزَنِي : لا يُقْتل بِوَجهٍ ، وَيُخَلّى بَيْنهُ وبيْن اللهِ تعالى , والمَعْرُوفُ مِن مَذهَب الكُوفِيِّينَ أنَّ الإمامَ يُعَزِّرُه حَتَّى يُصَلِّيَ
وقال أحمدُ بنُ حنبلٍ : تارِكُ الصَّلاةِ مُرْتَدّ كافرٌ ، ومَالُه فَيْءٌ لا يُورَثُ ، ويُدفَنُ في مَقابِر المُشْركينَ ، وسَواءٌ تَرَك الصَّلاةَ جاحِدًا لَها أوْ تَكاسُلاً . ووافَق الجماعةَ في سائرِ الفَرَائِض أنَّه إِذَا تَركَها لَا يَكْفُر
واحتَجَّ الكُوفِيّونَ فقالُوا : أَجمَع العُلمَاءُ أنّ تَاركَ الصَّلاةِ يُؤمَرُ بِفعْلها ، والمرتدُّ لَا يُؤمَر بفِعلِ الصَّلاةِ ، وإنَّما يُؤمَر بالإسْلامِ ثُمّ بالصَّلاةِ . واحتَجّوا بِقوْلِه ( صلّى الله عليْه وسلَّمَ ) : (( خمْسُ صَلواتٍ كَتَبَهُنَّ اللهُ عَلى عِبادِه ، فمَن جاءَ بِهنَّ لَم يُضَيِّع مِنهُنَّ شَيئًا اسْتِخْفافًا بِحَقِّهِنَّ كَانَ لَه عِندَ اللهِ عَهْدٌ أنْ يُدْخِلَه الجنَّة و مَن لم يأتِ بِهنَّ فَليْسَ له عِند اللهِ عهْدٌ , إنْ شاءَ عذَّبَه ، وإنْ شاءَ أدْخَلهُ الجَنّة )) فَدلَّ أنّهُ ليْس بكافرٍ ، لأنَّ الكافرَ لا يَدخُل الجَنّة

"İbnul Qassar dedi: Namaza gəlincə (bütün alimlər) topluluğunun görüşü odur ki, kim namazı qəsdən və onun fərziyyətini inkar edərək tərk edərsə, onun hökmü mürtədin hökmüdür. Tövbəyə dəvət edilər, ya tövbə edər ya öldürülər. Digər fərzləri inkar etməyin hökmüdə belədir.
İxtilaf sadəcə onu inkar etmədən, üzürsüz olaraq "qılmıram" deyən kimsə haqqındadır.
Malikin görüşü odur ki, ona (namazı tərk edənə) içində olduğu vaxtda belə deyilər: "Nə qədər ki vaxt var qıl". Əgər qılarsa əl çəkilər, vaxt çıxana qədər imtina edərsə öldürülər.
İbnul Qassar dedi: "Əshabımız (malikilər) ixtilaf etmişlər. Bəziləri demişdir: "İstitabə olunar (tövbəyə dəvət edilər), ya tövbə edər ya öldürülər."
Bəziləri isə demişdir: "(Tövbə etsə belə) öldürülər. Çünki bu Allahın onun (namazı tərk edənin) üzərinə uyğulanacaq bir həddidir. Tövbə edib namaz qılması bu cəzanı qüvvədən salmaz. Bununla belə o, kafir deyil, zina edən, qatil kimi fasiq olar. İmam Şafinin də görüşü belədir.
(Sufyan) Əs Sövri, Əbu Hənifə və Muzəni demişlər: "Heç bir halda öldürülməz, işi Allaha həvalə edilər."
Kufəlilərin məzhəbində bilinən görüş odur ki, imam/başçı onu namaz qılana qədər cəzalandırar.
Əhməd bin Hənbəl demişdir: "Namazı tərk edən mürtəddir, kafirdir. Malı feydir (qənimət), miras olmaz, müşriklərin qəbirsanlığında dəfn olunar. İnkar edərək tərk etsin və ya tənbəllikdən, heç bir fərq yoxdur."
Başqa fərzləri tərk etdiyi zaman kafir olmayacağın görüşündə isə, digər alimlərə müvafiq olmuşdur.
Kufəlilər (Əhmədin əleyhinə) hüccət olaraq demişlər: Alimlər icma etmişlər ki, namazı tərk edən onu qılmaqla əmr olunur. Mürtəd isə namazla deyil, İslama girməklə əmr olunur.
Həmçinin Allah Rəsulunun - salləllahu aleyhi və səlləm - bu sözünü dəlil gətirmişlər:
"Beş namazı Allah, qulları üzərinə fərz qılmışdır. Kim onları səhlənkarlıq edərək, haqqından bir şey əskiltmədən/kamil bir şəkildə qılarsa, onu Cənnətə daxil etməsi Allah qatında onun üçün bir əhd olar.
Kim də bu namazları qılmazsa Allah qatında onun bir əhdi olmaz. Dilərsə ona əzab edər, dilərsə onu Cənnətə daxil edər".
Bu da dəlildir ki o kafir deyil, çünki kafir Cənnətə girməyəcək."

Qaynaq: İbn Battal: Şərhu Sahihil Buxari: 8/577-578
Riyad: Məktəbətur Ruşd
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 22:30 | Yazı # 23
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi imamlarından olan, imam Muhəmməd bin Nasr Əl Mərvəzi (202-294 h/817-906 m) rahiməhullah özünün "Təzimu Qadris Salət" kitabında namazı tərk edəni təkfir etməyənlərin dəlillərini sadaladıqdan sonra bu görüşdə ( namazı tərk edənin kafir olmayacağı görüşündə ) olan alimlər haqda belə deyir:

وكان مَمَّن ذهَب هذا المذهَب مِن عُلماء أصحاب الحديث الشافعيُّ رضِي الله عنه وأصحابُه أبو ثوْر وغيره

"Hədis əhlinin alimlərindən Şafi – radiyallahu anhu – və əshabından Əbu Sövr və başqaları bu görüşdə olanlardandır."

Qaynaq: Muhəmməd bin Nasr Əl Mərvəzi: Təzimu Qadris Salət: 956
Mədinə: Məktəbətud Dar: 1406/1986

Qeyd: İmam Muhəmməd bin Nasr Əl Mərvəzi ilk üç xeyirli nəsildən olan şafi imamlarındandır. Hədis və fiqhdə zamanının nadiri olduğu kimi, səhabə və özündən əvvəlki alimlərin ixtilaflarını bilmədə də nadir birisi idi. Şafi fiqhini İmam Şafinin misirli tələbələrindən Muzəni və Rabi bin Süleyman Əl Muradidən almışdır. Şeyxləri arasında İmam Şafinin qədim məzhəbindən olan əshablarından Əhməd ibn Hənbəl və Həsən bin Muhəmməd Əz Zəfərani də yer almaqdadır. Eləcə də Buxari və İshaq bin Rahaveyhdən də elm almışdır. Allah hamısına rəhmət etsin, amin.
 
Forum » İslam » Tövhid və Əqidə » Namazı tərk edənin hökmü (Sələf Salihin Əqidəsi)
  • Страница 2 из 2
  • «
  • 1
  • 2
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru